Tərtərin bombalanması

Tərtərin bombalanmasıİkinci Qarabağ müharibəsi ərzində Ermənistan Silahlı QüvvələriQondarma Dağlıq Qarabağ Müdafiə Ordusu tərəfindən Azərbaycanın Tərtər rayonundakı şəhər, qəsəbə və kəndlərin artilleriya, raket və kasset bombalı silahlarla bombardman edilməsidir. Bölgənin bombardmanı müharibənin ikinci günündə, 28 sentyabrda, erməni qüvvələri rayonun inzibati mərkəzi olan Tərtər şəhərini və Birinci Qarabağ müharibəsində qaçqın düşən azərbaycanlılar üçün inşa edilən Şıxarxı atəşə tutduqda başlayır.

Tərtərin bombalanması
Tarix 28 oktyabr 2020
10 noyabr 2020
Yeri Tərtər rayonu
Tərtər şəhəri
Qurbanlar
Ölənlərin sayı 17 nəfər
Zədəlilər 63 nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bombardman geniş dağıntılara və çox sayda mülki ölümə səbəb olur. Minlərlə insan Tərtər şəhərini bir xəyal şəhərciyinə çevirərək qaçqın olur və Bərdə kimi qonşu şəhərlərə köç edir. Bu axınlarda erməni qüvvələri tərəfindən hədəf alınır[1][2]. Azərbaycan hakimiyyəti, erməni qüvvələrinin 29 oktyabr tarixinə qədər Tərtər rayonu ərazisinə 15.500 mərmi atdığını, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atıldığını bildirir. Rəsmi Azərbaycan rəqəmləri göstərir ki, bombalar zamanı məktəblər, xəstəxanalar və dövlət binaları da daxil olmaqla mindən çox mülki obyekt ya ziyan görmüş, ya da məhv edilmişdir.

Human Rights Watch erməni qüvvələri tərəfindən uşaq bağçaları və xəstəxanalar kimi dövlət və mülki obyektlərə yönəlmiş bir çox hədəf hücumlarını təsdiqləyir, üstəlik erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərinə qanunsuz olaraq qadağan olunmuş silahlardan hücumlarının müharibə cinayətləri olduğunu da bildirir. Şəhəri davamlı bombardman etmək Azərbaycan hakimiyyətini Tərtəri Azərbaycanın Stalinqradı kimi etiketləməyə sövq edir və Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı Tərtəri sonrakı Ağdama (Yerli əhali tərəfindən Qafqazın Xirosiması adlandırılır.) çevirməyə çalışmaqda günahlandır.Türkiyə dəfn mərasimi zamanı ermənilərin Tərtərdə bir qəbiristanlığı atəşə tutmalarını qınayır, hadisə yerində olan xarici jurnalistlər və Human Rights Watch məlumatı təsdiqləyir.

Tərtər şəhərinin, habelə rayondakı qəsəbə və kəndlərinin bombardmanı yalnız 10 noyabrda Ermənistanın Dağlıq Qarabağ atəşkəs bəyanatını imzalamasından sonra dayandırılır.

Xəsarət alanlar

[redaktə | mənbəni redaktə et]

Mülki itkilər

[redaktə | mənbəni redaktə et]

29 oktyabr tarixində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müharibə zamanı Tərtər rayonunda bombardman nəticəsində 17 mülki şəxsin öldüyünü və 61 nəfərin yaralandığını bildirir[3]. Onun sözlərinə görə, ümumilikdə təxminən 1200 nəfər bombardmandan əziyyət çəkmişdir. Azərbaycan hakimiyyəti daha sonra iki mülki şəxsin xəsarət aldığını bildirir.


Azərbaycan səlahiyyətliləri bombardman nəticəsində Tərtər rayonu ərazisində dörd minə yaxın mülki obyektin zərər gördüyünü bəyan edir. Bombardman nəticəsində Tərtərin azərbaycanlı əhalisinin böyük bir hissəsi didərgin düşür və normalda təxminən 100.000 insanın yaşadığı Tərtər şəhəri bombardmana görə bir xəyal şəhərinə çevrilir. Tərtərdə qaçqınlar əksər məktəblərdə, uşaq bağçalarında, kafelərdə, restoranlarda, xəstəxanalarda və başqa yerlərdə qalmaq məcburiyyətində qalır. Azərbaycan hakimiyyəti Tərtər şəhərinin oktyabr ayında sakinlərin bombardmandan sığınacaq axtarması ilə boşaldığını bildirir. Tərtərli qaçqınların bir çoxu şərqdə, cəmi 20 kilometr (12 mil) məsafədə olan Bərdəyə köçür. Onlara Bərdə məktəblərində iki aydan çox qalmalarına icazə verilir, lakin binalar erməni klaster raket hücumlarına məruz qaldığından onlar evakuasiya edilir[4][5]. Şəhərdə qalan bəzi Tərtər sakinləri evlərinin zirzəmilərinə sığınır[6].

İnfrastruktura dəyən zərər

[redaktə | mənbəni redaktə et]

Müharibənin ikinci günündə Azərbaycan Prezident Administrasiyası Tərtər rayonuna bir gündə 2 mindən çox mərmi düşdüyünü bildirdi. 29 oktyabr tarixində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, müharibə zamanı erməni qüvvələri rayon ərazisinə 15.500 mərmi atmış, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi düşmüşdür. Onun sözlərinə görə, 29 oktyabr tarixinə qədər 133 ev tamamilə dağıdılmış, 873 ev, həmçinin 14 məktəb, üç xəstəxana və 18 dövlət binası qismən ziyan görmüşdür. 5 noyabrda Euronews, şəhərin yaşayış və ticarət bölgələrinin ciddi ziyan gördüyünü bildirir.

Noyabr ayının əvvəlində Azərbaycan hökuməti tərəfindən yaradılan işçi qrupları müharibə zamanı dəymiş ziyanı qiymətləndirməyə başladmış və ziyan həddən artıq çox olduğu üçün üç işçi qrupu Tərtər rayonuna göndərilmişdir. 24 noyabrda Tərtərə göndərilən işçi qrupların rəhbəri Qubad Heydərov bildirmişdir ki, araşdırma işləri başa çatmaqla 611 fərdi ev və 147 mənzil daxil olmaqla 796 ziyan dəymiş əmlak artıq yoxlanılmışdır. 14 yanvar 2021-ci ildə Heydərov bombardman zamanı ümumilikdə 3800 obyektin zədələndiyini, 76-nın isə tamamilə yararsız vəziyyətdə olduğunu və bərpa oluna bilməyəcəyini bildirir. Təxminən 600 obyektin nəzərdən keçirilməsinin planlaşdırıldığını da əlavə edir.

Amnesty International 14 yanvar 2021-ci ildə Şıxarxda inşa edilmiş 34 mənzilli binadan ən azı 25-nin vurulduğunu, səkkiz binanın damının dağıldığını və yüzlərlə digər mənzilin, inzibati binanın müxtəlif dərəcələrdə ziyana məruz qaldığını bildirir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]


  1. "Armenia/Azerbaijan: First confirmed use of cluster munitions by Armenia 'cruel and reckless'" (ingilis). Amnesty International. 29 October 2020. 29 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2020.
  2. "Armenia: Cluster Munitions Kill Civilians in Azerbaijan" (ingilis). Human Rights Watch. 30 October 2020. 31 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2020.
  3. "Azerbaijan reveals details of casualties, injuries in Tartar inflicted by Armenian troops". MENAFN (ingilis). 29 October 2020. 3 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2020.
  4. Natiqqizi, Ulkar. "Azerbaijan: War Leaves Many Homeless". Institute for War and Peace Reporting (ingilis). 11 December 2020. 26 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2020.
  5. "Residents flee Azerbaijani town of Tartar as Nagorno-Karabakh conflict escalates". France24 (ingilis). 6 October 2020. 4 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2020.
  6. "Nagorno-Karabakh: Iran warns of 'regional war' as fighting rages". BBC (ingilis). 7 October 2020. 20 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2020.