Açılış Arenası

Otkrıtiye Arena (rus. "Открытие Арена") — Rusiyanın paytaxtı Moskvada yerləşən stadiondur. Spartak Moskva öz ev oyunlarını bu stadionda keçirir. Rusiya millisi də bəzən oyunlarını burada keçirir. Stadion Spartak Stadionu adı ilə də tanınır. Tamaşaçı tutumu 45360 nəfərdir.

Otkrıtie Arena
Xəritə
Yeri Moskva, Rusiya
Təməli qoyulub 2010-cu il oktyabr
Açılış tarixi 5 sentyabr 2014
Tikinti xərcləri 14 milyard RUB
430 milyon USD[1]
Memar BiznesTehProekt, PozhEvroStroi
Sahibi LUKoyl
Tamaşaçı tutumu 45360 (rəsmən)
44190 (2018 FİFA Dünya Kuboku)[2]
Ev sahibi komanda Spartak Moskva FK
Rusiya milli futbol komandası
Meydançanın ölçüləri 105 × 68 m
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stadion öz adını Spartakın baş kommersiyaçısı olan Otkrıtie Holdinqdən götürüb.[3]

Starostin qardaşlarının heykəli
Qladiator Spartakın heykəli

Stadionun təməlqoyma mərasimi 2 iyul 2007-ci ilə salınmışdı, lakin bu mərasim müxtəlif səbəblərdən dəfələrlə ertələndi. İlk əvvəl stadionun inşasının 2009 ilə 2010-cu illərin arasında tamamlanması planlaşdırılmışdı. Lakin həmin vaxt stadion dizayn mərhələsindəydi. 2010-cu ildə stadion layihəsinə yenidən baxıldı. Çünki memari məclisə təqdim edilən layihə çox sadə idi. AECOMDexter Moren Associates şirkətlərinin birlikdə ərsəyə gətirdiyi bu layihəylə inşa edilən stadionu ən çox maliyyələşdirən Spartak Moskvanın sahibi də olan rus iş adamı Leonid Fedunun şirkəti olan Lukoyl idi.

19 fevral 2013-cü ildə Otkrıtie Bank ilə imzalanan müqaviləyə görə yeni stadionun adı 6 illik "Otkrıtie Arena" adlandırılacaqdı. 21 avqust 2014-cü ildə stadionda Spartakın qurucuları olan Starostin qardaşlarının heykəllərinin açılışı oldu. Stadionun adını daşıyan Romalı Qladiator Spartakın 24,5 metrlik heykəli stadionun yaxınlığında dikildi.

Stadionun rəsmi açılışı 5 sentyabr 2014-cü ildə oldu. Stadionda ilk rəsmi oyunda Spartak ilə Srvena Zvezda komandaları oynamışdı. Stadionda ilk rəsmi qolu cərimə zərbəsindən Spartakın futbolçusu Dimitri Kombarov vurmuşdu. Stadion keçmiş Tuşino Hava Limanının ərazisində tikilmişdir.

Stadionun içi

Stadion həmçinin 2017 FİFA Konfederasiyalar Kubokunun keçirildiyi 4 stadiondan biridir. Stadionda İncubus, Triggerfinger, Guns N’ RosesDepeche Mode kimi görkəmli musiqiçilər performans göstərmişlər. 2018 FİFA Dünya Kubokunun 5 oyunu da burada oynanmışdır.

Stadionda naviqasiya köməkçisi, saxlama otaqları, itmiş mallar bürosu kimi xidmətlər fəaliyyət göstərir. Bundan əlavə, burada əlillər üçün hərəsində 50 yer olmaqla 2 sektor var. Stadionun bu hissəsi rampa, pilləkən və liftlərlə təchiz olunmuşdur.

2017 FİFA Konfederasiyalar Kuboku zamanı

[redaktə | mənbəni redaktə et]
Tarix Saat Komanda № 1 Res. Komanda № 2 Mərhələ Tamaşaçı sayı
18 iyun 2017 21:00  Kamerun 0–2  Çili B qrupu 33492[4]
21 iyun 2017 18:00  Rusiya 0–1  Portuqaliya A qrupu 42759[5]
25 iyun 2017 18:00  Çili 1–1  Avstraliya B qrupu 33639[6]
2 iyul 2017 15:00  Portuqaliya 2–1 (ə.v.)  Meksika Üçüncülük oyunu 42659[7]

2018 FİFA Dünya Kuboku zamanı

[redaktə | mənbəni redaktə et]

Tarix Saat Komanda № 1 Nəticə Komanda № 2 Mərhələ Tamaşaçı sayı
16 iyun 2018 16:00  Argentina 1–1  İslandiya D qrupu 44190[8]
19 iyun 2018 18:00  Polşa 1–2  Seneqal H qrupu 44190[9]
23 iyun 2018 15:00  Belçika 5–2  Tunis G qrupu 44190[10]
27 iyun 2018 21:00  Serbiya 0–2  Braziliya E qrupu 44190[11]
3 iyul 2018 21:00  Kolumbiya 1–1 (3–4 pen.)  İngiltərə 1/8 Final 44190[12]
  1. "Леонид Федун: общая стоимость строительства "Открытие-арены" составила 14 млрд рублей". Information Telegraph Agency of Russia. 26 dekabr 2013. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2013.
  2. "Spartak Stadium". FIFA. 2018-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2018.
  3. "«СПАРТАК» И «ОТКРЫТИЕ» ЗАКЛЮЧИЛИ СПОНСОРСКОЕ СОГЛАШЕНИЕ". 2019-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-24.
  4. "Matç hesabatı – B qrupu – Kamerun – Çili" (PDF). FIFA. 18 iyun 2017. 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2017.
  5. "Matç hesabatı – A qrupu – Rusiya – Portuqaliya" (PDF). FIFA. 21 iyun 2017. 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2017.
  6. "Matç hesabatı – B qrupu – Çili – Avstraliya" (PDF). FIFA. 25 iyun 2017. 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2017.
  7. "Matç hesabatı – Üçüncülük oyunu – Portuqaliya – Meksika" (PDF). FIFA. 2 iyul 2017. 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2017.
  8. "Matç hesabatı – D qrupu – Argentina – İslandiya" (PDF). FIFA. 16 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 iyun 2018.
  9. "Matç hesabatı – H qrupu – Polşa – Seneqal" (PDF). FIFA. 19 iyun 2018. 2018-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 iyun 2018.
  10. "Matç hesabatı – G qrupu – Belçika – Tunis" (PDF). FIFA. 23 June 2018. 23 June 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 June 2018.
  11. "Matç hesabatı – E qrupu – Serbiya – Braziliya" (PDF). FIFA. 27 iyun 2018. 2018-06-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 iyun 2018.
  12. "Matç hesabatı – 1/8 Final – Kolumbiya – İngiltərə" (PDF). FIFA. 3 iyul 2018. 2018-07-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 iyul 2018.