Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərdənin bombalanması
Вərdənin bombalanması — Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları. Hücumlar nəticəsində 26 nəfər öldü, 105 nəfərdən artıq insan yaralandı.27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək. == Zəmin == 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən müharibə. Bu müharibə 1995-ci ildən sonra müşahidə olunan ən gərgin döyüşlərdir. Müharibə zamanı dəfələrlə 1949-cu il Cenevrə Konvensiyalarının əsas norma və prinsipləri pozularaq müharibə zonasından uzaqıda olan yaşayış məntəqələridə hücumlara məruz qaldı. == Hücumlar == === 27 oktyabr hücumu === 5 nəfər öldü, 13 nəfər isə yaralandı.
Gəncənin bombalanması
Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları — 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir. İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir.
Tərtərin bombalanması
Tərtərin bombalanması — İkinci Qarabağ müharibəsi ərzində Ermənistan Silahlı Qüvvələri və Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu tərəfindən Azərbaycanın Tərtər rayonundakı şəhər, qəsəbə və kəndlərin artilleriya, raket və kasset bombalı silahlarla bombardman edilməsidir. Bölgənin bombardmanı müharibənin ikinci günündə, 28 sentyabrda, erməni qüvvələri rayonun inzibati mərkəzi olan Tərtər şəhərini və Birinci Qarabağ müharibəsində qaçqın düşən azərbaycanlılar üçün inşa edilən Şıxarxı atəşə tutduqda başlayır. Bombardman geniş dağıntılara və çox sayda mülki ölümə səbəb olur. Minlərlə insan Tərtər şəhərini bir xəyal şəhərciyinə çevirərək qaçqın olur və Bərdə kimi qonşu şəhərlərə köç edir. Bu axınlarda erməni qüvvələri tərəfindən hədəf alınır. Azərbaycan hakimiyyəti, erməni qüvvələrinin 29 oktyabr tarixinə qədər Tərtər rayonu ərazisinə 15.500 mərmi atdığını, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atıldığını bildirir. Rəsmi Azərbaycan rəqəmləri göstərir ki, bombalar zamanı məktəblər, xəstəxanalar və dövlət binaları da daxil olmaqla mindən çox mülki obyekt ya ziyan görmüş, ya da məhv edilmişdir. Human Rights Watch erməni qüvvələri tərəfindən uşaq bağçaları və xəstəxanalar kimi dövlət və mülki obyektlərə yönəlmiş bir çox hədəf hücumlarını təsdiqləyir, üstəlik erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərinə qanunsuz olaraq qadağan olunmuş silahlardan hücumlarının müharibə cinayətləri olduğunu da bildirir. Şəhəri davamlı bombardman etmək Azərbaycan hakimiyyətini Tərtəri Azərbaycanın Stalinqradı kimi etiketləməyə sövq edir və Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı Tərtəri sonrakı Ağdama (Yerli əhali tərəfindən Qafqazın Xirosiması adlandırılır.) çevirməyə çalışmaqda günahlandır.Türkiyə dəfn mərasimi zamanı ermənilərin Tərtərdə bir qəbiristanlığı atəşə tutmalarını qınayır, hadisə yerində olan xarici jurnalistlər və Human Rights Watch məlumatı təsdiqləyir. Tərtər şəhərinin, habelə rayondakı qəsəbə və kəndlərinin bombardmanı yalnız 10 noyabrda Ermənistanın Dağlıq Qarabağ atəşkəs bəyanatını imzalamasından sonra dayandırılır.
Rafahın bombalanması
Rafahın bombalanması və ya Qara Cümə — 1 avqust 2014-cü il tarixindən başlayaraq dörd gün ərzində Qəzzə zolağının cənubundakı Rafah şəhərində həyata keçirilən silsilə hərbi hücumlar. Hadisələr, xüsusən də 2014 müharibəsi kimi daha geniş münaqişə kontekstində öz intensivliyi və çox sayda itki ilə diqqət çəkir. 1 avqust 2014-cü ildə Birləşmiş Millətlər Təşkilatı və ABŞ-ın vasitəçiliyi ilə Qəzzə sakinlərinə humanitar yardım və yardımın göstərilməsinə imkan yaratmaq üçün 72 saat davam etməsi nəzərdə tutulan müvəqqəti atəşkəs elan edildi. Lakin atəşkəs bir neçə saat ərzində pozuldu. Həm İsrail, həm də HƏMAS bir-birini atəşkəs şərtlərini pozmaqda ittiham edib. Dörd günlük bombardman atəşkəs pozulduqdan dərhal sonra, avqustun 1-də başlayıb. İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS üzvləri olduğunu iddia etdikləri hədəfləri hədəf alan bir sıra hava hücumları və artilleriya zərbələri endirib. Hücumun ilk günündə Rəfaha 2000-dən çox bomba, raket və artilleriya mərmisi atılıb. Dörd günlük hücumun sonunda 200-dən çox insan ölüb və 2600-dən çox ev dağılıb və ya zədələndi. Amnesty International bombalama kampaniyasını avtomobillərə, təcili yardım maşınlarına, motosikletlərə və hücumdan qaçmağa çalışan mülki şəxslərə dəyən bir-birindən asılı olmayan hücum kimi qiymətləndirib.
Bərdənin bombalanması (2020)
Вərdənin bombalanması — Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları. Hücumlar nəticəsində 26 nəfər öldü, 105 nəfərdən artıq insan yaralandı.27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək. == Zəmin == 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən müharibə. Bu müharibə 1995-ci ildən sonra müşahidə olunan ən gərgin döyüşlərdir. Müharibə zamanı dəfələrlə 1949-cu il Cenevrə Konvensiyalarının əsas norma və prinsipləri pozularaq müharibə zonasından uzaqıda olan yaşayış məntəqələridə hücumlara məruz qaldı. == Hücumlar == === 27 oktyabr hücumu === 5 nəfər öldü, 13 nəfər isə yaralandı.
1983 Beyrut kazarma bombalanması
1983 Beyrut kazarma bombalanması — 23 oktyabr 1983-cü ildə Livan vətəndaş müharibəsi dövründə Beyrutda meydana gələn bombalı hücumudur. Bu hücum nəticəsində 299 Amerika və fransız əsgəri ABŞ və Fransa əsgərlərinin yerləşdirildiyi binaların qarşısında iki bomba yüklü yük maşınının partlaması nəticəsində həyatını itirmişdir. Daha sonra Hizbullah olaraq bilinən İslami Cihad təşkilatı bombalı hücumun məsuliyyətini öz üzərinə götürmüşdür. Nəqliyyat vasitələrindəki partlayıcılar intiharçılar tərəfindən partladılmışdır. ABŞ dəniz piyadaları korpusu kazarmalarına edilən hücumda 220 nəfəri dəniz piyadası, 18 nəfəri dənizçi və 3 nəfəri əsgər olmaqla ümumilikdə 241 Amerika əsgəri öldürüldü, 60-ı yaralandı. ABŞ Dəniz Piyadaları Korpusunun İkinci Dünya Müharibəsindəki İvo Jima döyüşündən bu tərəfə və ABŞ ordusunun Vyetnam müharibəsindəki Tet Hücumunun ilk günündən bu tərəfə bir gün ərzində ən çox əsgər itirdiyi hadisədir. Həmçinin bu hücum İkinci Dünya Müharibəsindən bəri xaricdəki Amerikalılara edilən ən ölümcül hücumdur. Bundan əlavə, binada qapıçı olaraq işləyən yaşlı bir livanlı da ilk partlayışda öldü. İstifadə olunan partlayıcı 5,400 kq ağırlığında TNT-yə bərabər idi. İki dəqiqə sonra, Fransız əsgərlərinin qaldığı səkkiz mərtəbəli binaya (Fransa "Drakkar" paraşütçü kazarması, Ramlet al Baida, Beyrut) edilən hücumda 58 Fransız paraşütçü öldürüldü, 15 əsgər yaralandı.
Beyrut limanının bombalanması (2020)
Beyrut limanında partlayışlar və ya Beyrut limanının bombalanması — 4 avqust 2020-ci il tarixində, yerli saat ilə 18:08-də Livanın paytaxtı olan Beyrut şəhərinin limanında baş vermiş iki ardıcıl partlayış. Partlayış nəticəsində ən azı 218 nəfər ölmüş, 7 min nəfər yaralanmış, 80 nəfər itkin düşmüşdür. Livan İctimai Təhlükəsizliyinin ümumi direktoru Abbas İbrahim partlayışın səbəbini 6 ildir anbarlarda saxlanılan təqribən 2.750 ton nitrat ammonyak – ammonyak turşusu ilə əlaqələndirmişdir. Partlayışın böyüklüyü təqribən 300 ton TNT-nin partlamasına bərabər idi. == Zəmin == Livan partlayış zamanı iqtisadi böhran yaşayırdı. Livan funtu kəskin şəkildə ucuzlaşmış, ölkədəki kasıblıq səviyyəsi isə 50%-ə qalxmışdır. Beyrut limanı Livana dəniz yolu ilə səyahətin qapısı kimi qiymətləndirilir və hər il 3 minə yaxın gəmi qəbul edir. Livan dövlətinin nəzarətində olan limanda 4 hövzə, 16 sahil bəndi, biri buğda üçün nəzərdə tutulmuş 13 anbarı var. Limanda hərbi baza da mövcuddur. === MV Rhosus === Partlayışların səbəbi dərhal dəqiqləşməmişdir.
Suriyanın bombalanması (Sentyabr 2018)
Suriyanın 2018-ci il 17 sentyabrda bombalanması - İsrail Hava Qüvvələri tərəfindən Suriyadakı bir neçə obyektə endirilmiş raket və bomba zərbələridir. Suriyanın Latakiya şəhərinə dəniz istiqamətindən İsrail HHQ-nin F-16 qırıcıları raket hücumu həyata keçirib. Suriya rəsmiləri zərbə nəticəsində Sakubadakı məişət kimya istehsalı müəssisəsinə, alminium zavoduna və elektrik stansiyalarına zərər verildiyini açıqlayıb. Bu zərbələr nəticəsində Sakubanın elektrik təchizatı tamamilə dayanıb. Lakin, Londondakı "Syrian Observatory for Human Rights" (Suriya İnsan Hüquqları Təşkilatı) raket zərbəsi nəticəsində Suriyanın hərbi dəniz qüvvələrinə məxsus bazanın ərazisində iki silah anbarının məhv edildiyini bildirir. Sentyabr 17-də gecə saat 23:00 radələrində Suriyanın Hmeymim aviabazasına qayıdan Rusiya Hərbi Kosmik Qüvvələrinə (HKQ) məxsus İL-20 təyyarəsi ilə əlaqə itib. Hərbi təyyarənin Aralıq dənizi üzərində dəniz sahilindən 35 kilometr aralıda uçuş həyata keçirərkən radarlardan itdiyi məlum olub. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, təyyarəni Suriyanın S-200 hava hücumundan müdafiə sisteminin raketləri vurub. İsrailin F-16 qırıcılarının manevrləri nəticəsində Suriya raketləri Rusiya təyyarəsini vurub. Təyyarədə olan 15 hərbçi həlak olub.
Sakiyet-Sidi-Yusifin bombalanması
Sakiyet-Sidi-Yusifin bombalanması – Fransa ordusu tərəfindən Əlcəzair müharibəsi çərçivəsində Tunisin Sakiyet-Sidi-Yusif kəndində 8 fevral 1958-ci ildə həyata keçirilmiş və 70-dən artıq insanın, o cümlədən 12 orta məktəb şagirdinin ölümünə, 148 nəfərin isə yaralanmasına səbəb olan hərbi əməliyyat. O vaxtdan bəri hər il fevralın 8-də Əlcəzair və Tunis bu hadisəni birgə qeyd edirlər. Əlcəzair müharibəsi davam edərkən, fransız ordusu müntəzəm olaraq Tunis sərhədindən hücumlara məruz qalırdı. Həmin dövrdə Tunis Əlcəzairə maddi-texniki dəstək verir və silah tranzitini təmin edir, həmçinin, Milli Qurtuluş Ordusunun (MQO) hərbçilərini qəbul edirdi. 1958-ci ildə Fransa ordusunun Əlcəzairdəki komandanlığı bu təzyiqə qarşı müqavimət göstərmək qərarına gəldi. Yanvarın 2-də sərhəddə atışma baş verdi, bu zaman MQO dörd fransız əsgərini əsir götürərək Kef bölgəsinə geri çəkilə bildi. Fransa Nazirlər Şurasının sədri Feliks Qayyar general Alber Buşaleyə Fransa-Tunis danışıqlarına yenidən başlamaq və neytrallıq öhdəliklərini xatırlatmaq məqsədilə prezident Həbib Burgibaya mesaj çatdırmağı tapşırdı. Burgiba 1954-cü ildə fellaqalarla döyüşmüş bu hərbçini qəbul etməkdən imtina etdi. Bundan sonra Qayyar qərargah rəisini göndərsə də, bu dəfə də nəticə əldə olunmadı. Burgiba mətbuata açıqlamasında bəyan etdi ki, Fransanın hərəkətləri davam edərsə, sərhədlərdə BMT alayının yerləşdirilməsini xahiş edəcək.
İkinci Dünya müharibəsində Bolqarıstanın bombalanması
İkinci Dünya müharibəsində Bolqarıstanın bombalanması — İkinci Dünya müharibəsi zamanı Qərb Müttəfiqlərinə məxsus hərbi təyyarələr tərəfindən Bolqarıstan ərazisindəki şəhər və obyektlərə endirilmiş bir sıra hava hücumları. Bolqarıstan ərazisinə ilk aviazərbələr nasistlərin Yuqoslaviyaya hücumu başladıqdan sonra, 6 aprel 1941-ci ildə Yuqoslaviyanın 3-cü bombardmançı alayının 64-cü qrupundan olan dörd "Do.17Kb-1" bombardmançı təyyarəsi tərəfindən Köstəndildə həyata keçirilmişdir. Başqa bir Yuqoslaviya təyyarəsi saat 15:00 radələrində Sofiyanın qərb kənarına bombalar atmış, lakin onlar partlamamışdır. 1941-ci il aprelin 6-dan 7-nə keçən gecə Yunanıstandan uçan Britaniyanın altı "Vellinqton" bombardmançı təyyarəsi Sofiya üzərinə bombalar atmışdır. Atılan bombalar dəmiryol vağzalı yaxınlığına və yaşayış məntəqələrinə düşmüşdür. Hava hücumları müharibə elan edilmədən həyata keçirilmişdir. Yuqoslaviya və Yunanıstanda baş tutan döyüşlər Birləşmiş Krallıq, Yuqoslaviya və Yunanıstan üçün uğursuz inkişaf etdiyi üçün bombardmanların davamı gətirilməmişdir. 14–24 yanvar 1943-cü il tarixlərində Kasablankada keçirilən konfransda ABŞ Prezidenti Franklin Ruzvelt və Britaniyanın Baş naziri Vinston Çörçill Bolqarıstanı strateji bombardmana başlamaq qərarına gəlmişdilər. 1 avqust 1943-cü ildə ABŞ bombardmançı komandanlığı Rumıniyada yerləşən neft yataqlarına və neft emalı zavodlarına zərbələr endirmək məqsədi daşıyan "Qabarma dalğası" əməliyyatına başlamışdır. Bombardmançı təyyarələr Bolqarıstanın hava məkanından keçmişdir.
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması — 2024-cü il 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran İslam Respublikasının səfirliyinə İsrail tərəfindən gerçəkləşdirilmiş bombalama hücumu. İran hücuma görə məsuliyyəti İsrail və Amerika Birləşmiş Ştatlarının daşıdığını açıqlayıb. İran mediası bildirib ki, zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri birləşməsinin yüksək rütbəli komandiri, briqada generalı Məhəmmədrza Zahidi və digər yeddi SEPAH zabiti də daxil olmaqla ümumilikdə 13 nəfər həlak olub. == Arxa plan == 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri Yaxın Şərqdə bir çox beynəlxalq güclər tərəfindən müxtəlif təyinatlı hava hücumları həyata keçirilib. 2023-cü ilin oktyabr ayında Qəzza bölgəsində başlanmış müharibə bir çox siyasi şərhçilər tərəfindən Suriya vətəndaş müharibəsi zəmnində İran-İsrail münaqişəsinin bir parçası olaraq görülməkdədir. Suriyada məskunlaşmış İran Silahlı Qüvvələrinə mənsub hərbi birləşmələr, Hizbullah və İraq və Əfqanıstandan olan xarici milislər sözügedən hərbi toqquşmalarda aktiv olaraq iştirak etməkdədirlər. 2023-cü ilin 19 fevral tarixində Suriyanın Dəməşq şəhərində yerləşən bir sıra hərbi obyektlər İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal edilən hava hücumları nəticəsində vurulub və hücumlardan sonra bir sıra yaşayış məntəqəsi də ciddi formada zədələnib. Fevraldakı hücumlarda 5 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Hücumlar 2023-cü ilin fevral ayında Hizbullahın yüksək rütbəli səhra komandirlərindən biri olan İmad Muğniyənin 2008-ci ildə öldürüldüyü ərazidə baş verib. 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS tərəfindən İsrailə qarşı başladılmış qəfil hərbi əməliyyatlardan sonra İran HƏMAS birliklərini açıq formada dəstəkləyib və nəticədə İsrail və İran arasında növbəti döyüş əməliyyatlarının başladılması üçün zəmin yaranıb.
Dəməşq şəhərində yerləşən İran səfirliyinin İsrail tərəfindən bombalanması

Gəncə bombalanmaları
Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları — 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir. İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir.
Hiroşima və Naqasakinin atom bombalanmaları
Hiroşima və Naqasakinin atom bombardmanı – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. İkinci dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdir. 1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan "Enola Gay" amerikan B-29 bombardman təyyarəsi "Balaca oğlan (bomba)" adlı atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atmışdır. "Balaca oğlan" bombası 13–18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan "Gonbul (bomba) adlanan atom bombası "Bockscar" amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılmışdır. Təyyarənin komandiri pilot Çarlz Suini idi. Hiroşimada həlak olanların sayı 90–166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olmuşdur. Yaponiyaya ABŞ-nin atom bombaları şoku Yaponiyanın baş naziri Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenorinin hökumətini müharibəni dərhal bitirməyə məcbur etmişdir.. 15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan etdi. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı İkinci dünya müharibəsini formal olaraq bitirmişdir.
Taktiki bombalama
Taktiki bombalama (ing. Tactical bombing) — hava elementlərinin düşmən tərəfin hərbi hədəflərinə istiqamətlənmiş hava hücumlarıdır. Taktiki bombalama zamanı, qarşı tərəfin müharibə gücünün, döyüş əzminin və qərarlılığının, döyüş təchizatının məhvi əsas hədəfdir. Bu tərz hava bombardmanında düşmənin qərargagları, toplama düşərgələri, ehtiyat anbarları, top və tankçı bateriyaları kimi hərbi hədəflərindən əlavə, müharibənin davam etdirilməsinə şərait yaradan körpülər, dəmiryolu qovşaqları kimi əlaqə və xəbərləşmə məntəqələrini də vurmağa çalışır.