Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəlğəm
Bəlğəm (lat. sputum) — tənəffüsü təmin edən orqanların təmin etdikləri ağızdan çölə atılan sümüksüz maye.
Bostan kələmi
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Dəniz kələmi
Laminariya (lat. Laminaria) — laminariaceae fəsiləsinə aid bitki cinsi. Laminariyanın çoxalması:nəsil növbələşməsi-qeyri cinsi və cinsi nəsilin bir-birini əvələnməsi. == Ümumi məlumat == Dəniz kələminin tərkibi yod, manqan, kobalt, fosfor, dəmir və kaliumla zəngindir. Elə həmin keyfiyyətinə görə o ən faydalı bitkilərdən biri hesab edilir. Dəniz kələmi çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda yeyilir. Onu həm də əvəzsiz pəhriz qidası hesab edirlər. Əsasən ateroskleroz, hipertoniya, raxit, qalxanvarı vəzin müalicəsi və profilaktikası zamanı istifadə edilir. Bu yosun növü maddələr mübadiləsini yaxşılaşdırır, radioaktiv maddələrin bədəndən xaric edilməsinə müsbət təsir göstərir, mədə-bağırsaq sisteminin fəaliyyətini tənzimləyir. Həmin xəstəliklərin müalicə və profilaktikası üçün gündə beş xörək qaşığı dəniz kələmi və yaxud gündə bir neçə dəfə olmaqla iki çay qaşığı onun qurudulmuş formasını qəbul etmək məsləhətdir.
Kergelen kələmi
Kergelen kələmi (lat. Pringlea antiscorbutica) — Bioloji növ olaraq kələmkimilər fəsiləsinə daxil olan yumşaq yarpağa malik olan, böyük səbət quruluşu əmələ gətirən bitki. Bu növ Kergelen adasında ən çox yayılan ot bitkilərindəndir. Adınıda müvafiq olaraq ən çox yayılan adanın adından götürmüşdür. Üstəlik Kroze adaları, Prins-Eduard adaları, Herd adası və Makdonald adalarında da yayılmışdır. Bu kələm növü sərt və güçlü küləklərin təsirinə dözümlüdür. Hind okeanının sunantarktik quşağda yerləşməsinə baxmayaraq şaxtalara qarşı dözümlü olur, xüsusi ilə çiçəkləmə dönəmində. Bitki C vitamini ilə zəngindir. Bu səbəbdən əvvəllər ərazidən keçən gəmilər ondan Sinka xəstəliyinə qarşı vasitə kimi istifadə edirdilər. Latın dilində "antiscorbutica" "sinkaya qarşı" mənasını verir.
Çöl kələmi
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Beqlevi
Beqlevi — Kutaisi quberniyasının Şorapan qəzasında (indi Zestafon rayonunda) kənd adı. == Toponimkası == Beqlevi — Kutaisi quberniyasının Şorapan qəzasında (indi Zestafon rayonunda) kənd adı. Beqli adından və qədim türk dillərində eb "dayanacaq", "düşərgə", "oba" sözündən və gürcücə yazılışda sonuna əlavə olunmuş "i" adlıq hal şəkilçisindən ibarətdir. Ermənistanda Abaevi, Alpevi, Aydınev, Gürcüstanda Kulevi və b. toponimlərdə qədim türk mənşəli ev "düşərgə" sözü vardır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da "eb" sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ , Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi ("Beqlidağ" deməkdir), Batumi dairəsində Beqleti, Borçalı qəzasında Böyük Beqlər (Bəylər) və Kiçik Beqlər (Bəylər), Azərbaycanda Şamaxı rayonunda Bəklə, Ərəş qəzasında Bəklər, Şəki qəzasında Beklə kənd adları da buraya aiddir. Toponimin iki izahı mümkündür. Borçalı elinin Beqlik qolunun adını əks etdirir.
Bilgədi
Bilhədi — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 610 nəfər azərbaycanlı yaşamaqda idi. Etiqad baxımından kənd əhalisi sünni müsəlmanlardan ibarətdir.
Əkbər Ələmi
Əkbər Ələmi (iyul 1954, Bəndər Türkmən, Gülüstan ostanı) — İran siyasətçisi. Əkbər Ələminin iqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və hüquq ixtisasları üzrə ali təhsili var. Siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. 33 ay hökumət tərəfdarı olan könüllülər dəstəsinin — "Bəsic"in üzvü kimi İran-İraq müharibəsində vuruşub. Cəbhədə bir neçə dəfə yaralanıb. Daxili İşlər Nazirliyinin bir neçə idarəsində rəis müavini olub. 8 il jurnalist kimi fəaliyyət göstərib. İki dəfə İran parlamentinin deputatı seçilib.
Bəlqər
Bulxer, Bəlqər — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının ətəyində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Bulxeyir, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətiriin icmal dəftəri"ndə Əbülxeyir, Bulxeyir, Qafqazın 5 verstlik xəritəsində Blxer formalarında qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Plxer, Bulxayır kimi də göstərilir. Sarmatiyada yaşayan xalqlardan birinin adı bulxi olmuşdur. Bu qənaətə gəlmək olar ki, bulxi etnoniminə türk dilində "igid, qoçaq"mənasında işlənən ər sözünün qoşulması əsasında bulxer etnonimi yaranmışdır. Fikrimizcə, bulxer bulqar etnoniminin fonetik variantıdır. Xəzər, salar, toxar, quqar və s. türk etnonimləri də həmin konstruksiya əsasında formalaşmışdır. Belə qənaətə gəlirik ki, toponim bulxer etnonimindən əmələ gəlmişdir.
Belém
Belen — Braziliyada şəhər. Para vilayətinin mərkəzi şəhəri.
İmam Hüseyn bəlağəti (Etimad)
İmam Hüseyn bəlağəti və ya əsil adı ilə Bəlağətul-Huseyn (ərəb. البلاغة حسين‎) — Ayətullah Seyid Mustafa Musəvi Ali Etimadın İmam Hüseynin (ə) xütbələri, məktubları və hikmətli sözlərindən ibarət kitabı. Əsərdə döyüşlərdəki igidliyi və rəşadəti ilə seçilən İmam Hüseynin eyni zamanda gözəl bəlağət və fəsahətə malik olduğu bir daha təsbit edilir. Məzmun və tərtib etibarilə “Nəhcül-Bəlağə”yə bənzəyən “İmam Hüseyn Bəlağəti” kitabı döyüşlərdəki igidliyi və rəşadəti ilə seçilən İmam Hüseynin (ə) eyni zamanda gözəl bəlağət və fəsahətə malik olduğunu göstərən dəyərli əsərdir. Kitabın orijinallığı da o həzrəti (ə) biz oxuculara məhz bu yöndən tanımağa imkan verməsində özünü büruzə verir. Kitabın tərcümə olunmasında məqsəd mömin bacı və qardaşlarımızı İmam Hüseynin (ə) şəxsiyyəti ilə daha yaxından tanış etməkdir. Kitab 2018-ci ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 160 səhifədə 57x86 ölçüsündə çap edilib. Əsər 2018-ci ildə həm də Aslan Həbibov tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, "Bəlağətül-Hüseyn" adı ilə Bakıda Nurlar nəşriyyatında çap edilib. Bu tərcümə 2019-cu ildə KainatFilm Studiyasında Elşən Rüstəmov və Rauf Ağakişiyev tərəfindən səsləndirilmiş, Hüseyn Həsənov və Camal İbadovun səs rejissorluğu ilə, Süleyman Fərzəliyev, Xeyrulla Zeynalov və Ziya Məlikov tərəfindən kitabın səsli (audio) variantı hazırlanıb. Nəhcül-Bəlağə "İmam Hüseyn Bəlağəti" ( (az.)).
Gora bölgəsi
Gora — tarixi-coğrafi bölgə. Bölgə Kosovo ərazisinin Albaniya və Makedoniya ilə kəsişdiyi bölgədə, dəhliz formasında cənuba uzanır. Gora Kosovonun Metoxiya regionun cənubunda yerləşir. Bölgənin yerli əhalisi goralılardı. Goralılar slavyan-müsəlmanlar hesab olunur. 1992-1999-cu illər arası Gora ayrıca inzibati bölgə idi. Gora hal-hazırda Draqaş munisipalitetinin tərkibinə daxildir. == Adının mənşəyi == Gora adı slavyan dillərində eyni məna daşıyır və rus dilində olan «Гора» sözünü ifadə edir. == Tarixi == Gora toponimi ilk dəfə 1348-ci ildə Stefan Uroş IV Duşanın sərəncamında Serbiya çarlığının regionu kimi göstərilib. Sənddə Goranın yeddi kənddən ibarət olması və bu kəndlərin Duşan tərəfindən Prizren yaxınlığında olan müsəddəs Arxanqel kilsəsinə hədiyyə verilməsində danışılır.
Göl bölgəsi
Göl bölgəsi(ing. Lake District) — eyni zamanda The Lakes adı ilə tanınan, Şimal-qərbi İngiltərədə yerləşən dağlıq bölgə. Bölgənin böyük bir hissəsi 1951-ci ildə Göl Bölgəsi Milli Parkına çevrilmişdir. İngiltərənin ən yüksək zirvəsi olan Skofel Payk də burada yerləşir.
Həlqəvi morfostruktur
Həlqəvi morfostruktur (rus. морфоструктура кольцевая, ing. ring morphostructure) — relyefin morfogenetik tipləri və struktur elementlərinin qanunauyğun konsentrik birliyi olub, qədim vulkanik-plutonik həlqəvi strukturların seçmə denudasiyanın və neotektonik hərəkətlərin təzahür xüsusiyyətləri ilə əlaqədar olaraq formalaşır.
Həlqəvi qurdlar
Həlqəvi qurdlar (lat. Annelida) — İkitərəflisimmetriyalılar bölməsinə aid tip. Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş formaları olub, ali qurdlar adlanırlar. Bu qurdlar qazandıqları bir çox əlamətlərinə görə ali onurğasız heyvanların təkamülünün izah edilməsində mühüm yer tutur. Bədən ölçüləri 0.5 mm-dən 2–3 m-ə qədər uzunluqda olur. Onlar dənizlərdə, şirin sularda, torpaqlarda yayılır. 9000-ə qədər növü vardır. == Xarici quruluşu == Həlqəvi qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu olmasıdır. Bədən az və ya çox miqdarda buğumlardan ibarətdir. Bu buğumluluq, həmçinin daxili hissədə vardır ki, o da arakəsmələr (dissepimentlər) adlanır.
Jilina bölgəsi
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Juliano Belleti
Koşitse bölgəsi
Koşitse diyarı (slovak. Košický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Koşitse şəhəridir. Sahəsi 6753 km², əhalisi isə 766 012 nəfər (2001) təşkil edir. Koşitse diyarı Slovakiyanın şərqində yerləşir. Diyar cənubda Ukrayna və Macarıstan (Slovakiyanın Preşov, Ukraynanın Zakarpatye, həmçinin cənubda Macarıstanın Borşod Abauy Zemplen və Sabolç Satmar Bereq medyeləri ) ilə həmsərhəddir. Koşitse diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Mikania belemii
Mikania belemii (lat. Mikania belemii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Nitra bölgəsi
Nitra diyarı (slovak. Nitriansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Nitra şəhəridir. Sahəsi 6343 km², əhalisi isə 713 422 nəfər (2001) təşkil edir. Nitra diyarı Slovakiyanın cənub-qərbində yerləşir. Diyar cənubda Macarıstan ilə həmsərhəddir. Nitra diyarı "okres" adlanan 7 rayona bölünür: Komarno rayonu Levitse rayonu Nitra rayonu Nove Zamki rayonu Şalya rayonu Topolçanı rayonu Zlate Moravtse rayonu Diyar Slovakiyanın cənub-qərbində, Ortadunay düzənliyinin şərqində yerləşir. Fiziki-coğrafi olaraq, diyarı iki regiona bölünür: Dunay düzənliyi və Jitnı adası cənubda, Dunay yüksəkliyi isə şərqdə və mərkəzdə yerləşir. Diyarın ərazisində həmçinin Povajski İnovets (şimal-qərbdə), Tribeç (Nitra şəhərindən şimalda), Pohronski İnovets (şimal-şərqdə) və Ştyavnitske Vrhi dağ massivləri yerləşir. Diyar ərazisindən axan əsas çaylar - Dunay, Qron, Vaq, Nitra və İpeldir.
Preşov bölgəsi
Preşov diyarı (slovak. Prešovský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Preşov şəhəridir. Sahəsi 8993 km², əhalisi isə 789 968 nəfər (2001) təşkil edir. Preşov diyarı Slovakiyanın şimal-şərqində yerləşir. Şimalda diyar Polşa, şərqdə Ukrayna, cənubda isə Jilina, Koşitse və Banska Bistritsa diyarları ilə həmsərhəddir. Preşov diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Rur bölgəsi
Rur regionu — Almaniyanın Şimali Reyn-Vestfaliya regionunda yerləşən, 5.3 milyon əhalisi və 4.435 km² ərazisi olan regionudur. Almaniyanın ən böyük metropoliya tipli yaşayış məntəqəsidir. Duisburg, Mülheim an der Ruhr, Essen, Gelsenkirchen, Bochum, Oberhausen, Bottrop və Dortmund bu regionun əsas mərkəzi şəhərləridir. Rur regionu xalq arasında Pott və ya Kohlenpott kimi də tanınır. Son vaxtlara qədər əsas gəlir mənbəyi kömür və polad istehsalından ibarət olan region bu gün Almaniyanın İnformasiya texnologiyaları (İT), logistika və alternativ enerji mərkəzidir.
Saar bölgəsi
Saar bölgəsi, Birinci Dünya Müharibəsində Almaniya İmperiyasının məğlubiyyətindən sonra imzalanan Versal sülh müqaviləsi (Versailles) ilə qurulmuş yarı müstəqil inzibati bir bölgədir. Bir müddət Fransanın hakimiyyəti altında mövcud olmuş və 1935-ci ildən Almaniyanın və ya rəsmi adı ilə yeni qurulmuş Nasist Almaniyasının idarəsi altında kiçik bir region olaraq idarə edilmişdir. 1945-ci ildə başa çatmış İkinci dünya müharibəsində müttəfiq dövlətlərin qələbəsindən sonra İşğal Almaniyasının hakimiyyəti (hüquqi və beynəlxalq idarəetmə forması) altında bir protektorat (Saar Protektoratı) olaraq müstəqilliyinə qovuşmuşdu, ancaq 1957-ci ildə yenidən Qərbi Almaniyanın hakimiyyəti altına düşmüşdü. Bu gün yenə də Almaniya Federativ Respublikasının və ya geniş yayılmış adı ilə Almaniyanın ən kiçik regionu olaraq Saarland adı altında mövcudluğunu davam etdirir.
Sancak bölgəsi
Sancak bölgəsi (serb. Новопазарски санџак, bosn. Novopazarski sandžak; türk. Yeni Pazar sancağı; alb. Sanxhaku i Pazarit të Ri) — Serbiya (cənub-qərb) və Monteneqro (şimal-şərq) sərhədindəki tarixi bölgə. Bölgə adını türk hakimiyyəti dövründə (1912-ci ilə qədər) mövcud olmuş inzibati vahid adından almışdır. Orta əsrlərdə bölgə serb Raşka dövlətinin mərkəzi idi, onun paytaxtı Ras müasir Yeni Pazar şəhəri yaxınlığında yerləşirdi, buna görə Sancakın serb hissəsi Raşka bölgəsi olaraq da tanınır. Osmanlı hakimiyyəti dövründə (XIV əsrdən) Yeni Pazar Sancağı mərkəzi Novi Pazar şəhərində olan Osmanlı İmperatorluğunun inzibati vahidi idi. 1878-1908-ci illər arasında ərazi Avstriya-Macarıstan, 1908-1913-cü illərdə yenidən Osmanlı İmperiyasının nəzarəti altına keçdi. 1913-cü ildə Birinci Balkan müharibəsinin nəticələrindən sonra Sancak Serbiya və Qaradağ arasında bölündü, 1945-ci ildə müasir sərhədlər quruldu.
Terri Belzemo
Trnava bölgəsi
Trnava diyarı (slovak. Trnavský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Trnava şəhəridir. Trnava diyarı Slovakiyanın qərbində yerləşir və Avstriya, Çexiya və Macarıstan ilə sərhədlənir. Trnava diyarı 7 rayona (okres) bölünür: Dunayska Streda rayonu Qalanta rayonu Hlohovets rayonu Pyeştyanı rayonu Senitsa rayonu Skalitsa rayonu Trnava rayonu Əhalinin bölgədə sıxlığını nəzərə alsaq (133 nəfər 1 km²), Trnava şəhəri ilə birlikdə əhalinin ümumi sayı 561 525 nəfər təşkil edir.
Tufarqan bölgəsi
Azərşəhr şəhristanı (fars. شهرستان آذرشهر‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Azərşəhr şəhəridir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 101 479 nəfər olmuşdur. Azərşəhr şəhristanında Iran azərilari yaşayırlar və Azərbaycan türkcəsində danışırlar. Azərşəhr şəhristanının üç şəhəri var.
Cüzeppe Berqomi
Cüzeppe Berqomi (it. Giuseppe Bergomi, 22 dekabr 1963) — İtaliyalı keçmiş futbolçu. Bütün karyerasını, heyətində 750-dən çox oyunda meydana çıxdığı "İnter Milan" klubunda keçirib. 1982-ci ildə İtaliya millisinin heyətində dünya çempionu olub. == Karyera == Milanda anadan olan Berqomi cəmi 16 yaşında "İnter Milan"ın əsas komandasında məşqlərə başladı və 22 fevral 1981-ci ildə A Seriyasında "İnter" — "Komo" oyununda debüt etdi. Növbəti il "İnter"lə İtaliya Kubokunu qazandı. Həmçinin "İnter"in əsas komandasında ardıcıl çıxış edərək UEFA Çempionlar Kubokunun yarımfinalına yüksəldikdən sonra o, tezliklə İtaliya milli komandasına dəvət edildi və millinin əsas oyunçusuna çevrildi. Berqomi bütün karyerasını "İnter"də keçirtmiş və komandanın kapitanı olmuşdur. "İnter"in heyətində ümumilikdə 754 rəsmi oyuna çıxmış və 29 qol vurmuşdur. Berqomi 1999-cu ildə, demək olar ki, 36 yaşında təqaüdə çıxdı və 2011-ci ilin sentyabr ayının sonlarına qədər "İnter"in heyətində ən çox oyun keçirən futbolçu hesab edilirdi.
Othonna bergeri
Othonna coronopifolia (lat. Othonna coronopifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid bitki növü. Doria acutiloba DC. Othonna acutiloba (DC.) Sch.Bip. Othonna bergeri Spreng. Othonna coronopifolia var. fasciculata Sch.Bip.
Crepis bergeri
Crepis dioscoridis (lat. Crepis dioscoridis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Crepidium dioscoridis (L.) Tausch Endoptera dioscoridis (L.) DC. Gatyona dioscoridis (L.) Dumort. Pterotheca dioscoridis (L.) Rchb.f.
Gatyona bergeri
Crepis dioscoridis (lat. Crepis dioscoridis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Crepidium dioscoridis (L.) Tausch Endoptera dioscoridis (L.) DC. Gatyona dioscoridis (L.) Dumort. Pterotheca dioscoridis (L.) Rchb.f.
Bələm ibni Baur
Bələm ibni Baur - Tövratda adı çəkilən dini fiqur. == İslamda == Tarix kitablarında Yuşə ibni Nunun Bəni-İsrailin düşmənlərilə vuruşduğu müharibələrdə Bəl`əm ibni Baurunun da adı çəkilib. Təfsirçilərdən bir dəstəsi də “Əraf” surəsinin ayələrini də belə təfsir ediblər. Allah taala o iki ayədə öz peyğəmbərinə xitab edərək buyurur: - “Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr. (Ey Məhəmməd!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yolundan) azanlardan oldu. Əgər biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O, elə bir köpəyə bənzəyir ki, ona tərəf gəlsən də, gəlməsən də hürkər (onun üçün heç bir fərqi yoxdur.) Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən misaldır.