Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Binar axtarış
İkilik (Binar) və ya yarıya bölməklə axtarış (ing. Binary search) — Sıralanmış massivdə müəyyən qiymətin axtarılması alqoritmidir. Xətti axtarışdan fərqli olaraq Binar axtarış sıralanmış massivlər üzərində daha tez axtarış aparmağa imkan verir. Xüsusilə böyük həcmli verilənlər bazasına sahib proqramlarda xətti axtarış texniki olaraq çox vaxt tələb etdiyindən yaramır. == İşləmə prinsipi == Alqorimtin işləməsi üçün ilk öncə massiv sıralanmış olmalıdır. Bu üsul ilə axtarış zamanı axtarılan məlumat massivin ortadakı elementi ilə müqayisə edilir. Əgər axtarılan ədəd ortadakı elementdən böyükdürsə o zaman, həmin ədəddən kiçik hissələr unudulur və axtarış böyük olan hissədə aparılır və ya əksinə. Hər belə müqayisədə axtarış yarıya endirilir. == Nümunə == a = axtarılan ədəd, M = massiv a = 4, M = 1 3 4 6 8 9 11 a ilə 6-ı müqayisə et. Kiçikdir.
Binar nomenklatura
Binominal nomenklatura (və ya binar nomenklatura, bioloji nomenklatura) — biologiya sistemində növlərin 2 sözdən ibarət adla — cinsin adı və növün adı ilə (zoologiya terminologiyaya görə), cinsin adı və növün epiteti ilə (botanika terminologiyasına görə) adlandırılması kimi qəbul olunub. Təbabətdə yayılan və bizi əhatə edən bitkilər olduqda müxtəlif forma və quruluşa malikdir. Bitki aləmində bir-birinə bütün əlamətlərilə tam oxşar olan iki müxtəlif fərd tapmaq qeyri-mümkündür. Məhz ona görə də bitki aləmini öyrənənlərin qarşısında bitki növlərini bir-birindən fərqləndirmək üçün təsnifatın yaranması bir zərurət kimi meydana çıxdı. Bu sahədə çalışan ilk alimlər ayrı-ayrı bitkilərin xüsusiyyətlərini və keyfiyyətlərini müəyyən edərək insan üçün hansılarının faydalı və hansılarının zərərli olduqlarını müəyyən etməyə çalışmışdır. Bitki aləmini öyrənmək və onlardan düzgün istifadə etmək üçün təsnifatın yaradılması həyatı tələbatdan irəli gəlirdi. Bitkilərin təsnifatı sahəsində ilk təşəbbüs Teofrast tərəfindən (b.e.ə 372–288-ci illərdə) olmuşdur. Teofrast bitkiləri aşağıdakı qruplara ayırmışdır : ağac, kol, ot, yabanı və mədəni, həmişəyaşıl və yarpağını tökən, çiçəkləyən, çiçəkləməyən və s. Onun "Bitkilərin tarix"i əsərində bitkilərin əsas orqanları kök, gövdə, budaq, yarpaq, çiçək, meyvə, toxum haqqında məlumat verilir. Bu orqanların bir və ikiləpəli bitkilərə məxsus olduğu göstərilir.
Binar opsion
Binar opsion (təyin edilmiş gəlir opsionu) – təyin edilmiş vaxtda təyin edilmiş şərtlərin həyata keçirilməsindən asılı olaraq ya gəlirin təyin edilmiş həcmini təmin edir, ya da heç bir gəlir gətirmir. Opsion əvvəlcədən təyin edilmiş qiymət üzrə alındığından ümumi nəticə ya müsbət, ya da mənfi olacaq. Qaydalara əsasən, müsbət nəticənin həcmi mənfi nəticədə olduğundan aşağıdır. Binar opsionlar müqavilə bağlanmadan öncə ödəniş həcmini və mümkün riskləri dəqiq olaraq öyrənmək imkanı verir ki, bu da çoxlu sayda ticarət əməliyyatını asanlıqla idarə etmək imkanı qazandırır. Hesablamanın asan olması üçün adətən, həyata keçirilmiş opsion üçün 100, həyata keçirilməmiş opsion üçün isə 0 təyin edilir. Əgər dəyəri 10 olan opsion alınıbsa, onun həyata keçirilməsi zamanı opsionun dəyəri 100-ə bərabər qəbul edilir və treyder məhz bu məbləği əldə edir. Yox əgər opsion həyata keçməyibsə onun dəyəri 0-dır və treyder heç nə əldə etmir. Bəzi ticarət platformalarında opsionun həyata keçməməsi halında onun alınmasına sərf edilmiş vəsaitin 15%-nin geri qaytarılması mümkündür. Əgər opsion qiymətin enmə/qalxma mərhələsində olarsa, lakin etalon qiymətə bərabər həddə bağlanarsa treyderə ilkin məbləğin hamısı və ya bir hissəsi qaytarıla bilər (bu müqavilənin şərtlərindən asılıdır). Bazarın cari vəziyyətindən asılı olaraq binar opsionun alış/satış qiyməti arasında böyük fərq ola bilər.
Applikasiya binar interfeysi
Applikasiya binar interfeysi (ing. application binary interface, ABI) — kompüter proqram təminatında iki binar proqram modulu arasındakı interfeys. Çox vaxt bu modullardan biri kitabxana və ya əməliyyat sistemi obyekti, digəri isə istifadəçi tərəfindən idarə olunan proqramdır. ABI aşağı səviyyəli, aparatdan asılı format olan maşın kodunda məlumat strukturlarına və ya hesablama prosedurlarına necə daxil olunduğunu müəyyən edir. Bunun əksinə olaraq, tətbiq proqramlaşdırma interfeysi (API) bu girişi mənbə kodunda müəyyən edir. Bu, nisbətən yüksək səviyyəli, aparatdan müstəqil, çox vaxt insan tərəfindən oxuna bilən formatdır. ABI-nin ümumi cəhəti məlumatların hesablama prosedurlarına giriş kimi təqdim edilməsini və ya çıxış kimi oxunmasını müəyyən edən çağırış konvensiyasıdır. Buna misal olaraq x86 çağırış konvensiyalarını göstərmək olar. ABI-yə riayət etmək (rəsmi olaraq standartlaşdırıla və ya standartlaşdırılmaya bilər) adətən kompilyator, əməliyyat sistemi və ya kitabxana müəllifinin işidir. Bununla belə, tətbiqi proqramçı proqramlaşdırma dillərinin qarışığında proqram yazan zaman hətta eyni dildə yazılmış proqramı müxtəlif kompilyatorlarla tərtib edərkən birbaşa ABI ilə işləməli ola bilər.
Qeyri-binar gender
Qeyri-binar və ya Gender-kvir — yalnız kişi və ya qadın olmayan gender kimliyinə malik (gender binarlığından kənar) şəxsləri bildirmək üçün istifadə edilən ümumi termindir. Adətən doğulduğu cinsin əksi olan genderlə özlərini identikləşdirdiklərinə görə, qeyri-binar genderli insanlar, çox vaxt transgender insanlarla eyniləşdirilir, lakin, bəzən qeyri-binar genderli insanlar özlərini transgender hesab etmirlər. Qeyri-binar genderli insanlar özlərini keçid cinsli və ya üçüncü cinsin nümayəndələri kimi, birdən çox cinsin nümayəndələsi identikləşdirə bilirlər, cinsə malik olmaya və ya gender flüidliyinə malik ola bilirlər. Gender identikliyi cinsi oriyentasiya və romantik oriyentasiyadan fərqlidir: qeyri-binar genderli insanlar müxtəlif oriyentasiyaya malik ola bilirlər.
Binaravan (Miyanə)
Binaravan (fars. بناروان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 287 nəfər yaşayır (70 ailə).
Bicar
Bicar şəhəri (az-əbcəd. بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.
Bihar
Bihar (orijinal adı बिहार) — Hindistanda ştatdır. Mərkəzi Patna şəhəridir. Əhalisi 84 milyondur.
Binab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Biyar
Biyar (Farsca bigar - muzdsuz, müftə) — işləyib - ödəmə rentası. Orta əsrlərdə geniş yayılmış torpaq rentası formalarından biri. == Tarixi == Biyar Roma imperiyasının son dövründə kolonat sisteminin inkişafı ilə birlikdə meydana gəlmiş, orta əsrlərdə Qərbi Avropa ölkələrində geniş yayılmışdı. Şərq ölkələrində biyarın renta forması natural və pul rentaları ilə yanaşı mövcud idi. Lakin Şərq ölkələrində dövlət biyarı (müxtəlif dövlət mükəlləfiyyətləri) mühüm yer tuturdu. Azərbaycanda biyar istilahına VI-VII əsrlərdə təsadüf edilir. Eyni mənanı daşıyan "süxrə" və "kilan" XIII-XIV əsrlərdə daha geniş yayılmışdı. Kəndlilər ilin müəyyən günlərində öz iş heyvanları ilə torpaq sahibləri üçün, divan, xass, xanədan, vəqf və sair torpaqlarında müftə işləyirdilər. Azərbaycanda 14 may 1870-ci il Kəndli islahatından sonra işləyib-ödəmə rentası, əsasən, pulla əvəz edildi. Kəndlilər biyar əvəzinə hər desyatin torpaq sahəsi üçün müəyyən qədər məhsul, bəzi yerlərdə isə mülkədarın razılığı ilə məhsulun əvəzinə pul verirdilər.
Dinar
Dinar — bir çox ərəb ölkələrində pul vahidi. Qədim çəki ölçü vahidi. Dinar cəki vahidi kimi cox az istifadə edilmişdir. Ərəb xilafəti dovrundə zərb edilən qızıl pulun adı da dinar olmuşdur. Dinarın cəkisi 4,235 q idi. Əlcəzair: Əlcəzair dinarı Bəhreyn: Bəhreyn dinarı İran: İran rialı 100 dinardan ibarətdir İraq: İraq dinarı İordaniya: İordaniya dinarı Küveyt: Küveyt dinarı Liviya: Liviya dinarı Serbiya: Serb dinarı Sudan: Sudan dinarı Makedoniya Respublikası: Makedoniya dinarı Tunis: Tunis dinarı Əbu-Dabi əmirliyi: Əbu-Dabi dinarı Bosniya və Herseqovina: Bosniya və Herseqovina dinarı Xorvatiya: Xorvat dinarı Bosniya və Herseqovina: Serb dinarı Serb Krainası respublikası: Krain dinarı Cənubi Ərəbistan federasiyası: Cənubi Ərəbistan dinarı Cənubi Yəmən: Cənubi Yəmən dinarı Yuqoslaviya: Yuqoslaviya dinarı Dinar — Türkiyədə şəhər adı.
Sinar
Sinar (fr. Sinard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38492. Kommunanın 1999-cu il üçün əhalisi 579 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 485 ilə 1005 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 28 km cənubda yerləşir.
Çinar
Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağınin Pokatan təcrübə sahəsində əkilib becərilir. Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir. Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir.
Bina
Bina — insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti.
Cəbrayıl (Bicar)
Cəbrayıl (fars. جبرئيل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 567 nəfər yaşayır (126 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Cəfərabad (Bicar)
Cəfərabad (fars. جعفر آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 698 nəfər yaşayır (165 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Dadaşkəndi (Bicar)
Dadaşkəndi (fars. داداش كندي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 253 nəfər yaşayır (60 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Dinar, çariça
Dinar — Şəki-Herreti çariçası. Atası Tao-Klarceti(ru) hakimi, eristavlar-eristavı III Adarnerse(en), babası Tao-Klarceti knyazı I Qurgen(fr) idi. Şəki hökmdarı Atrnersehin arvadı, Şəki hökmdarı İşxan Əbu Əbdülmalikin anasıdır. “Kartli salnaməsi”ə görə “Kartli salnaməsi”ə görə Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) Gürcü çarı III Baqrat Heretini tutmuş və çariça Dinarı əsir götürmüşdür. Əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi. XI əsr gürcü tarixçisi Sumbat Davitisdze(en) yazır ki, III Baqratın ölümündən sonra (1014, yaxud 1015), oğlu Burada adları çəkilməsə də çariça Dinarın və Kaxeti xorepiskopu III Kvirikenin (sonralar Böyük Kvirike adlandı) 4-5 ildən sonra müvafiq olaraq Şəkidə və Kaxetidə yenidən hakimiyyətə qayıtmalarına işarə olunur. “Kartli salnaməsi”ə görə III Baqrat çariça Dinarı əsir götürdükdən 1 il sonra Kaxeti xorepiskopu III Kvirikeni də əsir götürmüş və özü ilə sarayına aparmışdı. Lakin bundan sonra tarixi mənbələrdə yalnız III Kvirikenin həyat və fəaliyyəti barədə məlumatlar var, çariça Dinar haqqında isə heç bir məlumat yoxdur. “Kartli salnaməsi”ndə oğlu İşxaniki pravoslav etməsi barədə yazılanlar, onun bütün Şəki-Heretini pravoslav etməsi kimi başa düşülür və Gürcü pravoslav kilsəsi onun adını müqəddəslər siyahısına daxil etmişdir; dindar gürcülər üçün iyunun 30-u müqəddəs çariça Dinarın anım günüdür. Dinara XV – XVI əsrin əvvəllərinə aid Moskva povestlərindən birinin – “İberiya çariçası Dinara haqqında povest”in (rus.
Dinar (Afyonkarahisar)
Dinar — Afyonqarahisar ilinin bir ilçəsidir.
Dinar (Afyonqarahisar)
Dinar — Afyonqarahisar ilinin bir ilçəsidir.
Dinar (Türkiyə)
Dinar — Afyonqarahisar ilinin bir ilçəsidir.
Fəthabad (Bicar)
Fəthabad və ya Qara Saqqal (az-əbcəd. قاراساققال‎, fars. فتح آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (23 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Gölbulaq (Bicar)
Gölbulaq (fars. گل بلاغ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 177 nəfər yaşayır (39 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Göybaza (Bicar)
Göy Baza (fars. گاوبازه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 390 nəfər yaşayır (71 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Göycəkənd (Bicar)
Göycəkənd (fars. گوجه كند‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (36 ailə). Əhalisini kürdlər təşkil edir.
Həsənabad (Bicar)
Həsənabad (fars. حسن آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (9 ailə). Əhalisini kürdlər təşkil edir.