Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Binar axtarış
İkilik (Binar) və ya yarıya bölməklə axtarış (ing. Binary search) — Sıralanmış massivdə müəyyən qiymətin axtarılması alqoritmidir. Xətti axtarışdan fərqli olaraq Binar axtarış sıralanmış massivlər üzərində daha tez axtarış aparmağa imkan verir. Xüsusilə böyük həcmli verilənlər bazasına sahib proqramlarda xətti axtarış texniki olaraq çox vaxt tələb etdiyindən yaramır. == İşləmə prinsipi == Alqorimtin işləməsi üçün ilk öncə massiv sıralanmış olmalıdır. Bu üsul ilə axtarış zamanı axtarılan məlumat massivin ortadakı elementi ilə müqayisə edilir. Əgər axtarılan ədəd ortadakı elementdən böyükdürsə o zaman, həmin ədəddən kiçik hissələr unudulur və axtarış böyük olan hissədə aparılır və ya əksinə. Hər belə müqayisədə axtarış yarıya endirilir. == Nümunə == a = axtarılan ədəd, M = massiv a = 4, M = 1 3 4 6 8 9 11 a ilə 6-ı müqayisə et. Kiçikdir.
Binar nomenklatura
Binominal nomenklatura (və ya binar nomenklatura, bioloji nomenklatura) — biologiya sistemində növlərin 2 sözdən ibarət adla — cinsin adı və növün adı ilə (zoologiya terminologiyaya görə), cinsin adı və növün epiteti ilə (botanika terminologiyasına görə) adlandırılması kimi qəbul olunub. Təbabətdə yayılan və bizi əhatə edən bitkilər olduqda müxtəlif forma və quruluşa malikdir. Bitki aləmində bir-birinə bütün əlamətlərilə tam oxşar olan iki müxtəlif fərd tapmaq qeyri-mümkündür. Məhz ona görə də bitki aləmini öyrənənlərin qarşısında bitki növlərini bir-birindən fərqləndirmək üçün təsnifatın yaranması bir zərurət kimi meydana çıxdı. Bu sahədə çalışan ilk alimlər ayrı-ayrı bitkilərin xüsusiyyətlərini və keyfiyyətlərini müəyyən edərək insan üçün hansılarının faydalı və hansılarının zərərli olduqlarını müəyyən etməyə çalışmışdır. Bitki aləmini öyrənmək və onlardan düzgün istifadə etmək üçün təsnifatın yaradılması həyatı tələbatdan irəli gəlirdi. Bitkilərin təsnifatı sahəsində ilk təşəbbüs Teofrast tərəfindən (b.e.ə 372–288-ci illərdə) olmuşdur. Teofrast bitkiləri aşağıdakı qruplara ayırmışdır : ağac, kol, ot, yabanı və mədəni, həmişəyaşıl və yarpağını tökən, çiçəkləyən, çiçəkləməyən və s. Onun "Bitkilərin tarix"i əsərində bitkilərin əsas orqanları kök, gövdə, budaq, yarpaq, çiçək, meyvə, toxum haqqında məlumat verilir. Bu orqanların bir və ikiləpəli bitkilərə məxsus olduğu göstərilir.
Binar opsion
Binar opsion (təyin edilmiş gəlir opsionu) – təyin edilmiş vaxtda təyin edilmiş şərtlərin həyata keçirilməsindən asılı olaraq ya gəlirin təyin edilmiş həcmini təmin edir, ya da heç bir gəlir gətirmir. Opsion əvvəlcədən təyin edilmiş qiymət üzrə alındığından ümumi nəticə ya müsbət, ya da mənfi olacaq. Qaydalara əsasən, müsbət nəticənin həcmi mənfi nəticədə olduğundan aşağıdır. Binar opsionlar müqavilə bağlanmadan öncə ödəniş həcmini və mümkün riskləri dəqiq olaraq öyrənmək imkanı verir ki, bu da çoxlu sayda ticarət əməliyyatını asanlıqla idarə etmək imkanı qazandırır. Hesablamanın asan olması üçün adətən, həyata keçirilmiş opsion üçün 100, həyata keçirilməmiş opsion üçün isə 0 təyin edilir. Əgər dəyəri 10 olan opsion alınıbsa, onun həyata keçirilməsi zamanı opsionun dəyəri 100-ə bərabər qəbul edilir və treyder məhz bu məbləği əldə edir. Yox əgər opsion həyata keçməyibsə onun dəyəri 0-dır və treyder heç nə əldə etmir. Bəzi ticarət platformalarında opsionun həyata keçməməsi halında onun alınmasına sərf edilmiş vəsaitin 15%-nin geri qaytarılması mümkündür. Əgər opsion qiymətin enmə/qalxma mərhələsində olarsa, lakin etalon qiymətə bərabər həddə bağlanarsa treyderə ilkin məbləğin hamısı və ya bir hissəsi qaytarıla bilər (bu müqavilənin şərtlərindən asılıdır). Bazarın cari vəziyyətindən asılı olaraq binar opsionun alış/satış qiyməti arasında böyük fərq ola bilər.
Binaravan (Miyanə)
Binaravan (fars. بناروان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 287 nəfər yaşayır (70 ailə).
Bicar
Bicar şəhəri (az.-əbcəd بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.
Bihar
Bihar (orijinal adı बिहार) — Hindistanda ştatdır. Mərkəzi Patna şəhəridir. Əhalisi 84 milyondur.
Binab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Biyar
Biyar (Farsca bigar - muzdsuz, müftə) — işləyib - ödəmə rentası. Orta əsrlərdə geniş yayılmış torpaq rentası formalarından biri. == Tarixi == Biyar Roma imperiyasının son dövründə kolonat sisteminin inkişafı ilə birlikdə meydana gəlmiş, orta əsrlərdə Qərbi Avropa ölkələrində geniş yayılmışdı. Şərq ölkələrində biyarın renta forması natural və pul rentaları ilə yanaşı mövcud idi. Lakin Şərq ölkələrində dövlət biyarı (müxtəlif dövlət mükəlləfiyyətləri) mühüm yer tuturdu. Azərbaycanda biyar istilahına VI-VII əsrlərdə təsadüf edilir. Eyni mənanı daşıyan "süxrə" və "kilan" XIII-XIV əsrlərdə daha geniş yayılmışdı. Kəndlilər ilin müəyyən günlərində öz iş heyvanları ilə torpaq sahibləri üçün, divan, xass, xanədan, vəqf və sair torpaqlarında müftə işləyirdilər. Azərbaycanda 14 may 1870-ci il Kəndli islahatından sonra işləyib-ödəmə rentası, əsasən, pulla əvəz edildi. Kəndlilər biyar əvəzinə hər desyatin torpaq sahəsi üçün müəyyən qədər məhsul, bəzi yerlərdə isə mülkədarın razılığı ilə məhsulun əvəzinə pul verirdilər.
Dinar
Dinar — bir çox ərəb ölkələrində pul vahidi. Qədim çəki ölçü vahidi. == Çəki vahidi == Dinar cəki vahidi kimi cox az istifadə edilmişdir. Ərəb xilafəti dovrundə zərb edilən qızıl pulun adı da dinar olmuşdur. Dinarın cəkisi 4,235 q idi. == Pul vahidi == === Öz valyutası kimi dinardan istifadə edən ölkələr === Əlcəzair: Əlcəzair dinarı Bəhreyn: Bəhreyn dinarı İran: İran rialı 100 dinardan ibarətdir İraq: İraq dinarı İordaniya: İordaniya dinarı Küveyt: Küveyt dinarı Liviya: Liviya dinarı Serbiya: Serb dinarı Sudan: Sudan dinarı Makedoniya Respublikası: Makedoniya dinarı Tunis: Tunis dinarı === Əvvəllər öz valyutası kimi dinardan istifadə etmiş ölkələr === Əbu-Dabi əmirliyi: Əbu-Dabi dinarı Bosniya və Herseqovina: Bosniya və Herseqovina dinarı Xorvatiya: Xorvat dinarı Bosniya və Herseqovina: Serb dinarı Serb Krainası respublikası: Krain dinarı Cənubi Ərəbistan federasiyası: Cənubi Ərəbistan dinarı Cənubi Yəmən: Cənubi Yəmən dinarı Yuqoslaviya: Yuqoslaviya dinarı == Yer adı == Dinar — Türkiyədə şəhər adı.
Sinar
Sinar (fr. Sinard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38492. Kommunanın 1999-cu il üçün əhalisi 579 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 485 ilə 1005 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 28 km cənubda yerləşir.
Çinar
Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azerbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində əkilib becərilir. Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir. == Yayılması və ekologiyası == Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir.
Bina
Bina — insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti.
Abbarik (Bicar)
Abbarik (fars. آب باريك‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (40 ailə). Əhalisini kürdlər təşkil edir.
Alagöz (Bicar)
Alagöz (fars. الاگز‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 15 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Alişah (Bicar)
Alişah (fars. عليشاه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (18 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Alpout (Bicar)
Alpout (fars. الپهوت‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 221 nəfər yaşayır (45 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Aminabad (Bicar)
Aminabad (fars. امين آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.
Ağcagünbəd (Bicar)
Ağca Qonbad (fars. آغچه گنبد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Kərani kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 12 km cənub-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ağcayınyarpaq çinar
== Təbii yayılması: == Avropa, Balkan yarımadası, Kiçik Asiyada, həmçinin Şimali Afrikada təbii halda bitir. == Botaniki təsviri: == Hündürlüyü 30-40 m-ə çatan düzgövdəli, geniş çətirli, aşağı budaqları sallanan ağacdır. Gövdəsinin qabığı açıq-yaşıl, iri lövhələr şəklində qopur. Yarpaqların uzunluğu 18-20 sm, eni 15-18 sm-ə qədər olub, beşdilimlidir. Dilimləri enli üçbucaqşəkilli, 1-3 qısa, iti dişli və ya tamkənarlıdır. Saplaqların uzunluğu 3-10 sm-ə çatır. Meyvələri diametri 3 sm-ə qədər olan, meyvə saplağında cüt-cüt yerləşmiş, qılçıqlı başcıqlardır. Toxumları tüklə örtülü, lakin təpə hissəsi konusşəkilli, çılpaqdır. Aprel - may aylarında çiçəkləyir, meyvəsi oktyabr-noyabr aylarında yetişir. == Ekologiyası: == Rütubətsevən, işığa həssas bitkidir.
Ağkənd (Bicar)
Ağkənd (fars. آغكند‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Siyahmənsur kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 31 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 190 nəfər yaşayır (45 ailə). Əhalisini kürdlər təşkil edir.
Ağyazı (Bicar)
Ağyazı (fars. آغ يازي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Siyahmənsur kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 15 km şimal-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (15 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Babanəzər (Bicar)
Babanəzər (fars. بابانظر‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Babaxan (Bicar)
Babaxan (fars. باباخان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (16 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Bayanlı (Bicar)
Bayanlı (fars. بيانلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (148 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Bağırabad (Bicar)
Bağırabad (fars. باقر آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Başuki (Bicar)
Başuki (fars. باشوكي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (21 ailə). Əhalisini kürdlər təşkil edir.