Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boyad
Uzunboyad — Şabran rayonunda kənd. Sincanboyad — Şabran rayonunda kənd.
Boyar
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan. == Etimologiya == Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər. == X-XIII əsrlər == İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı == XIV-XVII əsrlər == XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi.
Boyat
Boyat (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Boyat (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Boyat (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Boyan Tokiç
Boyan Tokiç (13 yanvar 1981) — Sloveniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Boyan Tokiç Sloveniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Boyan Tokiç Sloveniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Boyan Tokiç Sloveniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Boyan mədəniyyəti
Boyan(ing. Boian) — Rumıniya və Bolqarıstan ərazilərində yayılmış Neolit mədəniyyəti (e.ə. 4-cü minillik). Boyan gölündəki (Rumıniya) məskənin adı ilə adlandırılmışdır. Boyan üçün üzəri qara boz rəngli və oyma xətlərlə bəzədilmiş gil qablar xarakterikdir. Qablar üzərindəki oyma xətlər çox zaman ağ maddə ilə doldurulurdu. Boyanda daş baltalar da tapılmışdır. Əhali əkinçilik , maldarlıq, ovçuluq və balıq tutmaqla məşğul idi. Qumelnisa mədəniyyətinin (Enolit dövrü) formalaşmasında Boyan mədəniyyətinin mühüm rolu olmuşdur.
Boyaq alkannası
Boyaq alkannası (lat. Alkanna tinctoria) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü.
Boyaq bitkilər
Boyaq bitkilər - kök, gövdə, budaq, qabıq, yarpaq, çiçək, meyvə və ya toxum hissələrindən boyaq məhlulu hazırlayıb yun, ipək və pambıq məmulatlarını boyamaq üçün istifadə olunan bitkilər. M.Qasımova (1980) görə, respublikamızda rast gəlinən boyaq bitkiləri 110 fəsilə və 358 cins daxilində birləşərək ümumi floramızın 36%-in təşkil edir. Boyaçılıq sənayesi üçün geniş istifadəsi mümkün olan bitkilərdən boyaqotu, sarağan, sumaq, dəli çətənə, sarı kol, yapon stifnolobiumu, qoz, nar, zirinc, palıd, şabalıd, murdarça, tut, qızılağac, çaytikanı, zəfəran, əvəlik, dazıotu, gəndəlaş, ətirşah, söyüd, andız, qaraqınıq, yemişan, heyva və s-ni göstərmək olar.
Boyaq dazı
Boyaq dazı (lat. Hypericum androsaemum) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. Hündürlüyü 40-100 sm, gövdəsi qəhvəyitəhər, adətən düzduran və az budaqlanmış yarımkoldur. == Yarpaq == Yarpaqları oturaqdır, çılpaqdır, uzunsov və enli yumurtavari, uzunluğu 4-10 sm, eni 2-6 sm olub, kütdür, oyuqlu və ya qısa itiucludur, qaidə hissəsi dəyirmidir, alt tərəfdən tünd-göydür. == Çiçək == Çiçəkləri uzunluğu 2-6 sm olan, qalxanşəkilli və ya çətirşəkilli çiçək qrupunda toplanmışdır, yuxarı yarpaqların yaxınlaşmasından əmələ gəlmiş qını vardır. Ləçəkləri uzunsov-yumurtaşəkilli olub, kütdür. == Meyvə == Qutucuq giləmeyvəşəkillidir, demək olar ki, qara rəngdədir, kasacığa bərabərdir, açılan deyil, tez töküləndir. Toxumlarının uzunluğu 1 mm-dir, qısa silindrşəkilli və ya ovaldır, tor kimi deşiklidir, buruncuğu vardır. == Çiçəkləməsi == May == Meyvə verməsi == İyun-İyul (Avqust) == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, Lənkəran dağlıq. Aşağı və orta dağ qurşağında.
Boyaq fibraureyası
Boyaq fibraureyası (lat. Fibraurea tinctoria) - fibraurea cinsinə aid bitki növü.
Boyaq indiqoferası
Boyaq indiqoferası (lat. Indigofera tinctoria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin i̇ndiqofera cinsinə aid bitki növü.
Boyaq koreopsisi
Boyaq koreopsisi (lat. Coreopsis tinctoria) - koreopsis cinsinə aid bitki növü.
Boyaq nazı
Boyaq nazı (lat. Genista tinctoria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması == Аvrоpа və Аsiyаdа yаyılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m оlаn pоlimоrf kоldur. Оduncаqlаşаn və düz dаyаnаn gövdəsində süpürgəyəbənzər, çоxlu budаqlаnаn uzun yаn zоğlаrı оlur. Zоğlаrı yаşıl, çılpаq və yа sıx tüklüdür. Yаrpаqlаrı nеştərvаri оlub, uclаrı bir qədər iti, yаxud küt, çılpаq və yа sıx tükcüklüdür. Yаrpаqаltıqlаrı bizvаri, 1-3 mm uzunluqdаdır. Mаydаn iyulа qədər çiçəkləyir. Bеcərildiyi şərаitdən аsılı оlаrаq çiçəkləmə müddəti dəyişilir.
Boyaq sarıçiçəyi
Boyaq sümürgəni
Boyaq alkannası (lat. Alkanna tinctoria) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü.
Boyaq ulaxqanqalı
Boyaq ulaxqanqalı (lat. Carthamus tinctorius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ulaxqanqalı cinsinə aid bitki növü.
Boyaq çüyütotu
Boyat (Ağcabədi)
Boyat — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Keçmiş Bayat nahiyəsinin mərkəzi. == Tarixi == Boyat (Bayat, Bəyat) – "Kitabi-Dədə — Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran – Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX–X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir.Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır.
Boyat (Neftçala)
Boyat — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Boyat (Bayat , Bəyat ) – "Kitabi-Dədə – Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran –Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir.Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır.
Boyat (Ucar)
Boyat — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.Ucarın ən inkişaf etmiş kəndlərindəndir == Tarixi == Boyat (Bayat , Bəyat ) – "Kitabi-Dədə – Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran –Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir.Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir.Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. == Etimologiyası == Ucar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Keçmişdə Boyat Məlik Umud adlanmışdır.
Boyat bələdiyyəsi
Boyat bələdiyyəsi (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda bələdiyyə. Boyat bələdiyyəsi (Neftçala) — Azərbaycanın Neftçala rayonunda bələdiyyə. Boyat bələdiyyəsi (Ucar) — Azərbaycanın Ucar rayonunda bələdiyyə.
Bozax qoyunu
Bozax qoyunu — Qoyun cinslərindən biri. Qərbi Azərbaycanda, qismən şərqi Gürcüstan və Ermənistanın bir sıra rayonlarında yayılan bozax qoyunu qədim, həm də yerli Azərbaycan qoyun cinslərindən biri sayılır. Vaxtilə Gəncə və Qazax qəzalarında daha çox inkişaf tapan bozax qoyun cinsi ətlik, südlük, yunluq və satış üçün bəslənmişdir. Bozax qoyununun yunu əsasən boz, nadir hallarda ağ, qəhvəyi rəngdə olur. Çox güman ki, onun rənginin bozluğu nəzərə alınaraq ona bozax qoyunu adı verilmişdir. Bu cins qoyunların diri çəkisi əsasən 50–65 kq-a qədər olur. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. səh. 596.
Dördlər (Boyat)
Dördlər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Kür çayının sahilində yerləşən bu kənd Boyat bələdiyyəsinin tərkibindədir. == Tarixi == Dördlər kəndinin tarixi haqqında müxtəlif fikirlər olmuşdur. Rəhmətlik dünyagörmüş qoca Ağadadaş Süleymanovun dediyi bir fikrə görə Şah Abbasın zülmündən qaçıb gəlmiş dörd qardaşdan bu kənd yaranmışdır və elə ona görə də "Dördlər" adlanmışdır. Başqa bir fikirdə deyilənə görə, kəndin ilk sakinlərindən biri hazırda qəbiristanlıq da XIX əsrə aid olan qəbirdə dəfn olunmuş Mehdi kişi olub. Onun dörd oğlu olmuşdur: Əsəd, Zeynal, Cəfər Və Nəcəf. Kənddə hazırda beş əsas soyad daşıyıcıları yaşayır: ata: Mehdiyevlər, onun oğlanlarından olan: Əsədovlar, Nəcəfovlar, Cəfərovlar və Zeynalovlar. Deyilənə görə, vaxtilə bu tayfanın iki üzvündən olan törəmələr Xıllı qəsəbəsində Çərəzi adlandırılan yerdə məskunlaşıb. Hazırda Səxavət Əsədov, Arif Əsədov, Kamran Əsədov, Emin Dadaşov, Ələkbər Nəcəfov, Şamil Nəcəfov, Rahil Nəcəfov fəlsəfə doktorlarıdır.
Hakan Boyav
Hakan Boyav (10 yanvar 1964, Ödəmiş, İzmir ili) — Türkiyəli aktyor. == Həyatı və karyerası == Hakan Boyav 10 yanvar 1964-cü ildə İzmir ilinin Ödəmiş ilçəsində anadan olub. 1984-cü ildə Suphi Koyuncuoğlu Liseyini, 1987-ci ildə Doqquz Sentyabr Universiteti Gözəl Sənətlər Fakültəsini bitirdi. Universitet illərində yerli bir qəzetdə illüstrator və yumor yazarı kimi çalışıb. 1988-ci ildə Diyarbəkır Dövlət Teatrının quruluş heyətində yer aldı və 1988-ci ildən 1993-cü ilə qədər Diyarbəkır Dövlət Teatrında çalışdı. 1993–2003-cü illərdə Antalya Dövlət Teatrında çalışdı. 2003-cü ildən Ankara Dövlət Teatrında çalışır. Karikatura sahəsində Abdi İpekçi Sülh və Dostluq Mükafatı karikatura sahəsi mükafatı (1988) və Yunus Nadi Karikatura Mükafatı (1989) sahibidir.
Karolina Boyar
Karolina Boyar – polşalı qadın futbol hakimi, hüquqşünas. 15 sentyabr 1997-ci ildə Polşanın Krakov şəhərində anadan olub. == Təhsili == 2019-cu ilin iyulunda Yagellon Universitetinin Hüquq və İdaerəetmə fakültəsinin Əqli Mülkiyyət və Yeni Texnologiyalar proqramının məzunu olub . == Karyerası == 2015-ci ildən FİFA referisidir.
Toğanşahlu Boyat
Toğanşahlu Boyat — İrəvan xanlığının Sürməli mahalında kənd adı. XIX əsrə aid məlumatda Toxanşalu-Bayat kimidir.XIX əsrə aid mə’lumatda Toxanşalu-Bayat kimidir == Əhalisi == 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Sonra ermənilər yerləşmişlər. == Toponimiyası == Kənd 1935-ci ildə ermənicə Masis adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Tokanşalu Sufla ("aşağı") adlı iki kənd göstərilir. Sonralar bu iki kəndi bir-birindən fərqləndirmək üçün biri Tokanşalu Boyat (yəni "Boyat kəndi yaxınlığında Tokanşalu kəndi), dtgəri Tokanşalu Qacar (yəni "Qacar kəndi yaxınlığında Tokanşalu kəndi") adlandırılmışdır. Toponimin sonluğunu təşkil edən "şalu" sözü göstərir ki, Tokan tayfa adıdır. Tokan (əsli Toğan, yaxud Tuqan) mənşəyi və tarixi aydın olmayan qədim tayfa adıdır. Albaniyanın Arsak (Dağlıq Qarabağ) bölgəsində ("Alban tarixi", I kitab, 28-ci fəsil) hələ V əsrin əvvəllərində Dib-Toqan (ermənicə yazılışda Divtakan kimidir). (X əsr ərəb müəllifi İstəxrinin məlumatında Divdakan), XIII əsrdə yenə orada Taqan (ermənicə yazılışı Taqanans kimidir kənd adları məlumdur.