Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ceyms Bond
Ceyms Bond, həmçinin Agent 007 — Yan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə uydurma ingilis casusu və qəhrəmanı. Fleminq bu personajı 1952-ci ildə yaratmış və ona aid çoxlu əsərlər yazmışdır. Bu personajın ekranlaşdırılmasına əsasən onun ölümündən sonra, 1964-cü ildən etibarən başlamışlar. Daha sonralar Ceyms Bond macəralarını Kinqsli Amis, Con Piarson, Con Qardner, Reymond Benson və Çarli Hiqson yazmışlar. Əvvəllər bu personaj kitablara əsasən tanınırdısa hal-hazırda onu əsasən filmlərdən tanıyırlar. Ceyms Bond rolunda rəsmi filmlərdə indiyədək 6 aktyor oynamışdır: Şon Konneri (1962–1967; 1971) Corc Leyzenbi (1969) Rocer Mur (1973–1985) Timoti Dalton (1987–1989) Pirs Brosnan (1995–2002) Deniel Kreyq (2006-) Ceyms Bond əslində kim idi?
Maykl Bond
Maykl Bond(ing. Sir Michael Bond, 13 yanvar 1926 – 27 iyun 2017)—ingilis yazıçısı, ssenaristi. Maykl Bond 13 yanvar 1926-cı ildə Böyük Britaniyanın cənub-şərqində, Nyuberidə, Berkşir qəsəbəsində anadan olmuşdur. "Ayı balası Paddinqton" haqqında məşhur kitablar seriyasının müəllifidir. M. Bond 1945-ci ildə yazıçılığa başlayır. 1958-ci ildə artıq bir çox pyeslərin və hekayələrin müəllifi olan yazıçı, Paddinqton haqqında ilk hekayəsini nəşr etdirir. BBC-də çalışan M. Bond 1965-ci ildə artıq bu balaca ayı haqqında hekayələr seriyasını dərc etdirir. Bundan sonra radiodan işdən çıxan yazıçı özünü bütünlüklə yaradıcılığa həsr edir. Yazıçı 1997-ci ildə Britaniya imperiyası ordeni ilə təltif edilmişdir. Hal-hazırda Londonda yaşayır.
Aki (Ceyms Bond)
Aki — personaj. Aki Ceyms Bondun "Yalnız iki dəfə yaşayırsan" adlı 1967-ci ilə aid filminin personajıdır. O filmdə Aki və ya Akiko Vakabayasi adlı gənc qadın obrazını canlandırır. O, Yaponiyada Ceyms Bondun SPECTRE qarşı kömək edir ki, o, muzdlu qatil, onun agenti isə Kissy Suzukinin Şirkəti əvəzləsin. Burada o, Bondu hələ öldürməyə cəhd etməyəcək. Ümumilikdə çox müsbət xarakterli tənqid qəbul olunacaq.
Ceyms Bond çimərliyi
Ceyms Bond çimərliyi (ing. James Bond Beach) - Yamaykanın şimalında, Orakabessa şəhərinin şimal-qərbində yerləşir. Sahillərini Karib dənizinin suları yuyur. Bu hissədə Orakabessa qoruğu yerləşir. Çimərlik yarımadanın üç hissəsini əhatə edir və 10 000 m² əraziyə sahibdir. Uzunluğu 350 metrdir. Adsız çimərlik «Doktor Nou» filminin çəkilişləri zamanı öz adını almışdır. Məhz bu filmdə Ceyms Bondun istəklisi Ursula Andress ağ çimərlik paltarında sudan çıxaraq dünyanı heyran qoymuşdur.
Debat
Debat — özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir. Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktual mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur. Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır. Debatın müxtəlif formalarının tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş vermişdir. Debat Cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranmış və tezliklə milli həyatın məşhur armaturuna çevrilmişdir.
Debet
Debit
Debit – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin debiti l/san, yaxud m³/san, m³/saat, m³/gün-lə hesablanır. Debit uzun müddət ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edir. Su quyularının məhsuldarlığı xüsusi debitlə (səviyyə 1 m-ə düşənəcən olan Debit) müəyyənləşdirilir. Suyun debiti ölçü qabları, müxtəlif konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə təyin edilir. Hidrogeoloji tədqiqatlarda quyunun debiti mühüm göstəricilərdən biri hesab olunur.
Debüt
Debüt (fr. début) bu mənaları ifadə edə bilər: Debüt — incəsənət xadiminin geniş ictimaiyyətə ilk tanınması. Debüt — şahmat partiyasının başlanğıcı. Debüt — Azərbaycanda rok qrup.
DECT
DECT (ing. Digital Enhanced Cordless Telecommunications, azərb. Rəqəmsal təkmilləşdirilmiş simsiz telekommunikasiya‎) — əsasən simsiz telefon sistemlərinin yaradılması üçün istifadə edilən standart. O, Avropada yaranıb və 900 MHz CT1 və CT2 kimi əvvəlki simsiz telefon standartlarını əvəz edərək ümumi standart olub. Təkçə Avropada deyil, Avstraliya, Asiya və Cənubi Amerikanın əksər ölkələrində də bu standart qəbul edilib. ABŞ-nin radiotezlik qaydalarına görə Şimali Amerika bu standartı qəbul edə bilmədi. Nəticədə DECT 6.0 adlı bir az fərqli tezlik diapazonundan istifadə edən DECT variasiyası inkişaf etdirilib. Bu, sözügedən qurğuları hətta eyni istehsalçıdan başqa sahələrdə istifadə üçün nəzərdə tutulmuş sistemlərlə uyğunsuz hala salır. DECT, Şimali Amerika xaricində istifadə edildiyi əksər ölkələrdə digər standartları demək olar ki, tamamilə əvəz etdi. DECT standartına əksər istehsalçıların tətbiq etdiyi sadə telefon imkanları üçün ümumi qarşılıqlı fəaliyyət profili olan "generic access profile" (GAP) daxildir.
BIND
BIND (tələffüzü: bayınd) — internet məkanında ən çox istifadə olunan DNS proqram təminatıdır. 1980-ci illərdə Kaliforniya_Berkli_Universitetinin dörd tələbəsi tərəfindən yaradılmışdır. Buna görə Berkley Internet Name Domain (az:"Berkli İnternet Domen Adı") adlandırıblar. 2007-ci ilə qədər BIND zone verilənlərini ancaq mətn faylarda saxlamaq mümkün idi. 2007-ci ildə çıxan BIND-ın 9.4 versiyası zone məlumatlarını LDAP, Berkeley DB, PostgreSQL, MySQL, and ODBC kimi müxtəlif verilənlər bazası formatında saxlamağa imkan verdi.
Bonn
Bonn — Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin cənubunda, Reyn çayının hər iki sahilində yerləşən şəhər. Bonn, 2000 illik tarixi ilə Almaniyanın ən qədim yaşayış yerləri arasındadır. Köln kralları, 18-ci yüzillik sonuna qədər Bonnu mərkəz olarak istifadə edərkən; Lüdviq van Bethoven, 1770-ci ildə, Bonnda dünyaya gəldi. Şəhərdə yerləşən Ren Fredrix Vilhelm Universiteti, XIX əsrdən etibarən Almaniyanın öndə gələn elmi mərkəzləri arasında sayıldı. 1990-cu ildə Şərqi və Qərbi Almaniyanın birləşməsiylə Berlin, Almaniyanın paytaxtı olmuş, Bonnun da 1990-cı ilə qədər "Hökumət mərkəzi" olmasına qərar verilmişdir.
Bund
Bund — Litva, Polşa və Rusiyada Ümumi yəhudi fəhlə ittifaqı. 1897-ci ildə Vilnoda yəhudi sosial-demokrat qruplarının təsis qurultayında təşkil edilmişdi. Bund, əsas etibarilə Rusiyanın qərb vilayətlərinin yəhudi sənətkarlarının yarımproletar ünsürlərini birləşdirirdi. O Rusiya fəhlə hərəkatında millətçilik və separatizm təmsilçisi idi. Bundçular RSDFP daxilində daim partiyanın opportunist qanadına ("iqtisadçılara", menşeviklərə, təsviyəçilərə) tərəfdar çıxır, bolşevizmə qarşı mübarizə edirdilər. Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi illərində Bundun rəhbərləri əksinqilab qüvvələri ilə birləşdilər. Bununla bir zamanda Bundun sıravi üzvləri arasında Sovet hakimiyyəti ilə əməkdaşlıq xeyrinə dönüş əmələ gəldi. 1921-ci ilin martında Bund öz-özünü ləğv etdi və onun üzvlərinin bir hissəsi ümumi əsaslarla RK(b)P-yə qəbul olundu. V. İ. Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 251–252.
Bənd
Bənd — şeirin bir neçə misradan ibarət qismən bitkin parçalarına deyilir. Şair şeirdə danışacağı fikri müəyyən bitkin hissələrə verir. Şeirdə bəndələri bir-birilə əlaqəsiz təsəvvür etmək olmaz. Ayrı-ayrı bəndlərdəki misralar bir-birini tamamladığı kimi, şeirin bəndləri də məzmunca bir-birilə bağlanmalıdır. Şeir növlərinin müəyyənləşməsində bənddəki misraların sayı əsas şərtdir. Bununla bərabər, bir sıra şeir şəkillərindəki bəndlər misraların sayı etibarı ilə eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır. Klassik şeir janrları olan mürəbbelərin hər bəndi dörd, müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi misradan ibarət olmuşdur. Şeir növləri əsasən bənddəki misraların sayına görə təyin olunur. Beyt Misra Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi.
Fond
Fond (fr. fond lat. fundus «əsas») — xeyriyyəçilik, sosial və digər ictimai faydalı fəaliyyət üçün yaradılan və müəyyən kapitala malik qeyri-kommersiya təşkilatı. Fondlar kommersiya şirkətləri və ya dövlət tərəfindən maliyyələşdirilir. Fond kitabxananın, informasiya mərkəzinin vəzifələrinə və profilinə uyğun olan sənədlərin istifadəsi və saxlaması üçün nəzərdə tutulan nizamlanmış məcmusudur. Kitabxananın, informasiya mərkəzinin vəzifələrinə müvafiq olan sənədlərin aşkar edilməsi, seçilməsi, sifariş edilməsi, əldə edilməsi, alınması və qeydiyyatı prosesləri Fondun dəstləşdirilməsi adlanır. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Bonq
Bonq — tütün çəkmək üçün cihazdır . Bir qayda olaraq, bu, çətənə yandırmaq üçün konus formalı bölməsi olan, qismən su ilə doldurulmuş kiçik bir qabdır. Bong-dan istifadə edərkən, tənəffüs edilmiş tüstü sudan keçir və bununla da soyudulur. Çətənə çəkənlər arasında bonqlar populyarlıq təşkil edir. Bonq istifadə edərkən daha çox tetrahidrokannabinolun bonq çəkənin ağciyərlərinə daxil olmasını təmin edir. Eyni zamanda ağciyərlərə qatran və digər zərərli maddələrin qəbulu da artır. ABŞ-ın əksər ştatlarının qanunvericiliyi bonqları narkotik vasitələrdən istifadə üçün istifadə olunan cihazlar hesab edir, ona görə də onların saxlanması və satışı qadağandır. Afrikada, Efiopiya mağaralarında aparılan qazıntılar zamanı alimlər 11–14-cü əsrlərə aid tütün boruları tapıblar. Mağaradan müxtəlif otların qalıqları tapıldı və nəzəriyyələrə görə, bu borular bonqun inkişaf tarixinin başlanğıcıdır.
Debet kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Debit kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Debüt (qrup)
Debüt (rus. Дебют) — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1988-1991-ci illər arasında Azərbaycanda fəaliyyət göstərmiş pop-rok janrında ifa edən qrupun ifaları ruscadır. Qrup 1988-ci ildə gitarist Rasim Qasımov tərəfindən Sumqayıt şəhərində yaradılmışdır. Daur Kusov - vokal Eqor Dervoed - zərb alətləri Rasim Qasım - gitarist İqor Tixonov - zərb alətləri Elçin Sadıqov - bass-gitar Qrup üzvləri hazırda Rusiyada - Moskva şəhərində yaşayırlar. Bunlardan Eqor Dervoed Qorki Park rus rok qrupunun prodüseridir. Я иду по большой аллее Вот и всё Белый снег Сумгаит Забудь печаль Призрак ↑ "ФЕНИКС литературный клуб: Eqor Dervoed". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-25.
Debüt (şahmat)
Debüt (şahmat) — görüşün ilk mərhələsi, oyunun başlanğıcı. Görüşün ilk mərhələsi olan debütdə rəqiblər fiqurları irəli çıxararaq sonrakı mərhələyə hazırlıq görürlər. Debüt şahmat strategiyasının və nəzəriyyəsinin, ilk növbədə fiqurların və piyadaların qarşılıqlı əlaqəsinin strateji prinsiplərinin əsas qanunlarına tabedir. Debüt üç növə bölünür: açıq (ağların birinci gedişi mütləq belə olur: 1. e4 və qaraların cavabı: 1… e5); yarımaçıq (ağlar 1. e4 gedişi edirlər, qaralar isə 1… e5 gedişindən başqa istənilən gedişi edə bilərlər); bağlı (ağlar 1. e4 gedişindən başqa istənilən gedişi edirlər).
Mahamat Debi
Mahamat ibn İdris Debi İtno (ərəb. محمود بن إدريس ديبي إتنو‎; fr. Mahamat ibn Idriss Déby Itno; 1 yanvar 1984) — Çad Keçid Hərbi Şurasının sədri. Mahamat Debi ilk olaraq Çadda hərbi məktəblərin birgə birliyinə yazıldı. Daha sonra Fransada Eks-an-Provans Hərbi Məktəbində təhsil aldı. Geri qayıtdıqdan sonra zabit məktəbi yarı rəhbərliyin ikinci səviyyəsinə yüksəldildi və daha sonra infantlar qrupu komandirinin müavini olaraq Dövlət Qurumlarının Təhlükəsizliyi xidmət şöbəsinə təyin edildi. İlk döyüş təcrübəsini 2006-cı ilin aprelində üsyançıların paytaxta hücum etməsi və daha sonra Çadın şərqindəki döyüşlərə qatılaraq qazandı. Ordusunun üsyançıları məğlub etdiyi Ən Dəm döyüşündə Çad qüvvələrinin komandanlığında iştirak edərkən qüvvələrə rəhbərlik etdi. Qələbədən sonra DQT-in zirehli eskadrilyaları və mühafizəçilərinin komandanlığına təyinat aldı. 2013-cü ilin yanvarında general Umar Bikimo başçılığında Malidə Çad xüsusi qüvvələrinin komandanlığına təyin edildi.
Ronda Dent
Ronda Paige Dent (18 avqust 1978) — Kanadalı aktrisa.
Serxino Dest
Serxino Cianni Dest (3 noyabr 2000) — ABŞ-lı peəkar futbolçu. La Liqa təmsilçilərindən olan Barselona klubuna məxsusdur. İcarə əsasında Milan klubunda və futbol üzrə Amerika Birləşmiş Ştatları milli komandasında çıxış edir. Dest Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. 2012-ci ildə Taylor Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. Atası Amerika vətəndaşı olduğuna görə Dest ABŞ millisini təmsil etmək qərarına gəlmişdir. Dest öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. 14 oyunçu müxtəlif millilərə dəvət aldığı üçün Dest heyətə cəlb olunmuşdur. O, 82-ci dəqiqədə Abdellah Aberkane ilə əvəz olunmuşdur. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur.
İdris Debi
İdris Débi İtno(fr. Idriss Déby Itno; (18 iyun 1952 – 20 aprel 2021, Ncamena)— Çadın prezidenti və Vətənpərvər Qurtuluş Hərəkatının rəhbəridir. Debi Zaghawa etnik qrupunun Bidyat klanından biridir. Yanvar 2006-cı ildə soyadına "İtno" əlavə olunmuşdur. Debi bir çobanın oğlu olaraq Fadada doğuldu. Məktəbi bitirdikdən sonra N'Djamena Hərbi məktəbə daxil oldu. Oradan bir peşəkar Pilot sertifikatı ilə 1976-cı ildə Çada döndü və ali təhsil üçün Fransaya göndərildi. Keçici hökumət 28 fevral 1991-ci il tarixində Çad dövlət başçısı olaraq Debini vəzifələndirdi. İyun ayında prezident seçiminin ardından mart 1996-cı ildə yeni bir konstutsiya ilə referendium qəbul edildi. Debi ilk turda ilk sırada yer aldı ancaq əksəriyyəti qazana bilmədi.
Debüt (studiya)
"Debüt" studiyası — "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. "Kinofilmlərin ideya-bədii səviyyəsini daha da yüksəltmək və kinematoqrafiyanın maddi-texniki bazasını möhkəmləndirmək tədbirləri haqqında" Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1986-cı il 26 fevral tarixli, 13 nömrəli qərarına müvafiq olaraq, ASSR Nazirlər Sovetinin 1987-ci il 20 fevral tarixli 53r nömrəli sərəncamı ilə kinostudiya nəzdində "Debüt" eksperimental-gənclik yaradıcılıq studiyası yaradıldı. Studiyanın rəhbəri Eldar Quliyev, baş redaktoru Eldəniz Quliyev, direktoru isə Davud Zöhrabov təyin olundu. O vaxtlar "Mosfilm" və "Gürcüstanfilm" kinostudiyalarında artıq belə tipli studiyalar mövcud idi, lakin bizim debüt, təkcə rejissorların deyil, həm də rəssamların, aktyorların, ssenaristlərin, operatorların debütüdür. Burada təkcə bədii deyil, sənədli, xronikal, eksperiment, cizgi filmləri də çəkilirdi. (A. Kazımzadə, Bizim Azərbaycanfilm, Bakı 2004, səh 318). Debüt studiyasını o vaxtlar kinoalmanaxlar üçün çəkilən qısametrajlı bədii filmlər-kinonovellalar əvəz edirdi. Belə yaradıcılıq sınağından uğurla keçən gənc rejissora sonradan böyük ekran üçün tammetrajlı bədii rilm çəkməyə icazə verilirdi. Debütdə çəkilən bəzi filmlər: "Ata" (Ayaz Salayev), "Torpaq" (Vaqif Azəryar), "Dünən, Bu gün və…" (R. Əliyev) sənədli, "Düşüncə" (N. Nərimanbəyova) animasiya, "Son Tamaşa", "Bizim Bakı Teatrı", "Bizim Nəsibə Xanım", "Haqqın Dərgahı", "Səhnədə Keçən Həyat", "Qonaq-qaralı Ev" sifariş filmləri istehsal olunub.
Dəb
Dəb (fr. mode, lat. modus – ölçü, obraz, tərz) — həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbulolunmuş tərzin müvəqqəti hökmranlığıdır. Dəb anlayışı əksər hallarda tez keçiciliklə əvəz olunur. Müəyyən bir müddət ərzində cəmiyyətdə məşhur üslub və ya geyim, fikir, davranış, etiket, həyat tərzi, incəsənət, ədəbiyyat, mətbəx, memarlıq, əyləncə növü, və s. göstərə bilər. Moda anlayışı həmçinin cari dövrə aid insan bədən növünü də əks etdirir (məsələn, qədimdə dolu bədən formaları daha gözəl hesab olunurdu, XXI əsrin əvvəllərində isə incə bədənli insanlar gözəl sayılırdı). Müasir dünyada dəbi izləyən xüsusi ixtisaslaşmış jurnallar da mövcuddur. Nəhəng moda evləri bunlardır: Chanel, Christian Dior, Dolce&Gabbana, Armani, Lacoste, Prada, Gucci, Calvin Klein, Hugo Boss və s. 11–14 may 2015-ci il tarixində Bakıda, Azərbaycanda ilk yüksək moda həftəsi keçirilmişdir.
Dəşt mahalı
Dəşt mahalı — Urmiya xanlığına bağlı məntəqələrdən biri. Dəşt mahalının ərazisi əsasən dağlıq və təpəliklərdən ibarətdir. O, cənubdan Mərgəvər, şərqdən Urmiya gölü, şimaldan Bərrə, Rövzə mahalı, qərbdən Mirşeyxi və Zərinə çayları ilə həmsərhəddir. Mahalın dərələrindən və düzənliklərindən bir sıra çaylar, çeşmələr axır. XVIII və XIX əsrlərdə mahal bəyləri Bərdəsur kəndindəki qalada yaşayırdılar. Dəştin dağlarında bir neçə tayfa, o cümlədən Hərgi adlı kürd əşirəti yaşam sürürdü. Onlar qışda Amadi vadisinə köçürdülər.
Lolita dəbi
Lolita dəbi (ロリータ・ファッション, Rorita faşşon) – Viktoriya dövrünün dəbindən və rokoko elementlərindən təsirlənən Yaponiya altmədəniyyəti. Lolita dəbinin əsas fərqləndirici xüsusiyyəti şirinlik estetikasıdır. Lolita dəbinin 3 əsas stili var: qotik, klassik və şirin. Bunlardan əlavə, dəbin başqa stilləri də mövcuddur: dənizçi, kənd, şahzadə, erotik, qrotesk, qi və va, pank, şiro (ağ), kuro (qara), stimpank və s. Lolita dəbi Yaponiyada 1990 və 2000-ci illərdə inkişaf etmişdir. "Lolita" termini ilk dəfə "Ryukou Tsushin" dəb jurnalının 1987-ci il sentyabr buraxılışında peyda olmuşdur. Terminin mənşəyi Vladimir Nabokovun "Lolita" romanı ilə bağlıdır. Lolita dəbinin mənşəyi dəqiq məlum deyil. 1970-ci illərin sonunda "otome" adlı yeni mədəniyyət ortaya çıxmışdı və bu mədəniyyət lolita dəbinə böyük təsir göstərmişdir. Otomenin ortaya çıxmasından öncə - 1970-ci illərin əvvəllərində kavaii mədəniyyəti yaranmışdır.
Bon
Bon Jovi
Mirabad (Dəşt)
Mirabad (fars. ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (15 ailə).