is. [
ər. ] Ədalət və insafa zidd olan hal və hərəkət, güclünün gücsüzə qarşı göstərdiyi amansız təzyiq, haqsızlıq, insafsızlıq, ədalətsizlik, cəfa.
Ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə qatlanıb, öz idrakının təsdiqi ilə zülmü dəf etməlidir. M.F.Axundzadə.
// Özbaşınalıq və zorakılıq əsasında qurulan idarə üsulu; istibdad.
Hökumətin zülmündən təngə gəlmiş xalq hökumətə qarşı yazılan bu rübainin təkrar edilməsini tələb etməyə başladı. M.S.Ordubadi.
// Ümumiyyətlə, əziyyət, əzab, işgəncə.
Tainki ayıqdır, həzər et ər dediyindən; Ər zülmü yamandır! M.Ə.Sabir.
□ Zülm çəkmək – zülmə, haqsızlığa məruz qalmaq.
Zülm etmək (eləmək) – amansızcasına sıxışdırmaq, incitmək, azadca yaşamağa və inkişaf etməyə qoymamaq, istismar etmək, ədalətsizlik etmək, haqsızlıq etmək, cəfa etmək.
…Zülm eliyən, qan tökən; Ya xan, ya sultan olar. (Bayatı).
İkisi birləşib zülm edib mana; Şahid yox arada, qorxuram dana. Q.Zakir.
Mən ki doymamışdım heç vüsalından; Mənə zülm elədi yaman ayrılıq. N.Rəfibəyli.
Zülm ərşə dayandı (çıxdı) – zülm, ədalətsizlik həddini aşdı.
Zülm ilə, zülmlə – çox böyük əziyyətlə, çox çətinliklə.
Qurbani der: bu nə çərxi-fələkdir; Zülümlə ayırırlar yarı da məndən. Qurbani.