Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Berkner
Berkner adası — Hündür buzlaq adası olaraq Antarktida ərazisinə daxildir. Uzunluğu 320 km, eni 135 km təşkil edir. Ueddell dənizinin suları daxilində yerləşir. == Coğrafiyası == 43 873,1 km² sahəyə malikdir. Bu ada Antraktidada I Aleksandr Torpağı adasından sonra ikincidir. Adaya Böyük Britaniya, Argentina və Çili ərazi iddiası irəli sürmüşdür. Ada cənub yarımkürrəsində qütbə ən yaxınıdır. Bəzən isə səhfən Ross adası olduğu deyilir. Bütünlüklə şelf buzlağı ilə əhatələnir və gəmi ilə adaya yaxınlaşmaq olmur. Adanın ucqar şimal nöqtəsi ilə açıq dəniz arasında cəmi 17 km məsafə vardır.
Bernar Buffe
Bernar Büffe (fr. Bernard Buffet; 10 iyul 1928[…], IX arondisman (Paris), Sena[d] – 4 oktyabr 1999[…]) — fransız rəssamı. == Həyatı == Bernar Büffe 1928-ci il iyunun 10-da Parisdə anadan olub. Rəssam melanxolik, monoxrom əsərləri ilə məşhurlaşıb. О, "Fəxri Legion", "İncəsənət və Ədəbiyyat" ordenlərinin kavaleri olub. 1973-cü ildə Yaponiyada Bernar Büffe Muzeyi yaradılıb. Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 1999-cu ildə 71 yaşında intihar edib. == İstinadlar == == Xarici keçidlər == Musee Bernard Buffet Artnet.com Portrait of Bernard Buffet by Reginald Gray. Paris 1963.
Bernar Fasye
Bernar Fasye — Fransa diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Bernar Kaye
Bernar Kaye (fr. Bernard Cahier; 20 İyun 1927, Marsel, Fransa – 10 İyul 2008, Evian-le-Ben, Fransa) — Fransız Formula-1 fotojurnalisti. == Bioqrafiya == Bernar Kaye 1927-ci ildə Marseldə hərbçi ailəsində anadan olmuşdur. 17 yaşında İkinci Dünya Müharibəsində Bretan uğrunda döyüşlərdə iştirak etmişdir. Daha sonra o, general Filipp Leklerkin 2-ci zirehli tank diviziyasında Qərbi Fransa və Cənubi Almaniyanın azad edilməsində iştirak etmiş, bundan sonra daha bir il Kamerunda fransız koloniyasında olmuşdur. Müharibədən sonra Kaye Kaliforniya Los-Anceles Universitetində təhsilini davam etdirir. Burada o, gələcək həyat yoldaşı olacaq Coan Aldayk ilə tanış olur. Həmçinin, Kaye ABŞ-də Avropa maşınlarının ən böyük salonlarından biri olan Roger Barlow's International Motors-da işə başlayır. Burada o, F1-in gələcək ulduzları Fil Hill və Riçi Ginterlə tanış olur. Bernar, həmçinin, Barlounun verdiyi MG-də yarışlarda da iştirak edir.
Bernar Kuşner
Bernar Jan Kuşner (1 noyabr 1939[…], Avinyon) — fransız həkim və humanitar xadimi, Sərhədsiz həkimlər təşkilatı və "Dünya həkimləri" təşkilatlarının həmtəsisçisi, 2007-ci ildən Fransa Respublikasının xarici işlər naziri.
Bernar Pikar
Bernadr Pikar (doğum 11 iyun 1673-cü il, Paris, Fransa – ölüm 8 may 1733-cü il, Amsterdam, Niderland) – fransız oymaçı, oymaçı Etiyenne Pikartın oğlu. == Həyatı == Bernadr Pikar 11 iyun 1673-cü ildə Parisdə anadan olmuşdur. 1696-cı ildə Antverpə köçmüşdür. 1698-ci ilin sonunda Fransaya qayıtmazdan əvvəl Amsterdamda bir il keçirmişdir. 1708-ci ildə həyat yoldaşının ölümündən sonra o, 1711-ci ildə Amsterdama köçmüşdür. Burada o, protestant olmuş və yenidən evlənmişdir. == Yaradıcılığı == Onun əsərlərinin çoxu Bibliya və Ovid daxil olmaqla kitab illustrasiyalardır. Onun ən məşhur əsəri 1723-cü ildən hazırlamağa başladığı və 1743-cü ildə tamamladığı Cérémonies et coutumes religieuses de tous les peuples du monde əsəridir. Conatan I. İsrail Cérémonies-i “mümkün qədər həqiqi və obyektiv bütün müxtəlifliklərdə dünyanın inamlarını və dini ayinləri qeyd etmək üçün nəhəng cəhd” adlandırır. Pikarın heç vaxt Avropanı tərk etməməsinə baxmayaraq o, Hind heykəltəraşlıq kolleksiyasına girmiş və malik olduğu hesablara güvənirdi.
Bernar Verber
Bernar Verber (fr. Bernard Werber; d. 18 sentyabr 1961, Tuluza, Fransa) — müasir fransız yazıçısı, publisisti, filosofu. == Həyatı == === Uşaqlıq illəri === Bernar Verber 1961-ci ildə Tuluzada yəhudi ailəsində dünyaya gəlmişdir. Gələcək yazıçının uşaqlığı nisbətən sakit keçmiş, beş yaşından o, rəsmə marağı ilə seçilmişdir. Onun bu marağını görən müəllimi uşağa xüsusi tədris mühiti yaradaraq rəssamlıqla məşğul olmasına şərait yaratmışdı. Hələ yeddi yaşında olanda Bernar sərbəst mövzu kimi özünün ilk əsərini - Birənin sərgüzəştlərini yazır. Burada birənin dilindən onun insan bədənində başına gələn hadisələrdən danışılırdı. Maraqlıdır ki, bu yaşlarında fransız ədəbiyyatı istisna olmaqla o, digər fənlərdə elə də uğur əldə etmirdi. Xüsusilə də Bernar çoxsaylı düsturları və mətnləri yadda saxlamaqda çətinlik çəkirdi.
Bernar Verlak
Bernar Verlak (fr. Bernard Verlhac) - Fransız Karikaturist və jurnalist. Charlie Hebdo jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Emil Bernar
Emil Bernar (fr. Émile Bernard, 28 aprel 1868[…], Lill – 16 aprel 1941[…], Paris) — incəsənətdə simvolizm teorisyenlerindən biri olan fransız neoimpressionist rəssam. == Həyat və yaradıcılığı == 1886-cı ildə Fernand Kormonun Paris sənət atelyəsində rəsm çəkərək, Tuluz-Lotrek və van Qoq ilə tanış oldu. Eyni ildə o, "inadkarlıq" üstündə atelyedən qovuldu. 1886–1888-ci illərdə Pont-Aven bədii qrupuna qoşulan Pont-Aven şəhərində yaşayır və Qogen ilə dostlaşır. Burada, 1887-ci ildə Lui Anketen ilə birgə müxtəlif rəngləri ayırır bir rəsm kontur istifadə ibarət olan bir kluazonizm incəsənət cərəyanını inkişaf etmişdir. 1890-cı ildə Emil Bernar dini böhran yaşayandan sonra rəssam, orta əsr sənətinin obyektlərinə və subyektlərinə daha da önəm verirdi. 1891-ci ildə Qogen ilə dostluğunu bitirdikdən sonra , simvolizm cərəyanın təmsilçiləri olan Odilon Redon və Ferdinand Hodler qrupuna qatıldı. Eyni zamanda, Bernarın işləri Pablo Pikassonun "mavi dövrdə" işinə təsir göstərirdi. Bernarın Van Qoq, Qogen və Sezan ilə uzun müddət davam edən dostluqları sənətçilərin tədqiqatçıları üçün düşüncə tərzinə və böyük sənət ustalarının hisslərinə işıq tutaraq, onların arxasında çox qiymətli bir iz qoydu.
Sara Bernar
Sara Bernar (fr. Sarah Bernhardt) — dünya şöhrətli teatr aktrisası. Xüsusilə, 1870-ci illərdə Avropada məşhurlaşmış və ardından qısa müddətdə ABŞ-də tanınmış bir şəxsə çevrilmişdir. == Həyatı == Parisdə, Rosine Bernar olaraq doğulan Bernar; "Youle" adıyla tanınan Jüli Bernar adında yəhudi əsilli Hollandiyalı bir həyat qadınının həyatda qalan, evlilik xarici ən böyük qızı idi. Dolanışığını təmin edə bilmək üçün, aktrisalıq və həyat qadınlığı ilə məşğul olurdu–bu zamanlarda, hər iki peşə bir baxıma skandal idi, ancaq həyat qadınlığı ictimai dairələrdə daha üstün peşə sayılırdı və təhsilli olmaları vəziyyətində bərabər olaraq görülməkdəydilər. Bu vəsilə ilə, həyat qadınlığı bəzi hallarda daha hörmət edilən bir peşə, əlavə iş ola bilirdi. Duc de Morny sponsorluğunda 1859-ci ildə teatr təhsili üçün Convervatoire də Musique et Declamation oxuduldu. == Səhnə karyerası == Səhnə karyerası 1862-ci ildə başlayan Sara, məşhur fransız məktəbi olan "comédie Francaise"da bir şagird idi. Şöhrəti də 1870-ci illərdə Avropaya yayıldı və ABŞda Nyu-Yorka qədər uzandı. Qısa bir müddət sonra dramatik aktrisa olaraq böyük şöhrət qazandı və nəticədə "Müqəddəs Sara" ləqəbini qazanaraq dünya teatr və incəsənət tarixində silinməz, eyni zamanda özünəməxsus iz buraxdı.
Bernar Arno
Bernar Binlin Dadye
Bernar Binlin Dadye (d. 10 yanvar 1916 – 9 mart 2019[…], Abican) — Kotd’İvuar yazıçısı, şair, dramaturq, jurnalist, siyasətçi. == Həyatı == Fransız dilində yazır. Dakardakı məktəbdə təhsil almışdır. 1936–47-ci illərdə oradakı Qara Afrika Fransa İnstitunda işləmiş, demokratik mətbuat ilə əməkdaşlıq etmişdir; 1947-ci ildə vətəninə dönmüş, liberal ideyaları təbliğ etdiyinə görə həbs olunmuşdur (1950). == Fəaliyyəti == 1953-cü ildə Kot-d’İvuar Folklor cəmiyyətini təsis etmiş, şifahi rəvayət və əfsanələrin toplanması ilə məşğul olmuşdur [“Afrika əfsanələri”, (1954), “Qara sarğı” (1955) nağıllar kitabı]. Mədəniyyət naziri (1961–86) vəzifəsində fəaliyyəti və antimüstəmləkə pafosu ilə aşılanmış bədii yaradıcılığı ilə Afrika incəsənəti ənənələrinin qorunub saxlanmasına çalışmışdır: “Afrika necə varsa” (1950), “Günlər ötür” (1956) və s. şeir topluları; “Klembye” (1958), "Zənci Parisdə” (1959), “Nyu-Yorklu sahibkar” (1964) və s. roman-xronikaları; “Konqolu Beatriçe”, “Küləyin arasından keçən səslər” (hər ikisi 1970), “Fırtına adaları” (1973) pyesləri və s. “Dərimin qaralığı”, “Sən sən sahib” şeirləri Azərbaycan dilinə tərcümə olunmuşdur.
Bernar Dü Şafo
Bernar Dü Şafo (fr. Bernard Amaudric du Chaffaut; 17 noyabr 1942) — Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2006-2007) == Həyatı == 17 noyabr 1942-ci ildə anadan olmuşdur. Hüquqşünas dərəcəsi almışdır. Həmçinin Şərq dilləri Məktəbini rus, polyak dilləri üzrə bitirmişdir. Xarici İşlər Müşaviri (Şərq) yüksək dərəcəsini almışdır. 1969-1970-ci illərdə hərbi xidmətdə olmuşdur. 1970-1971-ci illərdə Varşavada səfirlik attaşesi, 1972-ci ildə həmin səfirlikdə üçüncü katib, 1972-1975-ci illərdə Fransa Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatında iqtisadiyyat və maliyyə məsələləri üzrə işləmiş, 1975-1977-ci illərdə Vaşinqton Səfirliyində ikinci katib, 1977-1978-ci illərdə həmin səfirlikdə birinci katib, 1978-1980-cı illərdə Dövlət Katibi Kabinetində texniki məsələlər müşaviri çalışmışdır. 1980-1985-ci illərdə Elf Akiten dövlət şirkətinin Beynəlxalq əlaqələr şöbəsində fəaliyyət göstərmiş və 1986-1993-cü illərdə Beynəlxalq Əlaqələr şöbəsinin müdiri işləmişdir. 1993-1994-cü illərdə Fransa XİN Mərkəzi Aparatda idarə rəisi yanında missiya rəhbəri (Afrika və Madaqaskar işləri üzrə), 1994-1999-cu illərdə Qərbi Afrika İdarəsində direktor müavini, 1999-2003-cü illərdə Ranqunda fövqəladə və səlahiyyətli səfir, 2003-cü ilin sentyabrından Fransa XİN Mərkəzi Aparatda, 2003-cü ilin sentyabr-oktyabr aylarında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında fransız nümayəndə heyətinin Baş katibi, 2004-cü ildə Fransa XİN Şarm əl Şeyx aeroportundakı qəzanın araşdırılması üzrə koordinator, 2005-ci ilin yanvarından Fransa XİN Cənubi Asiyada sunamidən zərər çəkmiş dövlətlərə fransız yardımı üzrə nazirliklərarası missiyanın üzvü çalışmışdır. 2006-cı ildə Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.
Fransua Bernar Şarmua
Fransua Bernar Şarmua (fr. François Bernard Charmoy; 14 may 1793[…], Sulz-Haut-Rin – 9 dekabr 1868) — fransız şərqşünası. Nizaminin "İsgəndərnamə"sini fransızcaya tərcümə etmişdir. == Həyatı == Fransua Bernar Şarmua 14 may 1793-cü ildə anadan olmuşdur. Parisdə hüquq və ərəb dilini öyrənmişdi. İlk müəllimi Antuan İsaak Silvestr de Sasi olmuşdu. Sonra fars dilini öyrənib, Peterburq universitetində çalışmışdır. Fransua Bernar Şarmua 1829-cu ildə Nizami Gəncəvinin "İsgəndərnamə"sindən fraqmentləri tərcümə etmişdir. Fransua Bernar Şarmua 9 dekabr 1868-ci ildə vəfat etmişdir.
Sen-Bernar (En)
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Bernar (İzer)
Sen-Bernar (fr. Saint-Bernard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38367. Kommunanın 2012-ci il üçün əhalisi 635 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 593 ilə 2047 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 21 km şimal-qərbdə yerləşir.