BİDAR

sif. [ fars. ] klas.
1. köhn. şair. Oyaq, ayılmış (yuxudan), yuxusuz.
Eyləyibsən məni eşqə giriftar; Gündüzüm biqərar, gecələr bidar. M.P.Vaqif.

□ Bidar etmək (qılmaq) – ayıltmaq, oyatmaq.
Əcəl xabından, əfqanlar çəkib, Məcnunu bidar et! Füzuli.
Səba, gəl seyri-gülzar et! Gülü reyhanı bidar et! M.V.Vidadi.
Bidar edin amandır o zülfisiyahımı; Zülm ilə etməsin günümü tar, yatmasın. S.Ə.Şirvani.
Amma and verirəm səni o körpə uşaqların canına, yorğanı çək başına yat, dəxi məni şirin yuxudan bidar etmə!… C.Məmmədquluzadə.

Bidar olmaq – oyaq olmaq, oyaq qalmaq, yatmamaq.
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor. Füzuli.

// Ayılmaq, oyanmaq.
Seyyidi zar görüb vəslini bidar olmuş. S.Ə.Şirvani.
Hər kəs oxuyub elmlə bidar olacaqdır. M.Ə.Sabir.
Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq.

Синонимы

  • BİDAR oyaq
  • BİDAR bidar bax oyaq 1

Антонимы

  • BİDAR BİDAR – YUXULU Eyləyibsən məni eşqə giriftar;Gündüzüm biqərar, gəncələr bidar (M.P.Vaqif); Yuxulu gözləri ilə baxdı (Ə
BİDANƏ
BİDAYƏT
OBASTAN VİKİ
Bidar Qadınəfəndi
Bidar Qadınəfəndi (5 may 1858, Qafqaz – 1 yanvar 1918, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü xanımı. == Həyatı == Bidar xanım 5 may 1858-ci ildə Osmanlı tabeliyindəki Abxaziyada dünyaya gəlmişdir. Kabardalılar ailəsinə mənsub olub, atası İbrahim bəy Talustan, anası isə əslən gürcü olan Şahika İffət xanımdır. Yaşıl gözlü, uzun qəhhvəyi saçları olan Bidar xanımın özündən yaşca kiçik 2 qardaşı (Hüseyn Paşa və Mehmed Ziya Paşa) da sarayda Sultan Əbdülhəmidə xidmət edirdi. Kiçik yaşlarında Osmanlı sarayına təslim edilmişdir. 17 yaşında ikən 2 sentyabr 1875-ci ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə evləndi. Taxtdan endirilməsinin ardından əriylə birlikdə 1909-cu ildə sürgünə getdi. Salonikidə Alatini köşkündə yaşayan Bidar xanımın gözəlliyi Avropa saraylarında danışılırdı. Daha sonra isə yenə Sultan Əbdülhəmidlə birlikdə Bəylərbəyi sarayına gətirildi.

Значение слова в других словарях