Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
KonoSuba: God's Blessing on This Wonderful World!
KonoSuba: God's Blessing on this Wonderful World! (azərb. KonoSuba: Tanrının bu möhtəşəm dünyaya lütfü!‎), Yaponiyada tanınan adı ilə Kono Subarashii Sekai ni Shukufuku wo! (この素晴らしい世界に祝福を!, Kono Subarashii Sekai ni Shukufuku wo!, azərb. Bu möhtəşəm dünyaya xeyir-dua ver!‎) və ya qısaca KonoSuba — Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Roman seriyası Kazuma Sato adlı oğlanın öldükdən sonra fentezi dünyasına düşməsindən, bu dünyada bir ilahə, bir sehrbaz və bir səlibçi ilə ittifaq yaradıb bədheybətlərə qarşı döyüşməsindən bəhs edir. Əsər ilk öncə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına qədər Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmışdır. Veb-roman daha sonra Kurone Mişimanın rəssamlığı ilə ranobe şəklinə salınmış və 2013-cü ilin oktyabrında Kadokawa Shoten nəşriyyatının Kadokawa Sneaker Bunko imprinti altında nəşr olunmağa başlamışdır. Masahito Vatanarinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası Fujimi Shobo nəşriyyatının "Monthly Dragon Age" jurnalında 2014-cü ilin oktyabrından nəşr olunur. 2015-ci ilin martında HobiRecords tərəfindən Drama CD buraxılmışdır.
Doris Lessinq
Doris Lessinq (ing. Doris Lessing; 22 oktyabr 1919[…], Kirmanşah – 17 noyabr 2013[…], London) — ingilis yazıçısı-fantast, feminist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007). Zəif bəşəriyyətin qüdrətli sivilizasiyaların mübarizəsində passiv iştirakının fəlsəfi problematikasının müxtəlif izahlarını özündə əks etdirən "Kanopus Arqosda" (1979-1982) seriyasından beş romanın müəllifidir. == Həyatı == İngilis yazıçısı Doris Mey Lessinq ədəbiyyat sahəsində Nobelə layiq görülən on birinci qadındır. Digər tərəfdən mükafatı həyatının ən ahıl çağında - 87 yaşında alması ilə də özünəməxsus rekord sahibi olmuşdur. İranın Kirmanşah şəhərində doğulmuşdur. Ailəsi 1925-ci ildə Afrika qitəsindəki ingilis müstəmləkəsinə — Cənubi Rodeziyaya (indiki Zimbabve) köçmüşdü. Taleyini yeni yerlərdə sınamaq fikrinə düşən atası — Britaniya ordusunun keçmiş kapitanı Alfred Tayler burada iri torpaq mülkiyyətçisi olmaq istəyirdi. Lakin arzusunu gerçəkləşdirə bilməmişdi. Doris 14 yaşına qədər kilsə yanındakı məktəbdə təhsil almışdı.
Lessinq kafirotu
Lessinq kafirotu (lat. Camphorosma monspeliaca subsp. lessingii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kafirotu cinsinin camphorosma monspeliaca növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Monqolustan, İran və Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm olan çoxgövdəli yarımkolcudur. Aşağı hissələri odunlaşmışdır. Üzəri xırda ağımtıl tüklüdür. Yarpaqları 2-6 mm uzunluğunda, xətli bizvaridir. Çiçəkləri sünbülvari çiçək qruplarında tək-tək sıx yerləşir.
Lessinq kamforosması
Lessinq kafirotu (lat. Camphorosma monspeliaca subsp. lessingii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kafirotu cinsinin camphorosma monspeliaca növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Monqolustan, İran və Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm olan çoxgövdəli yarımkolcudur. Aşağı hissələri odunlaşmışdır. Üzəri xırda ağımtıl tüklüdür. Yarpaqları 2-6 mm uzunluğunda, xətli bizvaridir. Çiçəkləri sünbülvari çiçək qruplarında tək-tək sıx yerləşir.
Simon Lessinq
Simon Lessinq (12 fevral 1971, Keyptaun) — Birləşmiş Krallıqı təmsil edən triatlonçu. Simon Lessinq Birləşmiş Krallıqı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 9-cu pillədə başa vurdu.
Qothold Efraim Lessinq
Qothold Efraim Lessinq (alm. Gotthold Ephraim Lessing‎, 22 yanvar 1729[…], Kaments[d] – 15 fevral 1781[…], Braunşveyq) — alman şairi, dramaturqu, ədəbiyyatşünas, pedaqoq, alman klassik ədəbiyyatının banisi, mütəfəkkiridir. Lessinq yeni alman ədəbiyyatına keçidin möhtəşəm əsasını qoymuşdur. O, həmçinin Almaniyada realist estetikanın yaradıcısı sayılır. Əsas əsərləri "Laokoon və ya Rəssamlıq və Poeziyanın Sərhədlərində" traktatı, "Hamburq dramı" məqalələr silsiləsi, pyesleri "Miss Sara Sampson", "Minna fon Barnhelm", "Emilia Galotti", "Müdrik Natan" pyesləridir." Onun mübariz ideyalarla dolu dramaturgiyası isə yeni eranın siyasi tribunası olmuşdur. Qothold Efraim Lessinq 1729-cu ildə Almaniyada, Kaments şəhərində, pastor İohann Gottfrayd Lessinq (1693–1770) və həyat yoldaşı Yustina Salome,(1703–1777) ailəsində üçüncü uşaq idi. O, ibtidai təhsilini lüteran pravoslavlığının mövqelərində dayanan atasından alıb və artıq beş yaşında ikən atasının tərtib etdiyi İncil və katexizmi oxuya bilib. Qohumu Kristlob Mylius (almanca: Christlob Mylius, 1722–1754) ona hər şeyə tamamilə fərqli baxış verdi və onunla dostluq münasibətlərini davam etdirdi. Milius getdikdən sonra Lessinq Latın məktəbində, 1741-ci ildən isə — Maysendə Müqəddəs Afrikanın nüfuzlu məktəbində, ilk növbədə, qədim dilləri və qədim ədəbiyyatı öyrənir; Lessinqin ilk ədəbi təcrübələri bu dövrə aiddir. Bu monastır məktəbində də sxolastik pedantizm hakim idi.
Bleeping Computer
Bleeping Computer — 2004-cü ildə Laurens Abrams tərəfindən yaradılmış, forumlar vasitəsilə texnologiya xəbərlərini əhatə edən və pulsuz kompüter yardımı təklif edən veb-sayt. O, əsasən kibertəhlükəsizliklə bağlı xəbərlər dərc edir, eyni zamanda kompüter proqram təminatı, kompüter avadanlığı, əməliyyat sistemi və ümumi texnologiya daxil olmaqla digər mövzuları da əhatə edir. 2018-ci ildə Bleeping Computer, təqdim etdiyi ransomware məlumatı və şifrənin açılması alətləri üçün Europol NoMoreRansom layihəsinə ortaq tərəfdaş kimi əlavə edildi.
Volf Messinq
Volf Qriqoryeviç Messinq (pol. Wolf Grigoriewicz Messing; rus. Во́льф Григо́рьевич (Ге́ршикович) Ме́ссинг ) — SSRİ-də insanların fikirlərini öyrənməyi psixoloji eksperementlər ilə nümayiş etdirən estrada artisti. RSFSR əməkdar artisti. Volf Messinq 1899-cu il sentyabr ayının 10-da o dövrlər Rusiya imperiyasının tərkibində olan Varşavanın yaxınlığındakı Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun qarşısında ieşibota – ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq imtina eləyəndə ona "ilahi vəhy" gəlir. Günlərin birində, qaranlıq kənd yolunda qabağında ağ paltarlı, iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: "Sən Tanrının əmriylə ieşibota getməlisən". Anadangəlmə əsəb xəstəsi olan Volf bu hadisədən o qədər həyəcanlanır ki, huşunu itirir, bir neçə gün xəstə yatır. Sonradan baş verənləri atasına danışır və evin ağsaqqalı onun tanrının əmriylə hərəkət etməli olduğunu bildirir.