Bərdənin bombalanması

Bərdənin bombalanmasıErmənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları. Hücumlar nəticəsində 26 nəfər öldü, 105[1] nəfərdən artıq insan yaralandı. 27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

Bərdənin bombalanması
Tarix 27 oktyabr 2020 (1-ci hücum)
28 oktyabr 2020 (2-ci hücum)
Yeri Qarayusifli, Bərdə (1-ci hücum)
Bərdə şəhəri (2-ci hücum)
Qurbanlar
Ölənlərin sayı 27 nəfər
Zədəlilər 80 nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı QüvvələriErmənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən müharibə. Bu müharibə 1995-ci ildən sonra müşahidə olunan ən gərgin döyüşlərdir. Müharibə zamanı dəfələrlə 1949-cu il Cenevrə Konvensiyalarının əsas norma və prinsipləri pozularaq müharibə zonasından uzaqıda olan yaşayış məntəqələridə hücumlara məruz qaldı.

27 oktyabr hücumu

[redaktə | mənbəni redaktə et]

5 nəfər öldü, 13 nəfər isə yaralandı. Ölənlərin siyahısı:

  1. 1959-cu il təvəllüdlü Aybəniz Əşrəf qızı Əhmədova
  2. 1961-ci il təvəllüdlü Almaz Salah qızı Əliyeva (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir)
  3. 1970-ci il təvəllüdlü Ofeliya Məcid qızı Cəfərova
  4. 1980-cı il təvəllüdlü Ehtiram Xəlil oğlu İsmayılov
  5. 2013-cü il təvəllüdlü Aysu Rövşən qızı İsgəndərova

28 oktyabr hücumu

[redaktə | mənbəni redaktə et]
Bərdə terror aktı nəticəsində yanmış insan

Oktyabrın 28-də saat 13:40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Bərdə şəhərinə növbəti hücumlar baş verdi. Hücumlardan dərhal sonra Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün twitter hesabında "Ötən gün klaster silahları ilə Bərdədə mülki şəxslərin ölümündən heç bir dərs çıxarılmadı. Ermənistan hərbi işğala və müharibə cinayətinə son qoymalıdır." yazdı. Bir müddət sonra isə hücumların Ermənistan ərazisində "SMERCH" Reaktiv Yaylım Atəş Sistemindən reallaşdırıldığı müəyyən olundu.

21 nəfər öldü[2], 105 nəfər isə yaralandı. Ölənlərin siyahısı:

  1. 1940-cı il təvəllüdlü Yalçın Rizvan oğlu İsgəndərov
  2. 1947-ci il təvəllüdlü Ağamoğlan Bəylər oğlu Quliyev
  3. 1950-ci il təvəllüdlü Hümbət Süleyman oğlu Süleymanov
  4. 1961-ci il təvəllüdlü Solmaz Sədrəddin qızı Qasımova
  5. 1969-cu il təvəllüdlü Fazil Hacı oğlu Hacıyev
  6. 1969-cu il təvəllüdlü Leyla Elmir qızı Mustafayeva
  7. 1971-ci il təvəllüdlü Məhərrəm Ənvər oğlu Mustafayev
  8. 1972-ci il təvəllüdlü Çərkəz Xanlar oğlu Mirzəliyev
  9. 1972-ci il təvəllüdlü Gülşən Mehrab qızı Hüseynova
  10. 1975-ci il təvəllüdlü Mirsaqi Yusif oğlu Əhmədov
  11. 1977-ci il təvəllüdlü İntiqam Ələmdar oğlu Xıdırov
  12. 1983-cü il təvəllüdlü Əsgər Mahir oğlu Allahverdiyev
  13. 1984-cü il təvəllüdlü Ruslan Məhəmməd oğlu Abbasov
  14. 1986-cı il təvəllüdlü Sadiq Sahib oğlu Əliyev
  15. 1988-ci il təvəllüdlü Fuad İsa oğlu İsmayılov
  16. 1990-cı il təvəllüdlü Amil Fazil oğlu Cəfərov
  17. 1990-cı il təvəllüdlü Dəyanət Tahir oğlu Kazımov
  18. 1990-cı il təvəllüdlü Vasif Vaqif oğlu İsmayıllı
  19. 1991-ci il təvəllüdlü Rəşaf Vaqif oğlu Şəfiyev
  20. 1995-ci il təvəllüdlü Tükəzban Çərkəz qızı Mirzəliyeva
  21. 1995-ci il təvəllüdlü Niftalı Səlim oğlu Paşayev
  1. "Azərbaycan XİN" (PDF). 2022-06-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-11.
  2. "Arxivlənmiş surət". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]