Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bazar
Bazar (fars. بازار‎) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti. Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur. == Tarix == Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır.
Bicar
Bicar şəhəri (az.-əbcəd بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.
Bihar
Bihar (orijinal adı बिहार) — Hindistanda ştatdır. Mərkəzi Patna şəhəridir. Əhalisi 84 milyondur.
Biyar
Biyar (Farsca bigar - muzdsuz, müftə) — işləyib - ödəmə rentası. Orta əsrlərdə geniş yayılmış torpaq rentası formalarından biri. == Tarixi == Biyar Roma imperiyasının son dövründə kolonat sisteminin inkişafı ilə birlikdə meydana gəlmiş, orta əsrlərdə Qərbi Avropa ölkələrində geniş yayılmışdı. Şərq ölkələrində biyarın renta forması natural və pul rentaları ilə yanaşı mövcud idi. Lakin Şərq ölkələrində dövlət biyarı (müxtəlif dövlət mükəlləfiyyətləri) mühüm yer tuturdu. Azərbaycanda biyar istilahına VI-VII əsrlərdə təsadüf edilir. Eyni mənanı daşıyan "süxrə" və "kilan" XIII-XIV əsrlərdə daha geniş yayılmışdı. Kəndlilər ilin müəyyən günlərində öz iş heyvanları ilə torpaq sahibləri üçün, divan, xass, xanədan, vəqf və sair torpaqlarında müftə işləyirdilər. Azərbaycanda 14 may 1870-ci il Kəndli islahatından sonra işləyib-ödəmə rentası, əsasən, pulla əvəz edildi. Kəndlilər biyar əvəzinə hər desyatin torpaq sahəsi üçün müəyyən qədər məhsul, bəzi yerlərdə isə mülkədarın razılığı ilə məhsulun əvəzinə pul verirdilər.
Bozar
Bozar (fr. beaux-art - “təsviri sənət”) - XIX əsrin ortalarında meydana çıxan və milli orta əsrlərə heyranlığının əksinə olan tarixi memarlıq üslubudur (neo-Gotik, neo-Bizans, rus stili); İtalyan İntibahı və Fransız Barokko ənənələrini davam etdirirdi. Klassik Bozar üslubu, klassik və neoklasik arxitekturaya güclü inamla inkişaf etmişdir. == Stilin doğuşu == Üsluba adını verən Paris Gözəl Sənətlər Məktəbinin yetirmələri olmuşdurlar. Fransız İnqilabı dövründə ilk Fransız memarlıq məktəbi olan Académie royale d'architectsure (1671-1793) kral ilə əlaqələrinin olmasına görə bağlanmış və 1803-cü ildə Napoleon Bonapart onun yerində hal-hazırda mövcud olan Təsviri Sənətlər Məktəbini yaratmışdır. Bu prestijli təhsil müəssisəsində gələcək memarlara (çoxu xarici ölkələrdən gəlmişdi) müştərinin zövqünə görə fərqli tarixi üslubları yenidən yaratmaları öyrənilmişdir. Tələbələrə otaqları binaya nüfuz edən oxlar boyunca simmetrik bir formada düzəltmək, həmçinin otaqların yerləşdirilməsi və bəzədilməsinin qonaqda necə təsir bağışlayacağını nəzərə almaq öyrədilmişdir.
Nizar
Nizar (ərəb. نزار‎) — ərəb mənşəli ad.
Abbarik (Bicar)
Abbarik (fars. آب باريك‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (40 ailə). Əhalisini kürdlər təşkil edir.
Alagöz (Bicar)
Alagöz (fars. الاگز‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 15 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Alişah (Bicar)
Alişah (fars. عليشاه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (18 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Alpout (Bicar)
Alpout (fars. الپهوت‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 221 nəfər yaşayır (45 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Aminabad (Bicar)
Aminabad (fars. امين آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.
Azad bazar
Azad bazar və ya sərbəst bazar — iqtisadiyyatda iştirakçıların sayı məhdud olan qiymətlərin hər hansı xarici amillərdən asılı olmadan yalnız tələb və təklifə uyğun olaraq müəyyən edildiyi bazar. Bu cür bazarda cəmiyyətin bütün üzvləri istənilən təsərrüfat fəaliyyəti ilə tam sərbəst şəkildə məşğul ola bilərlər. Bu bazarda istehsal amillərinin mütləq mobilliyi, kapitalın yerdəyişməsinin qeyri-məhdud sərbəstliyi, bazarın hər bir iştirakçısının bazar haqqında mütləq tam informasiyaya malik olması, eyniadlı məhsulların mütləq mənada yekcins olması inhisarçılıq, monopsoniya, dövlət tənzimləməsinin olmaması, qiymətlərin azad rəqabətin gedişində kortəbii şəkildə müəyyənləşməsi səciyyəvi haldır. Azad rəqabətin heç bir iştirakçısı qeyri-iqtisadi metodlarla başqa iştirakçının qərarına bilavasitə təsir göstərə bilməz.
Ağcagünbəd (Bicar)
Ağca Qonbad (fars. آغچه گنبد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Kərani kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 12 km cənub-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ağkənd (Bicar)
Ağkənd (fars. آغكند‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Siyahmənsur kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 31 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 190 nəfər yaşayır (45 ailə). Əhalisini kürdlər təşkil edir.
Ağyazı (Bicar)
Ağyazı (fars. آغ يازي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Siyahmənsur kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 15 km şimal-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (15 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Aşağı bazar
Aşağı bazar küçəsi – Şuşanın tarixi mərkəzində yerləşən üç əsas magistral küçədən biridir. Aşağı və Rasta bazar küçələrinin kəsişməsi nəticəsində şəhərin əsas ticarət və ictimai mərkəzi olan Meydan formalaşır. Şəhərin ən qədim və mühüm ticarət küçəsi olan Aşağı bazar küçəsi Aşağı meydan və Meydanı birləşdirir. == Tarixi == Şuşa şəhərinin inkişafının ən erkən dövrlərindən etibarən Qarabağ xanlığının paytaxt sakinləri qaladan kənarla geniş ticarət əlaqələri yaratmışdılar. Şəhərin aşağı hissəsində karvansaraların olması artıq həmin dövrlərdə kənardan şəhərə ticarət məqsədi ilə gələnlərin olmasından xəbər verir. Lakin, Pənahəli xanın dövründə Şuşa ticari əhəmiyyətdən daha çox müdafiə xarakterli qala-şəhər kimi nəzərdə tutulduğuna görə, şəhərdə ticarətin inkişafına bir o qədər də əhəmiyyət verilmirdi. E. Avalov qeyd edir ki, Şuşanın ticarət mərkəzinin tarixi qeyd edilməmiş baş planda əks etdirilmiş memarlıq-planlaşdırma kompozisiyası da həmin dövrdə ticarətin səviyyəsini əks etdirir. Buna görə də kiçik həcmli ticari əlaqələr mühitində Aşağı bazar kimi kiçik ticarət küçəsi yetərli idi. == Xüsusiyyətləri == Aşağı bazar küçəsi XIX əsrin I yarısına kimi Şuşanın əsas kompozisiya-planlaşdırma strukturunun mərkəzində məhz bu küçə dayanırdı. Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına görə, XIX əsrin əvvəllərində bu küçə şəhərdə yeganə dəqiq planlaşdırılmış ticarət magistralı olmaqla, hər iki tərəfində qırmızı xətt boyunca ticarət sıraları yerləşirdi.
Babanəzər (Bicar)
Babanəzər (fars. بابانظر‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Babaxan (Bicar)
Babaxan (fars. باباخان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (16 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Bayanlı (Bicar)
Bayanlı (fars. بيانلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (148 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Bazar-Cümə
Bazar-Cümə — İranın Gilan ostanında yerləşən şəhər. Bazar-Cümə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Bazar (Zaqatala)
Bazar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Çobankol bələdiyyəsinin tərkibindədir. == Əhalisi == 659 əhalisi var.
Bazar (dəqiqləşdirmə)
Müxtəlif Bazar — Bazar ertəsi — dünyanın bir çox ölkələrində yeni həftənin başlandığı gün. Bazar günü — Bazar meydanı — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi. Bazar (iqtisadiyyat) — Bazar iqtisadiyyatı —Yaşayış məntəqələri Bazar (Xaçın kənd) Bazar (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda yerləşən kənd. Bazar cümə — İranın Gilan ostanında yerləşən şəhər.
Bazar (iqtisadiyyat)
Bazar — ayrı-ayrı mal və xidmətlərin alıcıları (istehlakçıları) ilə satıcıları (təchizatçıları) arasında mübadiləni təmin edən bir sıra proses və prosedurlar. Bazarlar müxtəlif formalarda ola bilər. Bazarın əsas meyarlarından biri rəqabətin mövcudluğunu təmin edən iştirakçıların fəaliyyət sərbəstliyidir. Müstəqil iştirakçıların sayı nə qədər çox olsa, bazarın rəqabət qabiliyyəti o qədər yüksəkdir. Bir əsas satıcısı və bir neçə alıcısı olan bazara inhisar deyilir. Ən böyük alıcı və bir neçə satıcı üçün bazar monopoliyasıdr. Bunlar qeyri-kamil rəqabətin həddidir. == Tərif == K. R. Makkonellu və S. L. Brüya görə bazar, müəyyən mal və xidmətlərin alıcılarını və satıcılarını bir araya gətirən bir qurum, bir mexanizmdir. Bazarların özləri müxtəlif formalarda ola bilər . Bazar — əmtəə iqtisadiyyatının bir kateqoriyasıdır, məhsul (xidmət) istehsalçıları ilə istehlakçılar arasında müntəzəm mübadilə əməliyyatlarına əsaslanan iqtisadi münasibətlər məcmusudur.
Bağırabad (Bicar)
Bağırabad (fars. باقر آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Başuki (Bicar)
Başuki (fars. باشوكي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (21 ailə). Əhalisini kürdlər təşkil edir.