Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baton-Ruj
Baton-Ruj (fr. Bâton Rouge) — ABŞ-nin Luiziana əyalətinin paytaxtı və ikinci ən iri şəhəridir. 2010-cu əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 229,553 nəfər idi.
Baton Ruj
Baton-Ruj (fr. Bâton Rouge) — ABŞ-nin Luiziana əyalətinin paytaxtı və ikinci ən iri şəhəridir. 2010-cu əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 229,553 nəfər idi.
Baton-Ruj (Luiziana)
Baton-Ruj (fr. Bâton Rouge) — ABŞ-nin Luiziana əyalətinin paytaxtı və ikinci ən iri şəhəridir. 2010-cu əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 229,553 nəfər idi.
Baton Ruj (Luiziana)
Baton-Ruj (fr. Bâton Rouge) — ABŞ-nin Luiziana əyalətinin paytaxtı və ikinci ən iri şəhəridir. 2010-cu əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 229,553 nəfər idi.
Batonis qalası
Batonis qalası (gürc. ბატონის ციხე, translit. Batonis Tsixe) — Gürcüstan Respublikasının Kaxeti vilayətinin Telavi şəhərində XVII–XVIII əsrlərə aid memarlıq abidəsi. Batonis qala kompleksində farslaşmış Kaxeti çarlarının sarayının bu günə kimi qalmış hissələri və içərisində əlyazmalardan, nadir nəşrlərdən, hərbi avandanlıqlardan və incəsənət nümunlərindən ibarət arxeoloji və etnoqrafik sərgilərin nümayiş olunduğu bir muzey var. Kompleksə daxil olan bir sıra strukturlar – saray, qala səddi və krallıq kilsəsi 2007-ci ildə Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəni Abidələri siyahısına əlavə edilmişdir. 2018-ci ildə bütün kompleks boyunca bərpa işləri aparılmışdır. == Saray == === Tikilməsi və memarlıq xüsusiyyətləri === Orijinal saray Kaxeti çarı Arçilin buyruğuyla 1664-cü il ilə 1675-ci il arasında tikilmişdir. Saray XVII–XVIII əsrlərdə gerçəkləşmiş siyasi çaxnaşmalar zamanı bir neçə dəfə zərər görmüş və yenidən tikilmişdir. Tikilinin bəzi hissələrinə və dövrün Səfəvi saraylarını xatırladan Arçilin sarayının yerüstü planına zərər dəyməmişdir. Mövcud tikilinin əksər hissəsi Kaxeti çarı II İraklinin 1750–1762-ci illərdəki nisbətən sabit hökmranlığı zamanı gerçəkləşdirilmiş bərpa işlərinin bir nəticəsidir.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Bator
Batur — türk, altay və monqol mifologiyasında, monqol/moğol mənşəli bator/baatar Türkcə "bat" sözünün kökündən gəlir, monqolcada olduğu kimi başqa Türk dillərində də dəyişik formaları var, əfsanələrdə, nağıllarda ümumi olaraq qəhrəman mənasında istifadə edilən söz. Batır, Bağatur, Bogatur, Bagatır, Batar, Bağatar, Bahadır olaraq da deyilir. Vuruşçu, igid adam. Monqolustanın Paytaxtı Ulan-Bator (Ulağan Bağatur)un adının mənası "Qırmızı Qəhrəman" deməkdir. Bu ad hər nə qədər sosialist dövlət tərəfindən qoyulmuş olsa da, monqol tarixi ilə də əlaqəlidir. Qəhrəmanlıq anlayışı bəşəriyyətin və insan olmağın ortaq nəticələrindən biridir. == Etimologiya == Türkcə (Bat/Mat) kökündən törəmişdir. Yıxmaq mənası vardır. Böke köküylə də əlaqəlidir. Böke, daim qazanan deməkdir.
Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.
Buton
Buton — Sulavesi yarımadasından cənub-şərqdə yerləşir. İndoneziyanın ərazisinə daxildir. Ərazisi 4408 km²-dir. Ərazisinə görə dünyada 119-cu, İndoneziyada isə 19-cu yerdə gedir. == Tarixi == Koloniyalaşma dönəminə qədər Butunq adı ilə tanınırdı. Ada Ternate adasının əhatə dairəsinə daxil idi. XVI əsrdə Ternat dövlətinin mühüm mərkəzlərindən biri olmuşdur. Əsas ticarət mərkəzlərindən biri olmuşdur. == Coğrafiya == Adanın böyük hissəsi tropik meşə ilə örtülüdür. Buton dünyada iki yerdən biridir ki, burada cırtdan camış olan anoa yayılmışdır.
Aton
Aton Qədim Misirin Qədim dövrünə aid günəş tanrısı. Qədim Misirdə XVIII sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən hər şeyin başlağıcı kimi tək tanrı günəş tanrısı kimi tanılaraq qəbul edilmiş və ona e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misirdə sitayiş edilmişdir. "Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı. Hər şeyi O yaratdı.
Aleksandr Baron
Aleksandr Baron (ing. Alexander Baron) — Böyük Britaniya yazıçısı və ssenaristidir.
Banon (kommuna)
Banon (fr. Banon, {{dil-oc|Banon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Banon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04018. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 635 nəfər (15-64 yaş) arasında 448 nəfər iqtisadi cəhətdən fəal, 187 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.6%, 1999-cu ildə 70.9%) idi. Fəal 448 nəfərdən 396 nəfər (223 kişi və 173 qadın) işləyir, 52 nəfər işsizdir (24 kişi və 28 qadın). 187 hərəkətsiz 56 nəfər arasında şagird və ya tələbə, 62 nəfər təqaüdçü, 69 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Dəmir-beton
Dəmir-beton — polad (armatur) istifadə edərək betonun möhkəmləndirilməsi ilə istehsal olunan tikinti materialının adıdır. Binada istifadə olunan dəmir-beton elementlər (sütunlar, dirəklər, döşəmə və s.) bəzi gərginliklərə məruz qalır. Bunlar ümumiyyətlə sıxılma, gərilmə, kəsmə və burulma təsirləridir. Təbii xüsusiyyətinə görə qırılmağa meyilli olan betonu, kompozit bir tikinti materialı olan dəmir-betona çevirmək üçün süni poladla gücləndirirlər. Bu möhkəmləndirmə ilə açıqlıqları daha kiçik en kəsikləri ilə keçmək mümkün olmuşdur. Təchizata yerləşdirilmiş polada sonradan və ya əvvəlcədən gərginlik verilərək ön dartılı/sonradan sıxılmalı beton əldə edilir. Dəmir-beton bina elementindəki beton və polad birlikdə bu dartınmaya müqavimət göstərir. Bu vaxt beton sıxılma, polad isə çəkilmə gərginliyini qarşılayır.
Henry Bacon
Henry Bacon (28 noyabr 1866[…] – 16 fevral 1924[…], Manhetten, Nyu-York ştatı), əsasən, Beaux-Arts memarlıq üslubuna uyğun olaraq memarlıq əsərləri hazırlayan və həyata keçirən Amerika memarıdır. Tanınmış əsərləri arasında ABŞ-nin paytaxtı Vaşinqtonda son layihəsi olan Linkoln memorialı (1915–1922-ci illərdə qurulmuşdur.) da vardır.
Klint Barton
Şahingöz (ing. Hawkeye) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. Sten Li və Don Hek tərəfindən uydurulmuşdur. İndiyə qədər 4 filmdə görsənmişdir. Qisasçılar komandasının sabiq üzvüdür. Əsas bacarığı yüksək dəqiqliklə ox atmasıdır. IGN-nin "Ən yaxşı 100 komiks super qəhrəmanı" siyahısında 44-cü yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Əsl adı Klint Bartondur. Karyerasına bir sirkdə işləməklə başlamışdır. Qılınc-adam və Trik Şot kimi Marvel dünyasının ən sərrast personajları tərəfindən öyrədilən Klint həyatını sirkdə ox atmaqla qazanmışdır.
Laton Şəlaləsi
Laton şəlaləsi - İranda, Gilan ostanının Astara şəhərində yerləşir, hündürlüyü 105 metrdir. Laton çayı Spinas dağlarından başlayır, daha sonra Ləvəndəvil çayına qoşulur və nəhayət Xəzər dənizinə tökülür.
Mari Barton
Mary Barton — ingilis yazıçı Elizabet Qaskellin ilk romanı. == Haqqında == 1848-ci ildə nəşr olunub. Hekayə 1830-cu və 1840-cı illər əsnasında İngiltərənin Mançester şəhərində qurulur. Yazıçı o zaman İngiltərədə, Mançesterdə sənaye və çartizmin mərkəzi olan Mançester şəhərində yaşamışdır. O, fəhlələrin ağır həyatının şahidi olmuş, 1940-cı illərdəki aclıq zamanı işsizlərə kömək etmək üçün çox çalışmışdır. Bu romanında o, 1940-cı illərdə Mançester işçilərinin vəziyyətini təsvir etmişdir. Qaskell fəhlələrə yazıq adamlar kimi deyil, hörmətə layiq insanlar kimi davranırdı. İşçilər çətin şəraitdə yaşasalar da, həmişə cəsarətlərini, nikbinliklərini və insan ləyaqətlərini itirmirlər. Məqsədləri uğrunda mübarizə aparmağa, özlərini qurban verməyə həmişə hazırdılar. Onların birliyi ən çətin sınaqlarda möhkəmlənir.
Nir Biton
Nir Biton və ya Nir Bitton (ivr. ‏ניר ביטון‏‎; 30 oktyabr 1991, Aşdod, İsrail) — israilli futbolçu. "Makkabi" klubunda çıxış edir. Nir Biton 1991-ci ildə İsrailin Aşdod şəhərində anadan olmuşdur. Karyerasına yerli "Aşdod" klubunda başlamışdır. 2013-cü ilə qədər klubda oynayan Nir 123 oyuna 14 qol atmışdır. 30 avqust 2013-cü ildə Nir Biton Şotlandiyanın "Seltik" klubu ilə 4 illik müqavilə imzalamışdır. Transferi üçün "Seltik" klubu £700.000 ödəmiş və sonrakı satışdan 20 % pay alacağını bildirmişdir. İlk oyununa 18 sentyabr 2013-cü ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın Milan FK qarşısına 89-cu dəqiqədə çıxmışdır. 22 oktyabrda "Ayaks"a qarşı oyunda 77-ci dəqiqədə oyuna girən Nir 87-ci dəqiqədə Tulani Sereroya qarşı kobud hərəkətinə görə oyundan qovulmuşdur.
Uilyam Barton
Vilyam Barton (ing. William Barton; 11 aprel 1754, ABŞ – 21 oktyabr 1817, Pensilvaniya) — amerikan botaniki, heraldikaçı. Çarls Tomsonla birlikdə ABŞ gerbinin dizayneri. Vilyam Barton 11 aprel 1754-cü ildə Filadelfiyada anadan olmuşdur. ABŞ Konqresi onu 1782-ci ildə "Böyük Amerika Milli Möhürü"nə təklif verməsi üçün seçmişdir. Beləliklə o, 13 pilləli piramidanın üstündə göz parıldayan və çevrəsinə latınca "Annuit Coeptis" (azərb. "Tanrı Başlanğıcı Dəstəkləyər"‎) ilə "Novus Ordo Seclorum" (azərb. "Yeni Dünyəvi Nizam"‎) yazılmış emblemi hazırlayaraq təhvil vermişdir. 21 oktyabr 1817-ci ildə Lankasterdə vəfat etmişdir.
Ulan-Bator
Ulan-Bator (monq. Улаанбаатар) — Monqolustan dövlətinin paytaxtı. Ulan Bator Mərkəzi Şimali Monqolustanda, Tuul çayı üzərindəki bir vadidə, 1310 metr yüksəklikdədir. Şəhər ölkənin mədəni, sənaye və maliyyə mərkəzidir və Monqolustan yol şəbəkəsinin mərkəzidir. Rusiya Trans-Sibir Dəmir Yolu və Çin dəmir yolu sistemi şəhərdən keçir. Şəhərin əsası 1639-cu ildə Orqoo adı altında qoyulmuşdur. 1924-cü ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı. 1924-cü ildə adı dəyişilərək Ulan-Bator (ulan — monqolcadan tərcümədə "qırmızı", bator — "bahadır" deməkdir) adlandırılmışdır. Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir.
Ulan Bator
Ulan-Bator (monq. Улаанбаатар) — Monqolustan dövlətinin paytaxtı. Ulan Bator Mərkəzi Şimali Monqolustanda, Tuul çayı üzərindəki bir vadidə, 1310 metr yüksəklikdədir. Şəhər ölkənin mədəni, sənaye və maliyyə mərkəzidir və Monqolustan yol şəbəkəsinin mərkəzidir. Rusiya Trans-Sibir Dəmir Yolu və Çin dəmir yolu sistemi şəhərdən keçir. Şəhərin əsası 1639-cu ildə Orqoo adı altında qoyulmuşdur. 1924-cü ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı. 1924-cü ildə adı dəyişilərək Ulan-Bator (ulan — monqolcadan tərcümədə "qırmızı", bator — "bahadır" deməkdir) adlandırılmışdır. Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir.
Vilyam Barton
Vilyam Barton (ing. William Barton; 11 aprel 1754, ABŞ – 21 oktyabr 1817, Pensilvaniya) — amerikan botaniki, heraldikaçı. Çarls Tomsonla birlikdə ABŞ gerbinin dizayneri. Vilyam Barton 11 aprel 1754-cü ildə Filadelfiyada anadan olmuşdur. ABŞ Konqresi onu 1782-ci ildə "Böyük Amerika Milli Möhürü"nə təklif verməsi üçün seçmişdir. Beləliklə o, 13 pilləli piramidanın üstündə göz parıldayan və çevrəsinə latınca "Annuit Coeptis" (azərb. "Tanrı Başlanğıcı Dəstəkləyər"‎) ilə "Novus Ordo Seclorum" (azərb. "Yeni Dünyəvi Nizam"‎) yazılmış emblemi hazırlayaraq təhvil vermişdir. 21 oktyabr 1817-ci ildə Lankasterdə vəfat etmişdir.
Əl-Batin
Əl-Batin (ər. الباطن) — Allahın adlarından biri. Mahiyyəti gizli olan, gözlərdən, idrak və duyğulardan əslini gizləmiş və zatı ilə batin olan deməkdir. əl-Batin adı ilə hər şeyin, daxili quruluşuna nüfuz edərək, hər şeyə, hər şeydən yaxın olandır O! Kaaf surəsi (50), 16: "... Və Biz ona şah damarından daha yaxınıq." Fatır surəsi (35), 38: "... Əlbəttə, O, ürəklərdə olanları da bilir." Qəsəs surəsi (28), 69: "Sənin Rəbbin onların sinələrində gizlində də, aşkarda da nə etdiklərini bilir." Mülk surəsi (67), 13 "Sözünüzü gizli saxlasanız da, istər açıq deyin; bilin ki, O, ürəklərdə olanları biləndir." Aləmlərin yaradıcısı əl-də Odur dostlar! Uca Rəbbim, Sən "Əvvəl" sin, Sən "Axır" sin, Sən "Zahir" sin, Sən "Batin" sın. Adlarına sığınaraq, evvelimi, ahırımız, zâhirimi və bâtınımı nurunla nurlandırmanı diləyirəm. Dualarımı qəbul eylə Allahım!
Boka-Raton
Boka-Raton (ing. Boca Raton) — ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində yerləşən şəhər.
Batan günəş
Batan günəş (斜陽, Şuyo) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış, 1947-ci ildə nəşr olunmuş roman. İkinci Dünya müharibəsindən sonra tənəzzüldə olan və böhran yaşayan aristokratik ailədən bəhs edir. Dazainin başlıca əsərlərindən biridir. == Məzmun == 29 yaşlı Kazuko, qardaşı Naoci və onların dul qalmış anası İkinci Dünya müharibəsindən sonra Tokioda yaşayan yoxsul aristrokratik ailənin üzvləridir. Kazuko evli olmuş olsa da, bir rəssamla münasibətdə olduğu iddiasına görə boşanmış, ailəsinin evinə qayıtmış və uşağı ölü doğulmuşdur. Sakit okean müharibəsinə göndərilmiş Naoci itkindir. Kazuko evin bağındakı ilan yumurtalarını gürzə yumurtaları zənn edərək yandırdığını xatırlayır. Məlum olur ki, Kazukonun atası ölərkən evin ətrafında bir çox ilan var idi. Kazuko və anası Vada dayının köməyi ilə İzu yarımadasındakı bir evə köçürlər. Kazuko anasına dəstək olmaq üçün fermada işləməyə başlayır.
Baron Bosiyev
Baron Bosiyev (13 sentyabr 1901, Tib[d], Terek vilayəti – 20 iyul 1944, Caucikau) — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. == Bioqrafiyası == Baron Timofeeviç Bosiyev 13 sentyabr 1901-ci ildə Tib kəndində anadan olmuşdur. 1913-cü ildə kənd kilsə məktəbini bitirir və tezliklə təhsilini davam etdirmək üçün Vladiqafqaza gediri. Ancaq məktəbə girə bilmir və ailəyə kömək etmək üçün işləməli olur. 1917-ci ildə Botsiyev doğma kəndinə qayıdır və 1923-cü ilə qədər orada yaşaır. Sonra yenidən təhsil almaq üçün Vladiqafqaza gedir. Elə həmin il komsomola, üç il sonra isə Sovet İttifaqı Kommunist Partiyasına üzv olur. Stalin adına Moskva Şərq Kommunist İşçiləri Universitetində oxuyur. 1932–1935-ci illərdə Şimali Osetiya Araşdırma İnstitutunda osetin filologiyası ixtisası üzrə aspirantura təhsili alır. Sonradan Alaqir-Ardon rayon partiya komitəsinin kütləvi təbliğat şöbəsinin müdiri, "Max duq" təbliğat jurnalının redaktoru, Şimali Osetiya Sovet Yazıçılar Birliyinin sədri, Osetiya Ədəbiyyatı Muzeyinin direktoru vəzifələrində çalışır.
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.