Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boykot
Boykot — sosial, siyasi, çevrəçilik səbəblərinə görə könüllü şəkildə şəxsin, təşkilatın və ya ölkənin məhsullarını almaq, satmaq və ya mübadilə etməkdən qəsdən yayınması aktına verilən ad. Boykotun əsas məqsədləri isə ekonomik itkiləri bacarılan qədər minimum səviyyəyə qədər aşağı salmaq, mənəvi alçaqlıqları ön plana çəkmək üçün, məqsədəuyğun bir davranışı dəyişdirməyə məcbur etməyə çalışmaqdır. Bəzi hallarda, boykot istehlakçı aktivizminin bir parçası olur, bəzi hallarda etik tələbçilik adlandırılır. Belə hallar dövlətlərarası xarakter daşıyanda sanksiya adlandırılır. == Tarixi == Bu termin XIX əsrdə yaşamış ingilis Çarlz Boykottun (1832–1897) adıyla bağlıdır. İngiltərə ordusunun istefada olan kapitanı Boykott dolanışıq dalınca baş vurduğu Britaniya müstəmləkəsi İrlandiyada idarəçi mülkədar kimi çalışırmış. Çox tələbkarolan Boykottun elə başına da bu sarıdan iş gəlir. 1880-ci ildə İrlandiyada torpaq islahatları aparmağa çağıran hərəkatın lideri Çarlz Parnell Boykottun əlinin altında işləyən kəndliləri donluqlarını artırmağı tələb etməyə çağırır. Ancaq Boykott nəinki maaşları artırmır, hətta dilini dinc qoymayan kəndliləri işdən qovur. KOnflikt də bundan sonra başlanır: barışmaz irland siyasətçisi Parnellin çağırışları nəticəsində ingilis mülkədar bir də onda ayılır ki, heç kəs əlini ağdan-qaraya vurmaq istəmir.