TÜPÜRMƏK

f.
1. Ağız suyunu, bəlğəmi, tüpürcəyi və s.-ni ağzından rədd etmək, atmaq.
Xanlar … ovcuna tüpürüb, lopatkanı torpağa batırdı. M.Hüseyn.
Musa kişi demisindən dərin bir qullab alaraq kənara tüpürdü. İ.Əfəndiyev.

2. Tüpürüm (tüpürəsən) şəklində – bir şeyə, ya şəxsə qarşı tam etinasızlığı, laqeydliyi, saymazlığı ifadə etmək üçün işlədilir.
◊ Tüpürdüyünü yalamaq – əvvəl dediyi sözdən, verdiyi vəddən, razı olduğu bir şeydən, əvvəlki qərarından imtina etmək; sözünün üstündə durmamaq, sözündən qaçmaq.
[Telli Rüstəmə:] Sən özün öz abrını aparmısan, mən niyə? Bir sədr ki tüpürdüyünü yalaya, onda abırmı qalar? M.İbrahimov.

Dabanına tüpürmək – bax daban.

Синонимы

  • TÜPÜRMƏK TÜPÜRMƏK Hər kim gəlsə sənin kimi bu torpaqda öləcək; Cəmdəyinə yağış kimi tüpürəcək gələcək (S.Rüstəm); ÇIRT ATMAQ Salman kişi çubuğunu ağzından çıxa

Антонимы

  • TÜPÜRMƏK TÜPÜRMƏK – YALAMAQ Vəkil hirs içində tüpürdü (M.Süleymanov); Kişi tüpürdüyünü yalamaz (Ata. sözü)

Этимология

  • TÜPÜRMƏK 1. Əsli “tükürmək”dir, bu da öz növbəsində tökmək sözü ilə bağlıdır. M.Kaş­ğaridə külək, tufan mənasını verən tüpi sözü var (indi də işlədilir)
TÜPÜRMƏ
TÜRBƏ

Значение слова в других словарях