Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azadçay
Azadçay — Göygöl rayonu ərazisindən axan çay. == Ümumi məlumat == Uzunluğu 18 km, hövzəsinin sahəsi 52 km²-dir. Murovdağ silsiləsinin şimal yamacından (1700 m) başlayır. Kürəkçayın sol qoludur.
Abadla
Abadla (ərəb. العبادلة‎)‎ — Əlcəzairin qərbində, Beşar vilayətində şəhər. Eyniadlı dairənin inzibati paytaxtıdır. Şəhər Böyük Səhranın şimalında, Mərakeşlə sərhəddə, Gir çayının sağ sahilində, Beşar şəhərindən 90 kilometr (56 mil) cənub-qərbdə və Beni Abbesdən 150 kilometr (93 mil) şimal-qərbdə yerləşir. Əvvəllər burada Fransanın hərbi bazası yerləşirdi. Qərbdə Fransanın keçmiş Hammagir kosmodromu yerləşir. == Əhali == 2009-cu ildə əhalinin sayı 14,364 nəfər idi. Sahəsi 28,70 km2-dir. == İqlim == Şəhərdə çox isti yay və sərin qış və il ərzində çox az yağıntı ilə quraq səhra iqlimi var. == İqtisadiyyat == Əsas sənaye kənd təsərrüfatıdır.
Afarca
Afar dili-Efiopiya, Eritreya və Cibutidə danışılan bir Düzənlik Şərq Kuşit dilidir. Ən yaxın qohumu Saho dilidir.
Avarca
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan Avar xalqının dili. Avarlar, əsasən Dağıstanda, Azərbaycanda (Balakən və Zaqatala rayonları) və qismən də Türkiyədə yaşayırlar. 13-22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən, ana dili avar dili olan Azərbaycan vətəndaşlarının sayı 46.610 nəfərdir.
Azadek
Azadek — İrəvan xanlığının Şərur-Dərələyəz mahalında kənd adı. == Əhalisi == 1727-ci ilə aid mənbədə kənddə üç erməni ailəsinin yaşadığı qeyd olunmuşdur. 1828–1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. == Toponimikası == XX əsrin əvvələrində azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. qədim türk dillərində asu "qırmızı kil"və farsca tek "torpaq", "Süxur", ya da həmin dildə dək "yağışdan sonra su ilə dolan şoran çökəklik", "şor göl", "şoran torpaq", "bitkisiz yer", sözlərindən ibarətdir. Ola bilər, bu toponim Azad şəhər adı ilə bağlıdır. Həmdullah Qəzvini (XIV) Ordubaddan 30 km aralıda Gilançayın üstündə Azad şəhərinin yerləşdiyini yazır. Onda bu kəndin adı Azad və deh farsca "kənd" sözlərindən ibarətdir.Баскаков Н.А. Введение в изучение тюркских языков. М., 1969.
Azadeğ
Azadeğ — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7,5 km cənub-qərbdə, Arpaçayının sağ sahilində yerləşir. Kəndin adı Azatak, Azader, Azad, Azadak formalarında da erməni mənbələrində qeyd edilir. Burada 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828-29 - cu illərdə ermənilər buraya İranın Xoy və Salmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir. Kəndin adının yaranması ilə bağlı erməni mənbələrində göstərilir ki, bura gələn ermənilər azader (azad idi) deyərək kəndi Azadeğ adlandırmışlar. Bu, elmi həqiqətə uyğun deyil, ehtimologiyadır. Toponim fars dilində işlənən azad sözü ilə, fars dilində «kənd, qışlaq» mənasında işlənən dex sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 20 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır .
Qazaxca
Qazax dili (qaz. Qazaq tılı, قازاق ءتىلى) — türk dilləri ailəsinin qıpçaq qoluna aid dil, Qazaxıstan Respublikasının rəsmi dili və qazax xalqının doğma dili. Quruluş və tələffüz baxımından qaraqalpaq, noqay, və qırğız dillərini qazaxcaya ən yaxın olan türk dilləri olaraq hesab etmək olar. == Yayılma arealı == Əsasən Qazaxıstan ərazisində, Monqolustanın qərbindəki Bayan-Ölgii aymağında (qazaxca "Bayölke", yəni "Bayölkə / Bəyölkə; varlı, bərəkətli diyar" deməkdir) və az sayda digər aymaqlarda, qismən olaraq Rusiyanın qazaxlar yaşayan bəzi sərhədyanı bölgələrində (Həştərxan vilayəti, Orenburq vilayəti, Altay Respublikasının cənubundakı Koş-Aqaç / Koş-Aqaş (yəni "Qoşaağac") rayonunda), Çinin qərbindəki Şincan Uyğur Muxtar əyalətinin şimalındakı Yili / İli Qazax Muxtar dairəsində (xüsusilə onun Taçenq / Tarbağatay və Altay dairələrində), Hami / Qumul dairəsinin Balıkun / Barköl Qazax Muxtar rayonu, Çanqji (uyğurca "Sanci", lakin böyük ehtimalla təmiz çincə toponimdir) Hui Muxtar dairəsinin Mulei / Mori Qazax Muxtar dairəsində, və həmçinin Qansu əyalətinin Ciutsuan şəhəri / Sucau bölgəsinə bağlı Akesai / Aqsay (yəni "Ağçay") Qazax Muxtar dairəsində geniş yayılmışdır.
Azalea
Azaliya (lat. Azalea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Amada
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. == Tarixi == Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Azadi
Azadi — kişi adı və təxəllüsü.
Zağca
Zağca (lat. Corvus frugilegus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 45-50 sm, çəkisi 350-450 q olur. Rəngi qara, bənövşəyi-göydür. Əsasən Mərkəzi Avropa və Asiyada yayılmışdır. Köçəri quşdur. Lakin Azərbaycanda oturaq həyat sürür. Hündür ağaclarda düzəltdiyi yuvaya 3-7 yumurta qoyur; 19-21 gün kürt yatır. Zərərli həşəratı məhv etməklə fayda,tarlada toxumu cücərtini yeməklə zərər verir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası IV cild, Bakı 1980, səh.
Azadlı (Germi)
Azadlı (fars. ازادلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Azadlı kəndistanı ərazisinə daxil olan kənd.
Cənubi Zazaca
Cənubi Zazaca - Zaza dilinin bir ləhçəsi, Cənubi Zazaca Türkiyənin cənubi şərqi Anatoliya məntəqəsində, Diyarbakır, Şanlıurfa və Adıyaman vilayətlərində danışılır.
Eltac Azadlı
Eltac Sədrəddin oğlu Azadlı (22 mart 1992; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eltac Azadlı 22 mart 1992-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Beyləqan rayon Əlibaba Şirinov adına Dünyamalılar kənd 1 saylı məktəbdə təhsil almışdır.Hələ uşaqlıqdan mehribanlığı, tərbiyəsi ilə sinif yoıdaşlarının və müəllimlərinin sevgisini qazanmışdır. == Hərbi xidməti == Eltac Azadlı 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə 4-cü özüyeriyən artilleriya divizionunun 10-cu batareyasının 1-ci özüyeriyen artilleriya tağımında xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Eltac Azadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Xocavəndin, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə top komandiri kimi vuruşmuşdur. Eltac Azadlı 31 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qara ayaqca
Qara ayaqca ya da Qara aya dili və Siksikaca (yerli dildə: Siksiká ᓱᖽᐧᖿ; ingiliscə: Blackfoot, Siksika) — dörd ləhcəsindən üçü (Kainai, Şimali Piegancası, Cənubi Piegancası) Kanada Albertada, biri Amerika Birləşmiş Ştatlarında Montana ştatının şimal-qərbində Qara ayaqlar tərəfindən danışılan Algonkin dilləri ailəsinin Düzənlik Algonkin dillər qrupundan bir hindu dilidir. 2001-ci ildəki rəqəmlərə görə, Kanadada 15,000 etnik Qara ayaqdan 4,500 ü, Amerika Birləşmiş Ştatlarında 5,000-8,000 Qara ayaqdan 100-ə qədəri ana dilində danışa bilir.Gənclər tərəfindən istifadə edilən köhnə Qara ayakca (və ya Yüksək Qara ayaqca) adlı iki fərqli forma vardır ki, bu da yaşlılar tərəfindən istifadə edilir və Yeni Qara ayaqca (və ya Müasir Qara ayaqca) istifadə olunur.
Qazaxca Vikipediya
Qazaxca Vikipediya (qaz. Қазақша Уикипедия) — Vikipediyanın qazax dilində olan bölməsidir. 12 oktyabr 2023 — Qazax dilində olan Vikipediyada 235.015 məqalə var. 2002-cü ilin İyundan kk.wikipedia.org ünvanında Qazax dilində Vikipediya fəaliyyətə başlamışdır. Bu bölməsinin xüsusiyyəti odur ki, orada latın, kiril və ərəb qrafikalı əlifbalardan istifadə edilir. == Tarix == 2007 - 1000 məqalə mart 2008 - 2000 məqalə mart 2009 - 3000 məqalə yanvar 2010 - 6000 məqalə 17 yanvar 2010 - 7000 məqalə 10 mart 2011 -8000 məqalə 5 aprel 2011 - 9000 məqalə 8 aprel 2011 - 16000 məqalə 16 aprel 2011 - 20000 məqalə 15 iyun 2011 - 25000 məqalə 18 iyun 2011 - 30000 məqalə 22 iyun 2011 - 35000 məqalə 29 iyun 2011 - 40000 məqalə 3 iyul 2011 - 45000 məqalə 9 iyul 2011 - 50000 məqalə 12 iyul 2011 - bölmə Vikipediyaların siyahısıda ən böyük 50 Vikipeiyaların siyahıya girib. 13 iyul 2011 - 55000 məqalə 20 iyul 2011 - 60000 məqalə 26 iyul 2011 - 65000 məqalə 14 avqust 2011 - 70000 məqalə 23 avqust 2011 - 75000 məqalə 11 oktyabr 2011 - 80000 məqalə 15 oktyabr 2011 - 85000 məqalə 22 oktyabr 2011 - 90000 məqalə 26 oktyabr 2011 - 100000 məqalə 6 avqust 2012 - 150000 məqalə 29 noyabr 2012 - 200000 məqalə. 200 mininci məqalə Nurbek Matzhani tərəfindən yaradılan Жасанды интеллект (qaz. Süni intellekt) məqaləsidir. == Loqo == perrow="5" == Xarici keçidlər == Qazax Vikipediya Как же развивать Казахскую Википедию?
TV Azteca
TV Azteca, S.A.B. de C.V. — Grupo Salinas-a məxsus bir Meksika multimediya konglomeratıdır. Meksikada Televisadan sonra ikinci ən böyük kütləvi informasiya şirkətidir.. İlk növbədə Televisa və Imagen Televisión və bəzi yerli operatorlarla rəqabət aparır. Azteca Uno və Azteca 7 adlı iki milli televiziya şəbəkəsinə sahibdir və adn40 və a+ kimi digər iki milli paylanmış xidməti idarə edir. Bu şəbəkələrin hər üçünün əksər böyük və kiçik şəhərlərdə vericiləri var. TV Azteca, Mərkəzi və Cənubi Amerikada 13 ölkəyə və ABŞ-də Azteca Amerika şəbəkəsinin bir hissəsinə çatan Azteca Trece Internacional da fəaliyyət göstərir. Onun qabaqcıl proqramı Hechos xəbər yayımçısıdır.
Zabil Azadlı
Zabil Tələt oğlu Azadlı (1 yanvar 1999; Lerik rayonu, Azərbaycan — 30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zabil Azadlı 1999-cu il yanvarın 1-də Lerik rayonunun Biləvər kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Zabil Azadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zabil Azadlı oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Lerik rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zabil Azadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İggi Azalea
Ametist Ameliya Kelli (ing. Amethyst Amelia Kelly; 7 iyun 1990, Sidney[…]) — əsasən İqqi Azaliya (ing. Iggy Azalea) adı ilə tanınan Avstraliya reper və modeli. Azaliya 16 yaşında musiqi karyerasını davam etdirmək üçün Avstraliyadan ABŞ-yə köçdü. O, əsasən "Pussy" və "Two Times" mahnı kliplərinin YouTube platformasında yayımlanmasından sonra ictimaiyyətdə tanınıb və sürətlə məşhurlaşlaşmağa başlayıb. Azaliya qısa müddət sonra ABŞ reperi T.I.-nin "Grand Hustle" səsyazma şirkəti ilə müqavilə imzladı və ilk debüt işi "Ignorant Art" (2001) mixksteypini buraxdı. Azaliyanın ilk studiya albomu "The New Classic" (2014) dünya üzrə bir neçə sıralamada ilk beşliyə daxil olmasına baxmayaraq, müxtəlif tənqidi rəylər almışdır. Azaliya "Top R&B/Hip-Hop Albums"da ilk sırada olan qeyri-amerikalı qadın reper oldu. "The New Classic"dən əvvəl ilk sinqlı "Work" və "Fancy" ABŞ-də "Billboard Hot 100" sıralamasına daxil olmuşdu. "Fancy" sinqlı Ariana Qrandenin 2014-cü ildə yayımladığı "Problem" sinqlından sonra ikinci yerdə qərarlaşmışdır.
Azalea alabamensis
Azalea alabamensis (lat. Azalea alabamensis) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin azaliya cinsinə aid bitki növü.
Azad
Azad — ad. Azad Əliyev Azad Əliyev (dirijor) — Azərbaycan dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Azad Əliyev (heykəltaraş) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı. Azad Əliyev (skripkaçı) — Azərbaycanlı skripkaçı, Azərbaycan SSR əməkdar artisti, xalq artisti.
Zada
Alaca (cins)
Alaca (lat. Zygaena) — Pulcuqluqanadlılar dəstəsinə aid Kəpənək fəsiləsi. == Təsviri == Orta ölçüyə malikdir. Ön qanadları iri və ləkəlidir. Göy və ya, yaşıl metal rəngində olurlar. Günün əsasən şəfəq saçarkən aktiv olurlar. Bəzi növləri isə gecə həyatı keçirir. Pupları qısa enlii formaya malik olurlar. == Sistematikası == == Ədəbiyyat == K. A. Efetov, W. G. Tremewan & G. M. Tarmann (eds). Proceedings of the 7th International Symposium on Zygaenidae.
Ağaca dırmaşmaq
Ağaclara dırmaşmaq — ağaclara dırmaşmaq və bayırda oynamaqla keçirilən saatlar. Ancaq müasir dövrün uşaqları daha çox qapalı yerlərdə vaxt keçirməyə üstünlük verir və bu da onların gözlərini zəiflədir. == Faydaları == Amerikalı elm adamları bu yararın daha çox yaddaş və şüuri fəaliyyətlər üzərində güclü təsirə malik olduğunu bildirirlər. Ağaca dırmaşmaq şüurlu davranışları böyük miqdarda gücləndirir. Araşdırmaçılara görə, oynaqların boşluqdakı mövqeyini, hərəkətini qəbulla bağlı “proprioseptif” adı verilən duyğunu tətikləyən fəaliyyətlər idrak qabiliyyətini artırır. Bunu ABŞ-dəki Şimali Florida Univerisitetinin psixologiya Bölümünün araşdırmaçılar bildiriblər. Araşdırmaçlar 18-59 yaşındakı könüllülərin yaddaşını test etdikdən sonra, onların ağaca dırmaşmaq, taxta üzərində tarazlığı qoruyaraq gəzmək, bəzi nəsnələri yerə salmadan qaşımaq kimi fiziki fəaliyyətlərini yoxlayıblar. Bu cür fəaliyyətlərdən 2 saat sonra iştirakçılarla təkrar yaddaş testi keçirilib. Onların yarısı yaddaş testini daha uğurla başa vurublar. Araşdırmaçı Ross Allovay, düşündürən fəaliyyətlərin həm beyin, həm də bədəni çalışdırdığını vurğulayıb.
Azadə Hüseynova
Azadə Hüseynova (tam adı: Azadə Cəbrayıl qızı Hüseynova; 2 yanvar 1937 – 1 dekabr 2016) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor. == Həyatı == Azadə Cəbrayıl qızı Hüseynova 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1959-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakultəsini bitirdikdən sonra “SK” zavodunda (Sumqayıt şəhərində) işləmiş, 1960-cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiraturasına daxil olmuş, 1963-cü ildə dissertasiya işini müdafiə etmiş və kimya elmlər namizədi elmi dərəcəsini almışdır. 1963-cü ildən AMEA-nın Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitututunda kiçik elmi işçi, böyük elmi işçi və 1982-2016-cı illərdə “Avtomobil benzinləri” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1980-cı ildə “Xırda dispersli katalizator iştirakında katalitik krekinq prosesindən istifadə etməkə yükəkoktanlı etilləşməmiş avtomobil benzinlərinin alınma texnolgiyasının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 1990-cı ildə “Qaz və yanacağın kimyəvi texnologiyası” ixtisası üzrə professor adına layiq görülmüşdür. A.C. Hüseynova 2016-cı il dekabr ayının 1-də vəfat etmişdir. == Elmi fəaliyyəti == A.C. Hüseynovanin elmi fəaliyyəti neftkimyası və neft emalı sahəsində yeni tullantısız texnoloji proseslərin elmi əsaslarının işlənib hazırlanmasına və yüksəkoktanlı etilləşməmiş Aİ-93 benzininin alınmasının yüksəkeffektli texnologiyasının yaradılmasına, həmçinin avtomobil benzinlərinə yüksəkoktanlı əlavələrin alınmasına, ağır neft xammallarının emalı üçün yeni texnoloji sistemlərin və katalizatorların yaradılmasına yönəlmişdir. A.C. Hüseynova az və yüksək kükürdlü vakuum distillatlarının əsasında birbaşa katalitik krekinq prosesinin özündə etilləşməmiş Aİ-93 benzininin alınmasına verilmiş patentin müəlliflərindən biridir. O, əsas rejim parametrlərini və xammalın karbohidrogen tərkibini dəyişmək yolu ilə etilləşməmiş Aİ-93 benzininin alınmasını proqnozlaşdırmağa imkan verən bu prosesin elmi əsaslarını işləyib hazırlamışdır.
Avaça (vulkan)
Avaça (rus. Авача) — Rusiyanın Kamçatka yarımadasının cənubunda, Petropavlovsk-Kamçatski şəhərindən şimalda vulkan. Hündürlüyü 2,741 metr olan vulkan son 230 ildə 12 dəfə püskürmüşdür. Həmişə tüstülənir. == İstinadlar == == Əlavə ədəbiyyat == Авачинская сопка // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978. Брайцева О. А., Базанова Л. И., Мелекесцев И. В., Сулержицкий Л. Д. Крупнейшие голоценовые извержения вулкана Авачинский на Камчатке (этап 7250-3700 лет назад) // Вулканология и сейсмология, 1998.