Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naxçıvan
Naxçıvan — Azərbaycan Respublikasında respublika tabeli şəhər, Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzidir. Müxtəlif dövrlərdə Əhəmənilər imperiyasının, Atropatenanın və Azərbaycan Albaniyasının, eramızın IV əsrindən sonra isə Sasanilər dövlətinin tərkibində olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər inzibati ərazi vahidi tərkibindəki Başbaşı, Daşduz və Qarğalıq qəsəbələri şəhərin ərazi vahidləri uçot məlumatından çıxarılmışdır. == Adın etimologiyası == Ən qədim yer adlarından olan "Naxçıvan" toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. E.ə 1539-cu ildə salındığı göstərilib. Brokhauz və Efronun ensiklopedik lüğətində də Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir.Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e.
"Naxçıvan" Universiteti
"Naxçıvan" Universiteti — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən özəl universitet. == Tarixi == "Naxçıvan" Universiteti 1994-cü ildən 1999-cu ilə kimi "Naxçıvan" bazası kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına almışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Azərbaycan Respublikasında xüsusi icazə tələb olunan fəaliyyət növlərinin siyahısına uyğun olaraq Naxçıvan Özəl Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin AB seriyalı 019008, qeydiyyat nömrəsi 08, 11 noyabr 1999-cu il tarixli lisenziya verilmişdir. Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev olmuşdur. 2019-cu ilin 5 dekabr tarixində Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Nurlana Əliyeva "Naxçıvan" Universitetinə rektor təyin edilmişdir. == Fakültələr == Pedoqoji fakültə İdarəetmə fakültəsi İqtisadiyyat fakültəsi Xarici dillər fakültəsi == Maddi-texniki bazası == "Naxçıvan" Universitetinin iki tədris korpusu vardır. Professor-müəllim heyətinin normal fəaliyyəti, eləcə də tələbələrin yüksək təhsil alması üçün əlverişli şəraiti olan lazımi avadanlıqlarla təchiz edilmiş otaqlar, auditoriyalar və kabinetlər yaradılmışdır. Universitetdə geniş imkanlara malik olan zəngin kitabxana oxu zalından və elmi ədəbiyyatla zənginləşdirilmiş kitab fondundan ibarətdir.
Araz Naxçıvan
Araz-Naxçıvan PFK — Naxçıvan şəhərini təmsil edən futbol klubu
Babək (Naxçıvan)
Babək (əvvəlki adı: Təzəkənd) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilmiş, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == == Tarixi == 1978-ci ilə qədər qəsəbənin adı Təzəkənd olmuşdu. Həmin ildə qəsəbənin adı dəyişdirilərək Babək Xürrəminin şərəfinə Babək adlandırılmışdır. === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == 2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad – Babək – Nehrəm – Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır. == Mədəniyyəti == Babək şəhərində Mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evi burada 2007-ci ildən fəaliyyət göstərir. Bundan başqa Babək şəhəri yaxınlığında orta əsr şəhəri olan Astabadın xarabalıqları yerləşir. Bundan başqa şəhərdə Babək tarix-diyarşünaslıq muzeyi fəaliyyətdədir. == Təhsil == Şəhərdə Babək şəhər 1 nömrəli və 2 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.
Boyəhmədli (Naxçıvan)
Boyəhmədli — Naxçıvan Muxtar Respublikasında, Culfa rayonunun tərkibində yerləşən kənd.
Bozdağ (Naxçıvan)
== Toponimik izah == Bozdağ (Bozağıl) — Şərur rayonunun Dəmirçi kəndinin şimalında dağ. Dağın adı onun üst süxurunun boz rəngli gildən ibarət olması ilə əlaqədardır. Yerli əhali içərində Bozagil də adlanır. == Geomorfologiyası == Sədərək rayonu ərazisində dağ (hünd. 1182,7 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında, Bağırsaqdərəçayın aşağı axımında, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərq qurtaracaqında zirvə. Dəmirçilər kəndindən 7 km şimaldadır. Təpəsi Alt Karbon (Bozdağ lay dəstəsi) və Üst Perm (Qızılqaya lay dəstəsi) yaşlı əhəngdaşılardan təşkil olunmuş, şimala doğru alçalan günbəzvari yüksəklikdir. Yamaclarında Alt Karbona aid Dizə və Goranqalası lay dəstələrinin, cənub ətəyində isə Üst Devona aid Payadərə lay dəstəsinin əhəngdaşıları açılır. Hər tərəfdən Üst Miosen və Pleystosen çöküntüləri ilə əhatə olunmuşdur.
Duzdağ (Naxçıvan)
Duzdağ – Kəngərli rayonu ərazisində dağ (hünd. 1153,8 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun uzaq cənub qurtaracağında, eyniadlı platonun hüdudlarında zirvə. Naxçıvan şəhərindən 10–12 km şimal-qərbdədir. Yarımsəhra landşaftı var. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin maili yatan və duzsaxlayan çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Dağın cənub yamacında istismar edilən duz yatağı yerləşir. Burada 1967-ci ildə baş vermiş uçqun nəticəsində qədim (e.ə. 3-2-ci minilliklər) daşduz mədəni aşkar olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Duzdağ sinklinalının şimal-qərb qanadında yerləşir.
Narınqala (Naxçıvan)
Narınqala— Müdafiə divarları ilə möhkəmləndirilmiş qala tipli orta əsr istehkam kompleksi == Tarixi == Hökmdar və ya feodal hakiminin əsas iqamətgahı olan Naxçıvanda saray, xəzinə], cəbbəxana, müxtəlif inzibati və təsərrüfatı binaları və s. Naxçıvan şəhərinin müdafiə istehkamı kimi XVII əsrin ortalarınadək mövcud olmuşdur. Səfəvi-Osmanlı müharibələri zamanı güclü dağıntaya məruz qalmış qalanın əvvəlki möhtəşəmliyini bərpa etmək mümkün olmamışdır. Hazırda qalıqları Naxçıvan şəhərinin ərazisində qalmaqdadır. Xalq arasında "Köhnəqala" adlanan Naxçıvan Narınqalası Tunc və Dəmir dövrlərinə aid olunan qalalarla ( Oğlanqala, Qazançıqala, Çalxanqala) oxşarlıq təşkil edir. == Həmçinin bax == Oğlanqala Çalxanqala (qala) == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 441.
Naxçıvan (1967)
== Məzmun == "Respublikamızın şəhərləri" seriyasından olan bu film Naxçıvan Muxtar Respublikasının paytaxtının tarixindən, abidələrindən və bu günündən söhbət açır.
Naxçıvan (dəqiqləşdirmə)
Naxçıvan
Naxçıvan (içki)
Naxçıvan — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Naxçıvan şəhərindən 25 km. Vayxır kəndinin yaxınığında yerləşir. Özünün müalicəvi əhəmiyyətinə görə Yesuntuki mineral sularından geri qalmır. Mütəxəssislərin fikrincə həmin su ilə qastrit, kolit, qan azlığı, ciyər, öd kisəsi, həzm mübadiləsi pozğunluğu xəstəliklərini müvəffəqiyyətlə müalicə etmək mümkündür. Hər gün 100 min butulka Naxçıvan mineral suyu doldurulur, lakin daha da çox doldurmaq mümkündür.
Naxçıvan (jurnal)
Naxçıvan (jurnalı) — ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalı == Haqqında == İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalında Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial, ədəbi-mədəni, elmi həyatını əks etdirən materiallar dərc edilir. Heydər Əliyevə həsr edilmiş ilk nömrəsi 1998-ci ildə çap olunmuşdur. Yüksək poliqrafik səviyyədə nəşr edilən “Naxçıvan” jurnalında zəngin rəngli illüstrasiyalar verilmişdir. Təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisidir.
Naxçıvan (şəhər)
Naxçıvan — Azərbaycan Respublikasında respublika tabeli şəhər, Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzidir. Müxtəlif dövrlərdə Əhəmənilər imperiyasının, Atropatenanın və Azərbaycan Albaniyasının, eramızın IV əsrindən sonra isə Sasanilər dövlətinin tərkibində olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər inzibati ərazi vahidi tərkibindəki Başbaşı, Daşduz və Qarğalıq qəsəbələri şəhərin ərazi vahidləri uçot məlumatından çıxarılmışdır. == Adın etimologiyası == Ən qədim yer adlarından olan "Naxçıvan" toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. E.ə 1539-cu ildə salındığı göstərilib. Brokhauz və Efronun ensiklopedik lüğətində də Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir.Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e.
Naxçıvan Radiosu
Naxçıvan Radiosu — Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən dövlət radiosu. == Haqqında == "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti muxtar respublikanın ən böyük kütləvi informasiya orqanıdır. Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi, 26 dekabr 1978-ci ildə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır. 1 aprel 2021-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Naxçıvan Radiosu gün ərzində 16 saat yayımda olur. Radio FM radio, DVB-T standart rəqəmli yerüstü televiziya və internet üzərindən də canlı yayımlanır.
Naxçıvan TV
Naxçıvan TV və ya qısaca NTV — Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən dövlət televiziyası. == Tarixi == Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi və 26 dekabr 1978-ci ildə isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılıb. 2015-ci ildə HD formatlı yayıma keçmiş, həmin ilin iyul ayının 1-də loqotipini dəyişmiş və efir müddətini 1 saat artıraraq 17 saata çatdırmışdır. Hazırda Televiziya öz rəsmi internet səhifəsi üzərindən yayıma çıxır. 2018-ci ildən Televiziyanın "Nuhçıxan" İnformasiya Agentliyi yaradılmışdır. 1 aprel 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Naxçıvan Televiziyası gün ərzində 16 saat televiziya verilişləri ilə yayımda olur. Televiziya DVB-T standart rəqəmli yerüstü televiziya və internet üzərindən də canlı yayımlanır.
Naxçıvan Televiziyası

Naxçıvan Universiteti
"Naxçıvan" Universiteti — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən özəl universitet. == Tarixi == "Naxçıvan" Universiteti 1994-cü ildən 1999-cu ilə kimi "Naxçıvan" bazası kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına almışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Azərbaycan Respublikasında xüsusi icazə tələb olunan fəaliyyət növlərinin siyahısına uyğun olaraq Naxçıvan Özəl Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin AB seriyalı 019008, qeydiyyat nömrəsi 08, 11 noyabr 1999-cu il tarixli lisenziya verilmişdir. Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev olmuşdur. 2019-cu ilin 5 dekabr tarixində Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Nurlana Əliyeva "Naxçıvan" Universitetinə rektor təyin edilmişdir. == Fakültələr == Pedoqoji fakültə İdarəetmə fakültəsi İqtisadiyyat fakültəsi Xarici dillər fakültəsi == Maddi-texniki bazası == "Naxçıvan" Universitetinin iki tədris korpusu vardır. Professor-müəllim heyətinin normal fəaliyyəti, eləcə də tələbələrin yüksək təhsil alması üçün əlverişli şəraiti olan lazımi avadanlıqlarla təchiz edilmiş otaqlar, auditoriyalar və kabinetlər yaradılmışdır. Universitetdə geniş imkanlara malik olan zəngin kitabxana oxu zalından və elmi ədəbiyyatla zənginləşdirilmiş kitab fondundan ibarətdir.
Naxçıvan aeroportu
Naxçıvan Hava Limanı — Naxçıvan Muxtar Respublikasının eyni adlı şəhərinin hava limanıdır. Naxçıvan şəhərinin mərkəzindən 4 kilometr məsafədə yerləşir və ölkənin blokadada olan bu regionunun yeganə hava qapılarıdır. == Tarixi == Naxçıvan Hava Limanı tikintisinə 1974-cü il 31 oktyabrda başlanmış və 1976-cı ildə başa çatmışdır. O vaxt 3-cü dərəcəli təyyarələri (Yak-40, An-24 və onlara oxşar) qəbul etmişdir. Ancaq Bakı şəhərinə reyslər həyata keçirilirdi. Hava limanı 1990-cı illərin ikinci yarısında inkişaf etməyə başladı: Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması nəticəsində aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olmuşdur. Bu səbəbdən, 1992-ci ildə, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin (parlamentin) sədri olan Heydər Əliyev Naxçıvan Hava Limanının uçuş enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürdü və bu iş yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirildi. Uçuş enmə zolağının uzadılması nəticəsində hava limanı Tu-134 tipli təyyarələri qəbul etmək imkanı əldə etdi. 1995-ci ildə Naxçıvanda Tu-134 təyyarəsinin qəzası nəticəsində 52 nəfər həyatını itirmişdir. 2002-2004-cü illər ərzində yeni təyyarə vağzalı tikildi, 2004-cü ilin aprel ayında isə Naxçıvan Hava Limanı Beynəlxalq Hava Limanı statusunu qazandı.
Naxçıvan arxiyepiskopluğu
Naxçıvan arxiyepiskopluğu (lat. Archidioecesis Naxivanus) — Roma-Katolik Kilsəsinin Səfəvilər dövründə Naxçıvan və Çuxur Səd bəylərbəyliyi ərazisində mövcud olmuş inzibati vahidi. Naxçıvanda katoliklərin fəaliyyəti Teymurilər dövrünəcən gedib çıxırdı. Arxiyepiskopluğun təbəələri əsasən erməni katoliklər idi. Baş kafedral kilsəsi Baş Aparan kəndində yerləşirdi. 26 rahib fəaliyyət göstərir və 360 katolik ailə ehtiva edirdi. 1682-ci ildə artıq 7000 katolik əhaliyə sahib idi. == Tarixi == Naxçıvan arxiyepiskopluğu 1318-ci ildə Sultaniyyə arxiyepiskopluğunun bir hissəsi kimi Dominikan ordeni tərəfindən fəaliyyətə başlamışdı və fəaliyyəti müasir Azərbaycan və Ermənistan ərazilərini əhatə edirdi. O dövrlərdə baş kafedral kilsəsi Naxçıvanda idi. Bu, 1380-ci illərdə Teymurləngin hücumuna məruz qalan ərazilərdə sağ qalan yeganə katolik arxiyepiskopluğu idi.
Naxçıvan bayrağı
Naxçıvan bayrağı — Azərbaycan bayrağından fərqli bir Naxçıvan bayrağı ola bilməz. Azərbaycan Respublikasının sahib olduğu bütün dövlət simvolları Naxçıvan Muxtar Respublikasınada aitdir. Hal-hazırda Azərbaycan bayrağı olaraq istifadə edilən mavi, qırmızı və yaşıl rəngli bayraq, ilk dəfə 1988-ci ildə Naxçıvanda istifadə edilməyə başlamışdır və 1990-cı illərin əvvəlində rəsmi bayraq olaraq qəbul edilmişdir. Azərbaycan Respublikasında isə, eyni bayraq bir neçə ay sonra təkrar istifadə edilməyə başlamışdır. Sözü gedən bayraq ilk dəfə 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası dövründə qəbul edilmişdir.
Naxçıvan buzxanası
Naxçıvan buzxanası — Azərbaycanın ən böyük buzxanalardan biri. Naxçıvan buzxanası Naxçıvan şəhərində, İmamzadə kompleksinin yaxınlığında yerləşir. Planda düzbucaqlı formada olan buzxananın uzunluğu 20 m, eni 9 m, indiki halda hündürlüyü 9,6 m-dir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi cəhətlərindəndir. Təxminən hər 3 m-dən bir qurulan çatmavari tağlararası boşluq çatma tağbəndlə örtülmüşdür. Kərpic hörgü cərgələri yükdaşıyan tağlara nisbətən şaquli vəziyyətdə yerləşdirilmişdir. Binanın örtük hissəsinin dağılmasına baxmayaraq, kərpic hörüklərindən görünür ki, tağların yuxarı hissəsində tağbəndlərin konstruksiyası dəyişir və çox güman ki, balaca tağbəndlərlə tamamlanır. Bu balaca tağbəndlər binanın əsas oxu boyu yerləşdirilmişdir. Naxçıvan buzxanasının yüksək memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə (XII–XIV əsrlər) tikildiyini göstərir.
Naxçıvan bələdiyyələri
Naxçıvan bələdiyyələri — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Naxçıvan şəhəri == == Babək rayonu == == Culfa rayonu == == Kəngərli rayonu == == Ordubad rayonu == == Sədərək rayonu == == Şahbuz rayonu == == Şərur rayonu == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Naxçıvan xanlığı
Naxçıvan xanlığı — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra kəngərli tayfa başçısı Heydərqulu xan tərəfindən əsası qoyulmuş Azərbaycan xanlığıdır. Zəngəzur kəndindən başlamış, Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi. Dağlar xanlığı qala kimi əhatə edirdi. Şimal-qərbdən Dərələyəz dağları, cənub-şərqdən İlanlıdağ, şimal-şərqdən Böyük və Kiçik Ağrı dağları xanlığın sərhədləri boyu uzanırdı. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd idi. Heydərqulu xan 1763-cü ilə qədər hakimiyyətdə olmuşdur. Araşdırmalar göstərir ki, Naxçıvan xanlığı Qarabağ, Maku, Qaradağ, Gəncə və İrəvan xanlıqları ilə Heydərqulu xanın vaxtında yaxın dostluq münasibətləri yaratmışdı. Heydərqulu xanın vəfatından sonra onun oğlanları xanlığı idarə edirlər və ən uğurlu dövr Şükurəli xanın dövrünə təsadüf edir. 1768-ci ildən 1780-ci ilədək fasilələrlə Naxçıvan xanlığına rəhbərlik edən Şükurəli xan Kərim xan Zəndin fərmanı ilə müstəqil xan, yəni hakim tituluna layiq görülməklə yanaşı, bütün Kəngərli süvarilərinə sərkərdə təyin olunduğu müddətdən etibarən tümən hakimi kimi şöhrət tapır. 1790-ci illərin sonlarında Naxçıvan xanlığında hakimiyyət uğrunda mübarizə güclənir.
Naxçıvan yatağı
Naxçıvan yatağı — Azərbaycanda, Xəzər dənizində neft və qaz yatağıdır. Bakıdan 90 km (56 mil) cənubda, 400-600 metr (1.300-2.000 ft) dərinlikdə yerləşir. Naxçıvan yatağı 1960-cı ildə aşkar edilmişdir. 1994-cü ildə qazma işlərinə hazırlanmışdır. 1997-ci ildə ExxonMobil və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yatağın kəşfiyyatı ilə bağlı müqavilə imzalamışlar, lakin bu müqavilə əhəmiyyətli ehtiyatların olmaması səbəbindən sonradan dayandırılmışdır. 2010-cu il mart ayının 10-da Almaniyanın RWE Dea neft şirkəti ARDNŞ ilə bu sahəni inkişaf etdirmək üçün memorandum imzalamışdır. İlkin proqnozlara görə, Naxçıvan ərazisində 300 milyard kubmetr təbii qaz və 40 milyon ton təbii qaz kondensatını ehtiyatı ola bilər.
Naxçıvan zümrüdü
Naxçıvan yaşılcası (lat. Callophrys danchenkoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin yaşılca cinsinə aid heyvan növü. == Ümumi məlumat == Bu növün ilk təsviri Qazaxıstan entomoloqu Aleksandr Borisoviç Jdanko tərəfindən verilmişdir. Onun 1998-ci ildə Qazaxıstan Dövlət Universitetinin xəbərlər jurnalının biologiya seriyasının 5 nömrəli sayında çıxan məqaləsində növün ilk toplanılma yeri Naxçıvan MR-in Buzqov kəndinin ərazisi göstərilmişdir. 26 iyun 1986-cı ildə Rusiya lepidopteroloqu A.V.Dançenko həmin ərazidən bu növə aid nümunələri ilk dəfə topladığı üçün Jdanko növü onun şərəfinə Callophrys danchenkoi adlandırmışdır. Callophrys danchenkoi növünə daşlı yamaclarda çaşır (lat. Ferula) bitkisinin çiçəkləri üzərində rast gəlinmişdir. May ayında inkişafda olan sarı rəngli tırtılları iyun ayında yetkin fərdə çevrilib uçurlar. Azərbaycanda Naxçıvandan başqa Lerik rayonunun Talış və Peştəşər silsilələri arasında yerləşən Zuvand (Diabar) çökəkliyində də bu növə rast gəlinir. Naxçıvan yaşılcasının yarımnövü Türkiyədə kəpənəklərin "Qırmızı kitab"ına daxil edilmişdir.
Naxçıvani
Naxçıvani — təxəllüs.Sinonimi Nəşəvi Bu təxəllüsü olan tanınmışlarNəcməddin Naxçıvani - XIII əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri. İbrahim Zeynalabdin oğlu Naxçıvani Kəmaləddin Naxçıvani Əcəmi Naxçıvani - XII əsr Azərbaycan memar Əmirəddin Məsud Naxçıvani - XII əsr Azərbaycan memar Hinduşah Naxçıvani - XIII əsr tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi Əkmələddin Naxçıvani - XIII əsr həkimi. Əhməd Naxçıvani - XIII əsr Azərbaycan memar Nemətullah Naxçıvani Molla Məhəmməd Naxçıvani Böyük xan Naxçıvani Əli Əkbər Naxçıvani Əli Naxçıvani Behiyyə Naxçıvani Movlana Naxçıvaninin qızılbaş olaraq məşhur olan tayfanın əhvalı risaləsi. Yazılış tarixi m. 1505.