Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Milkis
Milkis — müxtəlif otlardan hazırlanmış şirin qazlaşdırılmış alqokolsuz içkidir. Milkis ilk dəfə 1915-ci ildə Cənubi Koreyada hazırlanmışdır. Tərkibi su, şəkər, fruktoza, karbon-dioksid (E290), quru süd, fosforit turşusu və limon turşusu (E330) ibarətdir. Milkisin 10 tərzdə dadı vardır. Tərkibinə A, C, D3 vitaminləri daxildir. Alüminium bankalarda 250 ml, plastik qablarda isə 0,5 və 1,5 litr həcmində istehsal edilir.
Bakis
Bakis (yun. Βάκις) — e.ə. VIII–VI əsrlərdə Yunanıstanda çiçəklənən peyğəmbərlər və kahinlər üçün ümumi ad. Efesli Filet, Klavdi Elian və İoann Tsets onlar arasında xüsusi fərqə malikdirlər.
Biloksi (Missisipi)
Biloksi — ABŞ-nin Missisipi ştatında şəhər. 2010-cu ildə əhalinin siyahıya alınmasında əhalinin sayı 44054 nəfər qeydə alınıb, 2016-cı ildə isə 45975 nəfər olduğu açıqlanıb. Qalfport şəhəri ilə birlikdə Biloksi Harrison əyalətinin əsas mərkəzidir. İlk dəfə fransız kolonistlər tərəfindən salınmışdır. Biloksi şəhərinin sahil sərhəddi Missisipi çayı boyunca uzanır. == Tarixi == Şəhər ilk dəfə 1699-cu ildə fransızlar tərəfindən salınıb. 1720-ci ildə Luziana ştatının inzibati mərkəzi Mobil şəhərindən Biloksiyə köçürüldü. 1722-ci ilin iyun ayında paytaxt Nyu-Orleansa köçürüldü və Biloksi əvvəlki statusunu itirdi. Bir müddət şəhər Qərbi Floridanın paytaxtı olmuşdur. XIX əsrin əvvəllərində ABŞ-nin yurisdiksiyası altında keçdi.
Senecio filaris
Senecio filaris (lat. Senecio filaris) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Turdus pilaris
Turdus pilaris (lat. Turdus pilaris) — qaratoyuq cinsinə aid heyvan növü.
Vilkis adaları
Vilkis adaları — Nordenşeld arxipelaqının tərkibinə daxil olan adalar qrupu. Adalar Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnirlər. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Adalarda həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir. Nordenşeld arxipelaqının cənub-qərbində qərarlaşır və onun ən cənub qrupunu təşkil edir. Şimal-şərqdən Paxtusov adaları, şimal-qərbdən isə Şivolki adaları ilə sərhədlənir. Arxipelaqın digər adalarından Radzeevski boğazı ilə ayrılır. Vilkis adaları cənub-qərbdən şimal-şərqə uzanır. Cənub-qərbdən şimal-şərqə qədər olan məsafə 35 kilometrdir.
Cey Bilas
Cey Bilas (ing. Jay Bilas), (24 dekabr 1963, San Pedro, Kaliforniya, ABŞ)- ABŞ basketbolçusu və aktyoru. Cey Bilas Vendi ilə ailə həyatı qurmuşdur. Onların Viktoriya adlı qızı və oğlu dünyaya gəlmişdi. == Filmoqrafiya == == Maraqlı faktlar == Cey Bilasın boyu 2.03 m-dir.
Olavo Bilak
Olavo Bilak (port. Olavo Bilac; 16 dekabr 1865[…], Rio-de-Janeyro, Braziliya imperiyası – 28 dekabr 1918[…], Rio-de-Janeyro) — Braziliyalı şair, jurnalist, tərcüməçi. Olavo Bilak 16 dekabr 1865-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində anadan olmuşdu. O, Braziliya ədəbiyyatının şahzadəsi sayılır.İmperiya dövründə və respublikanın ilk illərində yaradıcılıqla məşğul olmuş, yumoristik və satirik mətnlər qələmə almışdır. Əsərlərin çoxunu fərqli təxəllüslərlə yazmışdır. Olavo Bilak 28 dekabr 1918-ci ildə vəfat edib.
Nikol Okala Bilai
Nikol Okala Bilai(26 may 1949, Kamerun) — 26 may 1949-cu ildə Kamerunun mərkəzi bölgəsi olan Dang şəhərində anadan olan Kamerunlu siyasətçi. Model, aktrisa, restoran sahibi və iş qadını kimi çalışdıqdan sonra 2013-cü ildə Mərkəzi Bölgədə Kamerun Xalq Demokratik Hərəkatında (CPDM) fəal, bələdiyyə sədri və senator oldu. Ailəlidir və dörd uşaq anasıdır. Onun atası Çarlz Okala 1947-1955-ci illərdə Kamerun parlamentarisi olub. == Təhsil və karyerası == O, uşaq əyləncə mərkəzini idarə etməyə imkan verən Bafa de Ludothécaire dərəcəsinə malikdir. Nikol Okala Bilai, həmçinin 1996-cı ildə Qərb Dilləri İnstitutunun diplomuna və 2004-cü ildə Parisdə IFOCOP-un diplomunu almışdır. 1976-1994-cü illərdə Parisdə şirkət direktoru, sonra isə kommersiya məsləhətçisi kimi fəaliyyət göstərib. 1980-ci ildə Urbain Nukumanın "La brûlure" və Daniel Kamvanın "Notre fille ne se mariera pas" filmlərində rol alıb. O, həmçinin Kamerunda bir qrup əczaçı üçün tibbi nümayəndə kimi çalışmışdır. O, həm də iki böyük Fransa laboratoriyasının nümayəndəsidir.
Bilqamıs
Gilqameş, Bilqamıs (şumer. Bilqames) — Şumer mifologiyasında yarı-əfsanəvi hökmdar. Bilqameş olaraq da bilinir. Ölümsüzlüyü axtarmışdır. Tanrılara üsyan edərək sirli diyarlara səfərlər etmişdir. Öldüyü zaman bir çayın yatağı dəyişdirilərək dəfn edilir, daha sonra çay təkrarən əvvəlki yatağına qaytarılır. Çay yatağının dəyişdirilməsinə dair eyni söz-söhbət Attila xan üçün də deyilir. Gilqameşin bədəni tüklüdür. == Tarixiliyi == Təxminən e.ə. 2600-cü ildə Şumeri idarə edən dastanın qəhrəmanı Gilqameş həqiqi tarixi şəxsiyyət olmuşdur.
Balakişi Hüseynov
Balakişi Qasımov
Balakişi Qasımov (azərb. Balakişi (Balaş) Ələkbər oğlu Qasımov‎; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüseri, GameTV.az prodüser mərkəzinin rəhbəri. == Bioqrafiyası == Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir. == "Nə? ==
Balakişi Vəliyev
Balakişi Vəliyev (tam adı: Vəliyev Balakişi Əhməd oğlu; 7 noyabr 1927, Xoşkeşin, Naxçıvan MSSR – 12 iyul 2001, Bakı) — həkim, terapevt. Tibb elmlər doktoru, professor == Həyatı == Vəliyev Balakişi Əhməd oğlu 7 noyabr 1927-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. === Təhsili === 1953-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 17 il Qazaxıstanın Çimkənd vilayətinin tibb müəssisələrində, Qazaxıstan Elmlər Akademiyası Mahal Peşə Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda işləmişdir. 1971-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində assisent, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1993-cü ildən II daxili xəstəliklər kafedrasının professoru idi. 1974–80-ci illərdə Bakının baş terapevti olmuşdur. Qurğuşunla zəhərlənmə xəstəliklərinin patogenezinə və müalicəsinə dair tədqiqatların, o cümlədən 2 monoqrafiyanın,80-dək elmi işin, həmçinin metodik vəsiatlərin müəllifidir. === Vəfatı === 12 iyul 2001-ci ildə Bakı şəhərində vəfat edib. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Belkıs Akkale
Belkıs Akkale — Türk xalq musiqisi ifaçısı, söz yazıçısı və bəstəkar. 1954-cü ildə İstanbulda doğulan sənətçi, xüsusilə uşaq yaşda fərq edilən səsinin xalq musiqisinə uyğunluğu ilə diqqət çəkdi və türkü söyləməyə başladı. İbtidai sonrası 7 il qədər Sədi Yavər Ataman'dan Türk xalq musiqisi dərsi aldı. Eyni dövrdə bir müddət musiqiçi Adnan Ataman ilə birlikdə işlədi. İlk olaraq səhnəyə 1974-cü ildə hələ 20 yaşında çıxan Belkıs Akkale, Ankara Radyosu'ndan Mustafa Geceyatmaz'ın diqqətini çəkdi və bu təşkilata dəvət edildi. Təxminən 6 il qədər təşkilat line sənətçi olaraq burada vəzifə yerinə yetirdi. 1980-ci ildə isə TRTin etdiyi imtahanı keçərək yetişmiş sənətçi olaraq heyətə alındı. 1982-ci ildə çıxardığı "Dadey" adlı albomla adını eşitdirmiş olan Belkıs Akkale, TRT'den ayrılaraq müstəqil işə başladı. 1990-cı ildə Mədəniyyət Nazirliyində "Dövlət Solist Sənətçisi" olaraq vəzifəyə başlayan Belkıs Akkale, hələ də bu vəzifəsini davam etdirir.
Belkıs Şövkət
Belkıs Şövkət və ya Belkıs Şövkət Xanım — təyyarəyə minən ilk türk qadını və qadın fəalı. Belkıs Şövkət 1 dekabr 1913-cü ildə ilk türk qadını kimi təyyarəyə minərək tarixə düşüb. De Babası II Mahmudun vəzirlərindən Əli Namık Paşa olub. Ata Paşanın oğlu Şövkət bəyin, yaxud bəzi başqa mənbələrə görə Ata Paşanın qızı idi. Belkıs Şevket Hanım aynı zamanda bir çocuk terbiyecisi Belkıs Şövkət Xanım həm də uşaq tərbiyəçisi, musiqi müəllimi və yazıçı idi. O, ingilis dilini də yaxşı bilirdi. == Təyyarəyə minən ilk türk qadını == İkinci Məşrutiyyətin elan edilməsindən sonra İstanbulda bəzi türk qadınları 1913-cü ildə Osmanlı Hüquqlarını Müdafiə Nisvan Cəmiyyətini (Qadınların Hüquqlarını Müdafiə Dərnəyi) qurdular. Bu cəmiyyət “Qadın dünyası” adlı jurnal da çıxarırdı. Belkıs Şövkət xanım da bu dərnəyin fəal üzvü və "Qadın Dünyası" jurnalının yazarlarından biri idi. Dərnək vasitəsilə həm türk qadınlarını təbliğ etmək, həm də Osmanlı ordusuna təyyarə hədiyyə edə biləcək yardım toplamaq üçün səylər göstərirdi.
Balakişi bəy Ərəblinski
Ərəblinski Balakişi bəy Əli bəy oğlu (30 avqust 1828 və ya 1828, Zaqatala rayonu – 1 yanvar 1902, Dərbənd, Dağıstan vilayəti) — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant. == Həyatı == Balakişi bəy Ərəblinski 1828-ci ildə Zaqatala mahalının Tala kəndində anadan olmuşdur. Mahal naibi Əli bəyin ailəsində böyüyən Balakişi bəy Sankt-Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi almışdır. Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşarında Polkovnik-leytenant rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir. General-leytenant B. Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu idi. 1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq etmişdir. Yerli əhali arasındakı gözəl insani keyfiyyətləri ilə hədsiz hörmət qazanmış general-leytenant Balakişi Ərəblinskinin şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı kənd və stansya indi də onun adını daşıyır. O, 1902-ci ilin yanvarında vəfat etmiş və Dərbəndin qədim müsəlman qəbiristanlığında dəfn olunmuşdur. == Ailəsi == Hazırda general-leytenant Ərəblinskinin iki nəvəsi: Fatma xanım və Həyat Abdullayevlər, qohumlarından Bəhruz Xalid oğlu Ərəblinski və ailəsi Bakıda yaşayırlar.