Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biolinlər
Biolinlər — orqanizmlərin ətraf mühiti dəyişdirən məhsulları: qaz, maye və bərk maddələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Hiolitlər
Hiolitlər (Hyolitha) - ikitərəfli — simmetrik, iki hissədən ibarət karbonat qabıqları olan fossil orqanizmlər. Qabıq konusvari əsas hissədən (qarın tərəfi yastılaşmış və bel qabarmış) və konusun ağız hissəni örtən qapaqdan ibarətdir. Hiolitlər halqəvi qurdlara, molluskalara (qanadayaqlı qastropaodlar, başıayaqlılar) aid edilir. Bəzən sərbəst heyvan tipi kimi ayrılır. Kembriy — perm. == Həmçinin bax == Molluskalar Başıayaqlılar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Ofiolitlər
== Ofiolitlər == Müxtəlif tərkibli maqmatik süxurların (diabaz və spilitlər, peridotit və serpentinitlər və b.) assosiasiyasıdır. Evgeosinklinalları, yaxud okean mənşəli strukturları səciyyələndirən əsas göstəricilərdən sayılır. Qırışıqlıq zonalarının, yaxud sistemlərinin ilkin mərhələlərində yaranır. Rus ədəbiyyatında bu termini işlətmək məsləhət görülməsə də (çünki assosiasiya müxtəlif mənşəli maqmatik formasiyalar daxildir), geniş (xüsusilə xarici ədəbiyyatda) istifadə olunur. Ofiolitlər kəsilişində, süxurların aşağıdakı əmələgəlmə və ya yaranma ardıcılığı müşahidə olunur (aşağıdan yuxarı): 1) serpentinləşmiş dunit və peridotitlər, yaxud hiperbazit və qabbro-amfibolit parçalarından ibarət olan tektonik melanj; 2) qabbro, qabbro-amfibolitlər, qabbro-miqmatitlər (bəzən diorit və plaqioqranit ilə); 3) çoxsaylı diabaz daykaları ilə yarılmış amfibolitlər; 4) diabaz və spilitlər, pillou lavalar və onlarla növbələşən kvarsit layları və b. İlk dəfə ofiolit süxur assosiasiya təsvir edən Lotti (1886) və b. hesab edirdi ki, onlar ultraəsasi və əsasi maqmanın qırışıqlıq zonalarının (geosinklinallar) orogendən əvvəlki etapında yer qabığının yuxarı təbəqələrinə soxulması nəticəsində yaranmışdır. De Rover (De Rover, 1956) hesab edir ki, mantiya mənşəli maqma, böyuk dərinliklərdə kristallaşaraq yer qabığının yuxarı təbəqələrinə süxur şəklində sıxışdırılmışdır, yəni protruziya olunmuşdur. Sonralar Hess (Hess, 1964), Peyve (1969) və b. ofiolit assosiasiya okean qabığı kimi qəbul etmiş və qitələrin qırışıqlıq zonalarının ofiolit assosiasiyanı qədim okean qalıqları hesab edərək onların müasir okean ofiolit assosiasiya ilə uyğun olduğunu göstərmişlər.
Seolitlər
Seolitlər mikorməsaməli alümosilikat minerallar olub kommersial adsorbentlər və katalizlər kimi istifadə olunur. Seolit termini 1756-cı ildə İsveç mineroloqu Aleks Fredik Kronstedt tərəfindən ixtira olunub. Seolit yunan dilindən ζέω (zéō), mənası yandırmaq və λίθος (líthos), mənası daş deməkdir. == Kimyəvi tərkibi == Seolitlər sulu alümosiliktlar olub, tərkibində Ca və Na, bəzən isə Ba və K, nadir hallarda isə Sr, Mg və Mn iştirak edir. Kationların miqdarına görə seolitlər bir-birindən fərqlənir. Seolitlərin ümumi kimyəvi formulu (Na2K2, Ca, Ba) [(Al, Si)O2]n•H2O. Seolitlərin kristallik şəbəkələri alüminium-silisium-oksigen tetraedrlərinin karkaslarından ibarət olub, başqa karkas quruluşlarından boşluğu molekulyar su (seolit suyu) ilə dolmuş daha geniş kanalların olması ilə fərqlənir. Ona görə də ehtiyatla qızdırdıqda kristalın strukturu pozulmadan su çıxa bilir, sonra isə yenə də su öz yerini tutur. Bu halda kristalın eynicinsliliyi saxlanılmasa da, onun optiki xüsusiyyəti dəyişir. Seolit qrupunun mineralları müxtəlif dərəcədə öyrənilmişdir. A. Q. Betextin şərti olaraq seolitləri 3 qrupa bölmüşdür: şabazit (şabazit, levinit, lomantit və b.); natrolit-tomsonit (natrolit, skolesit, tomsonit və b.); heylandit və fillipsit (heylandit, fillipsit, desmin və b.).
Xionitlər
Xionitlər – qədim köçəri xalq. == Tarixi == Xionitlər əsasən Baktriya və Mavəraünnəhrdə yaşayırdılar. Eramızın əvvəllərindən isə Mərkəzi Asiya və Aralboyu əraziyə hun qəbilələri daxil olmuş və onlar yerli saklarla qarışmışlar. IV əsrdə bu ərazidə hunlara yaxın xionit qəbilələri yaşamışlar. 356-cı ildə xionitlər İranın müttəfiqi oldular., Onların təzyiqi nəticəsində romalıların Mesopotomiyadakı sonuncu forpostu Amid süqut etdi.. 556-cı ildə Aşina türkləri tərəfindən darmadağın edildilər. Xionitlər qalıqları uqrlarla birləşdilər. Onlar Avar xalqını yaratdılar. Bəzi mənbələrdə xionitləri ağ hun adlandırırlar.
Oolitlər
Oolitlər — mərkəzi nüvənin ətrafında konsentrik-təbəqəli, bəzən radial-şüalı quruluşlu kürəvi və ya ellipsodial kalsium karbonat, Fe və Mn oksidləri, leptoxlorid əmələgəlmələri. Nüvə qum hissəcikləri, molluska qabıqlarının qırıntılarından ibarət ola bilər. Oolitlər çöküntüəmələgəlmə prosesində (suda asılı halda), diagenezdə, habelə çöküntülərin dəyişilmə prosesinin digər mərhələlərində də əmələ gəlirlər. Oolit quruluşu oolit və sementləyici maddədən ibarət olan süxur quruluşu. Karbonat (dolomit və əhəngdaşı) süxurlarda geniş yayılmışdır, bəzən silisiumlu süxurlarda, bəzi çökmə filizlərdə (dəmir və boksit) müşahidə olunur. Silisiumlu süxularda olan oolitlər gizli kristallik və ya aydın kristallik xalsedonla sementləşir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Təbii birliklər
Təbii birliklər Meşə, çəmən, bataqlıqda olan canlılar qrup halında birgə yaşamağa uyğunlaşmışlar. Müəyyən ərazidə birgə yaşamağa uyğunlaşan müxtəlif canlılar qrupu təbii birliklər əmələ gətirir. Təbii birliklərdə canlı orqanizmlər birbiri ilə və cansız təbiət amillərilə (torpaq, su və s.) əlaqədədirlər. === Ekoloji sistem === Təbii birliklər və onları əhatə edən mühit vahid sistem – ekoloji sistem adlanır. İstənilən ekoloji sistemdə əsas yeri üzvi maddə “istehsalçıları” olan yaşıl bitkilər tutur. Ekoloji sistemlərdə bir orqanizm digəri ilə qidalandığı üçün bunlar arasında müəyyən əlaqə – qida zənciri yaranır. ==== Sadə qida zəncirləri ==== Sadə qida zəncirləri, adətən, bir-biri ilə birləşərək mürəkkəb şəbəkə əmələ gətirir. Təbii birlikləri təşkil edən canlılar arasında birgə yaşamağı təmin edən müxtəlif münasibətlər formalaşır: Rəqabət münasibətləri. Oxşar həyat tərzi keçirən eyni və ya müxtəlif növə mənsub olan fərdlər arasında gedən mübarizə rəqabət adlanır. Rəqabətə dözə bilməyənlər isə məhv olurlar.
Biliklər bazası
Bilik bazası (BB), (en. Knowledge base, KB) — problemin həllini əks etdirən faktlar və qayda toplusu. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar. Bilik bazasının əsasını bilik təşkil edir. Bilik - predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Biliklər bazası – adətən, ekspert sistemlərində istifadə olunan verilənlər bazasının bir növü; müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Ekspert sisteminin başqa vacib hissəsi – nəticə mühərriki (INFERENCE ENGINE) mühakimələrdən və ya, adətən, mütəxəsislər tərəfindən yerinə yetirilən məsələnin həllinə yanaşmalardan ibarətdir == Biliklər bazasının xüsusiyyəti == Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir: daxili interpretasiya. strukturlaşma. bağlılıq. aktivlik.Bilikləri üç böyük qrupa bölmək mümkündür.
Biosidlər və biostatiklər
Biosidlər və Biostatiklər - yanacaqların iki üsulla biozədələnmədən qorunması üçün nəzərdə tutulmuşdur. Birinci üsula görə, mikrob hüceyrələrinin fermentləri karbohidrogenlərin hava oksigeni (aerob mexanizmi) və ya sulfatların sulfatreduksiyaedici bakteriyalarla reduksiyası zamanı ayrılan oksigenlə (anaerob mexanizmi) oksidləşməsinə katalitik təsir göstərir. Prosesə bakteriyaların bəzi həyat fəaliyyəti məhsullarının dispersləşdirici təsiri kömək edir. İkinci üsula görə, mikroorqanizmlərin həyat fəaliyyəti məhsulları yanacağı korlayır, onun nasosla vurulma qabiliyyətini pisləşdirir və korroziya aqressivliyini artırır. Biosidlər yanacaqda meydana çıxan mikroorqanizmləri məhv edir, biostatiklər onların inkişafını ləngidir. Biosid və biostatiklər yanacaqlarda nadir halda istifadə olunur. Belə ki, mikroorqanizmlərin intensiv inkişafı üçün isti və nəm iqlim tələb olunur. == Təsir prinsipi == Biosidlər və Biostatiklər üç müxtrəlif mexanizm üzrə təsir göstərir. Etilendiamintetrasirkə turşusu və ya qlutaraldehid növ aşqarlar hüceyrənin xarici struktur funksiyalarını inhibirləşdirir, digərləri (spirtlər, sellozolvlar, səthi-aktiv maddələr) bakteriya hüceyrələrinin divarlarını dağıdır. Üçüncülər (aldehidlər, alkilləşdirici agentlər) sitoplazmatik strukturu – amin turşuları, zülallar və s.
Azərbaycanda seçki blokları və siyasi birliklər
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSSRİ dönəmində seçki blokları yaranmışdır. 1991-ci il Azərbaycan SSR Ali Sovetinin XII çağırışı üçün Azərbaycan Xalq Cəbhəsi və müstəqillik tərəfdarları Demokratiya Bloku şəklində seçkilərə qoşulmaq istəsə də mümkün olmamışdır. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 1998 Azərbaycan prezident seçkiləri === Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat və ya SİDSUH 1998-ci ilin prezident seçkisi ərəfəsində, 26 oktyabr 1998-ci il tarixində Müsavat, Azərbaycan Xalq Cəbhəsi Partiyasının patronajlığı, başqa müxtəlif siyasi və ictimai təşkilatların iştirakı ilə yaradılıb, lakin Cəbhə və Müsavat "vahid namizəd" məsələsində ümumi fikrə gələ bilmədilər, nəticədə qarşılıqlı ittihamlar ifrat həddə qədər inkişaf etdi. Nəhayət, biri digərinə güzəştə getməyən hər iki siyasi partiya bir-birini hakimiyyətə işləməkdə suçlayaraq, "boykot" taktikasını seçdi. Bununla da, "SİDSUH" adlı qurumun fəaliyyətinə son qoyulmuş olur. === 2003 Azərbaycan prezident seçkiləri === ==== Bizim Azərbaycan ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk öncə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
YTÜ İktisadi ve İdari Bilimler Fakültesi
İqtisadi və İnzibati Elmlər fakültəsi — Yıldız Texniki Universitetinə bağlı fakültə. 1992-ci ildən 2015-ci ilədək Yıldız Texnik Universitetinin Ulduz şəhərciyində, daha sonra isə Davutpaşa şəhərciyində fəaliyyət göstərən fakültənin hədəfi sosial elmlər sahəsində, elmi tədqiqat keyfiyyətinin yüksəldilməsinə rəhbərlik edən, milli və beynəlxalq təhsil standartlarına uyğun olaraq özəl və dövlət sektorunun ehtiyac duyacağı, cəmiyyəti və iqtisadi prosesləri müşahidə edə bilən, vacib araşdırma və nəşrlərdə aparıcı rol oynayacaq təşəbbüskar, yenilikçi və məsuliyyətli şəxsiyyətlər yetişdirməkdir.Dünya universitetləri reytinq təşkilatı Times Higher Education tərəfindən dərc edilən Sosial Elmlər, İqtisadi və İnzibati Elmlər və Hüquq sahələri üzrə 2022-ci il dünya universitetləri reytinqi siyahısında Yıldız Texniki Universiteti, ODTÜ, Sabancı və Bilkent universitetləri ilə birgə olaraq 401-500-cü sırada yerini almışdır. Bununla yanaşı, 2020-ci il Türkiyə universitetləri məzunlarının iş tapma indeksinə görə, Yıldız Texniki Universitetinin iqtisadiyyat və biznesin idarə edilməsi məzunları iş sahiblərinin 1-ci, siyasi elmlər və beynəlxalq münasibətlər məzunları isə Boğaziçi Universitetindən sonra iş sahiblərinin 2-ci seçimi olmuşdur. Universitetin İqtisadi və İnzibati Elmlər fakültəsi İstanbulun Əsənlər rayonunda yer alan Davutpaşa şəhərciyində yerləşir. Məsafədən asılı olmayaraq metro ilə yanaşı avtobus və rinqlər vasitəsilə də İstanbulun bir çox nöqtələrindən rahat nəqliyyat təmin edilir. == Tarixçə == 1992-ci ildə Yıldız Texniki Universiteti nəzdində yaradılan İqtisadi və İnzibati Elmlər fakültəsi, fəaliyyətinə 1993-1994 tədris ilində İqtisadiyyat ixtisası ilə başlamış, 1996-1997 tədris ilində Biznesin İdarə Edilməsi, 1999-2000 tədris ilində isə Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası ilə davam etmişdir. 2014-2015 tədris ilində İqtisadiyyat, 2018-2019 tədris ilində isə Biznesin idarə Edilməsi ixtisası ingiliscə proqramlarına tələbə qəbuluna başlamışdır. Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası isə 30% İngilis dili proqramı ilə tədrisi davam etdirilir. Hər üç ixtisas da bakalavr təhsili ilə yanaşı magistratura proqramları üzrə də təhsil verir.Ulduz şəhərciyi Çuxursaray binasında fəaliyyətə başlayan İqtisadi və İnzibati Elmlər fakültəsi, daha sonra fəaliyyətini Ulduz Sarayı Yavərlər korpusunda davam etdirmişdir. 2015-2016 tədris ilindən etibarən fakültə Davutpaşa şəhərciyində yerləşən yeni inşa edilmiş müasir binasında tədrisə başlamışdır.