Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Açılış Arenası
Otkrıtiye Arena (rus. "Открытие Арена") — Rusiyanın paytaxtı Moskvada yerləşən stadiondur. Spartak Moskva öz ev oyunlarını bu stadionda keçirir. Rusiya millisi də bəzən oyunlarını burada keçirir. Stadion Spartak Stadionu adı ilə də tanınır. Tamaşaçı tutumu 45360 nəfərdir. Stadion öz adını Spartakın baş kommersiyaçısı olan Otkrıtie Holdinqdən götürüb. Stadionun təməlqoyma mərasimi 2 iyul 2007-ci ilə salınmışdı, lakin bu mərasim müxtəlif səbəblərdən dəfələrlə ertələndi. İlk əvvəl stadionun inşasının 2009 ilə 2010-cu illərin arasında tamamlanması planlaşdırılmışdı. Lakin həmin vaxt stadion dizayn mərhələsindəydi.
Bolton arenası
Bolton arenası (ing. Bolton Arena) — İngiltərənin Mançester şəhərində yerləşən çox məqsədli daxili arena. Arena 6000 nəfərlik tamaşaçı tutumuna malikdir və bir sıra idman oyunlarının təşkili üçün nəzərdə tutulmuşdur. Arena ictimaiyyətə 2001-ci ilin aprel ayında təqdim edilmişdir və 14 iyul 2001-ci ildə rəsmi açılış mərasimi təşkil edildi. 2002-ci ildə Millətlər Birliyi Oyunları ərzində badminton oyunları bu arenada təşkil edilmişdir.
Verona Arenası
Verona Arenası (it. Arena di Verona) — Klassik Romalılardan qalma qədim arena. Ən yaxşı saxlanılan ən qədim tikililərdən biridir. Geniş miqyaslı teatr və opera sənət əsərləri nümayiş etdirilən amfiteatrdır.
Milli Gimnastika Arenası
Milli Gimnastika Arenası — Koroğlu metrostansiyası yaxınlığında yerləşən arena. 9 000 nəfər üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası Heydər Əliyev maqistralında və Koroğlu metro stansiyası yaxınlığında yerləşir. Bu yol Heydər Əliyev adına Hava Limanını şəhər ilə birləşdirən və şəhərə giriş çıxış üçün əsas yoldur. MGA Bədii və idman gimnastikasi üzrə keçirilən yarışlar üçün nəzərdə tutulub. Arenanın dizaynı çox funksiyallıgını nümayiş etdirməyə və ev sahibliyi etməyə imkan verir. Yarışların həcmi və xarakterindən asılı olaraq izləyici yerlərinin sayı 5 000'dən 9 000'ə qədər artırıla bilərlər. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar xüsusi dizaynla hazırlanıblar. Xüsusi texnologiya əsasında hazırlanan Arena genişlənə bilər və Ritmik Gimnastika kimi geniş həcmli yarışlara ev sahibliyi edə bilər. Gundəlik əsasda Arenada gimnastların beynəlxalq yarışlara hazırlıq prosesi aparılır. Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, yeməkxanalar, qimnaziya və auditoriyalar, atletlər üçün xidmət göstərən kafeteriya mövcuddur.
Çimərlik arenası (Bakı)
Çimərlik arenası — çimərlik voleybolu və çimərlik futbolu müsabiqələri üçün nəzərdə tutulan Bakıdakı (Azərbaycan) Dövlət Bayrağı Meydanının cənub ucunda inşa edilən bir arenadır. Arena təxminən 5-6 min tamaşaçı üçün nəzərdə tutulmuşdur. 2015-ci ildə arenada 2015 Avropa Oyunları çərçivəsində çimərlik voleybolu və çimərlik futbolu üzrə yarışlar keçirilib. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2013-cü il fevralın 3-də keçirilmiş Oyunların Təşkilat Komitəsinin ilk iclasında Bakıda ilk dəfə çimərlik arenasının qurulacağını elan etdi. Həmçinin, çimərlik arenası Bakı Su İdmanı Sarayının yanında tikilib. Arena istifadəsi 2015-ci ildə Avropa Oyunlarının başlanmasından əvvəl olub.
Milli Gimnastika Arenası (Bakı)
Milli Gimnastika Arenası — Koroğlu metrostansiyası yaxınlığında yerləşən arena. 9 000 nəfər üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası Heydər Əliyev maqistralında və Koroğlu metro stansiyası yaxınlığında yerləşir. Bu yol Heydər Əliyev adına Hava Limanını şəhər ilə birləşdirən və şəhərə giriş çıxış üçün əsas yoldur. MGA Bədii və idman gimnastikasi üzrə keçirilən yarışlar üçün nəzərdə tutulub. Arenanın dizaynı çox funksiyallıgını nümayiş etdirməyə və ev sahibliyi etməyə imkan verir. Yarışların həcmi və xarakterindən asılı olaraq izləyici yerlərinin sayı 5 000'dən 9 000'ə qədər artırıla bilərlər. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar xüsusi dizaynla hazırlanıblar. Xüsusi texnologiya əsasında hazırlanan Arena genişlənə bilər və Ritmik Gimnastika kimi geniş həcmli yarışlara ev sahibliyi edə bilər. Gundəlik əsasda Arenada gimnastların beynəlxalq yarışlara hazırlıq prosesi aparılır. Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, yeməkxanalar, qimnaziya və auditoriyalar, atletlər üçün xidmət göstərən kafeteriya mövcuddur.
Su polosu arenası (Bakı)
Su polosu arenası — Bakı şəhərinin Səbail rayonunda, əsasən su polosu yarışlarının keçirilməsi üçün nəzərdə tutulan arena. Arena Dövlət Bayrağı Meydanının cənub ucunda yerləşir. Arena təxminən üç min insan üçün nəzərdə tutulmuşdur. 2015-ci ildə arenada 2015 Avropa Oyunları çərçivəsində su polosu yarışmaları keçirildi. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk dəfə olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2013-cü il fevralın 3-də keçirilmiş Oyunların Təşkilat Komitəsinin ilk iclasında Bakıda su polosu arenasının qurulacağını elan etdi. Su polosu arenasının Bakıda Su İdmanları Mərkəzinin yanında inşa ediləcəyi açıqlandı. 2015-ci ildə Avropa Oyunlarının başlamasına qədər fəaliyyətə başlayır.
Çoxoyunçulu onlayn döyüş arenası
Çoxoyunçulu onlayn döyüş arenası və ya MOBA (Abr: Multiplayer Online Battle Arena) real vaxt rejimində strategiya əsasında olan videooyun növüdür . Adətən beş nəfərdən ibarət olan iki fərqli komandanın üç əsas yoldan ibarət olan xəritədə rəqib komandanın enerji mənbələrini məhv etməyi hədəfləyir. Bu videooyun janrı əvvəlcə Starcraft oyununun xüsusi hazırlanmış Aeon of Strife rejimi ilə istifadə edilmiş, sonra isə ən mühüm nümunəsi olan Defense of the Ancients tərəfindən istifadə edilmişdir. Bəzi MOBA tipli videooyunlara nümunə olaraq Defence of the Ancients, League of Legends, Dota 2, Smite, Heroes of the Storm və Heroes of Newerth kimi oyunları göstərmək mümkündür.
Heydər Əliyev adına İdman Arenası
Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri. İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir. Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir. Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur. İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib.
Ermənistan eyrenisi
Ermənistan eyrenisi (lat. Eirenis punctatolineatus) — Suilanı fəsiləsinə aid ilan növü. Yetkin ilanların uzunluğu 49 sm-dir. Bədəninin müxtəlif nahiyələrində rənglər fərqlidir. Yuxarı hissə zeytuni-boz, balı-qırmızı, bəzən isə demək olarki qaradır. Bədənin ortanahiyyəsində 17 pulcuq vardır. Əsasən Cücülər, Hörümçəklər və digər Onurğasızlarla qidalanırlar. Ov zamanı başını geriyə çəkərək, ağzını geniş açaraq şikarını cəld şəkildə tutur və onu dərhal udur. Bu növə Cənubi Qafqazda, cənub-qərbi və cənub-şərqi Azərbaycan, cənubi Ermənistan, şərqi Türkiyə, qərbi İran və şərqi İraq ərazilərində rast gəlinir.
Rupor antenası
Rupor antenası — açıq şüalanma ucu olan dəyişən (genişlənən) hissənin dalğa aparatından ibarət olan metal quruluşu. Tipik olaraq, bir rupor anten ruporun dar ucuna bağlanmış dalğa aparıcısı ilə idarə olunur.Rupor formasına görə, E-sektoral, H-sektoral, piramidal və konik buynuz antenaları fərqlənir. Rupor antenalar çox genişzolaqlı və təchizatı xəttinə çox yaxşı uyğundur - əslində anten lenti həyəcan verici dalğasının xüsusiyyətləri ilə müəyyən edilir. Bu antenalar radiasiya naxışının arxa loblarının aşağı səviyyədə olması (d40 dB-ə qədər) RF cərəyanlarının ruporun kölgə tərəfinə az sızması səbəbindən xarakterizə olunur. Aşağı qazancı olan rupor antenalar dizaynda sadədir, lakin yüksək (> 25 dB) qazanc əldə etmək ruporun ağzında dalğa düzəldici cihazların istifadəsini tələb edir. Belə qurğular olmadan, anten praktik olaraq uzun olmalıdır. Rupor antenalar həm müstəqil, həm də güzgü və digər antenlərin radiatorları kimi istifadə olunur. Struktur olaraq bir parabolik reflektorla birləşdirilmiş bir rupor antena, tez-tez ruporlu parabolik antena adlanır. Yaxşı bir xüsusiyyət dəsti və yaxşı bir təkrarlama səbəbi ilə, aşağı qazancı olan rupor antenalar tez-tez ölçmə antenaları kimi istifadə olunur. Rupor parabolik antenaya əsaslanan Dicke radiometr olan Holmdeyldəki bir radio teleskopunda Arno Penzias və Robert Woodrow Wilson 1965-ci ildə relikt radiasiyasını kəşf etdilər.
Arenas Qeço FK