Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bamiyan
Bamyan vilayəti (dəri ولایت بامیان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 14.175 km², 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 404.7 min nəfər, inzibati mərkəzi isə Bamyan şəhəridir. == Əhalisi == Vilayət əhalisinin 20%-i şəhərlərdə, 80%-i isə kəndlərdə məskunlaşıb. Əhalisi əsasən həzaralardan ibarətdir. Həmçinin vilayətdə az sayda tacik (15%) , tatar (kompakt halda Şebar rayonunda) və puştunlar yaşayır. 24 kənddə 5 mindən artıq puştun məskunlaşıb. Bütün vilayət əhalisinin 96%-i, vilayətdəki kənd əhalisinin 98%-i dəricə danışır. Vilayət inzibati cəhətdən 7 rayona bölünür: Bamyan, Şebar, Saighan, Kahmard, Yakavlang, Pəncab, Varas.
Badyan
Badyan (lat. Conium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Babiyan (Meşkinşəhr)
Babiyan (fars. بابيان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (9 ailə).
Basiyan döyüşü
Basiyan döyüşü — 13-cü əsrdə Gürcüstan krallığı ilə Rum sultanlığı arasında baş vermiş döyüş. Döyüş Ərzurum şəhərindən 60 km şimal-şərqdə, Basiani vadisində baş vermişdir. Döyüş 1202-1205 tarixləri arasında baş vermişdir. Son dövrün mənbələrində döyüşün tarixi əsasən 1203-1204-cü illər arası göstərilir. Müsəlman tarixçi İbn Bibi müharibənin hicri 598-ci ildə (miladi 1 oktyabr 1201 - 19 sentyabr 1202) baş verdiyini iddia edir. Döyüş Rum sultanlığının məğlubiyyəti ilə nəticələnib. Döyüş zamanı yaralanan II Süleyman şah Ərzuruma doğru geri çəkilmişdir. == Mənbələr == (gürc.) D. Ivane Javakhishvili, (1983), ქართველი ერის ისტორია (History of Georgian Nation), [1] Arxivləşdirilib 2019-09-27 at the Wayback Machine Tbilisi: Georgia, USSR. (gürc.) Melikishvili, Giorgi et al. (1970), საქართველოს ისტორიის ნარკვევები (Studies in the History of Georgia), Vol. 2.
İbelinli Baliyan
İbelinli Baliyan — səlibçi zadəgan. Balian İbelin Fransada doğulmuşdur. 1187-ci ildə Qüds kralı Gi De Luzinyanın orduları yürüşə yollananda Balian yürüşdən imtina edir. Gi de Luziyan Xittin döyüşündə Səlahəddin Əyyubiyə məğlub olur. Tezliklə müsəlmanlar Qüdsü mühasirəyə alırlar. Baliyanın rəhbərliyi ilə az sayda səlibçi şəhəri uzun müddət qəhrəmancasına qoruyurlar. Müsəlmanlar dəfələrlə hücuma keçsələr də itki verib geri çəkilirlər. Bu vaxt Baliyan qalada ehtiyatlarının tükəndiyini hiss edib, Səlahəddinə bütün xristiyanların və kraliçanın cıxıb getməsinə icazə verildiyi halda şəhəri təhvil verəcəyini bildirir. O, bildirir ki, əgər Səlahəddin buna icazə verməsə hər bir cəngavər ölənə kimi 10-12 müsəlman döyüşçüsünü öldürəcək. Səlahəddin məcbur qalıb xristiyanları buraxır.
Ləkəli badyan
Xallı badyan (lat. Conium maculatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin badyan cinsinə aid bitki növü. == Yayılması == Təbiətdə bu bitki Afrikada Əlcəzair, Mərakeş, Tunis və Efiopiya, Avropanın bütün ərazisində, Asiyada isə Türkiyədən Çinə qədər mülayim iqlimi olan ərazilərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 100 sm qədər olan, çox vaxt mixəyiqırmızı ləkəli ikiillik ot bitkisidir. Gövdəsi çılpaq, düz budaqlı, xırda şırımlı içi boşdur. Aşağı yarpaqları saplaqlı, enli üçbucaqşəkillidir. Orta və yuxarı yarpaqları daha xırda və oturaqdır. Çox saylı çətirlərinin 12-20 sayda nahamar şüası vardır. Çiçəkləri ağ, meyvəsi 3 mm, dalğalı tinli yumru-kürəvaridir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Xallı badyan
Xallı badyan (lat. Conium maculatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin badyan cinsinə aid bitki növü. Təbiətdə bu bitki Afrikada Əlcəzair, Mərakeş, Tunis və Efiopiya, Avropanın bütün ərazisində, Asiyada isə Türkiyədən Çinə qədər mülayim iqlimi olan ərazilərdə yayılmışdır. Hündürlüyü 100 sm qədər olan, çox vaxt mixəyiqırmızı ləkəli ikiillik ot bitkisidir. Gövdəsi çılpaq, düz budaqlı, xırda şırımlı içi boşdur. Aşağı yarpaqları saplaqlı, enli üçbucaqşəkillidir. Orta və yuxarı yarpaqları daha xırda və oturaqdır. Çox saylı çətirlərinin 12-20 sayda nahamar şüası vardır. Çiçəkləri ağ, meyvəsi 3 mm, dalğalı tinli yumru-kürəvaridir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Əsl badyan
Baciyan-i Rum
Baciyan-i Rum (Roma bacıları) — Anadolu tarixinin bəylik dövrünün axırlarında mövcud olmuş, qadınlardan ibarət milis təşkilatı. == Mənşə == Baciyan-i Rum termini ilk dəfə XV əsrdə yaşamış Osmanlı tarixçisi Aşıqpaşazadə tərəfindən qeyd edilmişdir. Təşkilatın sadəcə qadınlardan ibarət olması və Aşıqpaşazadənin əsərindən başqa heç bir yerdə adlarının çəkilməməsi araşdırmaçıların diqqətini cəlb etmişdir. İddiaya görə, bu, yazı xətası olmuşdur. Frans Teşner irəli sürmüşdür ki, terminin ilkin versiyası "Hacıyan-ı Rum" (Roma Həccləri) və ya "Bəxşiyan-ı Rum" (Roma məmurları) olmuşdur. Əhməd Zəki Vəlidi Toğan da bu iddianı dəstəkləmişdir. Digər tərəfdən, Mehmed Fuad Köprülü Hacı Bəktaş Vəlinin onlarla olan əlaqəsi və Bəktaşın sektasının qadın üzvlərinə adətən "bacı" ləqəbi ilə xitab edildiyini nəzərə alaraq, bildirmişdir ki, belə bir təşkilatın mövcud olması mümkündür. Bertrandon de la Brokyerin səyahətlərini təsvir edən kitab Körpülünün iddialarını dəstəkləmişdir. La Brokyer qeyd etmişdir ki, Dulkadir bəyliyində qadınlardan ibarət bir türkmən milisi mövcuddur.
Bamiyan Budda heykəlləri
Babyan Budda heykəlləri — Əfqanıstanın Kabil şəhərinin 230 km şimal-qərbində, Babyan vadisində sal qayaların içərisində oyularaq hazırlanmış iki ədəd hündür heykəl kompleksi. Ümümdünya irsinə daxil olan Babyan Budda heykəlləri Hind-Yunan üslubunda VI əsrdə inşa edilmişdir. Heykəllər taliban silahlıları tərəfindən büt olduğu və bütpərəstliyi təbliğ etdiyi üçün 2001-ci ildə dinamit ilə partladılmışdır. Bamiyan Budda heykəlləri - iki nəhəng Budda heykəli (55 və 37 metr), Bamiyan vadisindəki Buddist monastırları kompleksinin bir hissəsidir, yaradılması eramızın 6-cı əsrinə aiddir; hind Qandhara sənətinə aiddir. Heykəllərin 3-cü əsrdə Kuşan çarlığı dövründə meydana çıxması ilə bağlı versiya da var. 2001-ci ildə dünya ictimaiyyətinin, o cümlədən İslam ölkələrinin etirazlarına baxmayaraq, heykəllər onların paqanist bütlər olub, məhv edilməli olduğuna inanan Taliban tərəfindən dağıdılıb. Heykəllər vadini əhatə edən qayalara oyulmuş, qismən taxta armaturlarla bərkidilmiş davamlı suvaqla tamamlanmışdır. Heykəllərin üzlərinin ağacdan hazırlanmış yuxarı hissələri hələ antik dövrdə dağılıb. Dağıdılmış heykəllərə əlavə olaraq, vadidəki monastırlarda uzanmış Buddanı təsvir edən daha bir heykəl var. Onun qazıntılarına 2004-cü ildə başlanılıb.
Qışlaq-i Bariyan (Germi)
Qışlaq-i Bariyan (fars. قشلاق بريان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 202 nəfər yaşayır (38 ailə).
Basilan
Basilan (taqal Basilan) — Filippinin cənubunda yerləşən ada. == Coğrafi yerləşmə == Filippin arxipelaqına daxil olan 7107 adadan biridir. lokal olaraq isə Sulu arxipelaqının 400 adasından biridir. Adanın sahəsi 1234,2 km², uzunluğu 66 km, eni 44 km təşkil edir. Adada 293 322 nəfər yaşayır (2010). Mindoro adasından 17 km enə malik Basilan boğazı ilə ayrılır. Adanın qərbindən şərqinə dağ silsiləsi keçir. Cənubunda hündürlüyü 1020 metr olan zirvə vardır. == Əhalisi == Ərazisinin 4/5 hissəsi Basilan vilayətinə daxildir. Basilan vilayəti Müsəlman Mindanao Muxtar Bölgəsinə daxildir.
Dariyan
Dariyan — İranın Fars ostanının Şiraz şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,926 nəfər və 2,558 ailədən ibarət idi.
Kaniyan
Kaniyan (Salmas)
Qadiyani
Əhmədiyyə və ya Qadiyanilik (ərəb. أحمدية‎, urdu احمدِیہ) — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir. Təriqətin əsası 23 mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qoyulmuşdur. Təriqətin əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Bu təriqət Pakistanda rəsmən qadağan edilsə də, əsas ardıcılları, təxminən 2 milyon nəfər məhz bu ölkədə cəmləşmişdir. Təriqət üzvləri son illərdə digər ölkələrdə də aktiv missionerlik fəaliyyəti həyata keçirirlər. İslam, Hindistan dinləri, mistika və xristian qnostisizminin dini təlimlərini özündə birləşdirən bu təriqət mənsublarını "Əhmədilər" də adlandırırlar. Lakin, İslam alimləri bu adlandırmanın əleyhinə çıxaraq onların Qadiyanilər adlandırılmasını daha düzgün hesab edirlər. Belə ki, Əhməd Məhəmməd peyğəmbərin adlarından biridir və hərəkatın nümayəndələri özlərini Əhmədi adlandırmaqla öz təriqətlərinin İslamla birbaşa əlaqəsini göstərməyə çalışırlar.
Ramiyan
Ramiyan — İranın Gülüstan ostanında şəhər. Həm də Ramiyan şəhristanının mərkəzidir. Ramiyan şəhəri XVII əsrin əvvəllərində, I Şah Abbasın dövründə salınmışdır. Tarixçi Abdulhəmid Cəfəriyanın sözlərinə görə, qızılbaş tayfaları bu əraziyə XVI əsrin sonu, XVII əsrin əvvəllərində I Şah Abbas tərəfindən Azərbaycanın Qarabağ, Lənkəran, Şirvan, Naxçıvan, Urmiya və digər bölgələrindən köçürülüblər. Tayfaların köçürülməsinin bir neçə səbəbi olub. Belə ki, həmin dövrdə Gülüstan vilayəti Səfəvi dövlətinin şimal-şərq sərhədlərində yerləşirdi və mütəmadi hücumlara məruz qalan yer idi. I Şah Abbasın qızılbaş tayfalarını bu əraziyə köçürməkdə məqsədi də məhz həm bu torpaqları yadelli hücumlarından qorumaq, həm də yerlərdə baş qaldıra biləcək hər hansı ixtişaşın qarşısını vaxtında almaq olmuşdur. Digər tərəfdən bu ərazilərə köçürülən qızılbaşlar idarəçiliyi də öz əllərinə almışlar. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,719 nəfər və 2,831 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qəraylılardan ibarətdir və xorasan-türk dilində danışırlar.
Saqiyan
Günəşli (əvvəlki adı: Saqiyan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 dekabr 2020-ci il tarixli, 212-VIQ saylı Qərarı ilə kənd Günəşli adlandırılmışdır. Şamaxı rayonunun Günəşli kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 18 km qərbdə Ləngəbiz silsiləsindədir. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, doğum evi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur. 19 əsrə aid bir sənəddə Bakı quberniyası Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan adlı kənd (160 ailə, 936 nəfər əhali) qeydə alınmışdır. Yaşayış məntəqəsi ərazidəki şirin sulu axarsız kiçik göl ilə əlaqədar adlandırılmışdır. Türk dillərindəki saqa (çayın mənsəbi, su olan yer) və yan (kənar, sahil) komponentlərindən düzəlib, "suyun sahili, kənarı" mənasındadır. Kənd əhalisi 427 nəfərdir ki, onunda 208 nəfəri kişi, 219 nəfəri isə qadınlar təşkil edir., 145 təsərrüfatı var.
Sədiyan
Sədiyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 298 nəfərdir ki onun da 159 nəfəri kişi, 139 nəfəri qadındır.
Çadigan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.
Çadiqan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.
Kaniyan (Salmas)
Kaniyan (fars. كانيان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,151 nəfər yaşayır (225 ailə).
Kaniyan (Urmiya)
Kaniyan (fars. ‎‎‎‎كسيان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.314 nəfər yaşayır (236 ailə).
Kasiyan (Çaypara)
Kasiyan (fars. كسيان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (69 ailə).
Obadiyah xaqan
Obadiyah xaqan (Yəhudi dilində עבדיה)(786-809) — Xəzər xaqanlığının xaqanı, Bulanın nəvəsi. Xaqanlığın əyanlarının hamısı islamı qəbul etmədi, onların bir hissəsi yəhudi (iudaizm) dinini yaymağa başladılar. Xəzər xaqanı Obadiyah 790-cı ildə iudaizmi xaqanlığın rəsmi dini elan etdi, VIII əsrin sonlarında yəhudiliyi dövlət dini elan edən Xəzər xaqanı Obadiyah bununla da dövlətini Bizans imperiyasına və Ərəb xilafətinə qarşı qoymaqla yanaşı, özünün imperatorla, xəlifə ilə eyni səviyyədə olan hökmdar olduğunu nəzərə çarpdırmaq istəyirdi. Digər tərəfdən yəhudiliyi qəbul etməkdə Obadinin məqsədi Xəzər xaqanını dünyəvi hakimiyyətdən məhrum edən qədim türk ənənəsini aradan qaldırmaq idi. Obadinin yəhudiliyi qəbul etməsindən dərhal sonra Xəzər xaqanlığının iri şəhərlərinə, şimal-şərqi Qafqaza İrandan və Bizansdan minlərlə yəhudi ailəsi köçüb gəldi. Obadiyah xaqan və oğlanlarını öldürdülər. Hakimiyyətə Obadinin qardaşı keçdi. Siciliyada yaşamış coğrafiyaşünas İdrisi (XII əsr) xaqanlıqda bütün dinlərin fəaliyyət göstərdiyini, dini azadlığın qorunduğunu qeyd edir. Bizans imperatoru I Roman Lekapenin (919-944) yəhudilərə etdiyi zülmdən sonra onlar demokratik ənənələrin qorunduğu Xəzər xaqanlığına köç edirlər və bu köç ərazidəki musəvilərin nüfuzunun artmasına səbəb olur. İbn Rüşdə görə, xəzər xaqanı musəvi olsa da, xalq əski inancını qoruyub saxlayırdı.
Qadiyani məzhəbi
Əhmədiyyə və ya Qadiyanilik (ərəb. أحمدية‎, urdu احمدِیہ) — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir. Təriqətin əsası 23 mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qoyulmuşdur. Təriqətin əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Bu təriqət Pakistanda rəsmən qadağan edilsə də, əsas ardıcılları, təxminən 2 milyon nəfər məhz bu ölkədə cəmləşmişdir. Təriqət üzvləri son illərdə digər ölkələrdə də aktiv missionerlik fəaliyyəti həyata keçirirlər. İslam, Hindistan dinləri, mistika və xristian qnostisizminin dini təlimlərini özündə birləşdirən bu təriqət mənsublarını "Əhmədilər" də adlandırırlar. Lakin, İslam alimləri bu adlandırmanın əleyhinə çıxaraq onların Qadiyanilər adlandırılmasını daha düzgün hesab edirlər. Belə ki, Əhməd Məhəmməd peyğəmbərin adlarından biridir və hərəkatın nümayəndələri özlərini Əhmədi adlandırmaqla öz təriqətlərinin İslamla birbaşa əlaqəsini göstərməyə çalışırlar.
Madyan
Madyan — yetkin dişi at və ya digər atkimilər növü. Əksər hallarda, bir madyan üç yaşından böyük bir dişi atdır və dişi at balası bir dişi atdır ki yaşı üç və ya daha gəncdir.
Badımcan
Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır. Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.