Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bariton
Bariton (it. baritono, q.yun. βαρύτονος — aşağı səs βαρύς) — Yunan sözü olan "barytonos" - tərcümədə "ağır" mənasında işlənir. Bu səsə belə ad verilməsi təsadüfi deyil. Gözəl, dolğun bariton səsinə malik olan opera müğənniləri, adətən, ifadəli, qəhrəman xasiyyətli rolları ifa edirlər. Bariton səsinin diapozonu böyük oktavanın lyab səsindən birinci oktavanın lyab səsinədək davam edir. Bariton səsli müğənnilərdən Müslüm Maqomayev, Andrey Sereda, İvan Doroşşuk, Yevgeni Kibkalo, Georq Ots və b. göstərmək olar. Görkəmli italyan müğənnisi Titt Ruffo bütün dünyada geniş şöhrət qazanmış baritonlardan olmuşdur. Bariton - Bizenin "Karmen" operasında toreodor Eskamilyo, Rubinşteynin "Demon" operasında Demon, Çaykovskinin "Yevgeni Onegin" operasında Yevgeni Onegin, Qunonun "Faust" operasında alentin, Verdinin "Riqoletto" operasında Riqoletto...
Barion
Barion (yun. βαρύς — ağır) - elementar hissəciklər qrupuna daxil olan, 3 kvarkdan ibarət güclü təsirə malik fermionlardır. Məlum olan barionlardan ən yüngülü nuklonlardır.
Baliton bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xariton Pliyev
Xariton Pliyev (oset. Плиты Хадо; 19 sentyabr 1908, Ruk[d], Tiflis quberniyası – 26 dekabr 1966, Orconikidze) — Cənubi Osetiya şairi və tərcüməçisi. Kosta Xetaqurov adına Dövlət Mükafatı laureatı (1972). == Bioqrafiyası == 1908-ci ildə Tiflis quberniyasının Ruk kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini yerli bir məktəbdə alır. 1928-ci ildə "Fidiuaq" ədəbi jurnalında "Kosta" və "Bahar gəldi" (oset. «Ралӕууыд уалдзӕг») adlı ilk şeirlərini çap etdirir. 1926-cı ildə 1930-cu ildə bitirdiyi Stalinir Pedaqoji Texnikumuna daxil olur. Sonra iki il müəllim və "Bolşevikon Aivad" (Bolşevik incəsənəti) qəzetinin redaktoru olaraq çalışır. 1931-ci ildə Cənubi Osetiyadakı vətəndaş müharibəsini təsvir etdiyi "Səlimət" adlı ilk şeiri nəşr olunur.
Yuli Xariton
Yuli Borisoviç Xariton (rus. Ю́лий Бори́сович Харито́н;27 fevral 1904, Sankt-Peterburq – 19 dekabr 1996, Sarov[d], Nijeqorod vilayəti) — Sovet və rus nəzəri fiziki və fiziki kimyaçısı, fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki.Sovet atom bombası layihəsinin liderlərindən biri. Lenin (1956) və üç Stalin mükafatı (1949, 1951, 1953) laureatı. Üç dəfə Sosialist Əməyi Qəhrəmanı (1949, 1951, 1954). == Həyatı == Yuli Xariton 14 (27) fevral 1904-cü ildə Sankt-Peterburqda yəhudi ailəsində anadan olub. O, 13 yaşından real məktəbdə oxuyarkən xadimə, şagird mexanik, çilingər kimi çalışmağa başlayıb.Xariton 1920–1925-ci illərdə Petroqradda Politexnik İnstitutunun elektromexanika fakültəsində, 1921-ci ilin yazından fizika-mexanika fakültəsində təhsil alıb. O,1921-ci ildə N. N. Semyonovun rəhbərliyi ilə Fizika-Texniki İnstitutunda elmi-tədqiqat işlərinə başlayır. 1926–1928-ci illərdə Yuli Xariton Kavendiş Laboratoriyasında (Kembric, İngiltərə) təlim keçib. Ernest Rezorford və Ceyms Çadvikin rəhbərliyi altında o, elmlər doktoru (D. Sc., Doctor of Science) elmi dərəcəsi alıb. Xaritonun dissertasiya mövzusu: "Alfa hissəciklərinin yaratdığı ssintillyasiyaların hesablanması haqqında" olub.
Barton reaksiyası
Barton reaksiyası - fotokimya,nitrosoalkonallarda alkil nitritlərin yenidən təşkili ikincisinin oksimlərə və ya dimerlərə çevrilməsidir: burada R = H, Alk, Ar. Proses ümumiyyətlə təsirsiz bir p-həlledici və > 330 nm-də soyutma ilə həyata keçirilir. Alkil zənciri üçdən çox C atomunu və karbon atomundakı H atomunu əvəz edən reaksiyaya daxil olur. Sonuncunun H atomu yoxdursa, spirtlərin və karbonil birləşmələrin əmələ gəlməsi ilə nisbət pozğunluğu müşahidə olunur. Barton, reaksiya sərbəst radikal mexanizminə görə davam edir və H atomunun alkoksi radikalında (f-la I) keçid vəziyyətindən (II) keçərək H atomunun hüceyrədaxili miqrasiya mərhələsini əhatə edir; nitro mürəkkəb III okside izomerləşir: P-tion yalnız 6 üzvlü bir həlqənin meydana gəlməsinin mümkün olduğu hallarda problemsiz bir şəkildə davam edir. keçici vəziyyət. Başlanğıc nitritdəki karbon atomunun ikinci bir H atomu yoxdursa, nitroz birləşməsinin də dimeri yaranır. Bartonun reaksiyası steroid molekullarının qeyri-aktiv bölgələrinə funksiyanı təqdim etmək üçün geniş istifadə olunur., xüsusən 18 və 19 mövqelərindəki metil qruplarında, məsələn: Barton reaksiya məhsulları aralıq maddə olaraq istifadə olunur, politsikl sintezində. nitronlar, məsələn: Reaksiya 1960.-cı ildə D.Barton tərəfindən kəşf edilmişdir. == Mənbə == Г.О. Беккера, /Введение в фотохимию органических соединений,/.
Derek Barton
Derek Barton(ing. Sir Derek Harold Richard Barton; 8 avqust 1918, Qreyvsend, Kent — 16 mart 1998, Kollec-Steyşen, Texas) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1969). == Həyatı == İngilis kimyaçısı Derek Barton 1918-ci ilin avqustun 8-də Qreyvzenddə anadan olmuşdur. 1940-cı ildə Londonda Kral kimya kollecini bitirmişdir. Orada da işləmişdir, 1942-1945-ci illərdə hərbi idarələrdə, 1945-1946-cı illərdə və 1957-ci ildən Londonun Kral kollecində işləmişdir. 1946-1949-cu illərdə “Si-Ay” firmasının laboratoriyasında çalışır. 1950-1955-ci illərdə və 1957-1978-ci illərdə London universitetində dərs demişdir (1953-cü ildən professor). 1955-1957-ci illərdə Qlazqoda universitetdə işləmişdir. Derek Barton 1978-ci ildən Fransada Jif-sür İvetdə təbii maddələr institutunda direktor işləmişdir. Konformasiya analizinin yaradıcılarından biridir.
Klint Barton
Şahingöz (ing. Hawkeye) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. Sten Li və Don Hek tərəfindən uydurulmuşdur. İndiyə qədər 4 filmdə görsənmişdir. Qisasçılar komandasının sabiq üzvüdür. Əsas bacarığı yüksək dəqiqliklə ox atmasıdır. IGN-nin "Ən yaxşı 100 komiks super qəhrəmanı" siyahısında 44-cü yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Əsl adı Klint Bartondur. Karyerasına bir sirkdə işləməklə başlamışdır. Qılınc-adam və Trik Şot kimi Marvel dünyasının ən sərrast personajları tərəfindən öyrədilən Klint həyatını sirkdə ox atmaqla qazanmışdır.
Mari Barton
Mary Barton — ingilis yazıçı Elizabet Qaskellin ilk romanı. == Haqqında == 1848-ci ildə nəşr olunub. Hekayə 1830-cu və 1840-cı illər əsnasında İngiltərənin Mançester şəhərində qurulur. Yazıçı o zaman İngiltərədə, Mançesterdə sənaye və çartizmin mərkəzi olan Mançester şəhərində yaşamışdır. O, fəhlələrin ağır həyatının şahidi olmuş, 1940-cı illərdəki aclıq zamanı işsizlərə kömək etmək üçün çox çalışmışdır. Bu romanında o, 1940-cı illərdə Mançester işçilərinin vəziyyətini təsvir etmişdir. Qaskell fəhlələrə yazıq adamlar kimi deyil, hörmətə layiq insanlar kimi davranırdı. İşçilər çətin şəraitdə yaşasalar da, həmişə cəsarətlərini, nikbinliklərini və insan ləyaqətlərini itirmirlər. Məqsədləri uğrunda mübarizə aparmağa, özlərini qurban verməyə həmişə hazırdılar. Onların birliyi ən çətin sınaqlarda möhkəmlənir.
Uilyam Barton
Vilyam Barton (ing. William Barton; 11 aprel 1754, ABŞ – 21 oktyabr 1817, Pensilvaniya) — amerikan botaniki, heraldikaçı. Çarls Tomsonla birlikdə ABŞ gerbinin dizayneri. == Həyatı == Vilyam Barton 11 aprel 1754-cü ildə Filadelfiyada anadan olmuşdur. ABŞ Konqresi onu 1782-ci ildə "Böyük Amerika Milli Möhürü"nə təklif verməsi üçün seçmişdir. Beləliklə o, 13 pilləli piramidanın üstündə göz parıldayan və çevrəsinə latınca "Annuit Coeptis" (azərb. "Tanrı Başlanğıcı Dəstəkləyər"‎) ilə "Novus Ordo Seclorum" (azərb. "Yeni Dünyəvi Nizam"‎) yazılmış emblemi hazırlayaraq təhvil vermişdir. 21 oktyabr 1817-ci ildə Lankasterdə vəfat etmişdir.
Vilyam Barton
Vilyam Barton (ing. William Barton; 11 aprel 1754, ABŞ – 21 oktyabr 1817, Pensilvaniya) — amerikan botaniki, heraldikaçı. Çarls Tomsonla birlikdə ABŞ gerbinin dizayneri. == Həyatı == Vilyam Barton 11 aprel 1754-cü ildə Filadelfiyada anadan olmuşdur. ABŞ Konqresi onu 1782-ci ildə "Böyük Amerika Milli Möhürü"nə təklif verməsi üçün seçmişdir. Beləliklə o, 13 pilləli piramidanın üstündə göz parıldayan və çevrəsinə latınca "Annuit Coeptis" (azərb. "Tanrı Başlanğıcı Dəstəkləyər"‎) ilə "Novus Ordo Seclorum" (azərb. "Yeni Dünyəvi Nizam"‎) yazılmış emblemi hazırlayaraq təhvil vermişdir. 21 oktyabr 1817-ci ildə Lankasterdə vəfat etmişdir.
Harri Hovard Barton Allan
Harri Hovard Barton Allan (ing. Harry Howard Barton Allan; 27 aprel 1882 – 29 oktyabr 1957, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Harri Hovard Barton Allan toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Flora of New Zealand, Volume 1 (1961). New Zealand Trees and Shrubs and How to Identify Them (1928). An Introduction to the Grasses of New Zealand (1936). A Handbook of the Naturalized Flora of New Zealand (1940).
Barbitos
Barbitos — musiqi aləti.
Bariano
Bariano (it. Bariano), İtaliyada, Lombardiya bölgəsində , Bergamonun inzibati mərkəzinə tabe olan bir kommunadır. Əhalisi 3940 nəfərdir (2001), əhalinin sıxlığı 595 nəfər / km²-dir. Sahəsi 7 km² ərazini əhatə edir. Poçt kodu — 24050. Telefon kodu — 0363. Kommunanın himayədarları Müqəddəs Gervasius və Protasiusdur. Şəhər bayramı 19 iyunda qeyd olunur.
Brayton
Brayton — İngiltərədə kurort şəhər. == Ümumi məlumat == Braytonda 200 il öncə kiçik balıqçı qəsəbəsi var idi. 1754-cü ildə doktor Riçard Rassel həmin ərazidə dəniz suyunun müalicəvi xüsusiyyətini aşkar etmiş və onu populyarlaşdırmağa başlamışdı. Bir neçə il sonra gənc Uels şahzadəsinin Braytona gəlişi ilə əlaqədar burada şahzadə üçün saray inşa edilmişdir. Həmin saray indiyədək qorunub saxlanılır. Şahzadənin ardınca ingilis zadəganlarının bu yerlərə axım ilə əlaqədar ərazidə dəbdəbəli mülklərin, mehmanxanaların tikintisinə başlanılmışdı. Beləliklə, Brayton Böyük Britaniyanın ən dəbdə olan kurortuna çevrilmişdi. Bu kurort ərazisində çimərlik, otellər, restoranlar müxtəlif əyləncə mərkəzləri fəaliyyət göstərir. Kurortda yeni, hündür mərtəbəli - göydələn otellərin tikintisi aparılır.
Britton
Nataniel Lord Britton' (ing. Nathaniel Lord Britton; 15 yanvar 1859 – 25 iyun 1934, Nyu-York, Nyu-York ştatı) — Amerika botaniki təsnifatçısı, Karib hövzəsi florasının tədqiqatçısı. Bronksda Nyu-York Botanika Bağının qurucusu və ilk direktoru. ABŞ Elmlər Akademiyasının üzvü (1914). == Brittonun şərəfinə adlandırılan taksonlar == Brittonastrum Briq., 1896 = Agastache J.Clayton ex Gronov. (Lamiaceae fəsiləsi) Brittonella Rusby, 1893 = Mionandra Griseb. (Malpighiaceae fəsiləsi) Brittonia C.A.Armstr., 1934, nom. inval. = Ferocactus Britton & Rose (Cactaceae fəsiləsi) == Elmi əsərləri == A preliminary catalogue of the flora of New Jersey — New Brunswick: Office of the survey, 1881. Catalogue of plants found in New Jersey — 1889.
Bəliton
Bəliton — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Bəliton, Horavenc və Şivlik kəndləri Günəhir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Bəliton kəndi olmaqla Bəliton kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == İstinadlar == 2.Aqşin Əliyev. Cənub bölgəsinin abidələr ensiklopediyası Bakı 2018.
Periton
Periton (lat. peritoneum) — ən böyük seroz qişa, qarın və çanaq boşluğu divarlarını daxildən və burada olan üzvləri xaricdən örtür. Qarın boşluğu - lat. cavum abdominis yuxarıdan tərəfdən - diafraqma ilə, on və yan tərəflərdən qarın əzələləri ilə, arxa tərəfdən - bel əzələləri və bel fəqərələlərinin cisimləri ilə əhatə olunmuşdur. Aşağı tərəfdən bu boşluq böyük və sonra kiçik çanaq boşluğuna keçir.
Xaraton
Qaradon (yun. Χαράτων; IV əsr – V əsr) — hunların xanı.
Bartın
Bartın (türk. Bartın) — Türkiyənin Bartın ilinin inzibati mərkəzi. Şəhərdən keçən Bartın çayından dənizə getmək mümkündür. Türkiyədə dəniz nəqliyyatına uyğun tək axarsudur. == Etimologiya == Qurulduğu Bartın axınının qədim adından (Parthenios) adını alan şəhər, Pafaqoniyanın qədim şəhərlərindən olan Sesamos (Amasra), Kromna (Kurucaşile) və Erythinoi (Çakraz) sərhədlərindədir. Bartın çayına Roma dövründə Parthenius deyilirdi. Axın sahilində qurulan şəhər Partheniya adlanırdı. Zamanla bu ad Bartına çevrildi. == Tarixçə == 7 sentyabr 1991-ci ildə il statusu almışdır. Bartının 4 ilçəsindən biridir.
Tarton
Tarton (fr. Tartonne, oks. Tartona) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04214. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 94 yaşda (15-64 yaş arasında) 60 nəfər iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,8%, 1999-cu ildə 71.8%). Fəal olan 60 nəfərdən 55 nəfər (36 kişi və 19 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Triton
Triton (lat. Triturus) — quyruqlular (Caudata) dəstəsindən suda-quruda yaşayanlar cinsi.
Aiton
Vilyam Ayton (ing. William Aiton, 1731[…], Hamilton – 2 fevral 1793, Riçmond[d], Böyük London) — şotland botaniki və bağçısı. == Əsərləri == Hortus Kewensis (3 cilddə, London, 1789) == Ədəbiyyat == Taylor, George. Aiton, William. // Dictionary of Scientific Biography 1. New York: Charles Scribner's Sons. 1970, 88–89. ISBN 0-684-10114-9. Aiton William (1731–1793) (ing.) Dictionary of National Biography, 1885–1900, Volume 01 == İstinadlar == International Plant Name Index.
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. == Növ müxtəliflikləri == Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Riton
Riton (yun. Rhyton) — buynuz, heyvan başı ya da gövdəsi şəklində düzəldilmiş antik qablara verilən ümumi ad. Həm içki qabı həm də dini ayinlərdə libasya (nəzir mayesi) tökmək üçün istifadə edilmişdir. == Yunan simvolizmi == Klassik Afina çömlekləri, məsələn, qırmızı rəsmlə vazalar, əsasən mifologiyadan mövzularla boyanır. Standart mövzular rhyta və şarab qabları ilə satyrları təsvir edir. Bu mövzular, satyrların kişilik orqanları ilə birləşdirilərək kompozisiyada maraqlı bir şəkildə təşkil edilir, lakin bu açıq cinsellik və bir qədər də məzəli mövzu gecikməli inkişafı ifadə edir, bu da Aristophanesin p'yeslərində ifadə olunan Afina mizahı ilə uyğundur. Böyük mədəniyyətlərin bəzəkli və qiymətli rhytaları cəsur deyil, şatirikdir, bu da demokratik vaza rəsmlərinə əlavə satirik ölçü verir. Satyrların şərab və rhyta ilə əlaqəsi Nonnus'un eposu Dionysiacada qurulmuşdur. O, Dionysosun şərab hazırlamağın ixtirası zamanı üzümlərin ilk tapdağında olan satyrları təsvir edir: ...meyvə qırmızı şirə ilə ağ köpüklə qabarcıq atdı. Onlar buğa qoynuzları ilə onu qazandılar, çünki hələ görməmiş idilər, belə ki, qarışıq şərabın qabı bu ilahi adı "Winehorn" aldı.Karl Kerenyi, bu mətni sitatlaşdırarkən, şərh edir ki, "Bu zəngin şəkildə bəyan edilmiş mifdə, şairin hətta rhytaları xatırlattığı yerə, Asia Minordan olan elementləri Kretadan olanlardan ayırmaq asan deyil." O, İngilis tərcüməsində olmayan bir cür təşbihə istinad edir: şərab qarışdırılır (kerannymenos), bu da boğanın qoynuzunu (keras) ehtiva edən rhytonun qədim yunan adını xatırladır.
Yarımton
Yarımton – çapda fotoqrafiyanın və başqa görüntülərin diametrləri müxtəlif olan çox kiçik, müntəzəm paylanmış “ləkələr” şəklində verilməsindən ibarət texnologiya; çapda onların qarışığından boz rəngin bu və ya digər çaları əmələ gəlir. Nəşriyyat işində istifadə olunan printerlərin çoxu (xüsusən, lazerli printerlər və fotoyığım maşınları) yarımton görüntülər çap edə bilər. Adi nəşriyyat işində yarımton, görüntünün xüsusi ekran vasitəsilə fotoşəklinin çəkilməsi yolu ilə alınır; görüntünün hər hansı nöqtəsinin çaları nə qədər tünd olarsa, alınan fotoşəkildə uyğun ləkələrin sayı da bir o qədər çox olacaq. Nəşriyyat proqramlarında yarımton ləkələr elektron üsulla yaradılır: boz rəngin hər bir səviyyəsi lazerli printerdə və ya fotoyığım qurğusunda çap edilən nöqtələr çoxluğu kimi göstərilir. Yarımton görüntünün keyfiyyətinə iki əsas amil təsir edir: printerin çözümlülüyü nə qədər çox olarsa, ləkələr arasındakı keçidlər də bir o qədər müntəzəm olacaq və boz rəngin bir o qədər çox səviyyəsini əks etdirmək mümkün olacaq, çünki hər bir ləkə nöqtələrin daha geniş diapazonu ilə göstərilə biləcək. (PostScript-uyumlu printerlərin ən geniş yayılmış çözümlülük qiymətləri bir düymə 300-dən 2540-dək nöqtə aralığında yerləşir). Yarımtonların ekran tezliyi verilmiş sahədə boz rəngin səviyyələrini göstərmək üçün istifadə olunan ləkələrin sayını müəyyən edir: adi nəşriyyat işində ekran tezlikləri bir düymdəki xətlərin sayı ilə, nəşriyyat proqramlarında isə bir düymdəki nöqtələrin sayı ilə ölçülür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Halftone What is halftone printing?