Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Madabad
Madabad (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Madabad (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Abadabad (Pərsabad)
Abadabad (fars. عباداباد‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 152 nəfər yaşayır (27 ailə).
Banabad (Sərdəşt)
Banabad (fars. بناباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 609 nəfər yaşayır (117 ailə).
Madabad (Xudabəndə)
Madabad (fars. ماداباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 262 nəfər yaşayır (58 ailə).
Madabad (Mahnişan)
Madabad (fars. ماداباد‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 622 nəfər yaşayır (140 ailə).
Aşağı Yadabad (Soyuqbulaq)
Aşağı Yadabad (fars. يادابادسفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (20 ailə).
Yuxarı Yadabad (Soyuqbulaq)
Yuxarı Yadabad (fars. يادابادعليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 95 nəfər yaşayır (17 ailə).
Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır. Balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Batabat
Batabat gölü — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində şirin sulu göl. Uçqun və sürüşmədən yaranan bənd gölüdür. Şahbuz dövlət təbiət qoruğunun bir hissəsini təşkil edir. Batabat gölü Naxçıvan MR-in dağlıq hissəsində, dəniz səthindən 2424 m yüksəklikdə, Naxçıvan çayının başlanğıc götürdüyü mənzərəli alp çəmənliklərinin əhatəsində yerləşir. 16 ha sahəsi olan şirinsulu göl suyun səthində üzən torflu ada ilə diqqəti cəlb edir. Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Günəşli günlərin sayının çox olması, mülayim iqlim və gözoxşayan dağ landşaftı gölə təkraredilməz kolorit verərək, Naxçıvandan, Azərbaycanın başqa regionlarından çoxsaylı istirahət edənləri və həm də xarici turistləri özünə cəlb edir.
Behabad
Behabad- İranın Yəzd ostanının şəhərlərindən və Behabad şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,199 nəfər və 1,609 ailədən ibarət idi.
Carabad
Carabad (Mərgavar) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. Carabad (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Didabad
DİDABAD - Naxçıvan əyalətinin Qışlağat nahiyəsində kənd adı. == Toponimi == Qədim fars dilində dida - "qüvvətləndirilmiş şəhər", "qala divarı"3 və farsca abad "kənd", "yaşayış məntəqəsi" sözlərindən ibarətdir. XIX əsrdə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında Did- vəng adlı kəndi vardı.
Mahabad
Məhabad və ya Soyuqbulaq - İranın Qərbi Azərbaycan ostanında şəhər. Məhabad şəhəri Tehrandan 873 km aralı, Urmiyadan 100 km cənubdadır. Məhabadın iqlimi, dağlıq zonası olduğundan soyuqdur. Düzənlik və meşələrdə hava mülayimdir. . == Əhalisi == 2006-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Məhabad şəhərinin 135,780 nəfər əhalisi vardır . == Görməli yerləri == Bir neçə tarixi mağaralar - Urartu dövrünə aid; Median (orta əsr) şəhəri; Əhəməni Dara zirzəmisi; Məhabadın cənub-qərbində Bedargöl - Sultan mavzoleyi..
Saadabad
Saadabad sarayı (fars. مجموعه سعدآباد‎ Majmue ye Sa’dābād) – Qacar və Pəhləvi şahları tərəfindən tikilmiş 300 hektarlıq saray kompleksi. İranın Tehran ostanının paytaxtı Şemiran şəhərində yerləşir. Hazırda İran prezidentlərinin iqamətgahı bu saray kompleksinə bitişikdir. Kompleksə sahəsi 300 hektardan çox olan təbii meşə, küçələr, kəhrizlər, qalereyalar və muzeylər daxildir == Tarixi == Kompleks ilk öncə Qacarlar tərəfindən XIX əsrdə tikilmiş və istifadə olunmuşdur. Daha sonra Rza şah Pəhləvi 1920-ci illərdə burada yaşamış, Məhəmməd Rza Pəhləvi 1970-ci illərdə buraya köçmüşdür. 1979-cu il inqilabından sonra saray kompleksi muzeyə çevrilmişdir. == Hazırkı istifadəsi == Hazırda kompleksin hissələri muzeydir və turistlər ətrafda dolaşa bilərlər. Saray kompleksi İran Mədəni İrs Təşkilatı tərəfindən idarə olunur. Ölkənin bir çox artifakt, yer və mədəni aspektlərinə nəzarət bu təşkilata məxsusdur.
Xanabad
Xanabad (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Xanabad (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Xanabad (yüksəklik) — Şəki rayonunda, Xanabad kəndindən cənubda yüksəklik. Xanabad (Özbəkistan) — Özbəkistanda şəhər.
Şadiabad
Şadbad-i Məşayiq (fars. شادبادمشايخ‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndlilərin özləri bu kəndi "Pinə Şalvar" adlandırırlar. Xondəmir Qiyasəddin, Həbib əs-Seyr tarixinin müəllifi bu kəndin adını "Piran Şirvan" (fars. پیران شروان Şirvanın Pirləri) olaraq qeyd etdib. Azərbaycan şairi Qətran Təbrizi burada anadan olmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4,317 nəfər yaşayır (1,086 ailə).
Sədabad
Sədabad sarayı
Anabad
Anabad (Ordubad)
Badara
Badara — Azərbaycan Respublikasının Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı.Azərbaycanda dağlıq yerlərə xas olan kicik əkin sahəsinə badar deyilir. Oykonim "kiçik əkin sahəsi olan yer" deməkdir. == Tarixi == Keçmişdə Xaçın nahiyəsində kənd olub. Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır. Gürcüstanda Başeti adı ilə eynidir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Badara kəndinin əhalisinin faktiki sayı 827 nəfər, qeydiyyatdakı əhalinin sayı 849 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Baraba
Baraba (tatar. Бараба, Baraba, Sibirtatarca: Бараба, Baraba) ― Rusiyanın Novosibirsk vilayətinə bağlı Baraba rayonunun mərkəzi olan şəhərdir. Şəhər, Baraba Çöllərindənda yer almaqdadır. sahəsi 69.48 km² olan şəhərin əhalisi 2010 ilə görə 30,394'dür.
Şadbad
Şadbad-i Məşayiq (Təbriz)
Bacabac (Heris)
Bacabac (fars. باجاباج‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (67 ailə).
Balaban (Piranşəhr)
Balaban (fars. بالابان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (22 ailə).
Balaban (Xoy)
Balaban (fars. بلبان‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər. yaşayır (63 ailə).