BUDAMAQ

f.
1. Ağacın, kolun quru və ya artıq budaqlarını kəsmək, ya qısaltmaq. Yaz gələndə ağacları budayırlar ki, yaxşı inkişaf etsin.
2. məc. Döymək, vurmaq, əzişdirmək.
Məhlim, bizi sən yaratmısan? – deyə əlinə tüpürüb, çomaqnan ala Mahmudu yıxılanacan budadı. Qaçaq Nəbi”.
Əgər səni bu məzhəbdə görərlər; Yerbəyer budayıb əzər, ağlarsan. M.V.Vidadi.

// məc. Öldürmək, doğramaq, kəsmək.
Qəmzən qılınc çəkib budar da məni; Başın üçün qoyma bu darda məni. M.P.Vaqif.
Qəza tutdu, qədər məni budadı; Ağlatdı dostları, güldürdü yadı. Aşıq Ələsgər.

Синонимы

  • BUDAMAQ kəsmək — doğramaq — qırmaq
  • BUDAMAQ döymək — vurmaq — əzişdirmək
  • BUDAMAQ 1. BUDAMAQ, ARITLAMAQ (ağac haqqında), KƏSMƏK 2. budamaq bax döymək 1

Этимология

  • BUDAMAQ Bud (“çıxıntı” mənasında) sözündən -a şəkilçisi vasitəsi ilə düzəlmiş feildir. Budaq sözü ilə qohumdur
BUDAMA
BUDANMA

Значение слова в других словарях