Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Botaniki coğrafiya
Bitki coğrafiyası və ya fitocoğrafiya və ya botaniki coğrafiya — bitki və bitki qruplarının yayılma qanunauyğunluqlarını, eləcə də bitki aləmi müxtəlifliklərinin Yer kürəsində paylanmasını öyrənən botanika bölməsi. == Tədqiqat istiqamətləri == Bitki coğrafiyası bioloji obyektləri, həm bioloji (tipoloji, müqayisəli, ekoloji, tarixi), həm də coğrafi (kartoqrafiya, ölkəşünaslıq, rayonlaşdırma) metodlardan istifadə edərək populyasiya-növ (populyasiyalar, növlər, yarımnövlər, cinslər, fəsilələr və daha ali taksonomik dərəcələr), senotik (bitki qrupları və ya fitosenozlar) və biotik (məhəlli və ya daha böyük ölçüdə bitkilik, flora kompleksləri təşkil səviyyələrində tədqiq edir. == Tarixi == Bitki coğrafiyasının meydana gəlməsi e.ə. IV əsrin sonlarına təsadüf edir. Bu barədə Feofrastın "Bitkilər haqqında tədqiqatlar" adlı 4-cü kitabında qeyd edilmişdir. Müstəqil elm kimi XVIII əsrin sonu – XIX əsrin əvvəllərində formalaşmışdır. Alman botaniki K.L.Vildenov, onun tələbəsi A.Humboldt, İsveçrə botaniki O.Dekandol və danimarkalı alim Y.Skou – Botaniki coğrafiyanın baniləridir. Bitki coğrafiyasına dair faktiki materialların toplanması bir çox görkəmli botaniklərin ekspedisiya tədqiqatları ilə bağlıdır. XIX əsrdə ingilis bioloqu E.Forbs, botaniklər D.D. Huker, A. Dekandol, A. Qrizebax, A. Enqler, XX əsrdə ingilis botaniki D.Villis və amerikalı bioloq L. Kruaza bitki coğrafiyası nəzəriyyəsini xeyli zənginləşdirmişlər. == Müasir vəziyyəti == Müasir bitki coğrafiyası areal haqqında (bitkilərin xorologiyası); bitkilərin həyati formaları və onların Yer kürəsində paylanması günəş enerjisinin mənimsənilməsində, üzvi maddələrin əmələgəlməsində, oksigenin, karbonun və bütövlükdə Yer kürəsində bir çox digər həyati əhəmiyyətli birləşmələrin müxtəlif ərazilərdə və müxtəlif landşaftlarda dövranında, biomların ümumi məhsuldarlığında bitkilərin rolu (bitkilərin ekoloji coğrafiyası); yaşayış mühitinin müxtəlifliyi şəraitində bitkilərin məskunlaşması (bitkilərin dinamik coğrafiyası); bitki aləminin Yer kürəsində paylanmasını müəyyən edən zonallıq, sektorluq, hündürlük qurşaqları və s.
Botaniki Nomenklaturanın Beynəlxalq Kodeksi
Botaniki nomenklaturanın beynəlxalq kodeksi (BNBK) — yaradəlması və bitkilər, göbələklər və digər orqanizm qruplarının elmi adlarının yaradılması və tətbiqini nəzərdə tutan qayda və tövsiyələr. Zooloji və bioloji nomenklaturalardan asılı olmayaraq botaniki nomenklaturanın öz kodeksi var.
Botanika
Botanika — biologiyanın mühüm tərkib hissəsi olub, müstəqil bir elm kimi bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çoxalmasını, inkişafını, mənşəyini və s. tədqiq edən elm. Biologiya elmləri sisteminə daxildir. Botanikanın əsas bölmələri: sistematika (bitkiləri qohumluq baxımından qruplaşdırır və tarixini öyrənir), morfologiya (xarici görünüşü öyrənir), anatomiya (daxili quruluşunu öyrənir), embriologiya (mayalanma və toxum inkişafını öyrənir), biokimya (kimyəvi maddələr və kimyəvi prosesləri öyrənir) və s. == Tarixi == Botanika bir elm kimi qədim dövrlərdə yaranmışdır. Elmin meydana gəlməsi insan cəmiyyətinin bitkilərdən istifadə etməsi ilə əlaqədardır. E.ə 5–6-cı əsrlərdə yaşamış həkim Hippokrat 200-dən artıq dərman bitkisinə dair məlumat vermişdir. Qədim yunan alimləri Aristotel və Teofrast botanika elminin baniləri sayılır. E.ə. 4–3-cü əsrlərdə yaşamış filosof Teofrast 10 cildlik "Bitkilərin təbii tarixi" adlı əsərində 450 növ bitkini təsvir etmiş və onların təsnifatını vermişdir.
Botanik

Botanika bağı
Botanika bağı — yerli və başqa ölkələrin bitkilərini becərən və öyrənən, botaniki elmləri təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir, əsas vəzifəsi bitki ehtiyatlarını öyrənib zənginləşdirmək məqsədilə faydalı bitkiləri öyrənmək və onların təsərrüfat üçün qiymətli olanlarını müəyyənləşdirməkdir. Bununla əlaqədar, Botanika bağı bitkilərin introduksiyası, iqlimləşdirilməsi, eləcə də bitki kolleksiyaları toplamaqla məşğul olur. == Azərbaycanda == Azərbaycanda Botanika bağı 1934-cü ildə Bakının dağlıq hissəsində, Badamdarda Qurd Qapısının yaxınlığda salınmışdır. 41 ha ərazisi var. Mərdəkanda digər Botanika bağı yerləşir.
Botanika İnstitutu
Botanika İnstitutu — Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olan elmi-tədqiqat institutu. Baş direktor: Biologiya elmləri doktoru, professor Səyyarə Cəmşid qızı İbadullayeva. İcraçı direktor: Biologiya elmləri doktoru Şakir Nəbi oğlu Qasımov. == Fəaliyyət istiqamətləri == Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması Bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması == Tarixi == Azərbaycan Respublikasında bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz kimi tanınan AR ETN Botanika İnstitutu rəsmi bir qurum kimi 1936-cı ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan botanika bölməsinin bazasında təsis edilmişdir. 1999-cu ilə qədər Mərdəkan Dendrarisi (hazırki AR ETN Dendrologiya İnstitutu), 2000-ci ilə qədər Nəbatat bağı şöbəsi (hazırki Mərkəzi Nəbatat Bağı Publik hüquqi şəxs), 2016-cı ilə qədər Bioloji proseslərin fundamental problemləri şöbəsi (hazırki AR ETN Molekulyar Biologiya və Biotexnologiya İnstitutu) Botanika İnstitutunun nəzdində inkişaf etmiş və fəaliyyət göstərmişdir. İİnstitutun təşəkkül tapmasında və inkişafında onun ilk direktoru, görkəmli botanik, Qafqaz florasının bilicisi, SSRİ Dövlət mükafatı laureatı, SSRi Elmlər Akademiyasının həqiqi üzvü A.A.Qrossheymin mühüm rolu olmuşdur. İnstituta akademik A.A.Qrossheymdən (1936-1947) sonra akademik M.H.Abutalıbov (1947-1950; 1962-1978), akademik H.Ə.Əliyev (1950-1952); b.ü.e.d. Ş.Ö.Barxalov (1952-1957), akademik V.X.Tutayuq (1957-1962), akademik U.K.Ələkbərov (1978-1988), akademik V.C.Hacıyev (1988-2008), müxbir üzv S.H.Musayev (2008-2010), akademik V.M.Əli-zadə (2011-2021) rəhbərlik etmişlər. 2021-ci ildən bugünədək İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevadır. Ali bitkilərin hərtərəfli öyrənilməsi sahəsi üzrə qazanılmış nailiyyətlərdə azərbaycanlı alimlərin - H.Ə.Əliyev, Y.M.İsayev, V.X.Tutayuq, Q.F.Axundov, M.M.Abutalıbov, İ.S.Səfərov, Ə.X.Xəlilov, R.Y.Rzazadə, H.M.Qədirov, V.C.Hacıyev, R.Q.Əsgərova, S.H.Musayev, N.M.İsmayılov və başqa görkəmli alimlərin töhfələri qeyd olunmalıdır.
Flora (botanika)
Flora (lat. Flora – Roma mifologiyasında çiçək və bahar tanrısı) — bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən vilayət, zona, rayon, bitki tipi, formasiya və ya biosenoz daxilində onların müasir təbii şəraiti və geoloji keçmişi ilə bağlı tarixən təşəkkültapmış məcmusu. Flora müxtəlif bitki qruplaşmalarının cəmidir. Florada növ əmələgəlmə prosesləri, bir növün digərini sıxışdırması, bitkilərin miqrasiyası və s. hadisələr səciyyəvidir. Hər hansı flora özünə məxsus müxtəlifliyi, yaş tərkibi, endemikliyi ilə fərqlənir. Müəyyən ərazilərin lorası arasında fərqlər bu regionların geoloji tarixləri, həmçinin torpaq və iqlim şəraitlərinin müxtəlifliyi ilə bağlıdır. Məs. Qafqazın florası, Azərbaycanın florası, sporlu bitkilərin florası, mamırların florası (brioflora), yosunların florası (alqoflora) və s. Hər bir floranın təyin əsası onun növ və cins tərkibinin aşkar edilməsidir.
Müxtəliflik (botanika)
Müxtəliflik — botaniki adlandırmalarda var. (lat. varietas sözünün qısaldılmış forması) növdən də kikik taksonomik vahidi göstərir və bu zaman həmin taksonomik vahid 3 adın köməyilə yazılır.
Amman (botanik)
İohann Amman (ing. Johann Amman; 22 dekabr 1707 – 4 dekabr 1741, Sankt-Peterburq) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == İohann Amman toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Stirpium rariorum in Imperio Rutheno sponte provenientium icones et descriptiones / Collectae ab Joanne Ammano, M. D. Acad. Imper. scient. membro et botanices professore, Regiae Societatis Londinensis sodali; Instar supplementi ad Commentar. Acad. scient. Imper.
Link (botanik)
Henrix Fridrix Link (alm. Heinrich Friedrich Link‎; 2 fevral 1767, Hildeshaym[d], Aşağı Saksoniya – 1 yanvar 1851, Berlin) — Alman təbiətçisi və botaniki. == Əsərləri == "Elementa philosophiae botanicae", Berlin, 1824. "Handbuch zur Erkennung der nutzbarsten und am häufigsten vorkommenden Gewächse" 3 т., Берлин, 1829—33. "Jahresbericht über die Arbeiten für physiologische Botanik im Jahre 1840", 1842. "Vorlesungen über die Kräuterkunde", Berlin, 1843—45. "Flore portugaise", Берлин, 1809—40. "Icones plantarum selectarum horti regii botanici Berolinensis" Kristof Fridrix Otto ilə birlikdə, Berlin, 1820—28. "Enumeratio plantarum horti regii botanici Berolinensis" 2 c., Berlin, 1821—22. "Ueber die Gattungen Melocactus und Echinocactus", Berlin, 1827.
AMEA Botanika İnstitutu
Botanika İnstitutu — Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olan elmi-tədqiqat institutu. Baş direktor: Biologiya elmləri doktoru, professor Səyyarə Cəmşid qızı İbadullayeva. İcraçı direktor: Biologiya elmləri doktoru Şakir Nəbi oğlu Qasımov. == Fəaliyyət istiqamətləri == Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması Bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması == Tarixi == Azərbaycan Respublikasında bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz kimi tanınan AR ETN Botanika İnstitutu rəsmi bir qurum kimi 1936-cı ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan botanika bölməsinin bazasında təsis edilmişdir. 1999-cu ilə qədər Mərdəkan Dendrarisi (hazırki AR ETN Dendrologiya İnstitutu), 2000-ci ilə qədər Nəbatat bağı şöbəsi (hazırki Mərkəzi Nəbatat Bağı Publik hüquqi şəxs), 2016-cı ilə qədər Bioloji proseslərin fundamental problemləri şöbəsi (hazırki AR ETN Molekulyar Biologiya və Biotexnologiya İnstitutu) Botanika İnstitutunun nəzdində inkişaf etmiş və fəaliyyət göstərmişdir. İİnstitutun təşəkkül tapmasında və inkişafında onun ilk direktoru, görkəmli botanik, Qafqaz florasının bilicisi, SSRİ Dövlət mükafatı laureatı, SSRi Elmlər Akademiyasının həqiqi üzvü A.A.Qrossheymin mühüm rolu olmuşdur. İnstituta akademik A.A.Qrossheymdən (1936-1947) sonra akademik M.H.Abutalıbov (1947-1950; 1962-1978), akademik H.Ə.Əliyev (1950-1952); b.ü.e.d. Ş.Ö.Barxalov (1952-1957), akademik V.X.Tutayuq (1957-1962), akademik U.K.Ələkbərov (1978-1988), akademik V.C.Hacıyev (1988-2008), müxbir üzv S.H.Musayev (2008-2010), akademik V.M.Əli-zadə (2011-2021) rəhbərlik etmişlər. 2021-ci ildən bugünədək İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevadır. Ali bitkilərin hərtərəfli öyrənilməsi sahəsi üzrə qazanılmış nailiyyətlərdə azərbaycanlı alimlərin - H.Ə.Əliyev, Y.M.İsayev, V.X.Tutayuq, Q.F.Axundov, M.M.Abutalıbov, İ.S.Səfərov, Ə.X.Xəlilov, R.Y.Rzazadə, H.M.Qədirov, V.C.Hacıyev, R.Q.Əsgərova, S.H.Musayev, N.M.İsmayılov və başqa görkəmli alimlərin töhfələri qeyd olunmalıdır.
Botanika küçəsi (Tbilisi)
Botanika küçəsi (gürc. ბოტანიკურის ქუჩა) — Tbilisi şəhərin qədim hissəsində yerləşən küçə. Abanotubani rayonuna aiddi və Narikala dağından Abano küçəsinə qədər uzanır. Qədim Tiflisin əsas turizm marşrutlarından biridir. == Tarixi == Adı 1841-ci ildən gec olmayaraq qoyulub. Küçənin belə adlandırılmasının səbəbi burada yerləşən Tbilisi botanika bağı ilə bağlıdır. Şəhərin qocaman küçələrindən biridir. Küçənin rayonunda şəhər qala divarının Qanci qapıları yerləşirdi. Burada Tbilisinin köhnə müsəlman qəbiristanlığında (indiki Botanika bağının ərazisində yerləşir) bastırılan Azərbaycan teatrının klassiki İbrahim İsfahanlının xatirə lövhəsi qoyulub. 2007-ci ildən küçənin miqyaslı yenidənqurma işləri keçirilir.
Botanika İnstitutu (Azərbaycan)
Botanika İnstitutu — Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olan elmi-tədqiqat institutu. Baş direktor: Biologiya elmləri doktoru, professor Səyyarə Cəmşid qızı İbadullayeva. İcraçı direktor: Biologiya elmləri doktoru Şakir Nəbi oğlu Qasımov. == Fəaliyyət istiqamətləri == Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması Bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması == Tarixi == Azərbaycan Respublikasında bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz kimi tanınan AR ETN Botanika İnstitutu rəsmi bir qurum kimi 1936-cı ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan botanika bölməsinin bazasında təsis edilmişdir. 1999-cu ilə qədər Mərdəkan Dendrarisi (hazırki AR ETN Dendrologiya İnstitutu), 2000-ci ilə qədər Nəbatat bağı şöbəsi (hazırki Mərkəzi Nəbatat Bağı Publik hüquqi şəxs), 2016-cı ilə qədər Bioloji proseslərin fundamental problemləri şöbəsi (hazırki AR ETN Molekulyar Biologiya və Biotexnologiya İnstitutu) Botanika İnstitutunun nəzdində inkişaf etmiş və fəaliyyət göstərmişdir. İİnstitutun təşəkkül tapmasında və inkişafında onun ilk direktoru, görkəmli botanik, Qafqaz florasının bilicisi, SSRİ Dövlət mükafatı laureatı, SSRi Elmlər Akademiyasının həqiqi üzvü A.A.Qrossheymin mühüm rolu olmuşdur. İnstituta akademik A.A.Qrossheymdən (1936-1947) sonra akademik M.H.Abutalıbov (1947-1950; 1962-1978), akademik H.Ə.Əliyev (1950-1952); b.ü.e.d. Ş.Ö.Barxalov (1952-1957), akademik V.X.Tutayuq (1957-1962), akademik U.K.Ələkbərov (1978-1988), akademik V.C.Hacıyev (1988-2008), müxbir üzv S.H.Musayev (2008-2010), akademik V.M.Əli-zadə (2011-2021) rəhbərlik etmişlər. 2021-ci ildən bugünədək İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevadır. Ali bitkilərin hərtərəfli öyrənilməsi sahəsi üzrə qazanılmış nailiyyətlərdə azərbaycanlı alimlərin - H.Ə.Əliyev, Y.M.İsayev, V.X.Tutayuq, Q.F.Axundov, M.M.Abutalıbov, İ.S.Səfərov, Ə.X.Xəlilov, R.Y.Rzazadə, H.M.Qədirov, V.C.Hacıyev, R.Q.Əsgərova, S.H.Musayev, N.M.İsmayılov və başqa görkəmli alimlərin töhfələri qeyd olunmalıdır.
Missuri Botanika Bağı
Missuri Botanika Bağı (ing. Missouri Botanical Garden) — ABŞ-nin Missuri ştatındakı Sent-Luiz şəhərində yerləşən botanika bağı. Bağın sahəsi 32 ha-dır.
Tbilisi botanika bağı
Tbilisi botanika bağı (gürc. თბილისის ბოტანიკური ბაღი; 1845 ilə qədər Çar bağı) Tbilisinin tarixi mərkəzində, Sololaki silsiləsindən cənubda yerləşir. Bağ 1845 ildə, yaşı bir neçə əsr olan çar bağların yerində yaradılıb. Buranı ilk dəfə 1671 ildə fransız səyyah Jan Şarden öz yazılarında qeyd etmişdi. Narikala qalasının yanında yerləşən bağların təsviri fransız təbiətşunas Jozef Turneforun yazılarında əks olunmuşdur. Həmçinin bu botanika bağı Şahzadə Vaxuştinin 1735-ci ildə tərtib etdiyi xəritədə göstərilmişdir. 1896-1904-ci illərdə bağın ərazisi qərbə genişləndirilmişdir, XX əsrin ortalarında isə bağın ərazisinə köhnə müsəlman qəbiristanlığını bağladılar, hansında ki M.F.Axundov, M.Ş.Vazeh, Mehdiqulu xan Vəfa, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Məmməd Həsən Hacınski və s. kimi Azərbaycanın görkəmli tarixi şəxsləri dəfn olunub. Ümumi sahəsi 128 hektardan çox olan Botanika bağında nadir və nəsli kəsilməkdə olan bitki növləri yetişir. Bağın diqqətəlayıq və turistləri ən çox cəlb edən güşələrindən biri də 42 metrlik şəlalədir.
İrəvan Botanika Bağı
İrəvan Botanika Bağı (erm. Երևանի բուսաբանական այգի) — Ermənistan Milli Elmlər Akademiyasına aid və Ermənistan Respublikasındakı bitki kolleksiyasının məsul orqanıdır. Paytaxt İrəvanın şimal-şərqi hissəsində yerləşən Avan rayonunda, təxminən 80 hektarlıq yarı-boş bir sahəni əhatə edir. Kolleksiyada 200-dən çox endemik, nadir və azalan bitki növləri mövcuddur. İrəvan Botanika Bağında bir botanika institutu yerləşir. == Tarixi == İrəvan Botanika Bağı 1935-ci ildə İrəvan şəhərinin şimal-şərqi hissəsində açılmışdır. Botanika institutu bundan üç il sonra açılmışdır. Kollektiv istixana, 1939-cu ildə 25 kvadrat metrlik bir sahədə qurulmuşdur. 1944-ci ildə yeni bir istixana inşa edilmişdir. Bu istixanın ümumi sahəsi 610 kvadrat metr idi.
Botanik-sistematiklərin siyahısı
Botanik-sistematiklərin siyahısı — Bitkilərin binominal elmi adlarında qeyd olunması üçün işarələnmiş botaniklərin qısalmış adlarının siyahısı. Mənbə: International Plant Names Index (IPNI) saytı. Siyahıda hansısa qısaldılmış müəllif adlarına rast gəlməmisinizsə, IPNI saytında axtarış apara bilərsiniz: IPNI saytında müəllifin qısaldılmış adına görə axtarış.
Botanik-təsnifatçıların siyahısı

Robert Broun (botanik)
Robert Broun, Robert Braun (ing. Robert Brown, 21 dekabr 1773[…] – 10 iyun 1858[…], London) — XVIII-XIX əsrlərdə yaşamış britaniyalı (şotland) botanik, bitki morfoloqu və təsnifatçısı, Broun hərəkətinin müəllifi. == Həyatı == 21 dekabr 1773-cü ildə Şotlandiyada Montroz şəhərində dünyaya gəlmiş, Aberdində, Edinburq universitetində 1789-1795 ci illərdə tibb və botanikadan təhsil almışdır. Ferdinand Bauer ilə Avstraliya və Tasmaniya kimi adaları gəzərək bir çox bitkilər növləri aşkar etmişlər. 1805-ci ildə Robert Broun Böyük Britaniyaya qayıdan zaman 4 minə yaxın bitki götürmüşdü. Robertin xidməti əvəzsiz olduğuna görə 1849-1853-cü illər ərzizndə Londonda "Lineya cəmiyyəti"nin prezidenti olmuşdu. Robert 10 iyun 1858-ci ildə vəfat etmiş və Londonda dəfn edilmişdi. == Həmçinin bax == Broun hərəkəti == Mənbə == Ford B. J. Brownian movement in Clarkia pollen: a reprise of the first observations // The Microscope. 1992. Vol.
Robert Brown (botanik)

Tofiq Məmmədov (botanik)
Məmmədov Tofiq Sadıq oğlu (10 fevral 1957, Dırnıs, Ordubad rayonu – 19 may 2022, Xızı rayonu) — AMEA Dendrologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2006). == Həyatı == Tofiq Məmmədov 10 fevral 1957-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1964–1974-cü ildə Ordubad rayonu, Dırnıs kənd orta məktəbində təhsil almışdır. 1975–1977-ci illərdə hərbi xidmətdə olmuşdur. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı mühəndis diplomu ilə bitirmişdir. 1982–1986-cı illərdə müxtəlif təşkilatlarında elektrik, usta, iş icraçısı, şöbə rəisi, baş mühəndis, tikinti idarəsinin rəisi vəzifəsində çalışmışdır. 19 may 2022-ci ildə işlə bağlı Xızı rayonuna gedərkən yol-nəqliyyat qəzası zamanı faciəli şəkildə vəfat edib. == Əmək fəaliyyəti == T. S. Məmmədov 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini, 1996-cı ildən isə AMEA-nın Dendrologiya İnstitutunda direktor vəzifəsində çalışır. "Landşaft memarlığı" laboratoriyasının rəhbəridir. 2000-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Vaqif Novruzov (botanik)
Vaqif Novruzov (azərb. Novruzov Vaqif Seyfəddin oğlu‎; 1 iyul 1943, Quba rayonu) — Biologiya üzrə elmlər doktoru, Professor, AMEA-nın müxbir üzvü (2017) == Həyatı == Vaqif Novruzov 1 iyul 1943-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub. == Fəaliyyəti == === Elmi əsərləri === 1. Флорогенетический анализ лишайников Большого Кавказа. и вопрсы ее охрана (Монография), Баку:Элм,1990,324 с.; 2. Biological varietes of plants in South Caucasus and their protection. Vienna (Аustriya)2005 3. Анализ бриофлоры Гянджачайского бассейна. Журн: Естественные и технические науки» Москва, № 3(47). 2010, с.69-71.
Kyu Kral Botanika Bağı
Kyu Kral Botanika Bağı (ing. Royal Botanic Gardens, Kew) və ya Kyu Bağı (ing. Kew Gardens) — Londonun cənub-qərb hissəsində Riçmond və Kyu arasında yerləşən sahəsi 121 ha olan botanika bağlar kompleksi, XVIII—XX əsrlərə aid tarixi park landşaftı.
Kyu kral botanika bağları
Kyu Kral Botanika Bağı (ing. Royal Botanic Gardens, Kew) və ya Kyu Bağı (ing. Kew Gardens) — Londonun cənub-qərb hissəsində Riçmond və Kyu arasında yerləşən sahəsi 121 ha olan botanika bağlar kompleksi, XVIII—XX əsrlərə aid tarixi park landşaftı.
Latviyanın Milli Botanika Bağı
Milli botanika bağı (latış. Nacionālais botāniskais dārzs‎) — Latviyanın Salaspils şəhərində yerləşən botanika bağı. Bağ Pribaltika ərazisində ən böyük bağlardan biri hesab olunur. == Tarixi == Bağın yaranma tarixi 1836-cı ildir. Riqalı Annoy Hertrud Verman tərəfindən dəvət edilmiş alman bağban Kristian Vilhelm Şox Riqa şəhərində bağçılıq şirkəti yaratdı. Şirkət daxilində həm də şitillik fəaliyyət göstərirdi. Ştillik şəhər kənarında, Hanibu Dambis küçəsində yerləşirdi. 1898-ci ildə ştilliyin sahəsi böyüdükdən sonra onu Salaspils şəhərinə köçürdülər. İkinci Dünya müharibəsinə kimi ştillik Baltikyanı ölkələrdə ən böyük idi. 1944-cü ildə Salaspilsdə Dövlət meyvə və giləmeyvə ağacları bağı yaradıldı.
Senecio bomanii
Senecio bomanii (lat. Senecio bomanii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Botnik dənizi
Botnik dənizi - Şimalda Botnik körfəzi ilə Şimali Kvarken boğazı, cənubda Aland dənizi və Arxipelaq dənizi ilə isə Cənubi Kvarken boğazı vastəsilə birrləşir. Bir çox mənbələrdə dəniz Botnik körfəzinin akvatoriyası hesab edilir və dəniz hesab edilmir. Şərqdə Finlandiyanın qərbi, qərbdə isə İsveçin şərq hissəsini yuyur. Dənizin sahəsi 79,000 km² təşkil edir. Maksimum dərinliyi 230 m, orta dərinlik 68 metrdir. Həcmi 4,340 km³, uzunluğu 350 km təşkil edir. Sahillərində Rauma və Rari (Finlandiya), Gövle və Sundsvall (İsveç) şəhərləri yerləşir. Ən iri limanları Umea (İsveç) və Vaasa (Finlandiya).