Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Salvia deserta
Salvia deserta (lat. Salvia deserta) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Həşərat
Həşəratlar (lat. Insecta) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. Həşəratların 1 milyona yaxın növü məlumdur. Yer kürəsinin demək olar ki, hər bir ekosistemində mövcuddur. Heyvanlar aləminin təqribən 80%-ni təşkil edən həşəratlar 30-a qədər dəstəni əhatə edir. Ənənəvi təsnifata uyğun olaraq çoxayaqlılarla birlikdə traxeyatənəffüslülər yarımtipinə aiddir. == Ümumi məlumat == Zooloji nomenklaturanın Beynəlxalq kodeksi növ, cins, fəsilə və onlar arasındakı adlara tətbiq olunur, lakin Insecta kimi qeyri — tipik adlara tətbiq olunmur. Bunun nəticəsində elmi ədəbiyyatda "İnsecta" termini müxtəlif taksonlar üçün istifadə edilmişdir. Aristotelin dövründən bu ad quru buğumayaqlılarına (altıayaqlılar, hörümçəkkimilər və s.) tətbiq edilir, lakin xərçəngkimilər üçün istifadə edilmirdi. Linney isə xərçəngkimiləri də İnsectaya aid etmişdi.
Həşərat qanadı
Qanad — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Döş örtüyünün yan büküşlərindən əmələ gələn qanadlar gövdənin döş hissəsinin üst tərəfində yerləşir. Həşəratlarda adətən 2 cüt, bəzən 1 cüt qanad olur. Bəzi 2 cüt qanadlılarda birinci cüt qanad (qanadönlüyü) sərt olub müvazinət, ikinci cüt pərdə şəkilli damarlı qanadlar isə uçma funksiyası daşıyır. İkiqanadlılarda yalnız 1-ci cüt qanadlar inkişaf etmişdir.
Bəşərü çayı
Bəşərü (hidronim) — Astara və Lənkəran rayonları ərazisində çay. == Coğrafiyası == Lənkəran çayının sağ qoludur. Uzunluğu 38 km, Talış silsiləsindən (1800 m. yüksəklikdən) başlanır. == Adı == Toponim talış dilindəki bəş (qol) (-ə bitişdirici sait) və rü (çay) sözlərinin birləşməsindən düzəlib, "çay qolu" deməkdir. == İstifadəsi == Suvarmada istifadə edilir. Suyunun bir hissəsi kanalla Xanbulançay su anbarına axıdılır.
Beretta
Beretta — ad və soyad. Beretta (şirkət) — Beretta şirkəti. Beretta 92 — Beretta şirkətinin tapançası. Beretta AR-70 — İtaliyanın "Beretta" şirkəti tərəfindən istehsal olunmuş avtomat.
Bessera
Flyuggeya (lat. Flueggea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinə aid bitki cinsi.
Beverna
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Bizerta
Bizerta Bənzərt (ər. ) — Tunisin şimalında, Bizerta azad iqtisadi zonasında şəhər. Bizerta vilayətinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 115 min (2005). Nəqliyyat qovşağı. == Coğrafiyası == Aralıq dənizində port (filiz xammalı, neft məhsulları, sement, həmçinin zeytun yağı və s. kənd təsərrüfatı məhsullarının ixracı). == Tarixi == Bizerta qədim (e.ə. 9-cu əsr) Finikiya məskəninin yerində salınmış, sonralar Hippon-Diarritus (Hippo Diarrhytus) adlı Roma şəhəri olmuşdur. 698-ci ildən Əməvilərin tabeliyində olmuş, Bənzərt adlandırılmışdır.
Şeyx Bəşərət (Bicar)
Şeyx Bəşərət (fars. شيخ بشارت‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (68 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Bəşər (İran)
Bəşər (fars. بشر‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 787 nəfər yaşayır (167 ailə).
Bəşər Əsəd
Bəşər Əsəd (ərəb. بَشَّار الأسد‎, Bəşşar əl-Əsəd) və ya tam adı ilə Bəşər Hafiz Əsəd (ərəb. بشار حافظ الأسد‎‎‎; Bəşşar Hafiz əl-Əsəd; 11 sentyabr 1965[…], Dəməşq) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur. Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd kimi qeyd olunur. == Həyatı == Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir.
Bemera
Desert
Desert (fr. dessert-dən) — nahar və şam yeməyindən sonra verilən və xoş dad əhvalı yaratmaq üçün verilən yemək. Bir qayda olaraq şirin delikateslər verilir.
Besət
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur. == Tarixi == Onun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər. Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı.
Eşera
Eşera (gürc. ეშერა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 30 m hündürlüktə, Suxumidən 13 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 121.
Artemisia deserti
Artemisia deserti (lat. Artemisia deserti) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Beretta (şirkət)
Beretta silah markası — öz adını Bartolomeo Berettanın soyadından götürmüşdür. Bartolomeo Beretta (təxminən 1490 – təq. 1565). maestro di canne (master silah lüləsi ustası) kimi tanınan Lombardiyadan olan italyan sənətkarıdır və o, 1526-cı ildə Beretta silah istehsalı müəssisəsini qurmuşdu. Arquebus Beretta Val Trompiadakı Gardone-də, sonra Venesiya Respublikasında işləmiş və kənddə dəmir ustası olmuşdur. O, təfərrüfatla maraqlanırdı və silah lülələrinin məhsuldar istehsalçısı idi. 1526-cı ildə Venesiya Arsenalı ona 185 arquebus barelinə görə 296 dukat ödədi. Dəmir tökmə və silah biznesi Berettanın oğlu Yakopo və nəvəsi Covannino tərəfindən davam və inkişaf etdirilmişdir və Beretta ailəsi 21-ci əsrdə biznesə nəzarət edir. Britannica Ensiklopediyası Berettanı "dünyanın ən qədim sənaye müəssisələrindən biri" adlandırmışdır.
Beretta 92
Beretta 92 (it. Beretta 92, həmçinin Beretta 96 və Beretta 98) — Beretta şirkətinin ən istedadlı mühəndisləri Karlo Beretta, Cuzeppe Mazetti və Vittorio Valle tərəfindən 1972-ci ildə istehsal edilmişdir. Özüdolan 9 mm kalibrli Beretta 92F tapançası 1985-ci ildə müsabiqəyə əsasən ABŞ ordusuna 0.45 kalibrli Kolt M1911i əvəz edərək M9 adıyla istifadəyə verilmişdir. Müqaviləyə əsasən M9 İtaliya (Beretta) və həmçinin ABŞda (Beretta USA Corp., Akkokike, Merilend ştatı) istehsal edilir. 1985-1995ci ilədək ABŞ bütün ordusu üçün 1 020 257 ədəd M9 almışdır (1 tapançanın qiyməti 178,50 ABŞ Dolları). Beretta 92FS (Beretta 92F modelindən tətiyin yanında disk ilə fərqlənir) dünyada ən çox yayılmış və tanınan modellərdən biridir. O bir çox ölkələrin ordusu, polisi, xüsusi orqanları və özünü müdafiə silahı kimi istifadə edilir. Hər il 92 modeli İtaliyada və digər ölkələrdə 100 000 artıq istehsal edilir. == Yaranma tarixi == == Modellər == Beretta 92 Beretta 92S Beretta 92SB Beretta 92F Beretta 92FS Beretta 92DS Beretta 92D Beretta 93R === Üstün cəhətləri === === Çatışmayan cəhətləri === İri qabaritli olması gizdi daşınmaya imkan vermir. İlkin mərhələdə yüngül materiallardan istifadə edilməsi onun dözümlülüyünü azaldırdı.
Bizerta (vilayət)
Bizerta vilayəti (ərəb. بنزرت‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Bizerta vilayətinin ərazisi 3 750 km2-dır. Bizerta vilayəti Aralıq dənizinin sahilində yerləşir.
Bizerta vilayəti
Bizerta vilayəti (ərəb. بنزرت‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Bizerta vilayətinin ərazisi 3 750 km2-dır. Bizerta vilayəti Aralıq dənizinin sahilində yerləşir.
Bəsərək (Xudabəndə)
Bəsərək (fars. بصرك‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (54 ailə).
Emilia exserta
Emilia exserta (lat. Emilia exserta) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Harnackia bisecta
Harnackia (lat. Harnackia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Harnackia bisecta Urb.
Tiaqo Bezerra
Tiaqo Queiroz Bezerra (17 fevral 1987, Braziliya) — braziliyalı, peşəkar Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın keçmiş futbolçusudur. == Futbolçu karyerası == === Klub karyerası === Türkiyədə tanınan Altay, böyük işlər gördükdən sonra Karşıyaka komandasında da oynadı. Hücum yarımmüdafiəsi mövqeyində çalışan oyunçu, İzmirli futbolsevərlərdə iz buraxdı, vuruşları və qolları ilə azarkeşlərinin qəlbində özünə yer tapdı. === Adanaspor === 2013–14 mövsümünün əvvəlində Adanaspora transfer olan Tiaqo, ilk oyununu 4: 0 hesabı ilə uduzan Orduspora qarşı keçirdi. 2013–14 mövsümündə 31 rəsmi oyun keçirən Tiaqo, 16 qol və 9 asistlə ən çox statistikaya sahib olan komandanın oyunçusu oldu. 2013–2014 mövsümündə 8 sarı vərəqə aldı. İlk mövsümündə Adanasporda 17 nömrəli forma geyinən Tiaqo, 2014–15 mövsümündə 10 nömrəli formanı geyinməyə başladı. 2014–15 mövsümündə 2 qolu penaltidən 15 qol vurdu. O, bu mövsüm 7 sarı və 1 qırmızı vərəqə alıb. Adanasporda 2 mövsüm oynayan Tiaqo, 8 -i penaltidən olmaqla ümumilikdə 31 qol vurdu və 2 mövsüm ərzində 15 sarı, 2 qırmızı vərəqə aldı.
Lamiyə Hacı Bəşər
Lamiyə Hacı Bəşər (ərəb. لمياء حجي بشار‎; 1998, Koço[d], Neynəvə mühafəzəsi) — yezidi əsilli İraq insan haqları fəalı. O, 2016-cı ildə Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür. == Həyatı == Lamiyə Hacı Bəşər 1998-ci ildə İraqın Sincar şəhəri yaxınlığında yerləşən Koço kəndində anadan olmuşdur. O, 2014-cü ilin avqust ayında Nadiya Murad ilə birlikdə İraq Şam İslam Dövləti tərəfindən qaçırılmış və seksual köləliyə vadar edilmişdir. Terror təşkilatı onu intihar bombaçıları üçün jiletlər hazırlamağa məcbur edilmişdir. Lamiyə Hacı Bəşər 2016-cı ilin aprel ayında əsarətdən yerli qaçaqmalçılara ödəniş edən ailəsinin dəstəyi ilə qaça bilmiş, fəqət bu zaman minaya düşmüşdür. O, Almaniyada müalicə almağa göndərilir. 2016-cı ilin oktyabr ayında Lamiyə Hacı Bəşər Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür. Mükafat mərasimi həmin ilin dekabr ayında keçirilmişdir.
Blerta Başoli
Blerta Başoli (alb. Blerta Basholli) — Kosovo yazıçısı, rejissoru və prodüseri. Onun debüt bədii filmi olan Pətək (2021) böyük uğur qazanır, Sandens Film Festivalı rekordlarını qırır və Ən Yaxşı Beynəlxalq Bədii Film kateqoriyasında Oskar üçün qısa siyahıya düşən ilk Kosovo filmi olur. == Şəxsi həyat == Başoli Nyu-York Universitetini bitirib. O, dörd il Nyu-Yorkda yaşayır, tələbə ikən bir sıra layihələrdə, o cümlədən beynəlxalq və Kosovo festivallarında mükafatlar qazanan “Lena və mən” qısametrajlı filmi üzərində çalışıb. 2008-ci ildə Nyu-York Universitetinin Tiş İncəsənət Məktəbində Kino Proqramı üçün Dekan Təqaüdünə layiq görülür. Başoli daha sonra Priştinaya qayıdır. Tanınmış kosovalı fotoqraf Artan Korenitsa ilə evlidir və iki övladı var. == Karyera == 2006-cı ildə Başoli ilk sənədli filmi olan “Güzgü, Güzgü....” çəkir. O, 2006-cı ildə bir sıra kinofestivalların – Sarayevo Film Festivalı, Tirana Beynəlxalq Film Festivalı, Balkan Qara Qutu Festivalı, Berlin və Nyu-York Beynəlxalq Film Festivalı və Video festivalları.
Bolbophyllaria biseta
Bulbophyllum bisetum (lat. Bulbophyllum bisetum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Nepaldan Taylanda qədər yayılmışdır. == Sinonimləri == Bolbophyllaria biseta (Lindl.) Rchb.f. Bulbophyllum cirrhopetaloides Griff.
Desert Eagle
Desert Eagle (azərb. Səhra Qartalı‎) — Böyük kalibrli özüdolan tapança. 1983-cü ildə ABŞ-də Magnum Research şirkəti və İsraildə Israel Military Industries şirkəti tərəfindən yaradılıb. == Populyar mədəniyyətdə == Desert Eagle 600-dən çox film, televiziya şousu və video oyununda nümayiş etdirilərək populyar mədəniyyətdə geniş rol alıb. Magnum Research(en) CEO-su John Risdallın sözlərinə görə tapançanın kommersiya uğuru qismən onun filmlərdə istifadəsi ilə bağlıdır. == İstinadlar == == Mənbə == ↑U. S. Patent 4619184 (İngiliscə) ↑ 1 2 3 4 5 6 Magnum Research, Inc.
Laminqton (desert)
Laminqton (ing. lamington) — Avstraliya deserti, şokolad qlazuru və kokos yonqarı ilə örtülmüş biskvitli düzbucaq formasında təqdim olunur. Bəzən iki birləşmiş laminqton bir krem və ya çiyələkli cemin köməyi ilə bir pirojna olur. == Mənşəyi == Laminqton deserti Laminqtonun ikinci baronu, 1896-1901-ci illərdə Kvinslend ştatının qubernatoru Çarlz Uollis Aleksandra Napira Kokreyn-Beyllinin (Charles Wallace Alexander Napier Cochrane-Baillie) şərəfinə adlandırılıb. Bu desertin yaranmasına dair bir neçə versiya mövcuddur. Bir əfsanəyə görə, qubernatora gözlənilmədən qonaq gəlir, evdə bayat biskvitdən başqa heç nə olmur. Aşpaz şokolad biskvitini 4-5 sm-lik kubik şəklində doğrayır və doğranmış kokosla dilimləri örtür. Digər versiyada isə deyilir ki, biskvitin keçə forması Laminqton baronu Xomburqun sevimli forması olub. Qəribə təsadüfə görə, desert Laminqtonda bəyənilmir, o «acı, kobud, boş biskvit» adlandırılır. == Bu günkü gündə == Laminqton snek (yüngül qəlyanaltı) kimi Avstraliya və Yeni Zelandiyada populyar olaraq qalır.