Don Makkalin (ing. Don McCullin) — daha çox müharibəyə və şəhər problemlərinə aid fotoları ilə tanınan britaniyalı fotojurnalist. 1959-cu ildə başlayan karyerasının əsas hissəsini işsizlər, əzilənlər və yoxsulluq haqqında fotolar təşkil edir.
Don Makkalin | |
---|---|
ing. Don McCullin | |
Doğum tarixi | |
Doğum yeri | Şimali London, İngiltərə |
Milliyyəti | ingilis |
Vətəndaşlığı | |
Fəaliyyəti | fotojurnalist |
Fəaliyyət illəri | 1959-günümüzədək |
Mükafatları | |
IMDb | ID2670273 |
Vikianbarda əlaqəli mediafayllar |
Makkalin Şimali Londonda Finsburi Parkı adlanan yerdə boya-başa çatıb. Sonralar Blitz zamanı (nasistlər tərəfindən Birləşmiş Krallığın bombalanması hadisəsi) ailəsi ilə birlikdə Somersetdəki fermaya köçürülüb.[3] O, disleksik olsa da, getdiyi orta məktəbdə rəsm çəkmək üzrə qeyri-adi istedad nümayiş etdirmişdi.[4][5]
Makkalin KHHQ-də Dövlət Xidmətində olarkən 1956-cı il Süveyş böhranı zamanı kanal zonasına göndərilib və burada fotoqraf köməkçisi kimi çalışıb. O, KHHQ-də fotoqraf olmaq üçün tələb olunan yazılı nəzəriyyə məruzəsindən keçə bilməmiş və nəticədə öz xidmətini qaranlıq otaqda başqalarının şəkillərini çap etməklə keçirmişdi.[6][7][8] Bu müddət ərzində Makkalin ilk kamerasını — "Rolleicord"u alıb. Britaniyaya qayıdarkən maliyyə çatışmazlığı səbəbindən kamerasını girov qoymalı olub. Makkalinin anası girovu ödəmək üçün şəxsi vəsaitindən istifadə edib.[9]
1959-cu ildə Londonda çəkdiyi quldur dəstəsinin şəkli "The Observer" qəzetində çap olunub.[10] 1966-1984-cü illər aralığında "Sunday Times Magazine" üçün xarici xəbərlər müxbiri kimi işləyərkən ekoloji və müharibə zonaları kimi insanlar tərəfindən törədilən faciələri lentə alıb ki, bunların da arasında 1968-ci il Biafra hadisəsinin və Afrikada QİÇS epidemiyasının qurbanları da var idi.[6][8] Onun Vyetnam müharibəsini və Şimali İrlandiya konfliktini qərəzsiz işıqlandırılması xüsusilə yüksək qiymətləndirilir.
Makkalinin Londondakı Maryon Parkında çəkdiyi şəkil Mikelancelo Antonioninin "Şəkilböyütmə" filmində istifadə olunub.[11]
1968-ci ildə Nikon markalı kamerası ona tuşlanmış güllənin qarşısını kəsərək həyatını xilas etmişdir.[12][13]
1982-ci ildə Britaniya höküməti gəminin dolu olduğunu əsas gətirərək[14] Folklend müharibəsindən reportaj hazırlamaq istəyində olan Makkalinə maliyyə yardımı ayırmayıb.[15][16][17][18] O, əmin idi ki, hökumətin belə addım atmasına səbəb Tetçer hökumətinin onun şəkillərinin siyasi narahatlıq doğuracağını ehtimal etməsidir.
2012-ci ildə Devid Morris və Cek Morrisin rejissorluğu ilə onun həyatından bəhs edən "Makkalin" adlı sənədli film çəkilib. Film — "Britaniya ssenaristinin, rejissorunun və ya prodüserinin ən yaxşı debütü" və "Ən yaxşı sənədli film" nominasiyalarında BAFTA-ya namizəd olub.[19]
Makkalin 2015-ci ilin noyabrında "Photo London"un açılışı zamanı 2016-cı ilin "Foto ustadı" adına layiq görülüb. 2016-cı ilin mayında Somerset-hausda onun əsərlərinə həsr olunmuş sərgi keçirilib. O, rəqəmsal fotoqrafiyanın meydana çıxması ilə bağlı verilən sualı belə cavablandırmışdı: "Rəqəmsal fotoqrafiya tamamilə yalançı bir təcrübə hesab oluna bilər — sən istədiyini köçürə bilərsən, bütün bunlara tamamilə güvənmək olmaz".[20]
Don Makkalin hazırda arvadı Ketrin və kiçik oğlu Maks ilə birlikdə Somersetdə yaşayır.[21]