Belaya Rus (aerobatika eskadronu)

Belaya Rus (belar. Белая Русь) — Belarus Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Şou üçün L-39 Albatros təyyarələrindən istifadə olunur. Təyyarələr qırmızı, ağ və yaşıl rənglərlə boyanıb. Komanda Belarus Respublikasında bayram günlərində çıxış edir.

Belaya Rus
Növü Aerobatika komandası
Yaranma tarixi 2006 (2006) (qurulma) - Günümüz (Fəaliyyət göstərir)
Ölkə Belarus
Tabedir Belarus Hərbi Hava Qüvvələri
Qərargah Lida,Qrodno vilayəti
Rəngləri qırmızı, ağ, yaşıl
            
Təchizatı Aero L-39 Albatros

Tarixi[redaktə | mənbəni redaktə et]

Komanda 2006-cı ildə Ukraynadan 10 Çexiya istehsalı olan L-39 Albatros təlim təyyarəsi alındıqdan sonra yaradılıb. Həmin təyyarələr aviaşoularla yanaşı, Belarus Respublikası Hərbi Akademiyasının aviasiya kafedrasının kursantları üçün təlim təyyarəsi rolunu da yerinə yetirir. [1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ПИЛОТАЖНАЯ ГРУППА "БЕЛАЯ РУСЬ"". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-19.