Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burn It Down
Burn It Down – Linkin Parkın ilk studiya albomu olan Living Thingsdan çıxan 1-ci sinqldır, 16 aprel 2012-cu il tarixində çıxmışdır. 24 mart 2012 AllAccess Music Group elan etmişdilər ki, yeni single adı «Burn It Down» olacaqdır, və reliz 16 aprel 2012 olacaqdır.. Məlumat sonra şirkətin saytından silinmişdir, Martın 28 rəsmi qrupun kanallarında YouTube və Viddy`də, Mayk Şinoda single adı və relizini təsdiq edən video qoyulmuşdur. 16 aprel qrupun rəsmi YouTube kanalinda pre-relizi keçirildi. Həmçinin mahnını «Burn It Down» qrupun rəsmi saytinda dinləmək olar. Klip Co Han tərəfindən prodüserlik edilib çıxarılmışdır, videonun çəkilişi, martin 27`dən 29`kimi keçirilmişdir. Klipin premyerası mayın 24 MTV kanalında təqdim edilmişdir, MTV First proqramminda. "Burn It Down" çox peşəkar tənqidçilər arasında müsbət rəylər almışdır. Nick Catucci Rolling Stone jurnalından 5 ulduzdan mahnıya 3 ulduz vermişdir, onun dediklerine gore bu mahni qrupun ən yaxşı single biridir. Rick Florino 5 ulduzdan 5 ulduz vermişdir.
Page Down klavişi
Page Up və Page Down klavişləri (bəzən qısaca PgUp və PgDn) iki geniş yayılmış kompüter klaviaturalarıdır. Page Down klavişi (Page Down key) – müxtəlif proqramlarda müxtəlif funksiyaları yerinə yetirən, ancaq ən çox mətn prosessorlarında sənədi bir ekran səhifəsi qədər aşağı fırlatmaq üçün istifadə olunan klaviş. IBM PC (və onlarda münasib) klaviaturalarında Page Down klavişi rəqəm klaviaturasının "3" klavişi ilə birləşdirilib (PgDn kimi nişanlanıb) və Num Lock indikatoru sönəndə aktivləşir. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended keyboard klaviaturasında daha bir Page Down klavişi var ki, o da əsas klaviatura ilə rəqəm klaviaturası arasındakı ayrıca redaktə klavişləri qrupunda yerləşir. Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş müxtəlif proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla münasibət) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının "9" klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasında əsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var.
Slow Down (Daue Bob mahnısı)
Slow Down (azərb. Yavaşla‎) — Niderlandın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Daue Bob "Slow Down" mahnısı ilə Niderlandı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda musiqiçi yoldaşları olan Yan Peter Hoekstra, Yeroen Overman və Mattyis van Duiyvenbode tərəfindən bəstələnmişdir.
Slow Down (Douv Bob mahnısı)
Slow Down (azərb. Yavaşla‎) — Niderlandın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Daue Bob "Slow Down" mahnısı ilə Niderlandı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda musiqiçi yoldaşları olan Yan Peter Hoekstra, Yeroen Overman və Mattyis van Duiyvenbode tərəfindən bəstələnmişdir.
System of a Down
System of a Down (SOAD) — 1992-ci ildə Los-Ancelesdə Serj Tankyan və Daron Malakyan tərəfindən "Soil" adı ilə yaradılmış, 1995-ci ildə isə indikini adını almış ABqrupu.rnativ-rok qrupu. 2006-cı ildə "B. Y. O. B" mahnısı ilə, "Ən yaxşı Hard Rock Performansı" nominasiyasında Qremmi mükafatı qazandı. Eyni ildə dağılan qrup üzvləri, 2010da yenidən bir araya gəldi.
Way Down We Go
"Way Down We Go" (azərb. "Biz aşağı enirik"‎) — İslandiyanın Kaleo rok qrupunun "A/B" adlanan ikinci studiya albomlarından olan ikinci sinql. Mahnının müəllifi və prodüseri qrupun iştirakçılarıdır. Mahnı "Xəyali gözəllik" filmində, "Loqan" filminin treylerində, "Narıncı— mövsümün hiti" teleserialının dördüncü mövsümünün treylerində, həmçinin "Fors-majorlar", "Super qız", "Lüsifer", "Qrey anatomiyası", "Gənc qurd", "Kor zona", "Vampirin gündəlikləri" teleseriallarında istifadə olunub. "Way Down We Go" Billboard Alternative Songs və Rock Airplay hit-paradlarında birinci yeri tutmuşdur.
Page Up və Page Down klavişləri
Page Up və Page Down klavişləri (bəzən qısaca PgUp və PgDn) iki geniş yayılmış kompüter klaviaturalarıdır. Page Down klavişi (Page Down key) – müxtəlif proqramlarda müxtəlif funksiyaları yerinə yetirən, ancaq ən çox mətn prosessorlarında sənədi bir ekran səhifəsi qədər aşağı fırlatmaq üçün istifadə olunan klaviş. IBM PC (və onlarda münasib) klaviaturalarında Page Down klavişi rəqəm klaviaturasının "3" klavişi ilə birləşdirilib (PgDn kimi nişanlanıb) və Num Lock indikatoru sönəndə aktivləşir. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended keyboard klaviaturasında daha bir Page Down klavişi var ki, o da əsas klaviatura ilə rəqəm klaviaturası arasındakı ayrıca redaktə klavişləri qrupunda yerləşir. Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş müxtəlif proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla münasibət) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının "9" klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasında əsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var.
Blog
Blok
Blok (mexanika) — oxa nəzərən fırlana bilən çarx.
Bloq
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
Don
Don — Dünyada işlədilən şəxs adı. Bu adı olan tanınmış şəxslər Don Keefer — aktyor.
Ritsu Doan
Ritsu Doan (堂安律, Dōan Ritsu, 16 iyun 1998-ci ildə Amaqasakidə anadan olub) — Yaponiyalı futbolçu. Hal-hazırda Cey Liqa Diviziya 1 təmsilçilərindən olan Qamba Osaka klubunda yarımmüdafiəçi kimi çıxış edir. Sonuncu dəyişiklik: 31 May 2017 1 Yaponiya Superkuboku və Suruqa Bank Çempionatı görüşləri daxildir.
SM Town
SM Town (SMTOWN kimi stilləşdirilmiş) Cənubi Koreyanın SM Entertainment əyləncə şirkəti altında səsyazma sənətçiləri üçün musiqi kollektividir. SM Town sənətçiləri 2008-ci ildə "SM Town Live '08 Asiya turu"ndan bəri illik "SM Town Live" dünya turlarında çıxış ediblər. 2014-cü ildən etibarən "SM Town Live" konsert seriyası ümumi olaraq 1 milyondan çox tamaşaçını cəlb edib.
Vulf Dorn
Vulf Dorn (20 aprel 1969, İhenhauzen[d], Bavariya) — müasir dövr alman yazıçısı olan Vulf Dorn əsərləri hazırda təkcə Avropada yox, bütün dünyada ən çox oxunan müəlliflərdən biridir. Vulf Dorn 2009-cu ildə yazdığı ilk romanı "Psixiatr"la məşhurlaşıb. Debüt əsəri ona böyük şöhrət qazandırıb. Müəllif bu əsəri sayəsində Almaniyanın psixoloji triller janrında yazan ən populyar romançıları siyahısına düşüb. Daha sonralar qələmə aldığı "Şizofrenik", "Xain ürəyim", "Oyunbaz", "Fobiya" kimi romanları ilə qısa müddətdə bütün dünyada geniş oxucu kütləsi toplayan yazıçının əsərləri 10-dan çox dilə tərcümə olunub. Həyatının 20 ilini psixiatriya klinikasında fəaliyyətə həsr etmiş Vulf Dorn hazırda yalnız ədəbi yaradıcılıqla məşğuldur. Vulf Dorn 20 aprel 1969-cu ildə Almaniyada anadan olmuşdur. Tam zamanlı yazıçı olmazdan əvvəl psixiatrik terapevt və klinik tədqiqatçı kimi çalışmışdır. İyirmi il ərzində o, psixi pozğunluğu olan insanlara peşə reabilitasiyası və iş üzrə məşqçi kimi dəstək olmuşdur. Vulf Dorn Jan Forstner, Mark Behrendt, Doro Beck, Simon Strode, Robert Winter və bir çox başqa personajlar yaradıb.
Dawn FM
Dawn FM — kanadalı müğənni-mahnı yazarı The Weeknd-in beşinci studiya albomu. 7 yanvar 2022-ci ildə XO və Republic Records vasitəsilə ərsəyə gətirilib. Albomda Cim Kerrinin rəvayəti, Tyler, the Creator və Lil Ueynin qonaq vokalları və Quincy Jones və Cosh Safdie-nin danışıq çıxışları var. Albomun icraçı prodüserləri olaraq, the Weeknd, Max Martin və Oneohtrix Point Never Oscar Holter, Calvin Harris və Swedish House Mafia kimi bir sıra digər prodüserləri işə götürmüşdür. The Weeknd albomun məzmununu Araf halı kimi təsvir edib - "tunelin sonundakı işığa" doğru səyahət, onun dördüncü studiya albomu "After Hours" (2020)-nin davamı əhəmiyyətini daşıyır. Musiqi baxımından "Dawn FM" 1980-ci illərin yeni dalğası, funk və elektron rəqs musiqisi üslublarından güclü şəkildə ilhamlanan rəqs-pop və sint-pop mahnılarını özündə cəmləşdirən yüksək səviyyəli rekorddur. Albom onun istehsalını və melodiyalarını tərif edən musiqi tənqidçiləri tərəfindən geniş rəğbət qazandı. Dörd sinql - "Take My Breath", "Sacrifice", "Out of Time" və "Less than Zero" albomu dəstəklədi və "Take My Breath" ABŞ Billboard Hot 100-də altıncı sıraya yüksəldi. "Dawn FM" 10-dan çox ölkədə, o cümlədən müğənni və mahnı yazıçısının anavətəni Kanada, Avstraliya, İrlandiya, Hollandiya, Yeni Zelandiya və Böyük Britaniyada bir nömrəyə çıxdı; bu vaxt ABŞ Billboard 200 siyahısında ikinci yerdə debüt etdi. Həm After Hours, həm də "Dawn FM"-ə daha çox dəstəkləmək üçün, the Weeknd After Hours til Dawn Turuna başladı.
Aleksandr Blok
Blok Aleksandr Aleksandroviç (16 (28) noyabr 1880[…], Sankt-Peterburq – 7 avqust 1921[…], Petroqrad) – görkəmli rus şairi. Rusiya simvolizminin nümayəndəsi. 1905-1907-ci illərdə yazdığı əsərlərdə həyatın kəskin ziddiyyətləri, insanın faciəsi əks olunmuşdur. Blok lirikasında rus mədəniyyəti və vətənin taleyi haqqında dərin düşüncələr mühüm yer tutur ("Rusiya", "Kulikovo çolündə"). А. Блок "Как день, светла, но непонятна" Александр Блок, собрание сочинений в Библиотеке поэзии Александр Блок Стихотворения, биография, поэмы, переводы, музеи, театр, неизданное. Александр Блок. Открытки, фотографии, стихи. Arxivləşdirilib 2020-01-15 at the Wayback Machine Автобиография. Малоизвестные факты о жизни поэта. Бесплатная помощь в поиске информации о Блоке Блок Александр Александрович, выдающийся русский поэт и драматург Материалы А. А. Блока в Российском государственном архиве литературы и искусства (РГАЛИ) Arxivləşdirilib 2019-08-09 at the Wayback Machine Государственный историко-литературный и природный музей-заповедник А. А. Блока Arxivləşdirilib 2006-08-30 at the Wayback Machine Шахматово на сайте Ассоциации музеев России Могила Блока Александр Александрович Блок Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine — стихи.
Blok-şot
Blok-şot və ya blok (ing. blocked shot — qarşısı alınmış atış) — basketbol termini, müdafiəçinin rəqibin səbətə doğru atışının qaydalar çərçivəsi daxilində qarşısının alınması. Basketbolda əsas bloklayıcı oyunçular ön xəttdə olan — "mərkəz" və "ağır hücumçular" olur. Ancaq başqa mövqedə olan oyunçular yaxşı sıçrayışa və kordinasiyaya malik olarsa o zaman blok etmə üzrə önə keçə bilirlər. Blok-şot — basketbolçunun müdafiədə səviyyəsini göstərən kəmiyyətdir.
Blok (mexanika)
Blok — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir. Hec bir mexanizm işdə qazanc vermir Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir.
Blok siniri
Eduard Blox
Eduard Blox (alm. Eduard Bloch‎; 30 yanvar 1872, Hluboka-nad-Vltavou[d] – 1 iyun 1945[…], Bronks, Nyu-York ştatı) — Avstriya həkimi, 1907-ci ilədək Blox Hitler ailəsinin həkimi idi. Eduard Blox 30 yanvar 1872-ci ildə Fraunberqdə anadan olub. Praqada tibb təhsili alıb və Avstriya ordusunda xidmət keçib. Həkimin 27 yaşı olanda onu Mərkəzi Avstriyanın paytaxtı olan Linc şəhərinə göndərirlər. O, sonralar burada həmişəlik qalmağa qərar verir. Həkim Blox həmişə sübhdən xəstələrini qəbul edirdi, hazırlanmış heç bir qiymət cədvəli yox idi. Ehtiyacı olan hamıya kömək etməyə çalışırdı və bu xüsusiyyətlərinə görə tezliklə Lincdə məşhurlaşmışdı. "Kasıbların ən yaxşı həkimi" Alois Hitlerin də ailəsini müalicə edirdi. 1897-ci ildə Lincə köçən Hitlerin atası Alois əvvəl çəkməçi işləyirdi, daha sonra gömrük müfəttişi vəzifəsində çalışmışdı.
Ernst Blox
Ernst Simon Blox (alm. Ernst Bloch‎; 8 iyul 1885[…], Lüdviqshafen – 4 avqust 1977[…], Tübingen[d], Baden-Vürtemberq) — alman filosofu, sosioloq və yeni marksist yönümlü publisist. "Ümid fəlsəfəsi" və "Hələ Olmayan Ontoloji" nin yaradıcısı. Lüdviqshafendə dəmir yolu işçisinin varlı yəhudi ailəsində anadan olmuşdur. İlk fəlsəfi inşasını 13 yaşında yazmışdır. Eyni zamanda 14 yaşında Avqust Bebel və Roza Lüksemburqun çıxışları ilə tanış olduqdan sonra sosial demokrat qəzet olan Forverts-ə abunə olaraq sosialist fikirlərə qoşuldu. Blox marksizm və xristianlıq arasındakı dialoqun iştirakçısı idi. Marksist məktəblərə və hərəkatlara birbaşa yaxınlaşmadan Blox, eyni adlı jurnalın redaksiya heyətinin üzvü olmaqla 1960-cı illərin ortalarından etibarən Yuqoslaviyanın Praxis qrupu ilə ən yaxından əməkdaşlıq etdi. Ölümünə qədər sosialist olaraq qaldı və "sosializmin səbəbinin məhv edilə bilməyəcəyini" müdafiə etdi; eyni zamanda Lukasın ifadəsi ilə qiyabi olaraq ən pis sosializmin ən yaxşı kapitalizmdən daha yaxşı olduğunu iddia edərək, şərq blokundakı "həqiqi sosializmin" sosializmdən ən cüzi reformizmdən daha da uzaq olduğuna inanırdı. Болдырев И. А. Время утопии: проблематические основания и контексты философии Эрнста Блоха.
Feliks Blox
Feliks Blox (ing. Felix Bloch d. 23 oktyabr 1905, İsveçrə, Sürix; ö. 10 sentyabr 1983, İsveçrə, Sürix ) — amerikan fiziki. Nobel mükafatı laureatı (1952, E. Pörsellə birlikdə). Felixs Blox 1905-ci il oktyabrın 23-də İsveçrənin Sürix şəhərində anadan olub. Sürixdə Ali Texniki Məktəbdə, İsveçrə Texnologiya İnstitutunda sonra isə Leyptsiq Universitetində təhsil alıb. 1928-ci ildə doktor elmi dərəcəsi alıb. 1934-cü ildən ABŞ-də yaşamış və işləmişdir, Kaliforniyada Stanford Universitetinin professoru idi. O, ABŞ atom layihəsinin iştirakçısı, 1954-1955-ci illərdə isə Avropa Nüvə Tədqiqatları Mərkəzinin baş direktoru olub.
Lyubov Blok
Lyubov Blok, Mendeleyeva (29 dekabr 1881, Sankt-Peterburq – 27 sentyabr 1939, Leninqrad) — aktrisa, balet tarixçisi, memuarist, "Blok və özü haqqında hekayə və nağıllar" və "Klassik rəqs: tarix və müasirlik" kitablarının müəllifi. Kimyaçı Dmitri Mendeleyevin qızı, şair Aleksandr Blokun həyat yoldaşı. Блок Л. Д. И были, и небылицы о Блоке и о себе. Бремен: Кафка-Пресс. 1979. Блок Л. Д. Классический танец: История и современность (25000 nüs.). М.: Искусство. Вступит. слово Гаевский, Вадим Моисеевич; рецензент: Пётр Гусев; ред. коллегия: В. М. Красовская,Суриц, Елизавета Яковлевна.
Mark Blok
Mark Blok (fr. Marc Léopold Benjamin Bloch; 6 iyul 1886[…], Lionun 2-ci rayonu[d] – 16 iyun 1944[…], Sen-Didye-de-Forman[…]) — XX əsr yəhudi əsilli Fransa tarixçisi, Qərbi Avropa feodalizmi, Fransada aqrar münasibətlər, tarix elminin ümumi metodologiyaları üzrə elmi işlərin müəllifi. Lyüsen Fevr ilə birgə 1929-cu ildə "Annallar" jurnalını təsis edib. Tarixi metodologiyada çevriliş edən eyniadlı elmi məktəbin əsasını qoyub.
Robert Blox
Robert Albert Blox (ing. Robert Albert Bloch, 5 aprel 1917[…], Çikaqo, İllinoys – 23 sentyabr 1994[…], Los-Anceles, ABŞ) - ABŞ yazıçısı. Uşaq vaxtlarından Lavkraftın yaradıcılığının pərəstişkarı olan yazıçı sonralar bir müddət onunla məktublaşmışdır. Alfred Hiçkok və Qas Van Sent tərəfindən ekranlaşdırılmış "Psixo" əsərinin müəllifidir. Lüdviq Prinnin yaradıcısıdır. Yüzlərlə hekayə və otuz romanın müəllifidir. Hyuqo, Brem Stoker və Beynəlxalq Fentezi mükafatlarının sahibidir. Blox Çikaqoda alman-yəhudi əsilli ailədə anadan olub. Atası Rafael Rey Blox (1884-1952) bank kassiri, anası Stella Leb (1880-1944) sosial işçi olub. Bloxun 5 yaşı olanda ailəsi Çikaqo ətrafında yerləşən Meyvuda köçür və 10 yaşına kimi orda yaşayırlar.
Vladimir Blok
Blok Vladimir Mixailoviç (7 noyabr 1932, Moskva – 28 avqust 1996, Moskva) — sovet, rus bəstəkarı, pianoçu, musiqişünas, jurnalist. 1957-ci ildə Moskva Konservatoriyasını V.Y. Şebalinın bəstəkarlıq sinfində və E. Q. Qilelsin fortepiano sinfini bitirmişdir. 1961-ci ildə aspiranturanı musiqi nəzəriyyəsi (rəhbər - L. A. Mazel) və kompozisiya (rəhbərlər - V. Ya. 1958-1960-cı illərdə Muzgizin redaktoru işləmişdir. 1960-1962-ci illərdə V.İ.Lenin adına Pedaqoji İnstitutda dərs demişdir. Moskvadakı 13 nömrəli uşaq musiqi məktəbində dərs demişdir. 1993-cü ildə - Qriq Cəmiyyətinin təsisçisi 1995-ci ildə - Rusiyada Macar Musiqi və Musiqi Pedaqoji Cəmiyyətinin təsisçisi xor, solistlər və orkestr üçün Böyük Torpağın Mahnisi (sözləri Rojdestvenskiy, 1960) Bahar mahnısı (kantata, V. Mayakovski və N. Aseevin sözləri, 1963) Ulduzları ziyarət etmək (uşaqlar üçün musiqili nağıl, S. Boqomazov, 1964) orkestr üçün Kiçik Suite (1956) Udmurt suite (1960) Bahar keçməsi (1957) Şimali melodiyalar (Komi xalq mövzularında dövrə, 1966) fortepiano və orkestr üçün konsert (1966) skripka və orkestr üçün Slovak Suite (1954, 2-ci nəşr - 1959) simli orkestr üçün Passakaglia və S. Prokofyevin xatirəsinə (1957) Dördlük (1956, 2-ci nəşr - 1966) fortepiano üçün Oyuncaqlar (uşaq dəsti, 1967) Udmurt melodiyaları (1960) Komi xalq mövzusunda dəyişikliklər (1966) Sol uşaq üçün 3 uşaq pyesi (1969) Qələm rəsmləri (uşaq pyesləri, 1960) skripka və fortepiano üçün Norveç Suite (1958) Udmurt Rapsodiyası (1961) violonçel və fortepiano üçün Kiçik Suite (1967) Udmurt mövzularında kiçik bir şeir (1963) klarnet və fortepiano üçün sonatina (1963) Kareliya mövzularında miniatürlər və akvarellər (1971) 5 uşaq pyesi (1974) Rus xalq çalğı alətləri orkestri üçün Rus Suite (1962) Volqa haqqında şeir (1967) səs və fortepiano üçün tsikllər: Skripka (sözlər L. Kvitko, 1963), vokal şəkillər (sözləri A. Sanin, 1964), əyləncəli rəssamlar (sözlər E. Rujentsev, 1970) mahnıları pop ansamblları üçün rəqs parçaları tamaşalar üçün musiqi digər bəstəkarların əsərlərinin tərcümələri və nəşrləri Sellonun solo müəllifi S. Prokofiev üçün sonatanın tamamlanması (1971) S. Prokofiyevin violonçel və orkestri üçün yeni konsertino aləti - Stefen İsserlis üçün İ. S. Baxın "İngilis Suite" g-mollun cihazı Bax, Bethoven, Ravel, Prokofiev, An əsərlərinin konsert aranjımanı. Alexandrova, Shebalina A. Taneyevin İkinci Simfoniyasının Nəşri. Блок, Владимир Михайлович (Большая биографическая энциклопедия). 2009.
Yoni Bloç
Yoni Bloç (ivr. ‏יוני בלוך‏‎) — İsrailli musiqiçisi, mahnı müəllifi, bəstəkar, rok müğənnisi və yüksək texnoloji sahibkardır.Bloç Berşebada böyüyüb və 17 yaşında ailəsi ilə birlikdə Lehavimə köçdü. 6 yaşında ikən fortepiano dərsləri almağa başladı, özünü gitara və nağara çalmağı öyrətdi və 14 yaşında mahnı yazmağa və musiqi bəstələməyə başladı. Kompüter proqramlarını yazmağa erkən yaşlarında başladı, Commodore 64-də necə yazmağı öyrəndi, daha sonra qrup yoldaşları ilə interaktiv medianın başlanğıcı və texnologiya başlanğıcı "Eko"nu yaratdı.
Ken Blok
Ken Blok (ing. Ken Block; 21 noyabr 1967, Lonq-Biç, Kaliforniya – 2 yanvar 2023, Uosatç[d], Yuta) — amerikalı ralli sürücüsü. Skeytbordinq, ralli, gymkhana(en) yarışlarında iştirak edib. DC Shoes(en) ayaqqabı firmasının qurucularından biridir. Ralli karyerasına 2005-ci ildə Vermont SportsCar komandası ilə başlamışdır. 2 yanvar 2023-cü il tarixində ABŞ-nin Yuta ştatında qar motosikleti ilə hərəkətdə olan zaman nəqliyyat vasitəsi onun üstünə aşıb və nəticədə sürücü dünyasını dəyişib.
Don (geyim)
Don — üstdən geyinilən uzunətəkli, belibuzməli və ya büzməli paltar. Qərb mədəniyyətində, don adətən qadınlar tərəfindən geyilən paltardır. Gövdəni əhatə edərək, ayaqlar üzərində asqılı parçadan ibarət olur. Donlar rəsmi və ya gündəlik olaraq dəyişə bilir. Müxtəlif ölçüdə və rəngdə olur. Donun qolları, qayışları ola bilər və çiyinləri çılpaq saxlanılaraq, sinə ətrafında elastik bir vəziyyətdə qala bilər. Paltarların ətəyinın uzunluğu daşıyıcının xarakterindən, şəxsi zövqündən, hava şəraitindən və dəbdən asılı olaraq dəyişir. XI əsrdə Avropadakı qadınlar kişilərin tunikalarına bənzər, boş və dizlərinin altına çatan paltar geyirdilər. Əsrin sonunda bu geyimlər qadınların yuxarı bədənlərinə daha da uyğunlaşdı. Paltarlar bir qadının bədən fiquruna uyğun gəlmək üçün sıx daraldılıb, hər tərəfində yarıqlar açılaraq hazırlanırdı.
Don (şaxta)
Don, şaxta — havanın sıfırdan aşağı dərəcəsi. Havada və torpaqda temperaturun dəyişməsi nəticəsində yaranan təhlükəli atmosfer hadisələrindən biridə Şaxtadır.Şaxta davamlı müsbət temperatur müşahidə edilən zaman ,havanın və torpaq səthinin temperatutunun 0 °C və ya daha aşağı düşməsi adlanır.Şaxta əmələ gəlməsinə görə 3 tipə bölünür : "radiyasion" ,"advektiv" ,"advektiv-radiasion (qarışıq) .
Don Balón
Don Balón İspaniya və beynəlxalq futbol sahəsində ixtisaslaşmış həftəlik idman qəzeti idi. Jurnal 1975 və 2011-ci illər aralığında Barselona şəhərində çap edilirdi. Həmçinin qəzetin 5 qitədə satışı həyata keçirilirdi. Jurnal 1975-ci ildə tanınmış ispan idman jurnalisti olmuş Xose Maria Kasanovas tərəfindən təsis edilmişdir. Həmin ildə o, həmçinin Barselona haqda gündəlik idman qəzetini təsis etmişdir. Don Balón nəşrinin qərargahı İspaniyanın Barselona şəhərində yerləşirdi. Jurnal digər tanınmış idman nəşrləri olan World Soccer, Kicker, A Bola kimi Avropa İdman Jurnalları birliyinin üzvüdür və həftəlik olaraq dərc edilirdi. 1976-cı ildən etibarən jurnal ilin ən yaxşı ispan və əcnəbi futbolçusuna, məşqçisinə, baş hakiminə Don Balón qəzetinin özəl mükafatını təqdim edirdi. Jurnal həmçinin illik olaraq dünyada 100 ən yaxşı gənc futbolçunun siyahısını hazırlayırdı. 2011-ci ilin sentyabr ayında jurnal iqtisadi böhran səbəbiylə və baş redaktor olan Rocelio Rengelin sonda həbsi ilə yekunlaşmış dava ilə əlaqədar fəaliyyətini dəyandırmışdır.
Don Covanni
Don Covanni və ya Cəzalandırılmış əxlaqsız (KV 527, it. Don Giovanni ossia Il dissoluto punito) — "Şən drama" (it. dramma giocoso) iki pərdəli Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu opera. Operanın ilk premyerası 29 oktyabr 1787-ci ildə Praqada Məhəllə teatrının (çex. Stavovské divadlo) səhnəsində oynanılır. 7 may 1788-ci ildə isə Vyanada təkrar oynanılır. Opera həm "Don Covanni…" həm də "Don Juan…" kimi də adlandırılır. Çünki personajın adı ispanca don Xuan (isp. Don Juan), fransızca don Juan, italyanca isə don Covanni (it. Don Giovanni) kimi tələfüs edilir.
Don Juan
"Don Juan" — hekayə dəfələrlə müxtəlif yazıçılar tərəfindən yazılmışdır. Don Juan adı məcazi olaraq "avara" mənasında işlədilir. Əfsanəyə görə Don Juan zadəgan bir ailənin gənc qızını başdan çıxararaq, özünə aşiq etmiş və atasını öldürmüşdür. Daha sonra məzarlıqda atasının heykəlini hörmətsiz şəkildə yeməyə dəvət etmiş və heykəl yemək təklifini qəbul etmişdir. Atasının heykəli, yeməyə Don Juanın qətli üçün gəlmişdir. Heykəl salamlaşmaq üçün əlini Don Juana uzatmış və Don Juan onun əlini sıxanda heykəl onu cəhənnəmə aparmışdır. Bu səbəblə "Don Juan" zamanımızda avaralıq üçün istifadə olunan məşhur söz halına gəlmişdir. Çox saylı fikirlərə görə Don Juanın ilk yazılı hekayəsi Tirso de Molinanın yazdığı "El burlador de Sevilla y convivado de piedra" (Sevil aldadıcısı və daşdan qonaq) -dır. Bu əsərin 1615-ci ilə aid yazılı variantının İspaniyada tapılmasına baxmayaq 1620 və ya 1625-ci ildə çap olunmuşdur. Bu obraz özünü qadınlara aşiq kimi göstərən və evlilik vəd edən avara obrazdır.
Don Keefer
Donald H. "Don" Keefer (18.8.1916, Highspire, Pennsilvaniya, ABŞ) — aktyor.
Don Kinq
Donald "Don" Kinq - boks promouteri. Don Kinq 1970-ci illərdən etibarən boksda ən görkəmli promouterlərdən sayılır. Müxtəlif vaxtlarda Lennoks Lüis, Mayk Tayson, Evander Holifild, Roy Cons və digər məşhur boksçular onun himayəsində olublar.
Don Kixot
Don Kixot (isp. Don Quijote, Don Quixote) — ispan yazıçısı Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" (El ingenioso hidalgo Don Quijote de la Mancha) romanının baş qəhrəmanı. Servantesin bu romanı demək olar ki, bütün Avropa dillərinə tərcümə olunmuşdur və dünya ədəbiyyatında ən populyar kitablardan sayılır. Don Kixot surəti isə insan təbiətinin tipik göstəricisi kimi götürülürək psixoloji kateqoriya kimi başa düşülür. Fəlsəfədə "donkixotluq" kimi anlayış yaranmış və bununla bağlı çoxlu sayda kitablar yazılmışdır. Romanın birinci hissəsi 1605, ikinci hissəsi isə 1615-ci ildə çap olunmuşdur. Hər iki hissə ispan dilində yazılmışdır. Servantesin bir çox həmkarları və davamçıları Don Kixotun səyahətini təsvir edən, onun romanına oxşayan əsərlər yaratmağa çalışmışlar. Sonrakı əsrlərdə yazıçılar bu mövzuya yenidən dönərək Don Kixot mövzusunu yeni aspektdən təsvir etmişlər. Don Kixot obrazı incəsənətin müxtəlif sahələrində təcəssüm etdirilib.
Don Knotts
Jesse Donald "Don" Knotts (21 iyul 1924[…] – 24 fevral 2006[…], Beverli-Hillz, Kaliforniya) — ABŞ aktyoru
Don Makkalin
Don Makkalin (ing. Don McCullin) — daha çox müharibəyə və şəhər problemlərinə aid fotoları ilə tanınan britaniyalı fotojurnalist. 1959-cu ildə başlayan karyerasının əsas hissəsini işsizlər, əzilənlər və yoxsulluq haqqında fotolar təşkil edir. Makkalin Şimali Londonda Finsburi Parkı adlanan yerdə boya-başa çatıb. Sonralar Blitz zamanı (nasistlər tərəfindən Birləşmiş Krallığın bombalanması hadisəsi) ailəsi ilə birlikdə Somersetdəki fermaya köçürülüb. O, disleksik olsa da, getdiyi orta məktəbdə rəsm çəkmək üzrə qeyri-adi istedad nümayiş etdirmişdi. Makkalin KHHQ-də Dövlət Xidmətində olarkən 1956-cı il Süveyş böhranı zamanı kanal zonasına göndərilib və burada fotoqraf köməkçisi kimi çalışıb. O, KHHQ-də fotoqraf olmaq üçün tələb olunan yazılı nəzəriyyə məruzəsindən keçə bilməmiş və nəticədə öz xidmətini qaranlıq otaqda başqalarının şəkillərini çap etməklə keçirmişdi. Bu müddət ərzində Makkalin ilk kamerasını — "Rolleicord"u alıb. Britaniyaya qayıdarkən maliyyə çatışmazlığı səbəbindən kamerasını girov qoymalı olub.
Don Respublikası
Don Respublikası — Rusiyada Oktyabr çevrilişindən (1917) sonra Don bölgəsində yaranmış hökumət. Rusiya hökumətinin 1887-ci ildə keçirdiyi inzibati-ərazi bölgüsünə əsasən, Rostov vilayəti ilə Taqanroq şəhəri Don Qoşunu vilayətinə daxil edilməklə, Şimali-qərbi Qafqazın bir hissəsi Don kazaklarının idarəsinə keçdi. Oktyabr çevrilişindən sonra Sovet hakimiyyətinə tabe olmaqdan boyun qaçıran Don kazakları öz hakimiyyət orqanlarını yaratdılar. 1918-ci il mayın 8-də alman ordusunun köməyilə bolşeviklər Don vilayəti ərazisindən qovuldu, mayın 26-da isə Don kazaklarının dairəsi "Böyük Don Qoşunu" hökuməti yaradılmasını elan etdi. Ataman P.Krasnovun başçılıq etdiyi bu hökumətin 65 minlik ordusu var idi. 1919-cu ilin yanvarında bu ordu general A.Denikinə tabe edildi və həmin ilin payızında Moskva üzərinə yürüşdə iştirak etdi. Don Respublikası hökuməti Paris sülh konfransında (1919–20) iştirak etmək üçün öz nümayəndə heyətini 1919-cu ilin əvvəlində İstanbula göndərmiş, lakin onlar da Rusiyanın cənubunda yeni yaranmış dövlətlərin nümayəndələri ilə birlikdə bu şəhərdə ləngiməli olmuşdular. Bu nümayəndələrin müttəfiq dövlətlərin İstanbuldakı komandanlığına ünvanladıqları müraciətdə Don əhalisinin həm bolşeviklərin, həm də köhnə rejimi bərpa etmək istəyən bir qrup məsuliyyətsiz adamların yaratdığı qurama təşkilatların təhlükəsi altında qaldığı bildirilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919-cu il iyunun 26-da özünün Kubandakı diplomatik nümayəndəsi Cəfər bəy Rüstəmbəyova əlavə mandat göndərərək, ona Don hökuməti yanında Azərbaycan Xalq Cümhuriyyətini təmsil etmək səlahiyyəti verdi. Həmin il sentyabrın 24-də isə Xosrov bəy Sultanov Azərbaycan Hökumətinin Rostovda konsul-agenti təyin edildi.