Batdal Mikail oğlu Bayraxtarov (1 aprel 2002, Ağbil, Quba rayonu – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Batdal Bayraxtarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağbil, Quba rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Quba rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 2020 |
Batdal Bayraxtarov 2002-ci il aprelin 1-də Quba rayonunun Ağbil kəndində anadan olub.[1] Milliyyətcə axısqa türkü idi.
Azərbaycan Ordusunun əsgəri olan Batdal Bayraxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Batdal Bayraqdarov oktyabrın 12-də Füzuli rayonu istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]