Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülşən (balet)
Gülşən — Soltan Hacıbəyovun üçpərdəli, beşşəkilli baleti. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir. == Tarixi == 1950-ci ildə M. F. Axundov adına Opera və Balet Teatrının səhnəsində S. Hacıbəyovun müasir mövzuda yazdığı ilk Azərbaycan baleti — "Gülşən" tamaşaya qoyulur. 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. 1953-cü ildə "Gülşən" baleti Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur. Müəllif baletə yazdığı musiqi üzrə tərtib etdiyi "Gülşən" süitası böyük tirajla "Bruno" (Amerika) firması tərəfindən buraxılmış və geniş yayılmışdır. Baletinin birinci redaksiyasında (Q. Almaszadənindir) bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən ikinci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadə və P. Abolimovundur).
Humay (balet)
Humay — bəstəkar Nəriman Məmmədovun şair Səməd Vurğunun “Komsomol poeması” əsasında yaratdığı balet. == Mənbə == Azərbaycan balet tamaşaları xronologiyası == Həmçinin bax == Yeddi oğul istərəm...
Kaleydoskop (balet)
Bəstəkar Fərəc Qarayevin italyan bəstəkarı Domeniko Skarlattinin sonatalarını interpretasiya edərək yazdığı beşpərdəli balet. Xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovdur. Librettonun müəllifi Rəfiqə Axundova və İlya Dadaşidze, rəssamı Tahir Tarirovdur. Premyera Paris şəhərində oynanılıb. Bakıda ilk tamaşa 1971-ci ildə göstərilib. == Məzmun == Süjetsiz baletdir.
Muğam (balet)
"Muğam" — Nazim Əliverdibəyovun Mirzə Şəfi Vazehin şeirləri əsasında 1972-ci ildə yazdığı birpərdəli balet, xoreoqrafik miniatür . Xoreoqrafları Rəfiqə Axundova və Maqsud Məmmədov, quruluşçu rəssam Tahir Tahirov idi. Baş rollarda Tamilla Şirəliyeva və Vladimir Pletnyov oynayırdılar. Şeirləri Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Vera Şirye oxuyurdu. Bu balet böyük uğurla Moskvada Çaykovski adına Konsert zalında baletmeysterlər və balet artistlərinin III Ümumittifaq yarışması zamanı nümayiş etdirilmişdi . Sonralar başqa ölkələrdə də göstərilmişdi. Baletin özəlliyi istifadə olunan musiqi alətlərdən (orqan, arfa, zərb alətləri), xanəndə və şeir oxuyanın olmasıdır.
Nizami (balet)
"Nizami" — Fikrət Əmirovun 1984-cü yazdığı sonuncu balet. Tamaşaya 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdur.
Oğuznamə (balet)
Oğuznamə — Cavanşir Quliyevin 2007-ci ildə eyniadlı türk dastanı əsasında yazdığı balet. Cavanşir Quliyev qalan ömrünü yeni baletinə həsr edəcək. Kaspi.- 2007.- 7 mart.- S. 17.
Rast (balet)
"Rast" — Niyazinin eyniadlı simfonik muğamı və skif qadın-sərkərdəsi Tomris haqqında əfsanə əsasında 2004-cü ildə səhnəyə qoyulmuş ilk ikipərdəli muğam-balet. Libretto müəllifi jurnalist Əjdər Ulduzdur, xoreoqrafı Tamilla Şirəliyeva, quruluşçu-rəssamları Rafiz İsmayılov və Tahir Tahirovdur. Tomris Banu Искусствовед-хореограф Афаг Гусейнова. Магистр хореографического искусства.
Məhəbbət Əfsanəsi (balet)
"Məhəbbət əfsanəsi" — Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsanəsi" XX əsrin balet kəşflərinin sintezidir" "Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir. Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y. Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur.
Balet
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Nəsimi dastanı (balet)
"Nəsimi dastanı" (en. A Tale of Nasimi; ru. Легенда о Насими, yaxud Сказание о Насими) — Fikrət Əmirovun 1973-cü yazdığı balet. Libretto yazıçı Anara məxsusdur. Baletmeyster Nailə Nəzirovanın quruluş verdiyi bu tamaşa ilk dəfə 23 sentyabr 1973-cü il tarixdə nümayiş etdirilərək, tamaşacıların böyük rəğbətini qazanmış, 1974-cü ildə isə Respublika Dövlət mükafatına layiq görülmüşdür. Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs edir. I səhnə: Cəlladların rəqsi II səhnə: Nəsiminin monoloqu III səhnə: Nəsimi və sevgilisinin birinci dueti IV səhnə: Qızların Nəsimi və sevgilisi ilə rəqsi V səhnə: Hücum VI səhnə: Qızların kədəri VII səhnə: Nəsimi və sevgilisinin ikinci dueti VIII səhnə: Nəsiminin üsyanı IX səhnə: Savaş X səhnə: Əbədilik Baletdə Lütfiyar İmanovun ifasında Nəsiminin ariyası və dünyanı lənətləyən kiçik şeiri səslənmişdi.
Babək (balet)
Babək — Aqşin Əlizadənin 1986cı ildə yazdığı ikipərdəli balet. Libretto Rəfiqə Axundova və Maqsud Məmmədovundur. Quruluşçu rəssamları Tahir Salahov və Tahir Tahirov idi.
Arabesk (balet)
Arabesk ya Arabesk duruşu (it. arabesco — ərəb) — klassik rəqsin əsas duruşlardan biri. Bu zaman əllər allongeé vəzittətində, işlək ayaqlar dizlərdən və topuqdan tarım açılmiş şəkildə, biri döşəməyə barmaqlar üzərində dirənmiş, digəri isə arxaya açılmış, ifadəli nəzərlər uzaqlarad dikilmiş olur.
Azərbaycanda balet
Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. == Tarixi == === XX əsrin erkən illəri === Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. Məktəbin məzunlarının ilk çıxışları klassik rus və Avropa baletlərinin Azərbaycanda tamaşaya qoyulması ilə bağlı olurdu. Azərbaycanın XKS-nın 1 iyul 1920-ci il tarixli qərarı ilə birləşmiş dövlət teatrı yaradıldı. 1924-cü ildə opera və balet truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına (Azərbaycan və rus bölmələri ilə) çevrildi. 1930-cu illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır.
Balet artisti
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Sayalı (balet)
Sayalı — bəstəkar Elnarə Dadaşova tərəfindən 1983-cü ildə bəstələnmiş birpərdəli balet. Balet bəstəkarın anasının Sayalı Tağıyevanın adını daşıyır. Premyera 15 dekabr 2012 ildə olub. Baletmeyster Pulumb Agilliu, dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. “Sa­ya­lı” ba­le­ti­nin lent ya­zı­sı 1983-cü il­dən Azər­bay­can Te­le­vi­zi­ya və Ra­dio Şir­kə­ti­nin fo­no­te­ka­sın­da saxlanılır. Əsər Azər­bay­can Te­le­vi­zi­ya və ra­dio Şir­kə­ti­nin sim­fo­nik or­kest­ri­nin ifa­sın­da len­tə alı­nıb. “Araz” proqramı ilə vax­ta­şı­rı efi­rə ve­ri­lib və ve­ri­lir. "Sayalı" baleti Novruz, bayramında təbiətin oyanması, heç vaxt solmayan əbədi məhəbbət, gənclik və rəqabət mövzusundadır.
Tutu (balet)
Tutu — qat-qat tül ətəkdən ibarbaət balet libası. Tutu libasında ilk dəfə, 1839-cu ildə səhnəyə çıxan balerina Talioni Mariya olmuşdur.
Tərlan (balet)
Tərlan - Əfrasiyab Bədəlbəylinin uşaqlar üçün bəstələdiyi bir pərdəli balet-tamaşa. Qəmər Almaszadənin quruluşunda xoreoqrafik məktəbin məzunları iştirakı ilə 1939-cu ildə tamaşaçılara təqdim olunub. Kinolenti qalmayıb. Balaca qız Tərlan yuxuda onun qorxulu yaratıq tərəfindən təqib olunduğunu görür. Xeyir və Şər qüvvələrinin savaşının sonucu bəllidir: cəsarətli oğlan uşağı qalib gəlir və qızı xilas edir.
Çitra (balet)
"Çitra" — Niyazinin hind yazıçısı Rabindranat Taqorun eyniadlı poeması əsasında 1961-ci yazdığı ikipərdəli balet. Xoreoqrafı və librettisti Nataliya Danilova idi. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. 1974-cü ildə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdür. Balet 1972ci ildə ikinci, 1975-ci ildə isə üçüncü redaksiyadan keçir.
Şelkunçik (balet)
Şelkunçik (Fındıqqıran, Qozqıran) - baleti rus bəstəkarı Pyotr Çaykovskinin 1891-ci ildə bəstələdiyi son baletdir. Balaca alman qız Klara Stalbaumun yeni il hədiyyəsi kimi aldığı fındıqsındıran oyuncağı ilə bağlı yuxuları mövzusunda yazılmış mistik-nağıl janrında əsərdir. İlk dəfə 1892-ci ildə Peterburqda səhnələnən Şelkunçik Baleti, yeni il şənlikləri ilə eyniləşdirilmiş və bir çox balet ictimaiyyəti tərəfindən yeni ildə səhnələşdirilməsi adət halını almışdır. Dünyanın ən çox səhnələşdirilən balet əsərlərindən biridir. Alman yazıçı Ernest Teodor Amadey Hofman 1815-ci ildə müxtəlif ölkələrin xalq nağılları əsasında "Fındıqsındıran və Siçanlar Kralı" (Der Nııssnacker und der Mâusekönig) adlı bir nağıl yazır. Həmin nağılı Aleksandr Düma 1844-cü ildə nəşr etdirir. Əsər 1846-ci ildə "Chapman" və "Hail" nəşriyyatı tərəfindən İngiltərədə Hoffmanna və Dumaya ithafən nəşr etdirilir. Şelkunçik Baleti ilk dəfə 1892 -ci ildə St. Petersburg Maryinski Teatrında səhnəyə qoyulmuşdur. Yatmış Gözəl Baleyinin bir il öncəki şöhrətini görən St.
Şur (balet)
"Şur" — Fikrət Əmirovun 1968-ci yazdığı xoreqrafik novella.
Qafqaza səyahət (balet)
Qafqaza səyahət, yaxud Natəvan Aqşin Əlizadənin 2002-ci ildə Aleksandr Dümanın eyniadlı əsəri əsasında yazdığı birpərdəli, dördşəkilli baleti. Libretto bəstəkarındır. Baletmeyster Tamilla Şirəliyeva, musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərov, rəssamı Tahir Tahirov. Məlum olduğu kimi, XIX əsrdə Şərq ölkələrinə səyahətə çıxmış A. Düma Qafqazı gəzmiş, Şuşada, Bakıda, Şamaxıda gördüklərini qələmə almışdır. Macəra romanlarının ustasını Azərbaycan xalqının qonaqpərvərliyi, incəsənəti, səfalı təbiəti, tanış olduğu insanlar heyrətə gətirmişdi. A. Əlizadə Dümanın təssüratlarını baletin üç iri səhnəsində canlandırır. "Azərbaycan muğamı", "Atəşgah", "Dümanın xan qızı Natəvan və Xasay xanla görüşü" səhnələri ümumi musiqi dramaturqiyası lövhə prinsipi ilə qurulmuş bir aktlı kompozisiyada əsas məzmunu dolğun açır. Bəstəkar burada da milli musiqi ənənələrinin rəngarəng qaynaqlarından, muğam, mahnı və rəqslərin tanış avazlarından hörülmüş musiqi çələngi yaratmışdır. Dümanı səciyyələndirən Avropa qiyafəli, Fransız ruhlu musiqi mövzusu da ümumi musiqi axınında olduqca təbii və həmahənq səslənir. Bəstəkar bu əsərdə müasir xoreoqrafik konsepsiyanın iki mühüm tələbini yüksək səviyyədə reallaşdırmışdır: yadda qalan, yığcam, orijinal süjet xətti və yüksək bədii ümumiləşdirmə dərəcəsinə, teatral obraz konkretliliyinə malik "ümumi hərəkət formullarından" uzaq dinamik musiqi partiturası.
Qaraca qız (balet)
Qaraca qız baleti — bəstəkar Əşrəf Abbasovun yaradıcıllığının zirvəsində yazdığı uşaq baletidir. Bu, uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1965-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatırının səhnəsində tamaşaya qoyulmuş "Qaraca qız" yazıçı Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında hazırlanmışdır. Baletin libretto müəllifi isə xalq artisti Əfrasiyab Bədəlbəyli idi. Elə tamaşanın ilk dirijoru da bəstəkarın özü olmuşdur. Bu balet haqqında mətbuatda yazılanlardan bəlli olur ki, "Qaraca qız" həqiqətən də klassik balet ənənələrinin ən gözəl nümunələrindən biridir. Xüsusilə də baletmeyster Qəmər Almaszadə bir xoreoqraf kimi əsərə yüksək bədii zövq əks etdirən quruluş verməyə nail ola bilmişdi. Bu yaradıcılığın vəhdətindən doğan "Qaraca qız" isə Azərbaycan musiqi tarixinə uğurlu balet kimi düşərək Əşrəf Abbasovun adını ilkinlər sırasına yazdı. Bu baletə təkcə uşaqlar deyil, böyüklər də maraqla tamaşa edərdilər. İlk uşaq baletinin müəllifi Исай Рубенчик.
Qobustan kölgələri (balet)
"Qobustan kölgələri" — Bəstəkar Fərəc Qarayevin yazdığı və xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovun quruluş verdiyi dördpərdəli balet. Libretto Vyaçeslav Yesman və Maqsud Məmmədovundur. Premyera 1969-cu ilin may ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olub: rəssam Toğrul Nərimanbəyov, dirijor Rauf Abdullayev idi. Əsərin xaricdə ilk nümayişi Parisdə olub. Bu baletin əsas ideyası alt-bilincdəki qarmaqarışıqlığa təbiətlə ünsiyyət, əmək yoluyla qalib gəlmək mümkünlüyünü göstərməkdir.
Qu gölü (balet)
Qu gölü (rus. Лебединое озеро – Lebedinoye ozero) — Pyotr Çaykovski tərəfindən 1875–1876-cı illərdə bəstələnmiş 20 opus nömrəli balet. Dörd pərdəli baletin ilk ssenarisi rus nağılı əsasında yazılmışdır. Sonda şahzadə Odetta şeytan tərəfindən qu quşuna çevirilir. İlk səhnələşdirməsinin xoreoqrafı çexiyalı Yulius Rayzinqerdir. Baletin premyerası 4 mart (köhnə təqvimlə 20 fevral) 1877-ci ildə Moskvanın Bolşoy Teatrında keçirilmişdir. Balet ilkin musiqi və xoreoqrafiya əsasında bir çox balet truppaları tərəfindən müxtəlif versiyalarda səhnələşdirilmişdir. İmperator Baleti tərəfindən ilk səhnələşdirmə isə 15 yanvar 1895-ci ildə Marius Petipa və Lev İvanovun təqdimatında Sankt-Peterburqun Mariinski teatrında baş tutmuşdur. Bu səhnələşdirmə üçün Çaykovskinin qoyuluşu və Sankt-Peterburq İmperator Teatrının rəhbəri Rikkardo Driqonun təkmilləşdirilməsi ilə mümkün olmuşdur. "Qu gölü" əfsanəsinin mənşəyi haqqında müxtəlif fikirlər vardır.
Qız qalası (balet)
Qız qalası – ilk Azərbaycan baleti və müsəlman şərqində ilk balet. Üç pərdə, proloq və epiloqdan ibarət olan baletin musiqisi və librettosu Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyliyə məxsusdur. Baletin premyerası 18 aprel 1940-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində baş tutmuşdur. Quruluşçular Sergey Gevorkov və Vaxtanq Nadiradze-Vronski, rəssam isə Fyodor Qusak olmuşdur. Baletin yeni redaksiyası 24 oktyabr 1999-cu ildə işlənmişdir. Yeni redaksiyanın müəllifi Yuliana Əlikişizadə, əsas rolların ifaçısı Mədinə Əliyeva və Gülağası Mirzəyev olmuşlar. Yeni musiqi redaktəsinin müəllifi isə Fərhad Bədəlbəylidir. Baletdə həmçinin Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblının üzvləri də iştirak etmişlər. Neft Bakısında dəniz kənarında, qədim qalanın divarları arxasında yüksələn Qız qalası haqqında dastan xalq arasında geniş yayılmışdır. Zəhimli Cahangir xan haqqında qədim rəvayət nəsildən-nəslə keçir.
Eldar Əliyev (balet ustası)
Eldar Əliyev (1957, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı balet ustası, Budapeşt Opera və Balet Teatrının bədii rəhbəri. == Həyatı və sənət fəaliyyəti == Eldar Əliyev 1957-ci ildə Bakı şəhərində doğulmuşdur. 1966–1975-ci illərdə Bakı Xoreoqrafiya məktəbində təhsil almışdır. 1974-cü ildən Bakı Opera və Balet teatrında çalışmağa başlamış, 1975-ci ildə Xoreoqrafiya məktəbləri məzunlarının Leninqradda keçirilən V Ümumittifaq müsabiqəsində 2-ci yeri tutmuşdur. 1979–1992-ci illərdə Leninqraddakı Kirov teatrının solisti olmuş, "Don Kixot", "Məhəbbət əfsanəsi", "Korsar", "Sonalar gölü" kimi klassik baletlərdə aparıcı partiyaları ifa etmişdir. 1988-ci ildə Yuri Qriqoroviçin dəvəti ilə Arif Məlikovun Moskvada, Böyük teatrın səhnəsində tamaşaya qoyulan "Məhəbbət əfsanəsi" baletində Fərhad obrazını canlandırmışdır. Dünyanın 40-dan çox teatrının səhnəsində çıxış etmişdir. 1991–1992-ci illərdə "Kirov teatrının və Böyük teatrın ulduzları" adlı 8 nəfərlik truppanın tərkibində ABŞ, Kanada və Meksikada 4 aylıq qastrol səfərində olmuşdur. 1992-ci ildə "Indianapolice Ballet Theatre"nin dəvəti ilə ABŞ-yə köçmüş və 1994-cü ildən 2005-ci ilədək "Ballet Internationale" adlı truppanın rəhbəri olmuşdur. 1996-cı ildə rəqqas kimi karyerasını başa vurmaq qərarına gələn Eldar Əliyev özünü xoreoqraf kimi sınadı və Fikrət Əmirovun "Min bir gecə" baletinə uğurlu quruluş verdi.
Ermənistan Dövlət Akamedik Opera və Balet Teatrı
Aleksandr Spendiaryan adına Ermənistan Dövlət Akademik opera və balet teatrı (erm. Ալեքսանդր Սպենդիարյանի անվան օպերայի և բալետի ազգային ակադեմիական թատրոն) 1933-ci ildən İrəvanda fəalliyət göstərir. Teatrın binasını inşa edən memar Aleksandr Tamanyan olubdur. Opera teatrından savayı kompleks Aram Xaçaturyan adına Konsert zalını da özündə yerləşdirir. Teatrın binasının təntənəli açılışı 1930-cu ildə baş tutsa də, teatr rəsmi olaraq yalnız 1933-cü ildə açılıbdır. Buna baxmayaraq binanın indiki görünüşü bir sıra təmir işləri nəticəsində yalnız 1953-ci ildə formalaşıbdır. 1935-ci ildə burada balet truppası yaradılmışdır və ilk ifa onunan balet Pyotr Çaykovskinin "Qu gölü" baleti olmuşdur. 1938-ci ildən teatr Aleksandr Spendiaryanın adını daşıyır, 1956-cı ildə işə dövlət akamedik teatrı statusunu əldə edibdir. Teatrın quruluşu Ermənistanda opera və balet sənətinin inkişafına güclü təkan vermişdir. Məhz burada 1939-cu ildə Aram Xaçaturyanın "Sevinc" adlı ilk erməni baleti ifa olunmuşdur.
Eşq və ölüm (balet)
Eşq və ölüm — bəstəkar Polad Bülbüloğlunun Dədə Qorqud dastanının motivləri əsasında yaratdığı balet. İlk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Elə 2005-ci ildə Akademik Opera və Balet Teatrının balet truppası həmin tamaşanı Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirilib. 2010-cu ildə isə xoreoqraf Nadejda Malıqinanın təşəbbüsü ilə “Eşq və ölüm” baleti Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulub. 2011-ci ildə Yekaterinburq teatrı bu tamaşanı Dövlət Akademik Böyük Teatrının səhnəsində, sonra isə Türkiyənin Ankara şəhərində göstərib. Ümumiyyətlə, bu baletdən ayrı-ayrı musiqi parçaları hər il keçirilən Münhen opera sənəti festivalında musiqi rəhbəri Korneliya Kerssenbrofkun idarəsi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri tərəfindən ifa olunur. == Məzmun == Hər bir sənətkarın elə bir əsəri vardır ki, onun yaradıcılığının ən yüksək notuna çevirlir və həmin sənətkarın dünyagörüşü, istəkləri, fikirləri və işlərini özündə toplayır. Mənim bəstəkarlıq bioqrafiyamda belə mənalı və əhəmiyyətli addım yeni baletin yaranması oldu. Burada mən musiqi, plastika və rəqsin dili ilə azərbaycanlıların mənəvi dünyasını nümayiş etdirməyə çalışmışam. Şərq melizmlərinin ətri, qədim Azərbaycan musiqi alətlərinin tembr boyaları və ritmləri, milli rəqs janrına aid şəkil və hərəkətləri ilə zəngin olan musiqi bir tərəfdən Qərb simfonizmi, digər tərəfdən isə müasir dövrün səhnə yenilikləri ilə ahəngdar vəhdət təşkil edir.
Leyli və Məcnun (balet)
"Leyli və Məcnun" baleti — Qara Qarayevin 1969-cu ildə yazdığı simfonik əsər əsasında birpərdəli xoreoqrafik poema.
Maqsud Məmmədov (baletmeyster)
Maqsud Davud oğlu Məmmədov (30 may 1929, Gəncə, Gəncə dairəsi – 6 fevral 2024) — Azərbaycan balet artisti, baletmeyster, Azərbaycan SSR xalq artisti (1970). == Həyatı == Maqsud Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub. 1950-ci ildə Moskva Xoreoqrafiya Məktəbini bitirib (Nikolay Tarasovun sinfi). Bakıya qayıtdıqdan sonra 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solisti işləyib. Maqsud Məmmədov həm milli baletlərimizdə, həm də dünya klassiklərinin əsərlərində mürəkkəb partiyaları böyük uğur və şərəflə ifa edib. Sənətkarın ifa yaradıcılığının əsasını Polad ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Mənzər, Lenni ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Fərhad ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Azad ("Gülşən", Soltan Hacıbəyov), Pərviz ("Qaraca qız", Əşrəf Abbasov), Albert ("Jizel", Adolf Adan), Dezire, Ziqfrid, Şahzadə ("Yatmış gözəl", "Sonalar gölü" və "Şelkunçik" Pyotr Çaykovski), Xli Şan Fu və Ma Li Çen ("Qırmızı lalə", Reynqold Qlier), Pyero ("Qızıl açar", Boris Zeydman), kolen ("Arlekinada", Rikardo Driqo), Vatslav ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Frondoso ("Laurensisa", Aleksandr Kreyn), Qəhrəman ("Şopeniana", Frederik Şopen), Bazil ("Don Kixot", Lüdviq Minkus) obrazlarının ifası təşkil edir. Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindəki Fərhad rolu Maqsud Məmmədovun ən uğurlu işlərindəndir. O, Azərbaycan Opera və Balet Teatrının Monte-Karlo, Fransa, Lüksemburq qastrollarında qalib olub. 1972-1973-cü illərdə Əlcəzairdə baletmeyster və pedaqoq işləyib. Maqsud Məmmədov 1979-cu ildən Sov.İKP üzvü olmuşdur.
Min Bir Gecə (balet)
Min bir gecə — 1979-cu ildə yazılmış iki hissəli balet. Baletin musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır. Baletin premyerası 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutumuşdur. Ərəb nağılları əsasında yazılmış baletdə musiqi, xoreoqrafiya, libretto və bədii tərtibat üzvi vəhdətdədir. Valehedici melodiyalar, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika səhnələri ilə xalq səhnələri və məişət lövhələrinin növbələşməsi "Min bir gecə" baletinin əsas xüsusiyyətləridir. Baletdə əsas diqqətçəkən məqamlardan biri də, tembr dramaturgiyasında qadın səsinin istifadə edilməsidir. Baletin əvvəlində orkestrın incə, cazibədar axıcı intonasoyaları fonunda səslənən qadın xoru kədərli olsa da, işıqlı arzulara və sədaqətə inamı əks etdirir. “Min bir gecə” dərin fəlsəfi tamaşadır. Bu, qadına, onun məhəbbətinə və müdrikliyinə himndir. Çox mürəkkəb və dərin ideyaların rəqslə ifadə olunması bəstəkarın bu janrda ən böyük nailiyyətidir.
Musa Cəlil adına Tatar Opera və Balet Teatrı
Musa Cəlil adına Tatarıstan Akademik Dövlət Opera və Balet Teatrı (tatar. Муса Җәлил исемендәге Татар Дәүләт Опера һәм Балет театры) — Rusiya Federasiyasının ən iri teatrlarından biri. Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşir. Kazanda kütləvi teatr tamaşalarının qoyulmasının başlanğıcı rəsmi olaraq 1791-ci ilə təsadüf edir. Əvvəlcə tamaşalar 400 yerlik xüsusi təchiz olunmuş salonu olan gimnaziya teatrında nümayiş olunurdu. Teatrın öz binası 1803-cü ildə (daş bünövrədə taxta teatr) indiki teatr binasının yerində tikilmişdir. 1842-ci ildə baş verən nəhəng yanğın demək olar ki, bütün şəhəri dağıtmışdır. Bu səbəbdən o illərdəki teatr binaları haqqında məlumatlar çətinliklə əldə edilir. Bu yangından sonra tamaşalar şəxsi evlərdə səhnəyə qoyulurdu. 1845-ci ildə teatrın ilk daşdan binasının təməli qoyuldu.
Mədinə Əliyeva (baletmeyster)
Mədinə Vaqif qızı Əliyeva (4 may 1965, Bakı) — xoreoqraf, baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2008). "Qızıl Dərviş" və "Zirvə" mükafatı laureatı. Mədinə Vaqif qızı Əliyeva 4 may 1965-ci ildə Bakıda anadan olmuşdur. 1983-cü ildə Bakı Xareoqrafiya Məktəbini bitirmiş, 1985-1986-cı illərdə Moskva Xareoqrafiya Məktəbində təcrübə keçmişdir. Mədinə Əliyeva 1983-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aparıcı balerinası və balet truppasının rəhbəri olmuşdur. 1999-cu ildə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletində Gülyanaq obrazını ifa etmişdir. 2012-ci ildə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan Motsartın "Hamı belə edir" operasında rəqslərə quruluş vermişdir. 2014-cü ildə Belarusun paytaxtı Minsk şəhərində səhnəyə qoyulmuş Fikrət Əmirovun "Min bir gecə" baletinin quruluşçu-baletmeysteri olmuşdur. "Belarus səhnəsində əsrarəngiz "Min bir gecə"", Mədəniyyət. — 2014.
Məhəbbət əfsanəsi (balet, 1961)
"Məhəbbət əfsanəsi" — Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsanəsi" XX əsrin balet kəşflərinin sintezidir" "Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir. Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y. Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur.
Odessa Opera və Balet Teatrı
Odessa Milli Akademik Opera və Balet Teatrı (ukr. Одеський національний академічний театр опери та балету)-Odessada ilk teatr; İlk binanın açılışı 1810-cu ildə olmuşdur və 1873-cü ildə yanmışdır. Hal hazırdakı bina 1887-ci ildə memarlar-Felner və Helmer tərəfindən yeni vyana-barokko üslubunda tikilmişdir. İzləyici zalının interyeri keçmiş fransız üslubu -rokoko üslubundadır. Teatr binasının tam bərpası 2007-ci ildə başa çatdırılmışdır. Pyotr Çaykovski, Nikolay Rimski-Korsakov, Sergey Raxmaninov kimi məşhur dirijorlar teatrda dirijorluq etmiş, Fyodor Şalyapin, Salomeya Amvrosievna, Leonid Sabinov və s. onun səhnəsində ifa etmiş, Anna Pavlova, Aysedora Dunkan kimi məşhur rəqqasələr rəqs etmişlər. Aleksandr Puşkin "Yevgeni Onegin" əsərində bu teatrı xatırlayır. "Forbes" jurnalı Şərqi Avropanın ən qeyri-adi yerləri siyahısına Odessa teatrını da daxil edib Odessa teatrının tarixi şəhərin əsasının qoyulduğu andan başlayır. Opera və Balet teatrı bir sıra mədəniyyət büəssisələri arasında ən qədimi sayıla bilər.
Rafflesia baletei
Rafflesia baletei (lat. Rafflesia baletei) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Baget
Baget (fr. une baguette de pain) — fransız çörəyidir.Bəzi tarixçilər, bagetin inqilabdan sonra Napoleon Bonapart tərəfindən icad edildiyini qarşıya qoyur. O günə qədər yumru bişirilən çörəklər bu haldaykən daşına bilmirdi. Rusiya səfərinə hazırlanan Fransız İmperatoru, çörəklərə incə, uzun bir şəkil verilərək əsgərlərin şalvarına dayaza bilməsini planlamışdı. Beləcə baget, Napoleonun ordularıyla bütün Avropaya yayıldı.
Balel
Mustafa Balel (d. 1 sentyabr 1945, Sivas) — Türkiyə yazıçısı, tərcüməçi. == Həyatı == Mustafa Balel 1945-ci ildə Türkiyənin Sivas şəhərində anadan olub. Ankara Qazi Ali Təhsil İnstitutunun Fransız dili şöbəsində təhsil aldıqdan sonra (1968), Türkiyənin Ardahan şəhərində fransız dili müəllimi kimi çalışıb. Sonradan məqsədli təqaüd qazanaraq Fransanın Poitiers Universitetində "müqayisəli dünya ədəbiyyatı" üzrə təhsil alıb. İstanbul Atatürk Ali Təhsil İnstitutunda XX əsr fransız ədəbiyyatı və tərcüməçiliyi (1978-1980), İstanbul Bağçalıevlər Liseyində fransız dili və ədəbiyyatı (1980-1997), Adnan Menderes Anadolu Liseyində ədəbiyyat (1997-2000) dərsləri deyib. Ədəbi aləmə 1972-ci ildə "Yeni Ortam" qəzetində yazdığı kitab resenziyaları və ədəbi-tənqidi məqalələri ilə qədəm qoyub. Qəzet və jurnallarda nəşr etdirdiyi hekayələri, ədəbi-tənqidi məqalələri və tərcümələri ilə məşhurlaşıb. Meydan Larousse, Görsel Büyük Genel Kültür Ansiklopedisi, Gelişim Büyük Larousse, Memo Larousse, Axis 2000 və s. ensiklopediyaların tərtib olunmasında iştirak edib.
Baler
Baler — Filippinin Aurora vilayətində şəhər və bələdiyyə və bu vilayətin mərkəzi.
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).