Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birəcik
Birəcik (lat. Phyllotreta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan cinsi.
Dalğalı birəcik
Dalğalı birəcik (lat. Phyllotreta undulata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Bu birəciyin rəngi qara və bozumtuldur. Hər qanadın üstündə sarı, uzun xətt keçir. Uzunluğu 2-2,8 mm-dir. == Həyat tərzi == Cinsi yetişkənliyə çatmayan yaşlı böcəklər tarlalarda, bağlarda, meşə kənarında yerə tökülmüş yarpaqların, müxtəlif bitki qalıqlarının altında, torpağın üst qatlarında və başqa yerlərdə qışlayırlar. Böcəklər martın ikinci yarısında qışlamadan çıxırlar, əvvəl onlar müxtəlif xaççiçəkli bitkilərin alaq otları ilə qidalanırlar. Şitillərin sahələrə köçürüldüyü və xaççiçəkli bitkilərin cücərtiləri əmələ gəldiyi vaxtlarda birəciklər mədəni bitkilər üzərinə keçirlər. Əsasən yarpaqları, bəzən isə yarpaqların saplaqlarını, çiçək və toxumların qınlarını zədələyirlər. Birəciklər yarpaqların üzərində çoxlu deşiklər açırlar.
Göyrəngli birəcik
Phyllotreta nigripes (lat. Phyllotreta nigripes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Yaşlı fərdlərin qanadları göy və yaşıldır. Uzunluğu 2,2-2,8 mm-dir. == Həyat tərzi == Azərbaycanın şimal rayonlarının təsərrüfatlarına daha çox zərər verirlər. Onlar yabanı kələmkimilərin üzərində yaşayırlar. Böcəklər aprelin axırı və mayın əvvəllərində mədəni bitkilər üzərində görünürlər. Əsasən turpun yarpaqları ilə qidalanırlar. Dişi fərdlər yumurtalarını kələmkimi, kökümeyvəli bitkilərə, alaq otlarının və torpağın üzərinə qoyurlar. Sürfələrin kələmkimilərin kiçik rişələri ilə qidalanır, lakin ciddi zərər vermirlər.
Ayağı açıqrəngli birəcik
Ayağı açıqrəngli birəcik (lat. Phyllotreta nemorum) — Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. == Quruluşu == Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. Hər qanadın üstündən sarı xətt keçir. Bədənin uzunluğu 2,5-3,5 mm-dir. Bu cinsin növləri dal ayaqları üzərində tullanırlar. == Yayılması == Azərbaycanda az yayılmışdır. Bu növə respublikanın Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şirvan və Lənkəran-Astara zonalaraında rast gəlmək olar. == Nəsilvermə və İnkişafı == Uzunsov və açıq sarı rəngli yumurtalarının uzunluğu 0,3-0,4 mm, eni 0,1-0,2 mm-dir. Sürfələrin inkişafı 15-30, pupların inkişafı 6-15 gün davam edir.
Biləcik
Biləcik (Türkiyə) — Türkiyənin Biləcik ilinin inzibati mərkəzi.
Biləcik (Türkiyə)
Biləcik — Türkiyənin Biləcik ilinin inzibati mərkəzi.
Biləcik ili
Biləcik ili — Türkiyədə il.
Birinci Biləcik
Birinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Birinci Biləcik kəndi Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə Biləcik adlanan bu kənd XVIII-XIX əsrlərdə İran əsarətinə və çarizmə qarşı mübarizə mərkəzlərindən biri olmuşdur. Kollektivləşmə illərində buradan köçmüş ailələr indiki İkinci Biləcik kəndini saldıqdan sonra Birinci Biləcik adlandırılmışdır. Biləcik kəndinin ilk sakinləri mənşəcə Türkiyənin Biləcik mahalından çıxmış və orta əsrlərdə burada məskunlaşmış ailələr hesab olunurlar.1734 -cü ildə Biləcikdə Nadir şaha qarşı böyük üsyan olmuşdur.Üsyançılar iki dəfə Nadirin sərbazlarına qalib gəlmişlər.Lakin Bərdədə qərarlaşan Nadirin özünün Biləciyə yürüşə hazırlaşdığını eşidən biləcikli 300 ailə kəndi tərk edərək Car-Balakənə çəkilməyə məcbur olmuşlar.Bütün bu hadisə haqqında bu üsyanın şahidi Molla Məhəmməd Carinin "Car müharibəsi salnaməsi" adlı əsərdə oxumaq olar. == Əhalisi == Kəndin əhalisi 1.399 nəfər təşkil edir.Kəndin əhalisi Azərbaycan türkləridir.Bəzi mənbələrdə bu kəndin 1570-ci illərdə Türkiyənin Biləcik vilayətindən gələnlər tərəfindən salındığı göstərilir.Türkiyəli tarixçilər isə əksinə Osmanlı dövlətini yaradan qayıların məhz Azərbaycandakı Biləcikdən gələrək Türkiyədə Biləcik şəhərinin əsasını qoyduğunu göstərirlər.Türkiyədəki Biləcik Osmanlı dövlətinin ilk paytaxtı olmuşdur.Bu gün Biləcik kəndinin əhalisinin dilində köhnə osmanlı şivəsinə aid sözlər hələ də işlədilməkdədir.
Burcu Biricik
Burcu Biricik Tekin (4 may 1989, Elmalı, Antalya ili) — Türkiyə aktrisası. == Həyatı == 4 may 1988-ci ildə Antalyada anadan olub. Köçəri mənşəlidir. 2006-cı ildə Antalyada keçirilən "Miss Mediterranean" gözəllik müsabiqəsində Aralıq dənizi kraliçası seçilib. Orta məktəb illərində qatıldığı teatr festivalında mükafat aldıqdan sonra peşəkar aktyor olmağa qərar verən Biricik, Ege Universitetinin Arxeologiya fakültəsində bakalavr təhsilini tamamladı və eyni zamanda Bornova Bələdiyyəsi Şəhər Teatrında aktyorluq təhsili aldı. Biricik aktrisalıq karyerasına Bornova Bələdiyyəsi Şəhər Teatrında təcrübəçi kimi başlamışdır. Burada o, "İkidən biri", "Qocanın ziyarəti", "Gözümü yumuram", "Vəzifəmi yerinə yetirirəm" və "Yeddi ərli Hörmüz" kimi müxtəlif tamaşalarda rol alıb. O, 2016-cı ildə Emre Yetkinlə ailə həyatı qurub. == Filmoqrafiya == 2007-ci ildə Show TV-də yayımlanan "Macholar" serialındakı yan rolu ilə televiziyada debüt etdi.Daha sonra "Torpaq jurnalı" adlı qısametrajlı film çəkən Biricik 2011-ci ildə Kanal D-də yayımlanan "Artiz Mektebi"nin aktyorluq yarışmasına qatılaraq birinciliyi Alican Aytekinlə bölüşüb. Daha sonra 2011-ci ildə "Möhtəşəm əsr" teleserialında və 2012-ci ildə "Ustura Kamal" serialında kiçik rollar oynayıb.
İkinci Biləcik
İkinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Məlumatlara görə kəndin əsası XV əsrdə yaşamış Anadolu türkü tərəfindən qoyulmuşdur. 1734-cü ildə baş vermiş Biləcik üsyanı da bu kəndin adı ilə bağlıdır. İkinci Biləcik kəndi Şəki şəhərindən 24 km şimal-qərbdədir. Kənddə Yaşı 500-ə yaxın olan iki palıd ağacı var və bunlar qırmızı kitaba salınmışdır. XIX əsrdə inşa olunmuş tarixi məsciddə vardır.Kənd Böyük Qafqazın cənubunda yerləşir. İqlimi əsasən qışı soyuq keçən mülayim isti iqlim tipidir. İkinci Biləcik kəndinin əhalisi 1.300 nəfər təşkil edir və 310-a yaxın ev vardır. Kənd əsasən fındıqçılıq və maldarlıqla məşğul olur. Şəki üzrə fındıqçılıqda birinci yerdə durur.
Birinci Biləcik bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İkinci Biləcik bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İkinci Biləcik kəndi
İkinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Məlumatlara görə kəndin əsası XV əsrdə yaşamış Anadolu türkü tərəfindən qoyulmuşdur. 1734-cü ildə baş vermiş Biləcik üsyanı da bu kəndin adı ilə bağlıdır. İkinci Biləcik kəndi Şəki şəhərindən 24 km şimal-qərbdədir. Kənddə Yaşı 500-ə yaxın olan iki palıd ağacı var və bunlar qırmızı kitaba salınmışdır. XIX əsrdə inşa olunmuş tarixi məsciddə vardır.Kənd Böyük Qafqazın cənubunda yerləşir. İqlimi əsasən qışı soyuq keçən mülayim isti iqlim tipidir. İkinci Biləcik kəndinin əhalisi 1.300 nəfər təşkil edir və 310-a yaxın ev vardır. Kənd əsasən fındıqçılıq və maldarlıqla məşğul olur. Şəki üzrə fındıqçılıqda birinci yerdə durur.