Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Naxçıvan
Naxçıvan bu mənaları ifadə edə bilər: Naxçıvan (şəhər) Naxçıvan (region) Naxçıvan Muxtar Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Naxçıvan xanlığı Naxçıvan rayonu Naxçıvan qəzası Naxçıvan yatağı Naxçıvan iqtisadi rayonu Naxçıvan Avtomobil Zavodu Naxçıvan əyaləti(en) Naxçıvantəpə (Urmiya) Naxçıvan Hərbi Qarnizonu Naxçıvan-na-Donu Nakhichevan — 2007-ci ildə Azov dənizində batan Rusiya yük gəmisi.
Naxçıvan müqaviləsi
Naxçıvan müqaviləsi – 3 oktyabr 2009-cu il tarixində IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran müqavilədir. Müqavilənən əsas məqsədi iştirakçı dövlətlər arasında əməkdaşlığın artırılmasıdır. Bu müqavilə ilə Türk Şurası adında beynəlxalq təşkilatın qurulmasına qərar verilmişdir. Azərbaycan prezidenti İlham Əliyev ev sahibliyi etdiyi zirvədə Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev və Türkmənistan prezidenti köməkçisi Xıdır Saparliyev qatılmışdır. Türk dövlətləri arasında əməkdaşlığın daimi təşkilatı olan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) təməli olan Naxçıvan Sazişi, məqsədinə bir addım yaxınlaşaraq 10-cu ilinə qədəm qoydu. Kenes tərəfindən qurulan Türkiyə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan, bu gün təşkilatlara, Özbəkistanın tam üzvlərinə bağlanmış, Macarıstanddamüşahidəçi olaraq iştirak edərək, artıq 10-cu ilində daha güclü və təsirli bir beynəlxalq platformaya çevrildi. 1992-ci ildə qurulan Türkdilli ölkələr, 3 Oktyabr 2009-cu il tarixində Ankarada reallaşdırılan dövlət başçılarının zirvə görüşündə qurulan əməkdaşlıq, Azərbaycan, Qazaxıstanın Naxçıvan şəhərində ev sahibliyi etdi və Qırğızıstan prezidentlərinin qatıldığı toplantıda imzalanmış sənədlər daha çox rəsmi şəxsiyyət olaraq qəbul edildi. Daimi bir quruluş olan Türk Şurası quruldu. Türk Cümhuriyyətləri müstəqillik qazandıqdan sonra qardaş respublikalarla ikitərəfli və çoxtərəfli əməkdaşlığa verdiyimiz strateji əhəmiyyət çərçivəsində daha da həmrəylik, məsləhətləşmə və əməkdaşlıq istəyən Azərbaycan, Qazaxıstan və Qırğızıstan ilə Türk Şurasının yaradılması tarixi bir inkişaf idi. Ortaq tarix, mədəniyyət, dil, din və mənşədən qaynaqlanan güclü əlaqələri olan ölkələrimizi bir araya gətirən Türk Şurası Avrasiya coğrafiyasındakı əməkdaşlıq mexanizmlərini tamamlayacaq və bölgədəki əməkdaşlıq mühitinin inkişafına müsbət töhfə verəcəkdir.
Naxçıvan mədəniyyəti
Naxçıvan Muxtar Respublikası mədəniyyəti — Naxçıvanda mədəniyyət. Naxçıvan Muxtar Respublikası ərazisində son tunc və erkən dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı — e.ə. I minilliyin əvvəlləri) Boyalı Qablar mədəniyyəti mövcud olmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır. Naxçıvan dialekti Azərbaycan dilinin cənub qrupuna aiddir. Naxçıvan-Marağa memarlıq məktəbi Azərbaycan ərazisində geniş yayılmış memarlıq məktəblərindən biridir. Bu memarlıq məktəbi XI əsrdən formalaşmağa başlamış və orta əsrlər Azərbaycan memarlığının üslub xüsusiyyətlərini müəyyənləşdirmişdir. Bu məktəbin görkəmli nümayəndələrinə misal olaraq Əcəmi Naxçıvani və Əhməd Naxçıvani misal göstərilə bilər. Azərbaycanda orta əsrlər zamanı orta və ali təhsil verən tədris müəsisələri mədrəsə adlanır.
Naxçıvan məhəllələri
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Naxçıvan məsələsi
Naxçıvan məsələsi - çar Rusiyasının Cənubi Qafqazı işğal etməsi prosesində və bundan sonrakı dövrdə erməniləri İrandan və Osmanlı imperiyası ərazilərindən kütləvi surətdə Azərbaycan torpaqlarına köçürməsi nəticəsində yaranmış beynəlxalq problem. İlk mənbələrin sübut etdiyi kimi, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Bu torpaqlar Gülüstan müqavihsi (1813) və Türkmənçay müqaviləsi (/828) ilə Azərbaycanın şimal hissəsinin Rusiya tərəfındən işğalının başa çatmasından, İrəvan xanlığının ləğvindən sonra ermənilərə verilmişdi. Naxçıvan, Zəngəzur, Qarabağ ərazilərinə göz dikən ermənilərin əcdadları bu qədim yurda 1828 ilin martında Rusiyanın yaratdığı xüsusi komissiya tərəfındən köçürülmüş, 2 il içərisində Naxçıvana əvvəlcə 434, sonra 2285 ailə (10 mindən çox erməni) gətirilmişdi. Köçürmə kampaniyası çarizmin zorakılıq siyasəti nəticəsində baş tutmuşdu. Köçürmə siyasətinin reallaşmasından sonra tarixi Azərbaycan torpaqlarında məskunlaşan və "Dənizdən dənizə Böyük Ermənistan" xülyası ilə yaşayan üzüdönük məkrli erməni qəsbkarları ərazi iddialarına başladılar. Bu proses 20 əsrdə daha da genişləndi. Ermənilərin təqsiri üzündən istər 20 əsrin əvvəllərində, istərsə də 1918-20 illərdə Naxçıvan, Şərur, Dərələyəz, Culfa və Ordubadda baş verən ictimai-siyasi hadisələr, ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətləri dəhşətli, faciəli şəkil aldı. Bunlar Cənubi Qafqaz sərhədləri çərçivəsindən çıxaraq, beynəlxalq aləmi düĢündürən mühüm bir problemə çevrildi. Naxçıvan məsələsi 1918 ildə bir neçə dəfə Zaqafqaziya seymində, 1918-20 illərdə dəfələrlə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində, Ermənistanın, Türkiyənin parlamentlərində, Təbriz bələdiyyə idarəsində, Maku xanlığında, Paris sülh konfransında (1919-20), 1919-20 illərdə ABŞ-nin Ermənistan və Naxçıvandakı nümayəndəliklərində, 1920-21 illərdə Azərbaycan Sovet Respublikası və Ermənistan Sovet Respublikasının inqilab komitələrində, 1921 il martın 16-da Rusiya Kommunist (bolşeviklər) Partiyasının siyasi bürosunda, 1920-21 illərdə Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetində müzakirə olunsa da, Naxçıvanın əsl mənada tarixi taleyini - Azərbaycanın tərkibində muxtar respublika statusunu yalnız Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) təsbit etdi.
Naxçıvan mətbəxi
Naxçıvan mətbəxi-Naxçıvan Muxtar Respublikasının mətbəxi. Bir insan yaşaması üçün yemək yeməli, bir şeylər içməli, bir sözlə qidalanması laszımdır. Ancaq bir insanın nə yediyi və necə yediyi onun yaşadığı ərazi ilə bir sözlə təbii coğrafi şəraitlə, məşğuliyyət sahəsi və onun mədəniyyəti ilə bağlıdır. Dini, sosial və etnik mənsubiyyət də qidalanmada mühüm rol oynayan amillərdən biridir. Yeməyin, qıdanın tarixinə nəzər salsaq görərik ki, insanın yaranması ilə meydana gəlmişdir. Onlar əvvəlcə bunu təbiətdən hazır şəkildə almış, sonralar isə ictimai inkişafın gedişi prosesində özləri çeşidli yeməklər hazırlamaq vərdişinə yiyələnmişlər. Bu baxımdan yeməklər xalqın maddi-mədəniyyətinin əsas tərkib hissələrindən birini təşkil edir. T. Əmiraslanov deyir: "Azərbaycan mətbəxi dedikdə yalnız xörəklər, onların bişirilmə qaydaları deyil, həm də tarix, fəlsəfə, süfrə psixologiyası, adət-ənənələr, xalqın etika və estetikası və s. bu kimi amilləri ahəngdar surətdə birləşdirən mətbəx mədəniyyəti başa düşülür. Dünyada ən güclü mətbəxlər Çin, Fransa və Türk mətbəxidir.
Naxçıvan nahiyəsi
XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan ölkəsinin mərkəzi Naxçıvan nahiyəsi hesab edilirdi. O, şimaldan Dərəşahbuz və Mülki-Arslan, şərqdən Əlincə və Dərəşam¸ cənubdan Zunuz və Maku, qərbdən Qarabağ (Qarabağlar) nahiyəsi ilə həmsərhəd olmuşdur. Hesablamalar göstərir ki, bəhs olunan dövrdə Naxçıvan ölkəsinin Naxçıvan nahiyəsinin ərazisi,təqribən, 685 kvadratkilometr olmuşdur. 1590-1595-ci illər arasında hazırlanmış və təsdiq edilmiş "İrəvan əyalətinin icmal dəftəri"nə əsasən Naxçıvan sancağının eyni adlı nahiyəsi Naxçıvan şəhəri, Şeyx Mah¬mud, Xəlilli, Yenicə, Uzunoba, Dendabad, Yemxana, Tumbul, Yollu, Bulğan, Qaraçuq, Şeyx Yusifli, Keçidi-İslamiyyə, Göynük, Nəhəcur, Qalacıq, Yuxarı Sürəmərk, Aşağı Sürəmərk, Nərkeş, Şeyx Mehranşah, Seyyidi-Sirav, Dərəalpak, Bədəşxan, Kültəpə, Yarımca, Nürgüt, Nehrəm, Yezdabad, Kuhi-purən, Cəhri, Əznəbürd, Mahmudabad, Firuzabad, Xıncav, Hacıvar, Kürəküməz kəndləri, Əlibəy, Ələyəz, Təhmasibqulu dizəsi, Molla Məhəmməd, Dartagüney, Şürənəb, Xalisə, Xocaberdi dizəsi məzrəələri olmaqla, 1 şəhər, 35 kənd, 7 məzrəə, 3 dizədən ibarət olmuşdur,. 1727-ci ildə isə Naxçıvan nahiyəsi şimaldan Dərəşahbuz, şərqdən Əlincə, şimal-şərqdən Sair-Məvazi, qərbdən Qarabağ, şimal qərbdən Mülki-Arslan, cənubdan Qışlağat nahiyələri ilə sərhəddə yerləşmişdi. Bu zaman Naxçıvan nahiyəsinə Naxçıvan şəhəri, Hacıabad (Başqa adı Hacıvar), Bədaşxan, Zeynəddin, Uzunoba, Şeyx Mahmud, Dendavar (başqa adı Dendabad), Kültəpə kəndləri, Xəlifədüzən, Yenicə, Yarımca, Xəlil xarabası məzrəələri, Sübhanverdi, Muradxan dizələri daxil idi N. Ümumilikdə 1 şəhər, 7 kənd, 4 məzrəə və 2 dizədən ibarət olmuş Naxçıvan nahiyəsi yuxarıda göstərdiyimiz XVI əsrin sonu XVII əsrin əvvəlində mövcud olmuş birinci sancaqlıq zamanındakından (1 şəhər, 35 kənd, 7 məzrəə, 3 dizə) kiçik olmuşdur. Naxçıvan nahiyəsi Naxçıvan şəhəri və onun ətrafındakı bir sıra kəndləri əhatə etmişdir. Bu ərazilər indiki Babək rayonunun mərkəzi hissəsində yerləşir. Naxçıvan sancağının müfəssəl dəftəri. Araşdırma, qeyd və şərhlərin müəllifi t.e.n.
Naxçıvan nekropolları
Naxçıvan nekropolları — Naxçıvan şəhəri ərazisində və şəhər ətrafında yerləşən tarixi abidələr. Naxçıvan nekropolu, Naxçıvan şəhərinin şimal kənarında Tunc dövrünə aid arxeoloji abidədir. Abidə, 1968 – ci ildə təşərrüfat işləri zamanı torpaq qəbirlər dağıdılaraq təsadüfən aşkar olunmuşdur. Düzbucaqlı formalı qəbirlərin üstü uzunluğu 1 m, eni 0,5 m, qalınlığı 0,2 – 0,3 m olan daş plitələrlə örtülmüşdür. Qəbirlər şimaldan – cənuba, həmçinin şimaldan – qərbə doğru istiqamətlənmişdir. Skletlərin qalıqları olduqca pis saxlanmışdır. Qəbirlərdən birində cənubdan – qərbə istiqamətlənərək bükülü vəziyyətdə olan skelet salamat qalmışdır. Digər qəbirlərdən isə pis vəziyyətdə olan 7 kəllə sümüyü tapılmışdır. Naxçıvanın orta və son Tunc, həmçinin, ilk Dəmir dövrü qəbir abidələri üçün kollektiv dəfn adəti səciyyəvidir. Qəbirlərdən zəngin maddi mədəniyyət nümunələri – boyalı gil qablar, müxtəlif formalı tunc bəzəklər (bilərzik, üzük, sırğa və s.) ayrı – ayrı minerallardan hazırlanmış muncuqlar və s.
Naxçıvan paxladəni
Naxçıvan paxlavası
Naxçıvan paxlavası- unlu Azərbaycan şirniyyatı 500 qram un 150 qram kərə yağı 1 ədəd yumurta 1 stəkan süd 1 çay qaşığı quru maya yarım çay qaşığı duz 600 qram qoz 600 qram şəkər tozu hil, vanil 1 yumurtanın sarısı və zəfaran şirəsi 2 stəkan şəkər tozu 1 stəkan su çay qaşığın ucunda limon duzu Lap iri kündədən yuxa yayırıq, hər tərəfini yağladığımız listin içinə salıb, kənarlarını düzəldirik. Yuxanı (təxminən 1,5 x.q ərinmiş yağ) yağlayıb, üstünə iç (1 çay fincanı) səpirik. İkinci yuxanı açırıq, eyni qaydada davam edirik. Beləliklə, bütün yuxalar qurtarandan sonra, axırıncı iri kündəni açıb, üstünə salırıq, alt yuxa ilə birləşdirib, artıqlarını kəsirik. Əvvəlcə romb formasını işarələyib, sonra kəsirik. Zəfəran şirəsi qatılmış yumurta sarısını üstünə çəkəndən sonra hər rombun ortasına qoz qoyub basırıq. Hazır paxlavanı 200 dərəcədə üstü tam qızarana qədər bişirirk. Qızarandan sonra sobadan çıxarırıq. Bıçaqla bir də kəsirik ki, tökəcəyimiz şərbət məsamələrdən lap altına qədər hopsun.(2 st. şəkər tozuna 1 st.
Naxçıvan qətliamı
Naxçıvan soyqırımları - XX əsr boyunca Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisində XIX əsrdə buraya köçürülmüş ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları Tarixi həqiqətləri təhrif edərək 1915-ci ildə Osmanlı dövründə soyqırıma uğradıqlarını qəbul etdirməyə çalışan ermənilər, öz etdiklərini müxtəlif yollarla gizlətməyə çalışsalar da, sənədlər işığında ermənilərin türklərə qarşı soyqırım siyasəti yeritdikləri ortaya çıxmışdır. “Böyük Ermənistan” ideologiyasından hərəkətlə, Anadolu türkləri ilə yanaşı XX. əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı da qırğınlar edilmiş, insanlar torpaqlarından sürgün edilmişlər. Şübhəsiz ki, Şərq Anadolu və Azərbaycan türklərinə qarşı edilən işgəncə və həyata keçirilən qırğınlar Rusiya, İngiltərə və digər xarici qüvvələrin dəstəyi sayəsində mümkün olmuşdur. Bir sıra məqsədlər uğruna Müsəlman Türk insanını qətl edən və Türk izlərini tarixdən silməyə çalışan ermənilər Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvanda da terror və qırğınlar etdilər. Ermənilər tərəfindən edilmiş olan qırğınların səbəblərini analiz etmək üçün, ilk növbədə, məsələnin ideoloji və siyasi mahiyyətini araşdırmaq lazımdır. Erməni Milli doktrinası “Böyük Ermənistan ideologiyası”dır. Hai-Taht Doktrinasının əsas sütununu təşkil edən və daha çox mistik, mifoloji hekayələrlə dolu olan bu ideologiya əsas olaraq erməni kilsəsi və ziyalıları tərəfindən əsrlərdir yaşadılan və hər şeyə baxmayaraq tətbiq olunması nəzərdə tutulan milli dəyərlərin doktrinası halına gətirilmişdir. Özlərinin Tanrı tərəfindən “seçilmiş millət” olduqlarını düşünən və öz ideologiyaları ilə Yəhudi ideologiyası arasında bənzərlik qurmağa çalışaraq ermənilər Şərq Anadolu və Azərbaycanın Hz. Nuh tərəfindən onlara vəd edildiyini iddia edirlər. Bununla da kifayətlənməyərək “seçilmiş millət” olmaları səbəbiylə kilsənin də ilk dəfə Ermənistanda qurulduğunu, özlərinin xristianlığın Qafqazdakı qalası və varisləri olduğunu, irəli sürməkdə, ilk xristian dövlət və millətin də Ermənistan və ermənilər olduğunu iddia etməkdədirlər.
Naxçıvan qəzası
Naxçıvan qəzası (az-əbcəd. ناخچیوان قزاسی‎; rus. Нахичева́нскій уѣ́здъ, translit. Naxiçevanski uyezd) — Rusiya imperiyasının Qafqaz canişinliyinin İrəvan quberniyasında qəza ("uyezd"). Quberniya şimaldan Şərur-Dərələyəz qəzası, şərqdən Yelizavetpol quberniyasının Zəngəzur qəzası, cənubdan isə Qacar İranı ilə həmsərhəd idi. Qəzanın inzibati mərkəzi Naxçıvan şəhəri olmuşdur. Qəza əsasən dağlıq relyefə malik idi və duz plantasiyaları istisna olmaqla sənayesi inkişaf etməmişdi. Rusiya inqilabından əvvəl burada əhalinin əksəriyyətini təşkil edən 81,000-dən çox müsəlman və 54,000 ermənidən ibarət əhəmiyyətli azlıq yaşayırdı. Qəzanın əhalisi daha sonra 1918–1920-ci illərdəki qarşıdurmalar zamanı kütləvi şəkildə qətlə yetirilmiş və ya oradan köçürülmüşdür. Naxçıvan qəzası Naxçıvan xanlığının ərazilərində təşkil olunmuş, əvvəlcə Erməni vilayətinin, daha sonra isə İrəvan quberniyasının tərkibinə keçmişdir.
Naxçıvan rayonu
Babək rayonu — Naxçıvan MR-da rayon. Arazboyu düzənlikdədir. 23 oktyabr 1978-ci ildə Heydər Əliyevin qərarı ilə rayon kimi təşkil olunmuş, XI əsrdə Azərbaycanda ərəb xilafətinə qarşı xalq hərəkatına başçılıq etmiş görkəmli sərkərdə Babəkin şərəfinə belə adlandırılmışdır. Şimal-qərbdə Ermənistan, cənubda İran, eləcə də Naxçıvan MR-in Kəngərli, Şahbuz, Culfa rayonları ilə həmsərhəddir. Ərazisi 760 kvadrat kilometr, əhalisi 76.5 min nəfərdir (1. yanvar 2021). Mərkəzi Babək şəhəridir. Rayonun ərazisi 0,92 min km²., əhalisi 65040 nəfərdir. Rayonda bir şəhər, 2 qəsəbə, 33 kənd vardır. Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir.
Naxçıvan sancağı
Naxçıvan sancağı - Liva-i Naxçıvan (Naxçıvan livası) Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. 1590 Osmanlı dövlətində inzibati ərazi vahidi olmuşdur. Sancaq əyalətin və ya digər iri inzibati vahidin, nahiyə isə sancağın bölündüyü inzibati ərazi bölgüsü olmuşdur. Osmanlı-Səfəvi müharibələri nəticəsində iki dəfə 1588-1603 və 1724-1736-cı illərdə Səfəvi torpaqları Osmanlı dövləti tərəfindən tutularaq idarə edilmişdir. Bu illərdə tarixi Naxçıvan bölgəsinin ərazisi iki dəfə Osmanlı idarəçəliyində Naxçıvan sancağı inzibati vahidində birləşmişdir. Naxçıvan sancağının XVI-XVIII əsrlərdəki ərazisi və eyni zamanda inzibati bölgüsü haqqında dəqiq məlumatlar Osmanlı təhrir dəftərlərindən əldə edilmişdir. Osmanlı dövləti tərəfindən 1590-1595-ci illər arasında təsdiq edilmiş “İrəvan əyalətinin icmal dəftəri” (həmin vaxt Naxçıvan sancağı bu əyalətin tabeçiliyində idi) və 1727-ci il "Naxçıvan sancağının müfəssəl dəftəri" həmin təhrir dəftərlərindəndir. Akademik Z.Büyadov və H.Məmmədov tərəfindən işlənmiş bu mənbələrdə Naxçıvan sancağının hüdudları haqqında verilən məlumatlar bu diyarın ərazicə böyüklüyü ilə yanaşı, eyni zamanda inzibati bölgüsü, ərazi-inzibati vahidlərinin sərhədləri, yaşayış məskənlərinin tipləri və sayları barədə tam məlumatı əhatə edir. XVI əsrin sonlarında Naxçıvan sancağı Ağcaqala, Məvaziyi-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zar, Zəbil, Əlincə, Sisyan, Azadciran, Ordubad, Şorlut və Dərənürgüt adlı 16 nahiyədən, Naxçıvan və Ordubad adlı 2 qəzadan və ibarət olmuşdur . XVIII əsrin 20-ci illərində isə osmanlılar Naxçıvan sancağı ərazisində Naxçıvan sancağı ilə yanaşı Ordubad sancağını da yaratmışdılar.
Naxçıvan soyqırımları
Naxçıvan soyqırımları - XX əsr boyunca Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisində XIX əsrdə buraya köçürülmüş ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları Tarixi həqiqətləri təhrif edərək 1915-ci ildə Osmanlı dövründə soyqırıma uğradıqlarını qəbul etdirməyə çalışan ermənilər, öz etdiklərini müxtəlif yollarla gizlətməyə çalışsalar da, sənədlər işığında ermənilərin türklərə qarşı soyqırım siyasəti yeritdikləri ortaya çıxmışdır. “Böyük Ermənistan” ideologiyasından hərəkətlə, Anadolu türkləri ilə yanaşı XX. əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı da qırğınlar edilmiş, insanlar torpaqlarından sürgün edilmişlər. Şübhəsiz ki, Şərq Anadolu və Azərbaycan türklərinə qarşı edilən işgəncə və həyata keçirilən qırğınlar Rusiya, İngiltərə və digər xarici qüvvələrin dəstəyi sayəsində mümkün olmuşdur. Bir sıra məqsədlər uğruna Müsəlman Türk insanını qətl edən və Türk izlərini tarixdən silməyə çalışan ermənilər Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvanda da terror və qırğınlar etdilər. Ermənilər tərəfindən edilmiş olan qırğınların səbəblərini analiz etmək üçün, ilk növbədə, məsələnin ideoloji və siyasi mahiyyətini araşdırmaq lazımdır. Erməni Milli doktrinası “Böyük Ermənistan ideologiyası”dır. Hai-Taht Doktrinasının əsas sütununu təşkil edən və daha çox mistik, mifoloji hekayələrlə dolu olan bu ideologiya əsas olaraq erməni kilsəsi və ziyalıları tərəfindən əsrlərdir yaşadılan və hər şeyə baxmayaraq tətbiq olunması nəzərdə tutulan milli dəyərlərin doktrinası halına gətirilmişdir. Özlərinin Tanrı tərəfindən “seçilmiş millət” olduqlarını düşünən və öz ideologiyaları ilə Yəhudi ideologiyası arasında bənzərlik qurmağa çalışaraq ermənilər Şərq Anadolu və Azərbaycanın Hz. Nuh tərəfindən onlara vəd edildiyini iddia edirlər. Bununla da kifayətlənməyərək “seçilmiş millət” olmaları səbəbiylə kilsənin də ilk dəfə Ermənistanda qurulduğunu, özlərinin xristianlığın Qafqazdakı qalası və varisləri olduğunu, irəli sürməkdə, ilk xristian dövlət və millətin də Ermənistan və ermənilər olduğunu iddia etməkdədirlər.
Naxçıvan tarixi
Naxçıvan — Naxçıvan Muxtar Respublikasının paytaxtı olan bu şəhər, eyni zamanda tarixin müxtəlif dövrlərində Azərbaycan Atabəyləri və Naxçıvanşahlıq dövlətlərinin və Naxçıvan xanlığının da paytaxtı olmuş, vilayət və qəza bölgə mərkəzi kimi inkişaf etmişdir. Müasir Naxçıvan şəhəri qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir. Bəzi mənbələr şəhərin əsasının e.ə. 1539-cu ildə, bəzi mənbələr isə e.ə. 1500-cü ildə qoyulduğunu qeyd edir. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işləri Araz arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Strateji cəhətdən əlverişli ərazidə salınan qədim şəhərin qalıqlarının və onun nekropolunun Naxçıvan şəhərinin şimal hissəsində yerləşdiyi ehtimal olunur. Nekropoldakı dağılmış qəbir abidələrindən yüzdən artıq müxtəlif gil qab nümunələri, tunc bilərziklər, üzüklər, sırğalar və muncuqlar əldə edilmişdir. Ən qədim yer adlarından olan "Naxçıvan" toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Qədim rəvayət və miflərə əsaslanan bir sıra antik və orta əsr tarixçi və coğrafiyaşünasları Naxçıvan şəhərinin e.ə.
Naxçıvan trolleybusu
Naxçıvan trolleybusu — Naxçıvan şəhərində mövcud olmuş elektrikli ictimai nəqliyyat. İlk trolleybus 3 noyabr 1986-cı ildə istifadəyə verilmişdir. 18 illik fəliyyəti dövründə cəmi üç maşrut fəaliyyət göstərmişdir. Naxçıvan trolleybusunun parkında 29 ədəd ZİU-682V markalı trolleybusundan istifadə edilmişdir. 2004-ci ilin aprelində trolleybuslar tamamilə yığışdırılmışdır. Yol çəkilişləri zamanı dirəklər sökülmüşdür. Gəncə trolleybusu Sumqayıt trolleybusu Mingəçevir trolleybusu Bakı trolleybusu K. Klimot. Elektonəqliyyat naqdauna getdi. «Qruzovik Press» № 8. 2007 "Naxçıvan (trolleybus)".
Naxçıvan tüməni
Naxçıvan tüməni — H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Naxçıvanın Eldənizlər dövründə mövcud olmuş vilayət statusu Hülakülərin idarəçiliyi dövründə ləğv edilmiş və Naxçıvan Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir. Naxçıvan tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi. Naxçıvan tüməni müasir Naxçıvan MR ərazisini, o cümlədən Naxçıvan şəhərini əhatə edirdi. Azərbaycanın 27 iri şəhərindən 5 – i – Naxçıvan, Ordubad, Azad, Əncan və Maku bu tüməndə yerləşirdi. Naxçıvan tüməni Araz çayının hər iki sahilində geniş ərazini əhatə edirdi. Onun hüdudları Makudan Qafan dağlarına, Qarabağa və Göyçə gölünə qədər uzanırdı. Maku, Dvin və Qafan əraziləri Naxçıvan tüməninə daxil idi. Naxçıvanın qərb hüdudlarına Dvin (Dəbil, Dəvil) şəhərinin də daxil olduğu o dövrün tarixi mənbələrində birmənalı şəkildə əks olunmuşdur.
Naxçıvan xalçaları
Naxçıvan xalçaları — Qarabağ xalçaçılıq məktəbinə aid olan müxtəlif naxışlı, xovlu xalça növü. Qarabağ xalçaçılıq məktəbinə aid olan "Naxçıvan xalçaları", başlıca olaraq, Naxçıvanın bütün xalçaçılıq məntəqələrində və o cümlədən, Şahbuzda, Kolanıda, Şərurda, habelə Culfa və Ordubadda istehsal olunur. Naxçıvan şəhəri – Azərbaycanın qədim şəhərlərindən biridir. O, Araz çayı boyunca Azərbaycanın cənubunda və İran Azərbaycanının şimalında yerləşir. Hələ IX–X əsrlərdə bu şəhər öz xalça və zililəri ilə məşhur idi, X–XII əsrlərdə isə, o, artıq bədii metal qablar istehsalının mərkəzi idi. XVI əsrdə Azərbaycanın digər şəhərlərində olduğu kimi Naxçıvanda da xalçalığın həm bədii səviyyəsi, həm də istehsal həcminin artması baxımından öz inkişafının xüsusi mərhələsini keçmişdi. Burada toxunulan zərif və qəşəng "Naxçıvan" xalçası Yaxın Şərq və Avropa ölkələrində qiymətləndirilirdi. Bu xalça texniki və bədii xüsusiyyətlərinə görə Qarabağ xalçaları ilə uyğun olduğu üçün həmin xalça növü tədqiqatçılar tərəfindən "Qarabağ qrupuna" daxil edilir. Naxçıvan xalça ustaları tərəfindən toxunulmuş bəzi xalçalar Təbriz çeşnəli hesab olunur. Qeyd etmək olar ki, Naxçıvan xalçalarının toxunuşunda iki məktəbin dəsti xətti var: Qarabağ və Təbriz: Görünür ki, Naxçıvan bu iki bölgənin mərkəzində yerləşdiyi üçün hər iki bölgənin burada toxunmuş xalça nümunələrinə güclü təsiri olmuşdur.
Naxçıvan xalçası
Naxçıvan xalçaları — Qarabağ xalçaçılıq məktəbinə aid olan müxtəlif naxışlı, xovlu xalça növü. Qarabağ xalçaçılıq məktəbinə aid olan "Naxçıvan xalçaları", başlıca olaraq, Naxçıvanın bütün xalçaçılıq məntəqələrində və o cümlədən, Şahbuzda, Kolanıda, Şərurda, habelə Culfa və Ordubadda istehsal olunur. Naxçıvan şəhəri – Azərbaycanın qədim şəhərlərindən biridir. O, Araz çayı boyunca Azərbaycanın cənubunda və İran Azərbaycanının şimalında yerləşir. Hələ IX–X əsrlərdə bu şəhər öz xalça və zililəri ilə məşhur idi, X–XII əsrlərdə isə, o, artıq bədii metal qablar istehsalının mərkəzi idi. XVI əsrdə Azərbaycanın digər şəhərlərində olduğu kimi Naxçıvanda da xalçalığın həm bədii səviyyəsi, həm də istehsal həcminin artması baxımından öz inkişafının xüsusi mərhələsini keçmişdi. Burada toxunulan zərif və qəşəng "Naxçıvan" xalçası Yaxın Şərq və Avropa ölkələrində qiymətləndirilirdi. Bu xalça texniki və bədii xüsusiyyətlərinə görə Qarabağ xalçaları ilə uyğun olduğu üçün həmin xalça növü tədqiqatçılar tərəfindən "Qarabağ qrupuna" daxil edilir. Naxçıvan xalça ustaları tərəfindən toxunulmuş bəzi xalçalar Təbriz çeşnəli hesab olunur. Qeyd etmək olar ki, Naxçıvan xalçalarının toxunuşunda iki məktəbin dəsti xətti var: Qarabağ və Təbriz: Görünür ki, Naxçıvan bu iki bölgənin mərkəzində yerləşdiyi üçün hər iki bölgənin burada toxunmuş xalça nümunələrinə güclü təsiri olmuşdur.
Naxçıvan xanlığı
Naxçıvan xanlığı — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra kəngərli tayfa başçısı Heydərqulu xan tərəfindən əsası qoyulmuş Azərbaycan xanlığıdır. Zəngəzur dağlarından başlamış, Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi. Dağlar xanlığı qala kimi əhatə edirdi. Şimal-qərbdən Dərələyəz dağları, cənubi-şərqdən Zəngəzur sıra dağları xanlığın sərhədləri boyu uzanırdı. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Qaradağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd idi. Heydərqulu xan 1763-cü ilə qədər hakimiyyətdə olmuşdur. Araşdırmalar göstərir ki, Naxçıvan xanlığı Qarabağ, Maku, Qaradağ, Gəncə və İrəvan xanlıqları ilə Heydərqulu xanın vaxtında yaxın dostluq münasibətləri yaratmışdı. Heydərqulu xanın vəfatından sonra onun oğlanları xanlığı idarə edirlər və ən uğurlu dövr Şükrulla xanın dövrünə təsadüf edir. 1768-ci ildən 1780-ci ilədək fasilələrlə Naxçıvan xanlığına rəhbərlik edən Şükrulla xan Kərim xan Zəndin fərmanı ilə müstəqil xan, yəni hakim tituluna layiq görülməklə yanaşı, bütün Kəngərli süvarilərinə sərkərdə təyin olunduğu müddətdən etibarən tümən hakimi kimi şöhrət tapır. 1790-cı illərin sonlarında Naxçıvan xanlığında hakimiyyət uğrunda mübarizə güclənir.
Naxçıvan yatağı
Naxçıvan yatağı — Azərbaycanda, Xəzər dənizində neft və qaz yatağıdır. Bakıdan 90 km (56 mil) cənubda, 400–600 metr (1.300–2.000 ft) dərinlikdə yerləşir. Naxçıvan yatağı 1960-cı ildə aşkar edilmişdir. 1994-cü ildə qazma işlərinə hazırlanmışdır. 1997-ci ildə ExxonMobil və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yatağın kəşfiyyatı ilə bağlı müqavilə imzalamışlar, lakin bu müqavilə əhəmiyyətli ehtiyatların olmaması səbəbindən sonradan dayandırılmışdır. 2010-cu il mart ayının 10-da Almaniyanın RWE Dea neft şirkəti ARDNŞ ilə bu sahəni inkişaf etdirmək üçün memorandum imzalamışdır. İlkin proqnozlara görə, Naxçıvan ərazisində 300 milyard kubmetr təbii qaz və 40 milyon ton təbii qaz kondensatını ehtiyatı ola bilər.
Naxçıvan zümrüdü
Naxçıvan yaşılcası (lat. Callophrys danchenkoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin yaşılca cinsinə aid heyvan növü. Bu növün ilk təsviri Qazaxıstan entomoloqu Aleksandr Borisoviç Jdanko tərəfindən verilmişdir. Onun 1998-ci ildə Qazaxıstan Dövlət Universitetinin xəbərlər jurnalının biologiya seriyasının 5 nömrəli sayında çıxan məqaləsində növün ilk toplanılma yeri Naxçıvan MR-in Buzqov kəndinin ərazisi göstərilmişdir. 26 iyun 1986-cı ildə Rusiya lepidopteroloqu A.V.Dançenko həmin ərazidən bu növə aid nümunələri ilk dəfə topladığı üçün Jdanko növü onun şərəfinə Callophrys danchenkoi adlandırmışdır. Callophrys danchenkoi növünə daşlı yamaclarda çaşır (lat. Ferula) bitkisinin çiçəkləri üzərində rast gəlinmişdir. May ayında inkişafda olan sarı rəngli tırtılları iyun ayında yetkin fərdə çevrilib uçurlar. Azərbaycanda Naxçıvandan başqa Lerik rayonunun Talış və Peştəşər silsilələri arasında yerləşən Zuvand (Diabar) çökəkliyində də bu növə rast gəlinir. Naxçıvan yaşılcasının yarımnövü Türkiyədə kəpənəklərin "Qırmızı kitab"ına daxil edilmişdir.
Naxçıvan zərbxanası
Naxçıvan zərbxanası – erkən orta əsrlərdən Naxçıvan şəhərində fəaliyyətə başlamış sikkəkəsən zərbxana. Tarixi qaynaqlardan məlumdur ki, Naxçıvan şəhəri qədim zamanlardan mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Bu şəhər İranın, Gürcüstanın (xüsusilə Msxeti bölgəsinin) bir sıra iri şəhərləri ilə, Qara dəniz limanları, Kiçik Asiya və Beynəlnəhreyndəki şəhərlərlə sıx ticarət əlaqələri saxlayırdı. Əmtəə istehsalının artımıvə ticarətin inkişafı pul dövriyyəsinin inkişafına da vüsət verirdi. Naxçıvan şəhərində ilk zərbxana Sasani şahənşahı I Xosrov Ənuşirəvani – Adilin (531 – 579) hakimiyyətinin üçüncü ilində (534) təsis edildiyi bəllidir. Bu zərbxana, Azərbaycandakı ən qədim zərbxanalardan biri hesab olunur. Tarixçi – numizmat, prof. Y. A. Poxomovun fikrincə, əldə olunmuş, pəhləvi dilində “Naxç” işarəsi ilə kəsilmiş Sasani sikkələri Naxçıvan zərbxanasına məxsusdur. Naxçıvan zərbxanasında Sasani hökmdarlarından IV Hörmüz (579 – 590), VI Bəhram Çubin (590 – 591), II Xosrov Pərviz (591 – 628), II Qubad (628), III Ərdəşir (628 – 629), Fərruxan Şəhrvəraz (629), V Hörmüz (631 – 632), III Xosrov (632), III Yezdəgird (632 – 651) və başqalarının adından gümüş dirhəmlər kəsilmişdir. Numizmatik materiallardan aydın olur ki, Böyük İpək Yolu üstündə yerləşən Naxçıvanın Şərq – Qərb ticarət əlaqələrində əhəmiyyətli rolu, buranın özündə ticarətin və sənətkarlığın inkişafı XI – XII əsrlərdə Naxçıvan zərbxanasında İraq Səlcuq sultanlarının, o cümlədən Azərbaycan atabəylərinin (Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Özbək və s.) adından mis dirhəm və felslərin zərbinin daha da artmasına səbəb olmuşdur.
Naxçıvan çayı
Naxçıvançay - Araz çayının sol qolu. Şahbuz rayonu və Naxçıvan şəhəri ərazisindən axır. Naxçıvan Muxtar Respublikasının ən böyük və ən sulu çayı hesab edilir. Uzunluğu 81 km, hövzəsinin sahəsi 1630 km²-dir. Başlanğıcını Keçəldağın cənub yamacından (2720 m) alır. Başlıca qolları sağdan, Tapıdaşqara (uzunluğu 15 km), Sələsüzçay (uzunluğu 19 km), Cəhriçay (uzunluğu 45 km), soldan, Şahbuz (uzunluğu 27 km), Kükü (uzunluğu 20 km), Qahabçay (uzun-luğu 21 km) çaylarıdır. Axımı qar (38%), yağış (22%) və yeraltı (40%) sulardan əmələ gəlir. İllik su sərfi 5,23 kub m/san-dir. Bunun da 60%-i yaz, 20%-i yay, 9%-i payız, 11%-i isə qış fəslində keçir. İntensiv suvarma dövründə illik axımının 8-10%-i axıdılır.
Naxçıvani
Naxçıvani — təxəllüs. Sinonimi Nəşəvi. Bu təxəllüsü olan tanınmışlar Nəcməddin Naxçıvani - XIII əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri. İbrahim Zeynalabdin oğlu Naxçıvani Kəmaləddin Naxçıvani Əcəmi Naxçıvani - XII əsr Azərbaycan memar Əmirəddin Məsud Naxçıvani - XII əsr Azərbaycan memar Hinduşah Naxçıvani - XIII əsr tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi Əkmələddin Naxçıvani - XIII əsr həkimi. Əhməd Naxçıvani - XIII əsr Azərbaycan memar Nemətullah Naxçıvani Molla Məhəmməd Naxçıvani Böyük xan Naxçıvani Əli Əkbər Naxçıvani Əli Naxçıvani Behiyyə Naxçıvani Movlana Naxçıvaninin qızılbaş olaraq məşhur olan tayfanın əhvalı risaləsi. Yazılış tarixi m. 1505.