Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bayraqdar
Bayraqdar - mənası:Bayraq tutan, bayraq daşıyan adam. Tarix boyu döyüşlərdə ordunun ön hissəsində həmin ordunun rəmzi sayılan Döyüş Bayrağını daşıyan əsgərlər mövcud olub. Müasir dövrdədə bayraqdar əsgər hərbi birləşmənin və ya qurumun Döyüş Bayrağını daşıyır. Bayraqdar əsgər fəal,çevik və cəsur əsgərlərdən təyin olunur.O,hər zaman bayrağı göz bəbəyi kimi qorumalıdır. == Bayrağın daşınma qaydası == Farağat vəziyyətində - bu zaman bayraqdar əsgər bayrağın tutacağından sol əl ilə yuxarıdan sağ əl ilə aşağıdan tutaraq bayrağı sinəsindən qolları bükülmüş qədər məsafədə aralı tutur. Səfərli kalona vəziyyətində - komanda verilən zaman müxtəlif birləşmələrin (bölük, dəstə, briqada və s.)bayraqdarları müəyyən olumuş məsafədə (bölük bayraqdarı - 4 addım, dəstə bayraqdarı - 8 addım və s.)addımlayaraq çıxır.Bu zaman bayraqdar bayrağı sağ əl ilə aşağıdan sol əl ilə yuxarıdan özünün sağ tərəfində tutaraq irəliləyir. Diqqət !!! mərkəzə vəziyyətində - zamanı isə Bayraqdar bayrağı sol əlin köməyi ilə onun tutacağını sağ qolun dirsəkdən bükülmüş vəziyyətinə uyğun önə uzadır və sol əl yana sıxılır.Əgər əsgər addımlamağ vəziyyətində məs: farağat,diqqət !!! sağa verilibsə,bu zaman bayraqdar əsgər sadəcə komanda verilmiş tərəfə(sağa vəya sola)baxır. Azad (komanda) - komandası zamanı isə bayrağın tutacağının aşağı hissəsi sağ ayağın pəncəsinə biləşdirilir və bayrağın yuxarı hissəsi isə sağ qolun tam açılması ilə önə uzadılır.
Bayraqdar fəvvarəsi
Bayraqdar fəvvarəsi (alm. Vennerbrunnen‎) İsveçrənin Bern şəhərinin Rathausplats meydanında yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == Fəvvarə Köhnə şəhər Ratuşa binasının önündə yerləşir. Fəvvarənin əsas bəzək elementi sayılan zirehli Bern bayraqdarının layihəsi 1542-ci ildə Hans Ginq tərəfindən tərtib edilmişdir. Bundan öncə, XIV əsrin taxta fəvvarəsi Şvendplats meydanda yerləşirdi. Bern sakinləri arasında "Bayraqdar" çox güclü mənəvi mövqe tutur. Kapitellərin yuxarı hissəsini dörd insan üz maskası bəzəyir. 1844-cü ildə meydanın yaxınlığında Nüdeqqbrükke körpüsünün tikintisi zamanı, fəvvarə müvəqqəti olaraq tikinti ərazisindən yığışdırılmışdır. Daha sonralar, yəni 1880–1913-cü illər arasında fəvvarə kiçik Amthausqasse döngəsində yer alırdı və yalnız 1913-cü ilin sonunda onu hazırkı meydana köçürmək barədə qərar alınmışdır.
Bayraqdar əsgər
Bayraqdar - mənası:Bayraq tutan, bayraq daşıyan adam. Tarix boyu döyüşlərdə ordunun ön hissəsində həmin ordunun rəmzi sayılan Döyüş Bayrağını daşıyan əsgərlər mövcud olub. Müasir dövrdədə bayraqdar əsgər hərbi birləşmənin və ya qurumun Döyüş Bayrağını daşıyır. Bayraqdar əsgər fəal,çevik və cəsur əsgərlərdən təyin olunur.O,hər zaman bayrağı göz bəbəyi kimi qorumalıdır. == Bayrağın daşınma qaydası == Farağat vəziyyətində - bu zaman bayraqdar əsgər bayrağın tutacağından sol əl ilə yuxarıdan sağ əl ilə aşağıdan tutaraq bayrağı sinəsindən qolları bükülmüş qədər məsafədə aralı tutur. Səfərli kalona vəziyyətində - komanda verilən zaman müxtəlif birləşmələrin (bölük, dəstə, briqada və s.)bayraqdarları müəyyən olumuş məsafədə (bölük bayraqdarı - 4 addım, dəstə bayraqdarı - 8 addım və s.)addımlayaraq çıxır.Bu zaman bayraqdar bayrağı sağ əl ilə aşağıdan sol əl ilə yuxarıdan özünün sağ tərəfində tutaraq irəliləyir. Diqqət !!! mərkəzə vəziyyətində - zamanı isə Bayraqdar bayrağı sol əlin köməyi ilə onun tutacağını sağ qolun dirsəkdən bükülmüş vəziyyətinə uyğun önə uzadır və sol əl yana sıxılır.Əgər əsgər addımlamağ vəziyyətində məs: farağat,diqqət !!! sağa verilibsə,bu zaman bayraqdar əsgər sadəcə komanda verilmiş tərəfə(sağa vəya sola)baxır. Azad (komanda) - komandası zamanı isə bayrağın tutacağının aşağı hissəsi sağ ayağın pəncəsinə biləşdirilir və bayrağın yuxarı hissəsi isə sağ qolun tam açılması ilə önə uzadılır.
Doğan Bayraqdar
Doğan Bayraqdar(24 aprel 1995, İstanbul) — Türk aktyoru. == Həyatı == Doğan Bayraktar 1995-ci ildə İstanbulda anadan olub. Nişantaşı Universitetində Mülki Aviasiya və Kabin Xidmətləri ixtisası üzrə təhsil alan Doğan universitetdə oxuduğu müddətdə Erkan Özermanın təşkil etdiyi 2015 Best Model of Turkey model yarışmasında iştirak edib və İkinci Yarışçı seçilib. İlk aktyorluq təcrübəsini 2017-ci ildə FOX-da yayımlanmağa başlayan Döyüşçü serialı ilə yaşadı. Daha sonra Hercai serialında rol aldı. 2021–2022-ci illər arasında BluTV-də yayımlanan Börü 2039 serialında "Korkut Buğra Orbay" obrazını canlandırıb. Son olaraq 2022-ci ildə FOX-da yayımlanan Gülümse Kaderine serialında "Ekin" rolunu canlandırıb.
Səlcuq Bayraqdar
Səlcuq Bayraqdar (7 oktyabr 1979, Sarıyer rayonu) — türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni. == Həyatı == Əslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir və Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir. Təhsil həyatına Sarıyer ibtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olmuş, 1997-ci ildə Robert Kollecini bitirmişdir. Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlamışdır. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət nəticələnmişdir. Təcrübə müddətində təqaüd verildikdən sonra, 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamladı.Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirmişdir. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışmışdır. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparmışdır.Xüsusi pilot lisenziyasına sahibdir. === Ailəsi === 2016-cı ildə Sümeyyə Ərdoğanla evlənmişdir.
Battal Bayraqdarov
Batdal Mikail oğlu Bayraxtarov (1 aprel 2002, Ağbil, Quba rayonu – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Batdal Bayraxtarov 2002-ci il aprelin 1-də Quba rayonunun Ağbil kəndində anadan olub. Milliyyətcə axısqa türkü idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Batdal Bayraxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Batdal Bayraqdarov oktyabrın 12-də Füzuli rayonu istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Olimpiya oyunlarındakı bayraqdarlarının siyahısı
Azərbaycanın Olimpiya oyunlarındakı bayraqdarlarının siyahısı — 1996-cı ildən etibarən hər dörd ildən bir keçirilən Yay və Qış Olimpiya Oyunlarının açılış mərasimlərində Azərbaycan bayrağını daşıyan idmançıların siyahısı.
Yunanıstanın Olimpiya oyunlarında bayraqdarları
Bu Yunanıstanın Olimpiya oyunlarında bayraqdarları siyahısıdır. Bayraqdar təmsil etdiyi ölkənin bayrağını olimpiya oyunlarının açılış mərasimində daşıyır. Siyahıda 1908-ci ildən sonra Yunanıstanı Yay və Qış Olimpiya oyunlarında bayraqdar kimi təmsil etmiş idmançıların adları verilmişdir.
Yunanıstanın Olimpiya oyunlarındakı bayraqdarları
Bu Yunanıstanın Olimpiya oyunlarında bayraqdarları siyahısıdır. Bayraqdar təmsil etdiyi ölkənin bayrağını olimpiya oyunlarının açılış mərasimində daşıyır. Siyahıda 1908-ci ildən sonra Yunanıstanı Yay və Qış Olimpiya oyunlarında bayraqdar kimi təmsil etmiş idmançıların adları verilmişdir.
Yunanıstanın Olimpiya oyunlarındakı bayraqdarlarının siyahısı
Bu Yunanıstanın Olimpiya oyunlarında bayraqdarları siyahısıdır. Bayraqdar təmsil etdiyi ölkənin bayrağını olimpiya oyunlarının açılış mərasimində daşıyır. Siyahıda 1908-ci ildən sonra Yunanıstanı Yay və Qış Olimpiya oyunlarında bayraqdar kimi təmsil etmiş idmançıların adları verilmişdir.
Rahat bayraqlar
Rahat bayraqlar— dövlət bayraqları. Vergilərə, əmək haqqına, sosial sığortaya və s. çəkilən xərcləri aşağı salmaq məqsədilə bir sıra inkişaf etmiş ölkələrin sahibkarları öz gəmi¬lərini dövlət bayraqları altında üzdürürlər. Məsələn, gəmilərin ingilis bayrağı altında üzməsi əlavə olaraq vergi güzəştləri əldə etmək deməkdir. Bundan ötrü gəmi şirkətlərinin gəmilərini Qibraltar, Men adası kimi Britaniya limanlarında qeydiy-yata salması kifayətdir.
Şeirimiz də, nəğməmiz də bir bombadır, bir bayraqdır (film, 1941)
== Məzmun == Xüsusi buraxılışdır. Film müharibə mövzusunda yazılmış mahnılara və şerlərə həsr olunmuşdur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Operator: Mirzə Mustafayev Səs operatoru: İlya Ozerski Montaj edən: Qriqori Braginski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 84-85.
Bayramlar
Bayram — milli, dini və xüsusi olaraq əhəmiyyəti olan,qeyd olunan gün və ya günlərdir. == Türk xalq mədəniyyətində bayramlar == Türk və altay xalq inancında bayram xüsusiyyəti daşıyan fərqli müqəddəs günlər tapılar. Türklərdə İslam əvvəli ümumi qəbul görmüş iki bayram vardır. Qoçaqan: Bahar gün dönümü. (Qoça və Saya) Paqtıqan: Payız gün dönümü. (Paqta və Payna)Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı tapılar. Qoçagan (Kosa) baharda edilir və Novruz bayramıdır, bahar gün dönümündedir. Qoça xan adına edilir. Paqtıqan (Paqta) isə payız gün dönümündedir və Baxtı Xan adına edilir. Yakutlar payız bayramına "Abası Isıyah", bahar bayramı ilə isə "Ayıhı Isıyah" deyərlər.
Bayraktar Akıncı
Bayraktar Akıncı — Türkiyənin “Baykar” şirkəti tərəfindən istehal edilən milli pilotsuz döyüş (PUA) təyyarəsi. Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. "Akıncı" PUA-ları kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müddət) sinfinə aiddir. Bununla Türkiyə dünyada HALE sinfindən olan PUA istehsal edən 4-cü ölkəyə çevrildi. == Tarixi == “Akıncı”nın inkişaf etdirilməsinə 2017-ci ilin may ayında başlanılıb. “Akıncı” PUA-sı ilk uçuşunu 2019-cu ilin dekabr ayının 6-da həyata keçirib. İlk uçuş zamanı PUA 16 dəqiqə havada qalıb. Prototipin ikinci uçuşu isə 2020-ci ilin yanvar ayının 10-da baş tutub, həmin uçuş zamanı PUA 1 saatdan artıq havada qalmışdı. “Akıncı”nın ikinci prototipinin ilk uçuşu 2020-ci ilin avqustun 13-də həyata keçirilib. “Akıncı” PUA layihəsinin ilk tədarükünün 2020-ci ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.
Bayraktar TB2
Bayraktar TB2 (türk. Bayraktar) — Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsi."Baykar Makina" şirkəti tərəfindən istehsal edilir. 2014-cü il iyunun 14-də tam yüklə həyata keçirilmiş uçuş sınağında 27.030 funt yüksəkliyə qalxmış və 05 – 06 avqust tarixlərində həyata keçirilmiş uçuş testində tam yüklə 18.000 funt yüksəklikdə 4040 km qət etmiş və 24 saat 34 dəqiqə ərzində uçuş həyata keçirmişdir. 17 dekabr 2015-ci il tarixində 2 Roketsan MAM-L idarəolunan raket atəş sınağında hədəfləri 100% dəqiqliklə vurmağı bacarmışdır. Mülki aviasiya standartlarına uyğun olaraq hərbi məqsədlərə yarayan Baykar Makina tərəfindən yaradılmış Bayraktar TB2 Bayraktar komandası tərəfindən əsas istehsal yeri Türkiyə olmaqla hər kəs üçün istehsal edilmişdir.Sistem 2014-ci ildə Türkiyə Silahlı Qüvvələri arsenalına daxil edilmişdir. Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi Pəncə Əməliyyatlarında, Suriyadakı vətəndaş müharibəsində və İkinci Liviya vətəndaş müharibəsindəki müdaxilələr dövründəki əməliyyatlarda fəal şəkildə istifadə edilmişdir. Bu sistemdən Türkiyə ordusundan başqa Azərbaycan ordusu, Qətər ordusu və Ukrayna ordusu da istifadə edir. == Tarixi == 2007-ci ildə Müdafiə Sənayesi Xidməti tərəfindən rəqabət əsasında (hər hansı bir AR-GE dəstəyi olmadan) Taktik Pilotsuz Uçuş Aparatı Sisteminin İnkişafı Proqramı başladıldı. Bu proqram çərçivəsində Bayraktar Taktik PUA Sisteminin uçuş testləri (tam avtomatik taksi, qalxma, uçuş, eniş, əyləc və angara qayıtmaq) sərgiləndi və Bayraktar Taktik İHA Sistemi, hədəflənən bütün performans meyarlarını uğurla tamamladı.Sınaq mərhələlərindən sonra şirkət və İdarə Heyəti arasında 2 Taktik PUA Sisteminin müqavilə danışıqları 2010-cu ilin yanvarında Müdafiə Sənayesi İcra Heyətində başladıldı. 2012-ci ilin yanvar ayında müqavilə imzalanandan sonra Taktik PUA İnkişafı Layihəsi proqramının cədvəli çıxarıldı və iş qrafikə uyğun olaraq istehsala başlandı.
Bayramlar (Ağdam)
Bayramlar — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.
Selçuk Bayraktar
Səlcuq Bayraqdar (7 oktyabr 1979, Sarıyer rayonu) — türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni. == Həyatı == Əslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir və Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir. Təhsil həyatına Sarıyer ibtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olmuş, 1997-ci ildə Robert Kollecini bitirmişdir. Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlamışdır. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət nəticələnmişdir. Təcrübə müddətində təqaüd verildikdən sonra, 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamladı.Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirmişdir. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışmışdır. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparmışdır.Xüsusi pilot lisenziyasına sahibdir. === Ailəsi === 2016-cı ildə Sümeyyə Ərdoğanla evlənmişdir.
Bayraktar Mini PUA
Bayraktar Mini PUA (türk. Bayraktar Mini ) — Türkiyənin Baykar Makina Inc. şirkəti tərəfindən hazırlanan çox məqsədli Pilotsuz uçuş aparatı (PUA).Kompozit materiallardan hazırlanır. Uçuşun idarəsi əl ilə həyata keçirilir. Sistem ilk dəfə 2007-ci ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilmişdir. Türkiyə Quru Qoşunları, Milli Kəşfiyyat Təşkilatı, Jandarma Komandanlığı və Polis Aviasiya xidməti tərəfindən fəal şəkildə istifadə olunur. 2012-ci ildə Qətərə ixracı ilə, Cümhuriyyət tarixində xaricə satılan ilk milli təyyarə sistemi adını almışdır. olma unvanına da sahiptir Təhvil edilən sistemlərin 60.000-dən çox uçuş növü var. 300-dən çox ədəd istehsal olunub istismara verilib. == Tarixi == PUA gecə və gündüz qısa məsafələrdə həyata keçirilən kəşfiyyat məqsədi üçün nəzərdə tutulmuşdur.
Dəniz işarə bayraqları
Beynəlxalq dəniz işarə bayraqları — 1857-ci ildən tətbiq olunmağa başlanılmışdır. Bu işarələr donamada gəmilərarası məlumat ötürməyə xidmət edirdi. 1887-ci ilə qədər "Ticarət gəmiləri üçün işarə kodlarının sistemi". İlkin işarə qövsü 18 bayraqcıqdan ibarət olmuşdur. 1 yanvar 1901-ci ildən bütün dəniz ölkələri bu işarə tağını qəbul etmişdirlər. 1931-ci ildə 8 ölkənin nümayəndəsi olan beynəlxalq komissiya işarələr tağını təkmilləşdirmişdirlər.
Səfəvilər dövlətinin bayraqları
Səfəvilər dövlətinin bayraqları — Səfəvi dövlətinin yaranışından süqutuna kimi mövcud olan bayraqlar. == Bayraq anlayışı == Bayraq sözü, qədim türk dilinə aid “batrak” sözünün deformasiya olmuş formasıdır. “Batrak” sözü də “batırmaq” sözündən yaranmışdır. Mahmud Kaşğari “Divan-i Lüğət-it Türk” əsərində “torpağa sancılan mizraq” (nizə) mənasını verən batraq (bayraq) kəliməsi işlənmişdir. Görünür müxtəlif ipək parçalardan hazırlanmış bayraqlar nizələrin ucuna bərkidildiyinə görə dövlətçiliyin əsas atributlarından biri kimi “dalğalanan milli simvol”a çevrilmişdir. Hələ İslama qədərki dövrdə yazılmış və XIV əsr əlyazması ilə dövrümüzə qədər gəlib çatmış olan möhtəşəm “Kitabi-Dədə Qorqud” eposunda “Qılıncla məhv edərək, düşmənin tuğ və bayrağını endirin” ifadəsinin qeyd edilməsi bir daha göstərir ki, o dövrdə hakimiyyət simvolu kimi bayraqlara xüsusi önəm verilmişdir. == Səfəvilər dövlətində bayraqların təkamülü == Azərbaycanda tarixi ənənələr üzərində qurulan və sırf milli məfkurəyə söykənən dövlət kimi tarixə düşən Səfəvilər dövlətinin bayraqları ayrı-ayrı hökmdarlar dövründə fərqlənmişdir. Səfəvilər dövlətinə məxsus arxiv sənədləri dövrümüzə qədər saxlanmadığı kimi, Səfəvilər dövründən qalma əşyalar da müxtəlif ölkələrdəki şəxsi və ya dövlət muzeylərində saxlanılır. Səfəvilər dövlətinin rəmzləri ilə bağlı məlumatları dövrün salnamələrindəki qeydlərdən, Səfəvi şahlarının fərmanlarındakı möhürlərdən, Səfəvilər dövründə yazılmış səyahətnamələrdən və Qərbi Avropa səyyahlarının gündəliklərindən əldə etmək mümkündür. J.Şardenin verdiyi məlumata görə, Səfəvilərin bayrağı fransızların hərbi bayraqları kimi üçbucaq şəklində müxtəlif bahalı parçalardan hazırlanmışdır.
İrəvan xanlığı bayraqları
İrəvan xanlığı bayraqları — İrəvan xanlığında istifadə olunmuş döyüş tuğları və bayraqlar. 1 oktyabr 1827-ci ildə İrəvan qalası rus qoşunları tərəfindən işğal edildiyi zaman İrəvan xanlığının 4 bayrağı rus qoşunlarının əlinə keçmişdi. Sonralar bu bayraqlar Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılırdı. Qafqaz Hərb Tarixi muzeyinin bələdçi kitabındakı məlumat həmin bayraqların bu muzeyin fondlarında saxlanılmasından xəbər verirdi. 1924-cü ildə bu bayraqlardan yalnız ikisi Azərbaycan SSR Dövlət Muzeyinə (Azərbaycan Tarix Muzeyinə) verilmişdir. Bunlardan biri İrəvan xanlığının sərdarı Hüseyn xana məxsus 1 oktyabr 1827-ci ildə əldə edilən ştandart, digərləri isə ordu hissəsi bayraqlarıdır. == Sərdar Hüseyn xanın bayrağı == İrəvan sərdarına məxsus bayrağın qumaş hissəsinin ölçüləri 145 x 261 x 217 sm-dir. Tünd qırmızı mahud parçadan hazırlanmışdır. Bayrağın yuxarı enli hissəsində Şiri-Xurşid təsvirləri tikilmişdir. Sarıya çalan açıq qəhvəyi rəngli quramadan hazırlanmış şir yandan təsvir olunmuşdur.
İrəvan xanlığının bayraqları

Şimali Makedoniyanın bayraqları
Bu Şimali Makedoniya ərazisində və ya etnik makedoniyalılar tərəfindən istifadə edilən və ya bu gün də mövcud olan bayraqların siyahısıdır. == Şimali Makedoniya == == Tarixi bayraqlar == == Hökumət bayraqları == == Etnik bayraqlar == == İstinadlar == == Xarici keçidlər == Flags of the World saytında North Macedonia Vikianbarda Şimali Makedoniyanın bayraqları ilə əlaqəli mediafayllar var. Vikianbarda Şimali Makedoniya bələdiyyələrinin bayraqları ilə əlaqəli mediafayllar var. Vikianbarda Makedoniya Respublikası hökumətinin bayraqları ilə əlaqəli mediafayllar var. Vikianbarda Makedoniya universitetlərinin bayraqları ilə əlaqəli mediafayllar var. Vikianbarda Makedoniyanın hərbi bayraqları ilə əlaqəli mediafayllar var. Vikianbarda Makedoniya Respublikasındakı siyasi partiyaların bayraqları ilə əlaqəli mediafayllar var. Vikianbarda Makedoniya diasporasının bayraqları ilə əlaqəli mediafayllar var.
Osmanlı imperiyasının bayraqları
Osmanlı imperiyasının bayraqları — Osmanlı imperiyasının mövcudiyyəti boyunca istifadə etdiyi müxtəlif bayraqlar.Osmanlı imperiyasının klassik dövrdə istifadə etdiyi müəyyən bayrağı yoxdur. Sultanların suvernelik əlamətləri olaraq müxtəlif tuğ, tuğra və sancaqlar istifadə edilmişdir. Osmanlı dövlətinin quruluşu ilə dövlətin varlığının simvolu olaraq Səlcuqlu hökmdarı tərəfindən Osman Qaziyə Ağ Sancaq göndərilmişdir. Ay-ulduzun simvol olaraq qəbulu III Mustafa (1757–1774) dövründə başlamış, I Əbdülhəmid (1774–1789) və III Səlim (1789–1807) dövrlərində davam etmişdir. Alfred Znamierovskiyə görə, Osmanlı imperiyasının ay-ulduzlu qırmızı bayrağı istifadə etməyə başlaması 1793-cü ildən başlamışdır. Bu ilə aid əmrdə donanma kalyonlarına çəkilərək sancaqların al rəngdə olması və üzərilərində ağ ay və ulduzun olması əmr edilmişdir. 1844-cü ildə bu bayrağın bir versiyası Tənzimat reformunun bir hissəsi olaraq rəsmi Osmanlı bayrağı edildi. Bu bayraq hələ də Türkiyə Respublikasının bayrağı olaraq istifadə edilməkdədir. Bayrağın geometric xüsusiyyətləri 1936-cı ildəki "Türk bayraq qanunu" ilə hüququ baxımdan standartlaşdırılmışdır. Erkən dövrdə bayraqdakı ulduzun guşə sayı müəyyən deyildir.
Bayramda Yağış (1985)
Bayramda yağış qısametrajlı bədii filmi rejissor Cəmil Quliyev tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. "Debüt" Studiyasında istehsal edilmişdir. Kinolent "kiçik" adamın həyatından, onun tənhalığından, cəmiyyətdən uzaq düşməsindən bəhs edir. Əsas rolları Arif Qasımov, Həmidə Ömərova və Tələt Rəhmanov ifa edirlər. == Məzmun == Kinolent "kiçik" adamın (Arif Qasımov) həyatından, onun tənhalığından, cəmiyyətdən uzaq düşməsindən bəhs edir. == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Film quruluşçu rejissor Cəmil Quliyevin diplom işidir.
Bayramda yağış (film, 1985)