Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Badrud
Badrud — İranın İsfahan ostanının Nətənz şəhristanının İmamzadə bəxşində şəhər və həmin bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən əhalisi 14,391 nəfər və 3,709 ailədən ibarət idi.
Sumatra barbusu
Sumatra barbusu, və ya Sumatra puntiusu (lat. Puntigrus tetrazona) sazankimilər fəsiləsinə aid şüa üzgəcli balıq növüdür. Populyar akvarium balığıdır . == Yaşayış arealı == Sumatra və Kalimantan adalarının sularında yaşayır. 1935-ci ildə Avropaya gətirilmişdir. == Təsviri == Çox aktiv və cəld balıqlardır. Başlayan akvariumçular üçün tövsiyə olunur.] Açıq sarımtıl-qəhvəyi rəngli gövdəsi və 4 ədəd vertikal qara zolağı var. Akvariumda saxlamaq üçün 22–24 °C temperatur, 17 ° -ə qədər sərtlik, pH 6.5–7.0 olan su tələb olunur. 15 °C-ədən aşağı temperaturda sağ qala bilir, amma belə şərait tövsiyə olunmur. Cinsi yetkinliyə 12 aylıq olanda çatırlar və bir dəfəyə 500-ə qədər kürü tökürlər.
Antiqua və Barbuda
Antiqua və Barbuda — Vest-Hinddə, Karib Dənizinin şərqində, Kiçik Antil adaları arxipelaqının Küləktutan adalar qrupunda dövlət. == Ümumi məlumat == Antiqua, Barbuda, Redonda (məskunlaşmamışdır) adalarından və Antiqua adası yaxınlığındakı bir neçə xırda adadan ibarətdir. Sahəsi 443 km2 (o cümlədən Antiqua a. – 281 km2, Barbuda a. – 161 km2). Əhalisi 71,3 min (2004). Paytaxtı Sent-Cons şəhəridir (Antiqua adasında). Rəsmi dili ingilis dili, pul vahidi Şərqi Karib dollarıdır. İnzibati cəhətdən 6 icmaya və 2 qəyyumluq altında olan əraziyə (Barbuda, Redonda) bölünür. Antiqua və Barbuda BMT-nin (1981) və ADT-nin (1981) üzvüdür.
Antiqua və Barbuda bayrağı
Antiqua və Barbuda bayrağı — Antiqua və Barbudanın Dövlət bayrağı
Antiqua və Barbuda–Azərbaycan münasibətləri
Antiqua və Barbuda–Azərbaycan münasibətləri — Antiqua və Barbuda ilə Azərbaycan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin aprel ayının 5-də qurulmuşdur.