Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barelyef
Barelyef (fr. bas-relief) —heykəltaraşlığın növü. Barelyef – "bas-relief" sözündən götürülmüş alçaq relyef deməkdir. Memarlıq və dekorativ tətbiqi sənətdə geniş yayılmış bəzək növüdür. Barelyefdən əsasən bəzək qəpiklərdə xatirə lövhələrində, orden və medallarda istifadə olunur.
Bareli
Bareli, bəzən Bareyli (hind. बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır. == Tarixi == Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir.
Rob Barel
Rob Barel (23 dekabr 1957, Amsterdam) — Niderlandı təmsil edən triatlonçu. == Karyerası == Rob Barel Niderlandı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 43-cü pillədə başa vurdu.
Barneby
Rupert Çarlz Barnebi (ing. Rupert Charles Barneby, 6 oktyabr 1911 – 5 dekabr 2000, Bronks, Nyu-York ştatı) — Böyük Britaniya əsilli Amerika botaniki. Nyu-York Botanika Bağının görkəmli alimlərindən biridir.. == Elmi əsərləri == Atlas of North American Astragalus. Daleae Imagines. Intermountain Flora, Volume 3, Part B. Silk Tree, Guanacaste, Monkey's Earring: A Generic System for the Synandrous Mimosaceae of the Americas (3 Volumes). == Şərəfinə adlandırılmış taksonlar == Barnebya bitki cinsi Barnebinin şərəfinə adlandırılmışdır.. Onun şərəfinə həmçinin Barnebyella, Barnebydendron və 25 bitki növü adlandırılmışdır.. == İstinadlar == == Xarici keçidlər == DNB, Katalog der Deutschen Nationalbibliothek: Rupert C. Barneby (alm.) Botanical Elctronic News: Dr.
Blakely
Vilyam Faris Blekli (ing. William Faris Blakely; 1875[…] – 1 sentyabr 1941) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Vilyam Faris Blekli evkaliptlər üzrə aparıcı mütəxəssis olmuşdur. == Əsərləri == Blakely, W.F. A key to the eucalypts. — Sydney, 1934. — 339 p. == Şərəfinə adlandırılmış taksonlar == Acacia blakelyi Maiden, 1917 Derwentia blakelyi B.G.Briggs & Ehrend., 1992 [≡ Veronica blakelyi (B.G.Briggs & Ehrend.) B.G.Briggs, 2007] Eucalyptus blakelyi Maiden, 1917 Micromyrtus blakelyi J.W.Green, 1983 Pultenaea blakelyi Joy Thomps., 1958 == İstinadlar == == Ədəbiyyat == Hall, N. Botanists of the Eucalypts 21. — 1978. Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed.
Yarell
Vilyam Yarell (ing. John Latham; 3 iyun 1784, Sent-Ceyms[d], Böyük London – 1 sentyabr 1856, Qreyt-Yarmut[d], Norfolk qraflığı) — İngiltərə təbiətçisi. == Əsərləri == Observations on the Tracheae of Birds, with Descriptions and Representations of several not hitherto figured. — Linn. Trans. 1827, 15. 378. Description of a species of Tringa, killed in Cambridgeshire, new to England and Europe. — Linn. Trans.
Bagel
Bagel - ABŞ, Kanada və Böyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü. İlk dəfə Polşada ortaya çıxdığı fərz edilən bagelin istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır. İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-York və Kaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.
Balel
Mustafa Balel (d. 1 sentyabr 1945, Sivas) — Türkiyə yazıçısı, tərcüməçi. == Həyatı == Mustafa Balel 1945-ci ildə Türkiyənin Sivas şəhərində anadan olub. Ankara Qazi Ali Təhsil İnstitutunun Fransız dili şöbəsində təhsil aldıqdan sonra (1968), Türkiyənin Ardahan şəhərində fransız dili müəllimi kimi çalışıb. Sonradan məqsədli təqaüd qazanaraq Fransanın Poitiers Universitetində "müqayisəli dünya ədəbiyyatı" üzrə təhsil alıb. İstanbul Atatürk Ali Təhsil İnstitutunda XX əsr fransız ədəbiyyatı və tərcüməçiliyi (1978-1980), İstanbul Bağçalıevlər Liseyində fransız dili və ədəbiyyatı (1980-1997), Adnan Menderes Anadolu Liseyində ədəbiyyat (1997-2000) dərsləri deyib. Ədəbi aləmə 1972-ci ildə "Yeni Ortam" qəzetində yazdığı kitab resenziyaları və ədəbi-tənqidi məqalələri ilə qədəm qoyub. Qəzet və jurnallarda nəşr etdirdiyi hekayələri, ədəbi-tənqidi məqalələri və tərcümələri ilə məşhurlaşıb. Meydan Larousse, Görsel Büyük Genel Kültür Ansiklopedisi, Gelişim Büyük Larousse, Memo Larousse, Axis 2000 və s. ensiklopediyaların tərtib olunmasında iştirak edib.
Barei
Barbara Reysabal Qonsales-Ayer (isp. Bárbara Reyzábal González-Aller; d. 29 mart 1982, Madrid, İspaniya) və ya səhnə adı ilə Barei — İspaniya müğənnisi və bəstəkarı. O, "Say Yay!" mahnısı ilə İspaniyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Barbara Reysabal Qonsales-Ayer 29 mart 1982-ci ildə İspaniyanın paytaxtı Madriddə anadan olmuşdur. O, Tereza Qonsales-Ayer Monterde və Fortunato Reysabal Larruyun qızıdır. Onun atası İspaniyada bir çox filmlərin istehsalı ilə məşğul olan, daşınmaz əmlaklara investisiyalar edən və Madriddə şənlik binalarının təmirinə yardım göstərən məşhur Reysabal ailəsindən idi və o, Barbaranın dünyaya gəlməsindən qısa zaman sonra vəfat etmişdir. Barbaranın İqnasiyo Xesus və Xulian adlı iki qardaşı və Lurdes adlı bir bacısı da var. O, vokal, gitara və piano dərsləri almışdır. == Musiqi karyerası == === Karyeranın başlanğıcı === Barbara öz musiqi karyerasını 16 yaşında ikən Kristina Agilera, Laura Pauzini və Lara Fabianın mahnılarını ifa edərək başlamışdır.
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Bazel
Bazel (alm. Basel‎ [ˈbaːzəl], fr. Bâle, it. Basilea) — İsveçrənin şimal-qərbində şəhər, almandilli Bazel-Ştadt kantonunun paytaxtı. Şəhərin əhalisi təqribən 170 min nəfərdir (2015). Bazel ölkənin üçüncü ən böyük şəhəridir. Şəhər Reyn çayı sahilində, Yur və Şvarsvald şəhərləri arasında, Almaniya və Fransa ilə sərhəddə yerləşir. Kimya və əczaçılıq sənayesi mərkəzidir. Novartis və Hoffman-La Roche, eləcə də beynəlxalq bank təşkilatlarının mərkəzi UBS Bankın qərargahlarından biridir. İsveçrənin ən qədim universiteti burada yerləşir.
Barens adası
Barens adası (norv. Barentsøya) — Şpitsbergen arxipelaqına daxil olan və yaşayışı olmayan ada. Arxipelaqın şərqində, Edj adası ilə Qərbi Şpisbergen adaları arasında yerləşir. Adanın sahəsi 1288 km² təşkil edir. Arxipelaqın sahəsinə görə dördüncü adasıdır. Ada hollad araşdırmaçısı və dənizçi Villem Barensin şərəfinə adlandırılmışdır. == Coğrafiya və iqlimi == Adada horizontal şəkildə mezozoy dövrünə aid əhəng daşı və paleozoyun çökmə süxurları ilə örtülüdür. Qərbində qranit təbəqə yüksəklik əmələ gətirir. Sahəsinin 558 km² buzlaqla örtülüdür. Digər hissəsi tundradır.
Barens dəniz
Barens dənizi (norv. Barentshavet; 1853-cü ilə qədər Murman dənizi) — Şimal Buzlu okeanın ucqar dənizidir. O Rusiyanın və Norveçin sahillərini əhatə edir. Holland səyyah Vilyam Barensin şərəfinə belə adlandırılmışdır. Dəniz Avropanın şimal sahili və Şpisbergen, Frans İosifin torpağı və Novaya Zemlya arxipelaqları ilə məhdudlaşmışdır. Dənizin sahəsi 1424 min km²-dir. 600 m-a qədər dərinliyə malikdir. Dəniz kontinental şelfdə yerləşmişdir. Dənizin cənub-qərb hissəsi qışda Şimali-Atlantika cərəyanının təsirinə görə donmur. Cənub-şərq hissəsi Peçora dənizi adlanır.
Barens dənizi
Barens dənizi (norv. Barentshavet; 1853-cü ilə qədər Murman dənizi) — Şimal Buzlu okeanın ucqar dənizidir. O Rusiyanın və Norveçin sahillərini əhatə edir. Holland səyyah Vilyam Barensin şərəfinə belə adlandırılmışdır. Dəniz Avropanın şimal sahili və Şpisbergen, Frans İosifin torpağı və Novaya Zemlya arxipelaqları ilə məhdudlaşmışdır. Dənizin sahəsi 1424 min km²-dir. 600 m-a qədər dərinliyə malikdir. Dəniz kontinental şelfdə yerləşmişdir. Dənizin cənub-qərb hissəsi qışda Şimali-Atlantika cərəyanının təsirinə görə donmur. Cənub-şərq hissəsi Peçora dənizi adlanır.
Franko Barezi
Franko Barezi (it. Franco Baresi; 8 may 1960, Travalyato[d], Lombardiya) — İtaliyalı futbolçu və futbol məşqçisi. Futbolçu kimi bütün karyerasını İtaliyanın "Milan" klubunda keçirib. Hal hazırda "Milan"ın fəxri vitse-prezidentidir. O, karyerasının çox hissəsini "Milan"ın rəqibi "İnter" klubunda oynamış başqa bir futbolçunun, Cüzeppe Barezinin kiçik qardaşıdır. Franko Barezi Dünya Kuboku mükafatlarının tam dəstini qazanan yeddi oyunçudan biridir (1982-ci ildə qızıl, 1990-cı ildə bürünc və 1994-cü ildə gümüş). == Karyera == === Klub === Uşaq ikən Barezi "İnter" azarkeşi olub, lakin qardaşından fərqli olaraq "İnter" komandasına qəbul olunmur. Yəqin ki, Frankonun karyerası belə başlamadan da bununla bitə bilərdi, lakin gənc futbolçunun oyunu "Milan"ın strukturunda çalışan İtalo Qalbiatinin diqqətini çəkir. Məhz onun sayəsində Barezi rossonerilərin düşərgəsinə dəvət edilir. 1977-ci ildə "Milan"da debüt edir, mövsümün sonuna qədər cəmi üç matç keçirdir.
Kareli bələdiyyəsi
Kareli bələdiyyəsi (gürc. ქარელის მუნიციპალიტეტი karelis municipʼalitʼetʼi) — Gürcüstanın Daxili Kartli diyarında bələdiyyə.
Kono Bayrey
Kono Bayrey (yap. 幸野 楳嶺; 20 aprel 1844, Kioto – 2 fevral 1895) — yapon rəssam, kitab illüstratoru və incəsənət müəllimi. O Yasuda Bairei kimi anadan olub və Kyotoda yaşayıb. O, Ukiyo-e məktəbinin üzvü idi və Yaponiyanın Meiji dövründə kacho-e rəssamlığının ustası idi.
Mateuş Bartel
Mateuş Bartel (pol. Mateusz Bartel; doğ. 3 yanvar 1985) — Polşa şahmatçısı, qrosmeyster (2005). Bartel 2006, 2010, 2011 və 2012-ci illərdə Polşa Çempionatının qalibi adını qazanmışdır. == Şahmat karyerası == Bartel şahmat oynamağı 6 yaşı olan zaman kiçik qardaşı ilə birlikdə suçiçəyi xəstəliyi səbəbindən evdə qalarkən atasından öyrənib. Sonradan onların hər ikisi "Poloniya Varşava" şahmat klubuna üzv yazılıblar. O, 2003-cü ildə 18 yaşadək gənclər arasında Avropa Çempionu olub. 2005-ci ildə isə Zoltan Dimeşi ilə eyni xal toplamış və onunla birlikdə İrlandiyanın Kork şəhərində keçirilən açıq şahmat turnirinin qalibi olmuşdur. Bartel 2007-ci ildə Men adasında keçirilən beynəlxalq turnirdə Vitali Qolod, Zahar Yefimenko, Yuri Yakoviç, Mixail Royz və Mixail Kobaliya ilə 1-6-cı yerləri bölüşdürüb. 2009-cu ildə Prievidzada keçirilən turnirin qalibi olub.
Olben Barkli
Olben Barkli — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 35-ci vitse-prezidenti.
Rainer Barzel
Rainer Barzel (20 iyun 1924[…] – 26 avqust 2006[…], Münxen) — ) Xristian Demokrat İttifaqının (CDU) alman siyasətçisi idi . O , 1983-1984-cü illərdə Bundestaqın 8-ci prezidenti olub . Barzel 1969-cu ildə partiyası müxalifətə keçməmişdən əvvəl parlament qrupunun lideri və qısa müddət ərzində federal nazir olmuşdu. Daha sonra Barzel partiyanın sədri oldu. O, 1972-ci ildə konstruktiv etimadsızlıq səsverməsi yolu ilə federal kansler olmağa çalışdı və Federal Respublikada buna cəhd edən ilk şəxs oldu. O, gözlənilmədən iki səs az qaldı. 1972-ci ilin noyabrında keçirilən növbəti ümumi seçkilərdə o, CSU/CSU-nun uğursuz əsas namizədi oldu. O, bir il sonra sədrliyini itirdi, lakin parlamentin nüfuzlu üzvü olaraq qaldı. == Həyatı == Şərqi Prussiyanın Braunsberg şəhərində (indiki Branievo, Polşa ) anadan olan Barzel 1971-1973-cü illərdə CDU-nun sədri vəzifəsində çalışıb və 1972-ci il federal seçkilərində Villi Brandtın SPD-yə məğlub olaraq CDU-nun Almaniya kansleri vəzifəsinə namizədi kimi çıxış edib . Barzel Konrad Adenauer dövründə Ümumi Alman İşləri Naziri (1962-63) , CDU/CSU-nun Parlament qrupunun rəhbəri (1964-1973), Helmut Kolda Almaniyadaxili Əlaqələr Naziri (1982-1983) vəzifələrində çalışıb.
Nataliya Varley
Natalya Vladimirovna Varley (rus. Наталья Владимировна Варлей; 22 iyun 1947, Konstansa, Rumıniya) — Sovet və Rusiya teatr və kino aktrisası, şairə, N.K. Krupskaya adına RSFSR Dövlət Mükafatı laureatı (1984), RSFSR-in əməkdar artisti (1989). == Həyatı == Natalya Vladimirovna Varley 1947-ci ildə Rumıniyada anadan olmuşdur. Varleyin uşaqlıq illəri Murmanskda keçmişdir . Hələ 4 yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar həm rəsmlər çəkmiş, həm də musiqi məktəbinə daxil olmuşdur. Oxumağı öyrənən kimi bir-birinin ardınca çoxlu kitablar oxuyur. Elə həmin vaxtlar onda revmokardit xəstəliyi aşkar olunur. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq da qadağan edilir. 1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçür. Bir gün anası Natalyanı sirkə aparır.
Natalya Varley
Natalya Vladimirovna Varley (rus. Наталья Владимировна Варлей; 22 iyun 1947, Konstansa, Rumıniya) — Sovet və Rusiya teatr və kino aktrisası, şairə, N.K. Krupskaya adına RSFSR Dövlət Mükafatı laureatı (1984), RSFSR-in əməkdar artisti (1989). == Həyatı == Natalya Vladimirovna Varley 1947-ci ildə Rumıniyada anadan olmuşdur. Varleyin uşaqlıq illəri Murmanskda keçmişdir . Hələ 4 yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar həm rəsmlər çəkmiş, həm də musiqi məktəbinə daxil olmuşdur. Oxumağı öyrənən kimi bir-birinin ardınca çoxlu kitablar oxuyur. Elə həmin vaxtlar onda revmokardit xəstəliyi aşkar olunur. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq da qadağan edilir. 1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçür. Bir gün anası Natalyanı sirkə aparır.
Uilyam Yarell
Vilyam Yarell (ing. John Latham; 3 iyun 1784, Sent-Ceyms[d], Böyük London – 1 sentyabr 1856, Qreyt-Yarmut[d], Norfolk qraflığı) — İngiltərə təbiətçisi. == Əsərləri == Observations on the Tracheae of Birds, with Descriptions and Representations of several not hitherto figured. — Linn. Trans. 1827, 15. 378. Description of a species of Tringa, killed in Cambridgeshire, new to England and Europe. — Linn. Trans.
Uve Barxel
Uve Barxel (13 may 1944 – 11 oktyabr 1987, Cenevrə) — Almaniya siyasətçisi. 1982-1987-ci illərdə Şxlesviq-Holsteyn vilayətinə rəhbərlik etmiş Barxel seçki zamanı hiyləyə əl atmışdı. Bir müddət sonra ifşa olunan siyasətçi 1987-ci ildə, 43 yaşında ikən intihar etmişdi.
Bağəli
Bağəli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında yerləşir. == Əhalisi == Kəndin əhalisi 44 nəfər yaşayır ki, onun da 22 nəfəri kişi, 22 nəfəri isə qadındırdir. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5 km yolu piyada getmək olar. == Tarixi == Yaşayış məntəqəsi XIX əsrdə Lahıcdan çıxmış ailələrin Bağəli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.
Birəli
Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı Pirli olmuşdur. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. == Toponimi == Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
Yarəli
Yarəli (d. ? – ö. ?) — Quba üsyanının (1837) başçılarından biri. Yarəlinin başçılığı ilə üsyançılar bir neçə dəfə kazak dəstələrini məğlub etmiş və onların bir sıra hissəsini əsir almışdı. 1837-ci il sentyabrın 4-dən 5-nə keçən gecə Qubaya hücum zamanı Yarəlinin başçılığı ilə 600 nəfər şəhərə daxil olmuş, lakin top atəşi ilə qarşılanaraq qızğın döyüşdən sonra geri çəkilmişdi. Üsyan amansızcasına yatırıldı, Yarəli bir dəstə üsyançı ilə dağlara çəkildi. == Həmçinin bax == Quba üsyanı (1837) == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Baləli
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.