VAR I is. Dövlət, sərvət, mal-mülk. Aldada bilməmiş dünyanın varı; Bir məslək eşqilə yaşayanları (S.Vurğun).
VAR II is. Varlıq, mövcudiyyət. Ahu-zar çəkməkdən yox olub varı; Saf aynası tutub möhnət qubarı (Q.Zakir).
VAR III Xəbər mənasında. Burada gecələrin qərib səsi var (S.Vurğun).