BADALAQ

is.
1. Sərbəst güləşmə zamanı müqabil tərəfi yıxmaq üçün ayağını onun ayağına dolaşdırıb burma.
□ Badalaq vurmaq – birini yıxmaq üçün ayağını onun ayağına dolaşdırmaq.
Mən yoldaşımdan qabaq çəməndə bir lalə görmüşəm… Mən onu üzəndə dostum badalaq vurub məni üzüstə yıxır ki, laləni özü dərsin. M.Hüseyn.

2. məc. Hiylə, kələk, fənd, fırıldaq mənasında.
Bir badalaq lazımdır, özü də çox balaca, təpəsi üstə dəysin yerə. N.Vəzirov.

□ Badalaq qurmaq – hiylə qurmaq, kələk gəlmək, fırıldaq düzəltmək; ayağının altını qazımaq, ayağından çəkmək.
[Aslan bəy:] Sən öləsən ağa Laçın bəy, sənin özünə də axırda bir badalaq qurmağım var. N.Vəzirov.
[Namaz:] İndi sənin mənə badalaq qurmağının heç adı yoxdur. Ə.Haqverdiyev.
Kərbəlayı Tapdıq bu dərdi sinirə bilmirdi, Durmuşa badalaq qurmağa çalışırdı. Mir Cəlal.

Синонимы

  • BADALAQ 1. BADALAQ (güləş zamanı ayağı-ayağa dolaşdırıb yıxmaq) Mən onu üzəndə dostum badalaq vurub meni üzü üstə yıxır ki, laləni özü dərsin (M

Омонимы

  • BADALAQ BADALAQ I is. Sərbəst güləş zamanı müqabil tərəfi yıxmaq üçün ayağını onun ayağına dolaşdırıb burma. Mən onu üzəndə dostum badalaq vurub məni üzü üstə

Антонимы

  • BADALAQ BADALAQ – DÜZLÜK İndi sənin mənə badalaq qurmağının heç adı yoxdur (Ə.Haqverdiyev); Onun heç düzlüklə işi yoxdur

Этимология

  • BADALAQ Sözün əsli badaqlaq kimi olub, sonra 2-ci hecadan q səsi düşüb. Badğa, bağda (bağla) formaları da olub
BADAQVARİ
BADALAQLAMA

Значение слова в других словарях

вплета́ться корне́тский открыва́ние перезакрепля́ться провожде́ние спрессо́вывать упрости́ть зате́йник ля́сы точить налива́ние основа́ться проеда́ть разбаза́ривание густега колокол oppositional splice безграмотность курзал откалываться поплакаться самокат свиновод спектр трясина