Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anyilər
Anyilər, Anyalar, aqnilər - Kot-d'İvuar, Toqo və Qanada yaşayan akan xalqları qrupu. Ümumi sayları 2 milyon nəfərdən çoxdur (2000). Qananın rəsmi dillərindən olan Nzinma dilində danışırlar. Dindarlarının əksəriyyəti xristiandır. Müsəlmanları və ənənəvi dini etiqadlarını saxlayanlar da var. Müstəmləkə dövrünə qədər Anyilərin bir sıra tayfa ittifaqları yaranmışdır. Əsas məşğuliyyətləri toxa əkinşiliyidir. Dəmirçilik, dulusçuluq, toxuculuq, bədii metal və ağac üzərində oyma inkişaf etmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.567.
Cenifer Breninq
Cenifer Breninq (alm. Jenifer Brening‎; d. 15 dekabr, 1996, Berlin, Almaniya) — Almaniya müğənnisi və reper. O, Cessika Muskat ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. O, daha öncə Almaniyanın The Winner Is ... və Deutschland sucht den Superstar musiqi yarışmalarında da iştirak etmişdir.
Cenifer Lopez
Cennifer Linn Lopez (ing. Jennifer Lynn Lopez; 24 iyul 1969[…], Bronks, Nyu-York) — əsasən J. Lo ləqəbi ilə tanınan ABŞ müğənnisi, aktrisası və rəqqasəsi. İspan dilli amerikalı aktrisa hesab olunur, həmçinin müğənni və maneken kimi də fəaliyyət göstərir. Dünya üzrə 55 milyondan artıq musiqi diskini satıb. 1998-ci ildə Qarışqa Zed cizgi filmində "Atsteka" personajını səsləndirmişdir. == Həyatı == Cennifer Lopez 1969-cu il iyulun 24-də Cənubi Bronksda doğulub. Valideynləri Qvadelupa Rodriqes və David Lopez Puerto-Rikodan gəlmiş mühacirlər olublar. Cenniferin özündən böyük Linda və Lesli adlı iki bacısı var. Ailə kasıb yaşasa da, valideynləri qızlarını təmin etməyə və küçənin təsirindən qorumağa çalışıblar. Bu məqsədlə də Qvadelupa və Devid pul yığaraq Cenniferi katolik məktəbinə göndəriblər.
Senecio lanifer
Senecio lanifer (lat. Senecio lanifer) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.