1. is. Dəyər, qiymət. Çəkmənin bahası. Bahası on qəpiyə dəyməz.
– [Vəli:] A kişi, olar ki, bir at bahası əlimizə düşə…
Bu sandıqda yüz min dinar bahasında daş-qaş, cavahirat vardır.
// Əvəz, qarşılıq.
[Mirzə:] Məgər mənim imanımın bahası belə rəftardır?
2. sif. Yüksək qiymətlə satılan, ya alınan (ucuz ziddi). Baha qiymət.
Baha mal. – Bir aydan sonra o, bir gödək berdankanı çox baha qiymətə alıb, samanlıqda gizlətdi.
3. Yönl.
halda: bahasına – bir şeyi əldə etmək üçün sərf edərək, qurban verərək. O öz biliyini inadlı əmək bahasına qazanmışdır.
– [Azadın] baqi qalan son dəqiqələri, onun hər nəfəsi bir düşmən həyatı bahasına tamam olur.
// Yolunda, uğrunda.
Qədəh bahasına can vermək istərəm, amma; Nə çarə kim, iki aləm olur bəhayi-qədəh.
◊ Baha oturmaq – çox bahaya, böyük səy və zəhmətə mal olmaq, yaxud çox pis nəticələnmək, nəticəsi pis olmaq.
[Əlyarov:] Yazıqsan, bala, cavanlığını nəzərə alıram, yoxsa bu səhvin sənə baha oturardı.
Od (qızıl) bahasına – çox baha, həddindən artıq baha qiymətə.