Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dayaq
Şaquli bir daşıyıcı, bina və ya qayığı sabitləşdirmək və əyilməsinin aşmasının və ya yıxılmasının, qarşısını almaq üçün istifadə olunan taxta və ya betondan hazırlanmış sinə dayağı. Müxtəlif mənalarda istifadə olunur: Memarlıq lüğətində ağac texnikasına əsaslanan köhnə türk memarlığında aşağı mərtəbədəki çıxma bölməsini (erker) dəstəkləmək üçün istifadə edilən dayaqlara verilən addır.
Bozayaq tinamu
Bozayaq tinamu (lat. Crypturellus duidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Bədalan (Xoy)
Bədalan (fars. بدلان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Demoqrafiya == === Əhali === 2006-cı il məlumatına görə kənddə 569 nəfər (110 ailə) yaşayır. === Dil və din === Kənd əhalisi Azərbaycan türklərindən ibarətdir. Əsas ünsiyyət vastəsi azərbaycancadır. Əhali islam dininin şiə məzhəbində etiqat edir.
Hacı Eldayaq
Hədayiq əs-siyahət
Hədayiq əs-siyahət (azərb. Səyahət bağları‎) — Hacı Zeynalabdin Şirvaninin əsəridir. Hədaiq əs-siyahət girişdən, 28 fəsildən və nəticədən ibarətdir. Mətn əlifba hərfləri tərtibilə yəni coğrafi lüğətə oxşar formada tərtib edilmişdir. Mətnin mütaliəsindən anlaşılır ki, Şirvani 30 ildən artıq bu əsər üzərində çalışmış və onu hicri-tarixi ilə 1242/1826–27-ci ildə Şiraz şəhərində bitirmişdir. Əsərin sonunda belə yazılmışdır: "Allahın lütfü ilə Hədaiq əs-siyahət adlı bu kitabı şənbə günü, Zilhiccə ayının iyirmi səkkizi, yəni Qədir-Xum bayramı günü, hicri-qəməri tarixi ilə 1242-ci ildə Şiraz şəhərində bitirdim. Bəndəniz hicri-qəməri tarixi ilə 1273-cü ildə dördüncü gün, mübarək ramazan ayının 5-i bu kitabın nüsxəsini də yazıb başa çatdırdım".
Böyük dayaq (roman)
Böyük dayaq— Mirzə İbrahimovun romanı. == Mövzu == Əsər 1957-ci ildə yazılmışıdr. M. İbrahimovun bu əsəri sovet dövrü Azərbaycan ədəbiyyatında kəndin mənəvi həyatından və problemlərindən, eləcə də şəxsiyyətə pərəstiş dövrünün törətdiyi çətinliklərdən bəhs edən ilk romandır. Məlumdur ki, sovet dövrü Azərbaycan ədəbiyyatında kənd həyatı birtərəfli şəkildə təsvir olunub. Bu, bir tərəfdən sosialist realizmi deyilən yaradıcılıq metodunun, digər tərəfdən isə şəxsiyyətə pərəstiş dövrünün tələbləri ilə bağlı olub. Ailə və məişət zəminində yenilik və konflikt əsasında qurulan əsərin əsas sujet xəttini kolxoz təsərrüfatının inkişaf yolları, ona rəhbərlik üsulu təşkil edir. Latış ədəbiyyatşünası Y. Çakurs Mirzə İbrahimovu "böyük dünyəvi problemlər qaldıran qüdrətli ədib" kimi səciyyələndirir, "Böyük dayaq" əsərinin ümumxalq şöhrətini onun sənətkarlıqla, ilhamla təsvirində, xəlqiliyində görür, maraqlı xarakterlərə, Azərbaycan torpağının misilsiz təbiətinə və müasir həyatına heyranlığını bildirir. Mirzə İbrahimovun "Böyük dayaq" ictimai-psixoloji romanı bir sıra müasir və aktual problemlərə vaxtında toxunduğuna görə, ciddi sosial əhəmiyyət kəsb edir. Sənətkarın irihəcmli sanballı əsərləri milli romana yeni keyfiyyətlər daxil etməklə yanaşı, müasir ədəbiyyatın yaradıcılıq üfüqlərini genişləndirir. == Obrazlar == Rüstəm kişi, Maya, Qaraş, Şirzad, Qızyetər, Pərşan, Səkinə, Telli, Yastı Salman, Lal Hüseyn, Yarməmməd, Kələntər == Əsərdə işlənən folklor janrları == Qoşma, Bayatı, Sayaçı sözləri, alqış, qarğış, eyham, Atalar sözü və məsəllər, atmaca, məişət nəğmələri, "Muğam" əfsanəsi, xalq oyunu, xalq sınamaları == Həmçinin bax == Böyük dayaq (film, 1962) == Mənbə == Qarayev Y. "Meyar şəxsiyyətdir".
Dayaq (maye dinamikası)
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. == Aviavasitələrdə == Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır. Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir.
Böyük dayaq (film)
Böyük dayaq tammetrajlı bədii filmi rejissor Həbib İsmayılov tərəfindən 1962-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Əsas rolları Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov və Hacımurad Yegizarov ifa edirlər. == Məzmun == Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Sosial dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına qoyduqları məqsədə çata bilərlər. == Film haqqında == Film aktyor Həsən Məmmədovun kinoda ilk işidir. Film Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Filmdə səslənən Pərişanın mahnısı Xalq artisti Flora Kərimova-ya məxsusdur.
Böyük dayaq (film, 1962)
Böyük dayaq tammetrajlı bədii filmi rejissor Həbib İsmayılov tərəfindən 1962-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Əsas rolları Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov və Hacımurad Yegizarov ifa edirlər. == Məzmun == Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Sosial dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına qoyduqları məqsədə çata bilərlər. == Film haqqında == Film aktyor Həsən Məmmədovun kinoda ilk işidir. Film Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Filmdə səslənən Pərişanın mahnısı Xalq artisti Flora Kərimova-ya məxsusdur.
Dayaq və hərəkət sistemi (Anatomiya)
Dayaq və hərəkət sistemi — İnsan skeletinin sümükləri birləşdirici toxumanin bir növü olan sümük toxumasından təşkil olunmuşdur. Sümük toxumasından sinirlər və qan damarları keçir. Onun hüceyrələrinin çıxıntıları vardır. Sümük toxumasının 2/3 hissəsi hüceyrəarası maddədən ibarətdir. O bərk və sıx olub xassəsinə görə daşa oxşayır. Sümük hüceyrələri və bunların çıxıntıları içərisində hüceyrəarası maye ilə dolmuş çox xırda "kanalciqlarla" əhatə olunmuşdur. Sümük hüceyrələri kanalcıqların hüceyrəarsı mayesi vasitəsilə qidalanır və tənəffüs edir. Dayaq hərəkət sistemini sümüklər və əzələlər təşkil edir. Əzələlər bu sistemin fəal hissəsi olub sümükləri hərəkətə gətirir. Sümüklər isə nisbətən passiv hissəsi olub daha cox dayaq funksiyası yerinə yetirir.
Bedağar
Bedağar — Azərbaycan Respublikasının Balakən rayonunun Qazma kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Balakən çayının sahilində, Alazan-Həftəran vadisindədir. Oykonim be/bet (avar. "baş", "başlanğıc", "bir qədər yuxarı") və dağar/dahar (azərb. "daşlı, çınqıllı yer") komponentlərindən düzəlib, "daşlı, çınqıllı yüksəklik" mənasındadır. XVIII əsrə aid xəritələrdə Alazan çayının hər iki sahilində Bidiqar adlı yaşayış məntəqəsinin olduğu göstərilir.
Becaya
Becaya (ərəb. بجاية‎; bər. ⴱⴳⴰⵢⴻⵜ) — Əlcəzairin şimalında yerləşən liman şəhəri, eyniadlı vilayətin inzibati mərkəzi. 2008-ci ilin məlumatlarına görə əhalinin sayı 177,988 nəfərdir. Əlcəzairin ən böyük bərbərdilli şəhərlərindən biridir. == Tarixi == Müasir şəhərin yerində ilk məskunlaşma imperator Vespasian tərəfindən təqaüdçü əsgərləri yerləşdirmək üçün qurulan Roma koloniyası Salda idi. Bu şəhər Vandal dövlətində böyük əhəmiyyətə malik idi və bir müddət onun paytaxtı kimi fəaliyyət göstərmişdir. Orta əsrlərdə becaya qəbiləsindən olan bərbərlər hələ də adını daşıyan şəhəri ələ keçirdilər. XII əsrdə Həmmadilər dövlətinin paytaxtı olmuşdur. Becaya 1510-cu ilə qədər ispanlar onu ələ keçirənə qədər bərbər quldurlarının əsas limanlarından biri olmuşdur.
Becaya vilayəti
Becaya vilayəti — == Ərazisi == Becaya vilayətinin ərazisi 3 268 Km2-dır. Becaya vilayətinə 19 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Becaya vilayətinin əhalisi 912 577 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Belaya Kalitva
Belaya Kalitva — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Belaya Tserkov
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
Belaya Xolunitsa
Belaya Xolunitsa — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Bedeyak-e-Ena
Bedeyak-e-Ena (fr. Bédeilhac-et-Aynat) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Taraskon-syur-Aryej kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09045. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 187 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 112 yaşında (15-64 yaş arasında) 83 nəfər iqtisadi fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,1%, 1999-cu ildə 65.3%). Fəal olan 83 nəfərdən 67 nəfər (41 kişi və 26 qadın), 16 nəfər işsiz (7 kişi və 9 qadın) idi. Fəal olmayan 29 nəfər arasında 6 nəfər şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Belaya çayı (Kaqalnik)
Belaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Belaya çayı Kaqalnik çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Kaqalnik çayının mənsənibə 77 km qalmış ona tökülür. Belaya çayının uzunluğu 73 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 503 km²-dir. Çay sistemi: Belaya → Kaqalnik → Don → Azov dənizi. == Təsviri == Belaya çayı öz başlanğıcını Rostov vilayətinin Morozovski rayonunun Alesandrovsk xutorunun şimalından başlayır. Morozovski və Simlyanski rayonları sərhəddindən başlayır. Simlyanski rayonu ərazisində yerləşən Lomovsev xutorundan sonra Konstantinovka rayonunun Suvorov xutoru, Belokovılnı qəsəbəsi və Belyanski xutorları ərazisindən axır.
Belaya Reçka (Kabarda-Balkariya)
Belaya Reçka (qaraç.-balk. Акъ суу) — Kabardiya-Balkar Respublikasında kənd. "Nalçik şəhər dairəsi" bələdiyyə quruluşunun bir hissəsidir. == Coğrafiyası == Kənd Nalçik şəhər dairəsinin cənub-qərb hissəsində, Nalçik və Belaya çaylarının vadilərində yerləşir. Nalçik şəhərindən 1,5 km cənubda yerləşir. Şimalda Nalçik və şərqdə Xasanya yaşayış yerləri ilə həmsərhəddir. Qəsəbə respublikanın dağətəyi zonasında, Meşə silsiləsinin şimal ətəklərinin ətəyində yerləşir. Əhalinin böyük hissəsi Belaya və Nalçik çaylarının vadiləri boyunca düzənliklərdə məskunlaşmışdır. Ətrafdakı yamaclar çox meyllidir. Bəzi yerlərdə yamaclar yüksək qayalarla açılır.
Belaya Rus (aerobatika eskadronu)
Belaya Rus (belar. Белая Русь) — Belarus Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Şou üçün L-39 Albatros təyyarələrindən istifadə olunur. Təyyarələr qırmızı, ağ və yaşıl rənglərlə boyanıb. Komanda Belarus Respublikasında bayram günlərində çıxış edir. == Tarixi == Komanda 2006-cı ildə Ukraynadan 10 Çexiya istehsalı olan L-39 Albatros təlim təyyarəsi alındıqdan sonra yaradılıb. Həmin təyyarələr aviaşoularla yanaşı, Belarus Respublikası Hərbi Akademiyasının aviasiya kafedrasının kursantları üçün təlim təyyarəsi rolunu da yerinə yetirir.
Belaya dağı (Vesyolıe Qorı)
Belaya dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 715 m-dir. Nijni Tagil şəhərinin cənub-qərbində, Urales və Çernoistoçinsk kəndlərinin yaxınlığında yerləşir. Dağda beynəlxalq "Belaya Dağı" xizək bazası vardır. Xizək bazasını Nijni Tagil, Yekaterinburq, Tümen, Lesnoy, Nijnaya Turadan gələn turistlərin ziyarət etdikləri ən məşhur bir xizək mərkəzidir. == Coğrafiyası == Belaya dağı Vesyolıe Qorı silsiləsinin şimal hissəsində, "Nijnı Tagil şəhər dairəsi" bələdiyyəsində, Starik-Kamen dağının zirvəsindən 17 kilometr şimalda, Urales kəndindən 3 kilometr şərqdə yerləşir. Dağın hündürlüyü 715.4 metrdir. Dağ Volqa ilə Ob hövzələri arasındakı suayrıcında yerləşir. Bununlada Avropa ilə Asiya arasındakı sərhəd oradan keçir. == Təsviri == Dağ şimaldan cənuba uzun kilometrlərə uzanır və tamamilə qarışıq meşə ilə örtülmüşdür.