İkinci Biləcik kəndi

İkinci BiləcikAzərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd.[1][2]

İkinci Biləcik
41°19′05″ şm. e. 46°57′32″ ş. u.
Ölkə  Azərbaycan
Region Şəki rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 309 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1.300 nəfər
Xəritəni göstər/gizlə
İkinci Biləcik xəritədə
İkinci Biləcik
İkinci Biləcik

Məlumatlara görə kəndin əsası XV əsrdə yaşamış Anadolu türkü tərəfindən qoyulmuşdur. 1734-cü ildə baş vermiş Biləcik üsyanı da bu kəndin adı ilə bağlıdır.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

İkinci Biləcik kəndi Şəki şəhərindən 24 km şimal-qərbdədir. Kənddə Yaşı 500-ə yaxın olan iki palıd ağacı var və bunlar qırmızı kitaba salınmışdır. XIX əsrdə inşa olunmuş tarixi məsciddə vardır.Kənd Böyük Qafqazın cənubunda yerləşir. İqlimi əsasən qışı soyuq keçən mülayim isti iqlim tipidir.

İkinci Biləcik kəndinin əhalisi 1.300 nəfər təşkil edir və 310-a yaxın ev vardır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əsasən fındıqçılıq və maldarlıqla məşğul olur. Şəki üzrə fındıqçılıqda birinci yerdə durur. Bunlardan başqa quşçuluq və taxılçılıq kəndin iqtisadiyyatında mühüm rol oynayır. İkinci Biləcik kəndində böyük futbol meydançası fəaliyyət göstərir. Kəndin məktəbində 270 şagird təhsil alır.

Kənd 2014-cü ilin aprel ayından sürətli internetlə təmin olunmuşdur.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. "Şəkidə fəaliyyət göstərən mədəni-maarif müəssisələri haqqında məlumat". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-06.
  3. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.