Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azadigan (Urmiya)
Azadigan (fars. ازادگان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (82 ailə).
Azadistan
Azadıstan (fars. آزادیستان‎) — Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin liderliyi ilə 3 ay (23 iyun — 14 sentyabr 1920-ci il) müstəqil olan qısa ömürlü dövlət. == Tarix == Güney Azərbaycan Demokrat Firqəsi açıq fəaliyyətə 1917-ci ildə başlamış, həmin il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmişdir. Birinci dünya müharibəsində İran torpaqlarını işğal edən Osmanlı ordusu Təbriz və Urmiya şəhərlərini tutur. Osmanlı ordusunun Azərbaycan bölgəsini işğal etməsinin əleyhinə çıxan Şeyx Məhəmməd Xiyabani və yoldaşları həbs edilir və qoşunlar Təbrizi tərk etdikdə onları da özləri ilə aparırlar. noyabr 1918-ci ildə Osmanlı ordusunun geri çəkilməsindən sonra Xiyabani İrana qayıtmış və Azərbaycan Demokrat Partiyasının fəaliyyətini yenidən canlandırmışdır. 1920-ci ilin may ayında Təbrizdə Demokrat Firqəsinin rəhbərliyi ilə böyük mitinq təşkil edildi. Mitinqdə imperialistlərin və İran irticaçı qüvvələrinin əleyhinə mübarizəni daha da gücləndirməyə çağırışlar səsləndirildi. Mitinq iştirakçıları təklif etdilər ki, Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda qabaqcıl olmuşdur. Bu səbəbdən də onun Azərbaycan əyaləti yerinə "Azadistan" (azadlıq ölkəsi) adlanması daha düzgündür.
Azadciran nahiyəsi
Azadciran nahiyəsi — Osmanlı dövründə inzibati-ərazi vahidi, Naxçıvan qəzasının nahiyyələrindən biri. 1590-cı ildə Azadciran nahiyəsi 28 kənddən ibarət idi. 1727 ci ildə isə 37 kənddənibarət idi. == Tarixi == Azadciran nahiyəsi ərazi baxımından daha qədim dövrdə adı qeyd edilən Qoxtn (Qoltn) əyaləti ilə üst-üstə düşür. Qoxtn əyaləti haqqında ilk məlumatlar IV əsrdən etibarən erməni dilli mənbələrdə verilir və XIII əsrə kimi bu ad mənbələrdə xatırlanır. X əsrdən başlayaraq ərəb və fars dilli mənbələrdə həmin əyalət Azad-Ciran (Azadciran) adlandırılır və bu da ərazidə yerləşən iki böyük şəhərin – Azad və Kiran şəhərlərinin adı ilə bağlıdır.Azad-Ciran əyaləti haqqında ilk məlumat Əl-İstəxrinin “Məsalik və Məmalik” əsərində verilir. İstəxri yazır ki, “Arranın sərhədləri Bab əl-Əbvabdan Tiflisə və Araz çayı yaxınlığında yerləşən Haciran adlı yerə kimidir.” Səfəvi şahlarının Matenadaranda saxlanan çoxsaylı fərmanlarında Azad-Ciran əyalətinin adı dəfələrlə çəkilir. Onlardan I Təhmasibin 1544 və 1555-ci illərə, Təbriz bəylərbəyinin 1581-ci ilə, Məhəmməd Xudabəndənin 1585-ci ilin dekabrına və 1586-cı ilin yanvarına, I Şah Abbasın 1604, 1606 və 1621-ci illərə aid fərmanlarında Azad-Ciran əyaləti, onun əhali və ərazisi, həmçinin sosial-iqtisadi həyatında çoxlu sayda dəyərli məlumatlar verilir. Əyalətin mərkəzi Kiran şəhəri olmuşdur. Şəhərin xarabalıqları hazırda Ordubad rayonunun Kələntər-Dizə kəndi yaxınlığında yerləşən Xarabagilan abidəsidir.
Azadistan (qəzet)
Azadistan (fars. آزادیستان‎) — 1920-ci ildə de-yure İranın, de-fakto Azadıstanın bir hissəsi olan Təbriz şəhərində ayda iki dəfə Azərbaycan və fars dillərində nəşr olunmuş elmi, nəzəri-siyasi jurnal. Azərbaycan Demokrat Partiyası gənclər təşkilatının orqanı olmuşdur. İstiqlaliyyət, dil, ədəbiyyat və s. məsələləri işıqlandırırdı. Redaktoru Tağı Rüfət idi. Cəmmi 3 nömrəsi çıxmışdır.
Dəşt Azadegan şəhristanı
Dəşt Azadegan şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Susəngerd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 96,115 nəfər və 16,604 ailədən ibarət idi.
Dəşt Azadəqan şəhristanı

Şuşa, sən azadsan!
Şuşa, sən azadsan! — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan sənədli film == Məzmun == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində çəkilib. II Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilmişdir. Filmdə Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer almışdır.
Şuşa, sən azadsan! (film, 2021)

Şuşa, sən azadsan! (sənədli film,2021)
Şuşa, sən azadsan (sənədli film,2021)
Azadıstan