Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boyun
Boyun — onurğalıların bədəninin başı gövdəyə bağlayan hissəsi. Boyun baş və çiyinlər arasındakı yerdir. (Aristotel) Boyun bir çox həyati funksiyanı yerinə yetirir və çox vaxt xüsusilə həssas bir yerdir. Boyun üzərindən müxtəlif təchizat marşrutları - qida borusu, bağırsaq, traxeya və beynin təchiz etdiyi qan damarları kimi keçir. Servikal vertebra və əzələlər başın ən böyük hərəkətliliyini təmin etmək üçündür. Bütün məməlilərin boyunlarında yeddi fəqərə var. Dünya heyvanlar tarixində qeydə alınan ilk boyun təxminən 375 milyon il əvvəl Devon dövrünün sonunda yaşayan tiktaalikə aid idi. Ancaq bədənin bu hissəsinin meydana gəlməsi ehtimalı daha əvvəl, təxminən 400 milyon il əvvəl, qədim balıqların bədənində yeni bir tənəffüs orqanı, ağciyərlər meydana gələndə ortaya çıxdı. Bəzi heyvanlarda (məsələn, bir zürafə), qidalanma üsulu səbəbindən boyun qeyri-mütənasib olaraq uzun ola bilər.
Boylu acılıq
Boyun fəqərələri
Boyun fəqərələri (lat. vertebrae cervicales) — bura onurğa sütununun boyun nahiyəsinə aid yeddi atlas-C1, aksis-C2, III boyun fəqərəsi (C3), IV boyun fəqərəsi (C4), V boyun fəqərəsi (C5), VI boyun fəqərəsi (C6) and VII boyun fəqərələri (C7) aiddirlər. Boyun fəqərələrindən ilk ikisi: atlas və aksis özünə məxsus qurluşa malik olduqları üçün xüsusi adla adlandırılmışdır. Yerdə qalan 5 fəqərə isə oxşar qurluşa malik olduqları üçün müvafiq sıra nömrəsi ilə adlandırılır.
Boyun kələfi
Boyun kələfi lat. plexus cervicalis üç yuxarı və qismən IV boyun sinirlərinin (C1-C3 və qismən C4) ön şaxələrindən əmələ gələrək ota pilləli və kürəyi qaldıran əzələlərin başlanan uclarının önündə yerləşir və döş-körpücük-məməyəbənzər əzələ ilə örtülü olur. Boyun kələfindən çıxan şaxələr üç qrupa bölünür: birləşdirici, dəri və əzələ şaxələri.
Boyun pirsinqi
Boyun pirsinqi — xaricən boyunda diş izlərini imitasiya edir. Ştanqa boynun yan tərəfinə fiksasiya edilir. Bəzək boyundan çıxarıldıqda dəridə vampir diş izlərinə oxşayan yara izi qalır.
Boylu şüvərən
Boylu şüvərən (lat. Sisymbrium altissimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm olan, sərt yoğun gövdədən və aralanan budaqlı birillik ot bitkisidir. Aşağı yarpaqları qayıqvari şəkildə həlqəvari bölünəndir, yuxarı yarpaqları sapvari şəklindədir. Çiçəkləri yumşaq salxımdan ibarətdir. Ləçəkləri zəif sarımtıl rəngdə olub, solan zaman tamamilə ağ rəngə çevrilir. Toxumları enli ellipsvari, tünd qəhvəyi rəngdədir. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın Abşeron, Kür-Araz düzənliklərində, Naxçıvanın dağlıq zonalarında, Lənkəran düzənliklərində yayılmışdır. Bundan başqa bitkiyə düzənlikdən tutmuş orta dağ qurşaqlarına qədər zonalarda da rast gəlmək olar.
Alaevli boyu
Qaraevli boyu — Oğuz Xan Dastanına görə Oğuzların 24 boyundan biri və Divanü Lüğat-it-Türkdə iyirmi iki Oğuz boyundan onikincisi; "Qarabölük"lərdir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Gün Xanın soyundan gəldikləri qəbul edilir. "Qarabölük" kəliməsi qara çadırlı mənasında istifadə olunmuşdur.
Alayuntlu boyu
Alayuntlu və ya Ulanyuntlu boyu, Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan onyedincisi Alayuntlulardır. Alayuntlu kəliməsi Ala-ala bədənli + yunt-At(cinsi) + lu bu birləşmələrdən yaranmışdır. Alayuntlu boyunun onqonu kərkincək qızılquş (lat. Falco vespertinus)-dur.
Alkaevli boyu
Alkaevli boyu — Oğuz xaqan dastanına görə 24 Oğuz boyundan biridir. "Alkaevli" kəliməsi ağ çadırlı mənasında İstifadə edilmişdir. XIII əsrdən sonra Anadoluya köç etmişdilər.
Döyər boyu
Tüyər boyu və ya Döyər boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşgarlı Mahmuda görə Divân-ı Lügati't-Türkdəki 22 Oğuz boyundan 18-cisi "Tüyər"lərdir. Tüyər kəliməsi günümüz Anadoluda düyər ve döyər şəkillərini almışdır. Afyonqarahisarda Diyərbəkirdə Kaysəridə Burdurda Sivasda ve Muğlada Bolu Dörtdivanda Yuxarı Düyər bu adda bir kənd vardır və Dörtdivanda Düyər yaylasında oğuz boylarına aid yazılar var. Türkiyənin xaricində isə Suriya, tarablus, ve Rakka şəhərlərində isə hələ yer adı olarak adlandırılır. Getdikləri yerlərə "Döyər" adlarını vermişlərdir. Osmanlı dövründə Diyərbəkir ilə Hələb arasındakı ən gözəl yaylaqlar tamamilə "Döyər" oymaqları tərəfindən tutulmuşdu.
Haylandur boyu
Haylandur boyu – Hun boylarından biri. Türkmən tarixçisi Ovez Gündoğduyev bu boyun Qayı boyu ilə eyni boy olduğu qənaətindədir. Habelə, Atillanın da mənsub olduğu ve Avropa Hunlarını idarə edən Balamirlilər bu boydandır. == Haylandur Hunlarının Qafqaz Albaniyasına axını == Haylandur hunları 462-ci ildə Quzey Azərbaycanda mövcüd olmuş Albaniya Dövlətinə girdilər. Bu dönəm Qafqaz Albaniyasını Mehranilər sülaləsi idarə edirdi. Hunlarla birlikdə eyni anda Xəzərlər və Sabirlər kimi başqa türk boylarıda Albaniyaya axın edirdi. Sasani şahları bu axınlara qarşı nə qədər təhkimatlar tikdirsə də, keçişləri bağlasa da, bu axınları dayandıranmadı. Haylandurlar və onlarla birlikdə Qafqaza girən başqa Türk boyları Albanlarla birlikdə yaşamağa və qarışmağa başladılar. Sasanilər və Bizanslılar ilə 591-ci ildə edilmiş müqaviləyə görə Albaniya Girdiman, Tiflis və Dvin daxil olmaqla Sasanilər əlində qalacaq idi (262-ci ilidən Qafqaz Albaniyası Sasanilər tərəfindən işğal edilmiş idi.
Qarğın boyu
Qarğın boyu — yaranma vaxtı skif-massaget zamanına qədəm qoyan qədim oğuz tayfası. Oğuz Xaqan Dastanınana görə Oğuzların 24 boyundan biridir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Ulduz xanın soyundan gəldikləri qəbul edilir. Qarğın "Daşqın və doyurucu" mənasına gəlir. Tanınmış orta əsr yazılı mənbələrindən Qarğın boyuna aid ilk qeydi Fəzlullah Rəşidəddinin Cəmi ət-Təvarix adlı əsərində tapmaq olar.
Qayı boyu
Qayı boyu və ya Kayı boyu (Qayığ, Kayığقايى بويى/قيغ بويى) — Oğuzların boz ox qolundan. Türkmən tarixçisi Ovez Gündoğduyev Qayı boyunun Hun boyu olan Haylandur boyu eyni olduğu fikrini irəli sürür. Qayı kəlməsi, "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Oğuz Xan oğlu Gön Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır. Oğuzlar: Tarihleri-Boy Teşkilatı-Destanları, İstanbul 1999 (Prof.
Qınıq boyu
Qınıq boyu — Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuz boyu. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri. Üçoqlar boylarındandır. Qanıq : " Hər yerdə sayqın" anlamındadır. Böyük Anadolu Səlcuqlu devlətləri, Orta Toroslardakı üçoxlu Türkmənlər , Hələb, Ankara, Aydındakı Kınıq oymaqları bu boydandır. Mahmud Qaşqarlı "Divani-lüğət-it-türk" adlı əsərində yazır: " ٱغُز Oğuz: Bir Türk boyudur. Oğuzlar Türkməndirlər. Bunlar iyirmi iki bölüksür; her bölüiün ayrı bir bəlgəsi və heyvanlarına vurulan bir əlaməti (damğası) var. Bir-birlərini bu bəlgələrlə tanıyırlar. Birincisi və başları: "قنق Qınıq"lardır.
Qızıq boyu
Qızıq boyu — Oğuz xan dastanına əsasən Oğuzların Boz oxlar qolundan, Ulduz xan soyundan gəlir. Ancaq bu boyu Mahmud Qaşqarlı "Divanü Lüğat-it-Türk" əsərində məlumat verdiyi 22 bölük Oğuzlar içində göstərməmişdir. Bu boyun adı Oğuz türklərinin tarixən məskunlaşdıqları ərazilərdə yaratdıqları toponimlərdə Qızıq, Kızık, Qırıq, Qırıx kimi formalarda öz əksini tapmışdır.
Salur boyu
Salur boyu — Oğuz xan Dastanına görə Oğuzların 24 boyundan biri və Mahmud Qaşqarlının Dünya ədəbiyyatında türkdilli xalqların ilk ensiklopediyası olan "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki Oğuz bölüyündə beşincisi; "صالغر Salgur" lardır. Damğaları budur: deyə tanınan bir Oğuz boyudur. Bu boyların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir."Salur" sözü qılınc yelləyən mənasında istifadə edilmişdir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur. Bu gün müasir türkmənlərin mənşəyi Salur boyu Türkmənistan, Özbəkistan, Əfqanıstan, İraq və İranda və eyni kökdən olan Çindəki Salar təbəə Salur boyundan gəlməkdə olduğu təxmin edilsə də Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Anadoluda bir çox bölgədə və Anadolu Səlcuqlu və bərabər Anadoluda yaranan bəyliklər çəkili Salur boylarından təsirlənmişdir. Bunlar başda Qaraman, Təkə və Candaroğulları çəkili Salur mənşəli tayfalar Qəbilələr tayfalar tərəfindən meydana gəlmişdilər. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır. Salurlar içində ciddi ölçüdə qıpçaqlıq da var. Xəzər regionu hər zaman Oğuz və Qıpçaq tayfalarının birləşib bir arada yaşadığı bölgə olmuşdur.
Yazır boyu
Yazır boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Ay xanın soyundan gəldikləri qabul edilir. Yazır Əskişəhər, Dənizli vilayətinin Acıpayam rayonunun bir qəsəbəsi və Çal rayonunun kəndi, Yozqat və Çorum bu boyun mənsubları ilə əlaqaləndirəcək şəkildə Yazır kəndi, Çal adını daşımaqdadır. Təkə sancağı (Antalya) Yazır obası sarı və qara olmaqla iki qola ayrılmışdır. Bu bölgələrdə olduqca mühüm yazır topluluqları yerləşmişdir. Antalya-Korkuteli-Yazır Kumluca-Yazır Kayseri-Yazır Finike-Yazır. "Yazır" kəliməsi yurdu geniş mənasında istifadə edilmişdir. Türkmənistanın Ahal vilayətində Yazır boyundan olan türkmənlərin yaşadığı orta əsrlər sənətkarlığına aid Tak-Yazır şəhərinin xarabalıqları qorunmuşdur. Yaşayış məskəni kimi ilk dəfə XI əsrdə Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk əsərində qeyd edilmişdir.
Yüreğir boyu
Yüreğir boyu və ya Üreğir boyu — Oğuz xan dastanında oğuzların 24 boyundan biri kimi qeyd edilir. Bu boyların Üçoq qolunun Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilmişdir. Simvolları qılıncdır. XIII əsrdə Çingiz xanın rəhbərliyindəki Monqol işğallarından qaçaraq Adananın Misis hövzəsində məskunlaşmış və XIV əsrdə Ramazanoğulları bəyliyini qurmuşlar. Bu bəylik uzun müddət Məmlük dövlətindən asılı vəziyyətdə yaşamış və XVI əsrdə Osmanlı sultan I Səlimin Misir səfərində Osmanlılardan asılı düşmüşdü. 1609-cu ildə Pir Mənsur bəyin istəyi əsasında Osmanlı torpaqlarına daxil edilmişdir. Hal-hazırda Misis, Cebelnur bağı, Yumurtalık, Ceyhan, Yüreğir bölgələrində yaşayan türkmənlər bu boydan gəlməkdədir.
İğdir boyu
İğdir boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan ondördüncüsü. 12 qolu olan Üçoqların bir qoludur. İğdır: "İgidlik, böyüklük" mənasındadır. Bozdoğanlı Oymağı, Anadoluda yüzlərlə yer adı buraxan İğdirler, İranda böyük Kaşkay-Eli içindəki İğdirler və Iğdır adı, bu boyun xatirəsidir.
Bayat boyu
Bayat (Boyat, Bəyat) tayfası — türk tayfalardan birinin adı olub IX–X əsrlərdə Qayı boyu ilə yanaşı Şimali Qazaxıstan çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan doqquzuncudur. Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. Şah İsmayıl Səfəvi yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Bayat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran–Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncərin oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayyılarla birgə dururdular, sol cinahda — bayandurlar və peçeneqlər.
Qaraevli boyu
Qaraevli boyu — Oğuz Xan Dastanına görə Oğuzların 24 boyundan biri və Divanü Lüğat-it-Türkdə iyirmi iki Oğuz boyundan onikincisi; "Qarabölük"lərdir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Gün Xanın soyundan gəldikləri qəbul edilir. "Qarabölük" kəliməsi qara çadırlı mənasında istifadə olunmuşdur.
İnsan boyu
İnsan boyu — insanlarda başın yuxarı hissəsindən ayağın aşağı hissəsinə qədər olan məsafə Antropologiyada boy ümumi antropometrik xüsusiyyətlərdən biridir. İnsanın fiziki inkişafının göstəriciləri siyahısına daxildir. İnsan boyuna genlər və eyni dərəcədə vacib olan ətraf mühit təsir göstərir. Ətraf mühit faktorlarına tənəffüs olunan havanın tərkibi, istehlak edilən qidanın tərkibi, stressli şərtlər, yuxu keyfiyyəti, uzunmüddətli enerji yükləri, xəstəlik, günəş radiasiyasının intensivliyi və s. daxildir. Genetik faktorlara cins, yaş, orqanizmin planlı (genetik) inkişafı, irsi xəstəliklər və s. Beləliklə, məsələn, Çin şəhər sakinlərinin orta boyu 175 sm (kişilər üçün) və 170 sm (qadınlar üçün) təşkil edir. “NCD Risk Factor Collaboration” (NCD-RisC) qlobal tibb alimləri icmasına görə, 2024-cü il üçün Hollandiyada kişilər arasında ən yüksək orta boya malikdir: 182,5 sm və Latviyada qadınlar arasında: 169,8 sm. 2014-cü ildə ən qısa boylular Şərqi Timorlu kişilərdir və orta boyu 159,8 sm və Qvatemalalı qadınlardır: 149,4 sm. Ötən əsrdə Cənubi Koreyalı qadınlar (20 sm-dən çox) və İranlı kişilər (16,5 sm) ən boy atıblar.
Yıva boyu
Yıva boyu — Oğuz xaqan dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Mahmud Qaşqarlıya görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki Oğuz bölüyündən dördüncüsü. Bəlgələri şudur: deyə tanıtdığı bir Oğuz boyudur. Yıva boyunun onqonu tuygun, yani "yaşlı erkək çaxırdoğan"dır. Professor Bazin Özbəkcədəki qarşılığını tapıb: qara erkək Qarçıqaydır. Qaraqoyunlu dövlətini idarə edən Baharlı sülaləsi və eyni nəsildən olan Səədli oymağı Yıva boyundan idi. Kafesoğlu, İbrahim. Türk Milli Kültürü. Türk Kültürünü Araştırma Enstitüsü, 1977.
Zaqafqaziya bonu
Zaqafqaziya bonları — Zaqafqaziya Komissarlığının pul nişanı. İlk dəfə 1918-ci il fevralın 5-də buraxılmıdı. Zaqafqaziya seymi dövründə və sonralar müstəqil Cənubi Qafqaz respublikaları yarandıqdan sonra da işlənən Zaqafqaziya bonları bu respublikalar arasındakı razılaşmalar əsasında buraxılmışdı. İlk razılaşma 1918-ci il iyunun 20-də Gürcüstanla Ermənistan arasında, daha sonra, 1918-ci il sentyabrın 6-da Azərbaycan, Gürcüstan, Ermənistan arasında əldə olunmuşdu. Sonralar bir neçə dəfə — 1918-ci il noyabrın 15-də Azərbaycanla Gürcüstan, 1919-cu il fevralın 12-də və mayın 7-də Gürcüstanla Ermənistan, sonuncu dəfə isə 1919-cu il iyunun 4-də Azərbaycan, Gürcüstan və Ermənistan arasında razılaşmalar əldə edilmişdi. Azərbaycanda Gürcüstan arasında 1918-ci il noyabrın 15-də imzalanmış müqaviləyə əsasən, Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələrinin 1918-ci il 6 sentyabr tarixli sazişinə olavə olaraq, Zaqafqaziya Komissarlığının daha 160 milyon rubl məbləğində (Azərbaycan və Gürcüstan respublikalarının hər birinin ehtiyacı üçün 80 milyon rubl) birgə bonlar buraxılması barədə razılıq əldə olunmuşdu. Bonlar respublikalarm hökumətlərinə, onlar ekspedisiyadan daxil olduqca, Dövlət bankının Tiflis kontoru tərəfindon buraxılırdı. Tərəflərdən heç birinin digərinin xəbəri və razılığı olmadan Zaqafqaziya bonlarını hazırlamağa və buraxmağa ixtiyarı yox idi. 1919-cu il 4 iyun tarixli sazişə əsasən, Azərbaycan, Gürcüstan və Ermənistanın hər birinə, əlavə olaraq, 100 milyon rublluq Zaqafqaziya bonu buraxmaq qorara alınmışdı. Həmin sazişlə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu məbləği, habclə 1919-cu il 12 fevral tarixli müqaviləyə əsasən ona düşən 80 milyon rublluq bonları (cəmi 180 milyon) almışdı.
Çəpni boyu
Çəpni boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki iyirmi iki Oğuz boyundan iyirmi birincisi. F. Rəşidəddin məlumat verir ki, Çəpni iç oğuz nəslindən olub, Göy xanın adı İrkil Xoca tərəfindən verilən və damğası (onqonu) Ağ Sunqur quşu olan olan 4-cü oğludur. Bu tayfa xarakter etibarı ilə düşmənlə qətiyyətli vuruşan kimi təsvir olunur (10, s. 66). Çəpnilərin bizim ərazilərə Orta Asiyadan səlcuq türklərinin tərkibində gəldiyi, Xorəzmşah Cəlaləddinin 1221-1231-ci il hərbi yürüşlərində fəal iştirakı qaynaqlarda göstərilir. Öz izlərini Kəlbəcər rayonunda bir kəndin adında saxlamışdır. Kəndin adı Çəpli şəklindədir. Lev çayının sahilində, dağlıq ərazidə yerləşir. Bəzi tədqiqatçılara görə, toponim oğuz tayfalarından çəpnilərin (cəbni) adı ilə bağlıdır. Şamaxı rayonunda da bu etnonimlə əlaqədar Cabanı adlı kənd vardır.
Çiyin
Çiyin (lat. brachium) — yuxarı ətrafın şöbəsi. Çiyin qurşağı və ön kol arasında yerləşir və müvafiq olaraq çiyin birləşməsi və dirsək vasitəsilə onlara birləşir.
Çiyni
Çiyni (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Çiyni (Ucar) — Azərbaycanın Ucar rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Çiyni — Azərbaycanın Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd.
Qırılmaz boşluq
Qırılmaz boşluq (non-breaking space) — mətn emalı proqramlarında və ya nəşriyyat sistemlərində: standart boşluq simvolunu əvəz edən, ancaq iki sözün bir sətirdə qalması üçün onları bir-birinə bağlayan, yəni onların sətirdən-sətirə keçirilməsinə icazə verməyən simvol. Məsələn, sətrin sonunda "M. F. Axundzadə" kimi ifadələrdə inisialların bir sətirdə qalması, soyadın isə yeni sətrə keçirilməsi arzuolunan deyil. Bəzi tətbiqi proqramlarda qırılmaz boşluğun ölçüsü dəyişməz olur, yəni hətta mətnin səhifənin qıraqlarına nəzərən düzləndirilməsi zamanı da o, dəyişmir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Böyük Qışlaq
Böyük Qışlaq — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, kəndi XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Qarabağdan köçüb gəlmiş ailələr qışlaq yerində salmışlar. Ona görə də kənd belə adlandırılmışdır. Böyük sözü isə kəndi eyniadlı digər yaşayış məntəqələrindən fərqləndirməyə xidmət edir. == Tarixi == === Tarixi abidələri === Böyük Qışlaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın (Axıncaçayın qolu) sol sahilində, Murğuz silsiləsinin (Kicik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Böyük Qışlaq kənd kitabxana filialı, Böyük Qışlaq kənd Mədəniyyət Evi, Böyük Qışlaq poçt şöbəsi (AZ6019) fəaliyyət göstərir. == Təhsil == Kənddə Gəray Nəsibov adına Böyük Qışlaq kənd tam orta məktəbi və Böyük Qışlaq Şamlıq kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Böyük Qışlaq kənd xəstəxanası yerləşir.
Böyük Qışlaq (Xudabəndə)
Böyük Qışlaq (fars. بيوک قشلاق‎‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (27 ailə). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Qışlaq-Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 24 km qərbdədir.
Çiyanə (Piranşəhr)
Çiyanə (fars. چيانه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 390 nəfər yaşayır (63 ailə).
Çiyanə (Sulduz)
Çiyanə (fars. چيانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,283 nəfər yaşayır (551 ailə).
Qızıldağ
Qızıldağ (Azərbaycan) — Şahbuz rayonu ərazisində dağ (hünd. 1319,1 m).
Yuxarı Çiyni
Yuxarı Çiyni, Çiyni (?-2015) — Azərbaycan Respublikasının Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd. 29 may 2015-ci ildə Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çiyni kəndi Yuxarı Çiyni kəndi adlandırılmışdır. Şirvan düzündədir. Əhalisinin sayı 424 nəfərdir. Yuxarı Çiyni kəndinin oykonimi çiyni tayfasının adını əks etdirir. Etnotoponimdir. XVI əsrdə qızılbaş tayfalarından biri olan və mənşəcə qacar tayfasına mənsub çiyniləri Səfəvi şah Təhmasib (1524-76) üsyankar xarakterlərinə görə ölkənin müxtəlif ərazilərində yerləşdirmişdi. İran ərazisində çiynilər daha geniş yayılmışdılar. Kənddə Çiyni kənd məscidi dini icması fəaliyyət göstərir.
Çinin florası
Çinin florası müxtəlifdir. Yer üzündə başqa heç bir yerdə tapılmayan minlərlə insan da daxil olmaqla, dünyanın ümumi bitki növlərinin təqribən səkkizdə birini təmsil edən 30.000-dən çox bitki növü yerli Çindir. Çində bir çox meşə növü var. Həm şimal-qərbdə həm də şimal-qərbdə dağlar və soyuq iynəyarpaqlı meşələr var, heyvan növlərini dəstəkləyən heyvan növləri və Asiya qara ayısı ilə yanaşı 120 növ quş var. Nəmli iynəyarpaq meşələrində, ardıç və yevin daha yüksək dağlıq dayaqlarında rhododendrons ilə əvəzlənmiş, alt qat kimi bambuk cəngəllikləri ola bilər. Mərkəzi və Cənubi Çinə hakim olan subtropik meşələr heyrətləndirici 146.000 flora növünü dəstəkləyir. Tropik yağış meşələri və mövsümi yağış meşələri, Yunnan və Hainan Adası ilə məhdudlaşsa da, Çində olan bütün bitki və heyvan növlərinin dörddə birini əhatə edir. Çin florasında həm taksonun təsvirini, həm də taksonomisini verən bir onlayn məlumat bazası var. Cənubi Çin, şiddətli yağış və uzun yaş fəsillərini yaşayır, bu da iqlimi bambuk və düyü böyüməsi üçün ideal edir. Şimali Çin əksinə, məhdud yağış və cənubdan sonra daha az növ şaxələndirilməsini yaşayır (Kressey, George, 1930).
Çinin iqlimi
Şərqi Asiyada yerləşən Çin Xalq Respublikasının sahəsi 9,6 mln. km² (Rusiya və Kanadadan sonra dünyada 3-cü yer). Çin şimaldan cənuba və şərqdən qərbə doğru təxminən 5000 km uzanır. Böyük bir ərazini əhatə etməsi, fərqli relyefə malik olması, eləcədə böyük məsafədə (14 500 km) Sakit okean boyu uzanması ölkədə fərqli iqlim tiplərinin meydana gəlməsinə səbəb olmuş. Çinin ərazisi üç iqlim qurşağı (mülayim, subtropik və tropik) hüdudlarında yerləşir. Ölkənin qış iqlimini müəyyən dərəcədə Asiya qış antisiklonu formalaşdırır. Mülayim və subtropik qurşaqlarda anomal soyuq qış səciyyəvidir. Mülayim qurşaq hüdudlarında kontitnental (Şimali Çin və Şimal Qərbi Çinin plato və dağları) və musson (Şimal Şərq dağlıq ölkəsi, Böyük Çin düzənliyinin şimal hissəsi) iqlim vilayətləri ayrılır; orta illik temperatur –5 °C-dən (Urumçi) 14 °C-dək (Şandunya) dəyişir. Temperaturun illik amplitudu 70 °C-dək çatır (Turfan çökəkliyi). Qışı soyuq və uzunmüddətlidir, çox vaxt güclü şaxtalar və küləklər olur, qar az düşür; yanvarın orta tempru şimal-şərqdə –16-dan –25 °C-dək (bəzən 40 °C-yə çatır), Şərqi Çində –6 - 4 °C-dəkdir.
Çiyni (Ağsu)
Çiyni — Azərbaycan Respublikasının Ağsu rayonunun Çiyni kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Çiyni kəndi Ərəbsarvan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çiyni kənd inzibati ərazi dairəsi yaradılmışdır. Çiyni kəndi Ağsu rayonun qədim və keçmiş tarixə malik olan kəndlərindən biridir. Çiyni kəndinin (təxminən 1814-1823-cü illəri əhatə edir) 200-250 illik tarixi vardır. Kənd Şirvan düzündə, Ağsu-Kürdəmir magistiral yolunun 12 km-liyində, yoldan 5–6 km aralıda yerləşir. Əhalisi 1100 nəfərdir, kənddə 220 ev var. Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və maldarlıq təşkil edir. Bundan başqa kənddə taxılçılıq, tərəvəzçilik və meyvəçilik də inkişaf etmişdir. Kənddə mədəniyyət evi və park var. Kənddə məktəb və uşaq bağçası fəaliyyət göstərir.
Çiyni (Ucar)
Çiyni — Azərbaycan Respublikasının Ucar rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Çiyni kəndinin oykonimi çiyni tayfasının adını əks etdirir. Etnotoponimdir. XVI əsrdə qızılbaş tayfalarından biri olan və mənşəcə qacar tayfasına mənsub çiyniləri Səfəvi şah Təhmasib (1524-76) üsyankar xarakterlərinə görə ölkənin müxtəlif ərazilərində yerləşdirmişdi. İran ərazisində çiynilər daha geniş yayılmışdılar.
Çiyni bələdiyyəsi
Çiyni bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Çiyni bələdiyyəsi (Ucar) — Ucar rayonunda bələdiyyə.
Qışlaq
Qışlaq (yataq) — sığırxana, yataq və yaşayış məskəni. Yaşayış məntəqələri Azərbaycanda Qışlaq (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd. Qışlaq (Xocalı) — Xocalı rayonunda kənd. Qışlaq (Laçın) — Laçın rayonunda kənd. Qışlaq (Kələxan, Lerik) — Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Piran, Lerik) — Lerik rayonunun Piran kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Tülüconu, Lerik) — Lerik rayonunun Tülüconu kənd inzibati ərazi dairəsində kənd. Oxşar toponimlər Aşağı Qışlaq — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Aydınqışlaq — Qəbələ rayonunda kənd. Böyük Qışlaq — Tovuz rayonunda kənd.
Adaçayı cinsinə aid növlər
Ağcaqayın cinsinə aid növlər
Banksiya cinsinə aid növlər
Bulbofillium cinsinə aid növlər
Dendroxilum cinsinə aid növlər
Çinin Aya ekspedisiyaları
Çinin Aya ekspedisiya proqramı — Çin Milli Kosmos Administriyasının idarəçiliyində Aya edilən robotlaşdırılmış ekspedisiyalardır. Chang'e 1 gəmisinin fəaliyyəti 24 oktyabr 2007-ci ildə, Chang'e 2 gəmisinin fəaliyyəti isə 1 oktyabr 2010-cu ildə başladılıb. Chang'e 3 gəmisi 1 dekabr 2013-cü ildə fəaliyyətə başladı və 14 dekabr 2013-cü ildə Aya endi. Çinin Aya missiyalarının insanın Aya göndərilməsinə hazırlığı olaraq hesab edilir. Belə bir səyahət 2025–2030-cu illərdə baş verə bilər.
Çinin Aya ekspedisiyası
Çinin Aya ekspedisiya proqramı — Çin Milli Kosmos Administriyasının idarəçiliyində Aya edilən robotlaşdırılmış ekspedisiyalardır. Chang'e 1 gəmisinin fəaliyyəti 24 oktyabr 2007-ci ildə, Chang'e 2 gəmisinin fəaliyyəti isə 1 oktyabr 2010-cu ildə başladılıb. Chang'e 3 gəmisi 1 dekabr 2013-cü ildə fəaliyyətə başladı və 14 dekabr 2013-cü ildə Aya endi. Çinin Aya missiyalarının insanın Aya göndərilməsinə hazırlığı olaraq hesab edilir. Belə bir səyahət 2025–2030-cu illərdə baş verə bilər.
Çinin dövlət quruluşu
Çinin dövlət quruluşu - 1982-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. Çin kommunist sisteminin idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan Çin Xalq Respublikasının yaradılmasının bəyan edilməsi (1949) 1 oktyabrda qeyd olunur. Ölkə Konstitusiyası 1982-ci il 4 dekabrda qəbul edilmişdir. 1982-ci il 4 dekabrda qəbul edilmiş və 1993-cü ildə düzəliş edilmiş dördüncü Konstitusiyaya əsasən Çin - ərazisinin miqyasına baxmayaraq unitar dövlətdir. Ölkə inzibati məqsədlə 22 əyalətə, Tibet də daxil olmaqla 5 muxtar vilayətə və dörd bələdiyyəyə bölünür. Hər bir əyalət yerli əhalinin seçkili Konqresinin və yerli Hökumətinin vasitəçiliyi ilə müəyyən sahələrdə öz siyasətini həyata keçirir. Çin qanunvericiliyinə görə hakimiyyət xalqa məxsusdur. Xalq öz hakimiyyətini Ümumçin Xalq Nümayəndələri Yığıncağı və yerli Xalq Nümayəndələri Yığıncaqları vasitəsilə həyata keçirir. Dövlət hakimiyyətinin ali orqanı: Ümumçin Xalq Nümayəndələri Yığıncağı - dövlətin qanunvericiliyini həyata keçirir; ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir, dövlət aparatının yüksək vəzifələrinə namizədləri təsdiq edir və seçir, Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsi üzvlərini seçir; Çin Xalq Respublikasının sədrini və onun müavinlərini seçir; Dövlət Şurasının sədrini və Şuranın digər üzvlərini təsdiq edir; Mərkəzi Hərbi Şuranın sədrini seçir və Mərkəzi Hərbi Şuranının digər üzvlərini təsdiq edir; Ali Xalq Məhkəməsinin sədrini seçir; Ali Xalq Prokurorluğunun Baş Prokurorunu seçir.
Çinin kosmik proqramı
Çinin kosmik proqramı – Çin Xalq Demokratik Respublikasının kökü 1950-ci illərə qədər gedən və 2003-cü ildə Yanq Liveyin Şenzou 5 gəmisi ilə ilk həqiqi uğurunu qazanan proqramdır. 2003-cü il ekspedisiyası ilə Çin Amerika Birləşmiş Ştatları və Sovet Sosialist Respublikaları İttifaqı ( süqut etdi ) dövlətlərindən sonra fəzaya insan göndərən üçüncü dövlət oldu. Bu proqramın planlarına həmçinin 2020-ci ildə Çin Kosmik Stansiyası və Aya və Marsa ekspedisiyalar daxildir. 2013-cü ildə çinli alimlər “Çan-e 3” tədqiqat aparatını Ayın səthinə endiriblər. Əməliyyat zamanı aparatın yumşaq şəkildə eniş etməsi isə son 40 ildə kosmik səfərlər tarixində ilk belə təcrübə olub. Çinli alimlər 2020-2025-ci illərdə asteroidlərin və Marsın tədqiqi üzrə geniş proqramı da həyata keçirəcəklər. 2019-cu ilin iyun ayında Çin Sarı dənizdəki ərazi sularından ilk dəfə olaraq kosmosa raket buraxılışını həyata keçirib. Çinin kosmos sənayesində yeni mərhələnin başlanğıcı hesab olunan raket buraxılışı “Long March 11” daşıyıcı raketi ilə dənizdəki mobil məntəqədən buraxılıb. Raketin missiyası 6 peyki Yer səthindən 600 kilometr yüksəklikdə orbitə qaldırmaqdır. Bu, həm də dünyada son beş ildə dənizdən ilk raket buraxılışıdır.
Çinin kosmos proqramı
Çinin kosmik proqramı – Çin Xalq Demokratik Respublikasının kökü 1950-ci illərə qədər gedən və 2003-cü ildə Yanq Liveyin Şenzou 5 gəmisi ilə ilk həqiqi uğurunu qazanan proqramdır. 2003-cü il ekspedisiyası ilə Çin Amerika Birləşmiş Ştatları və Sovet Sosialist Respublikaları İttifaqı ( süqut etdi ) dövlətlərindən sonra fəzaya insan göndərən üçüncü dövlət oldu. Bu proqramın planlarına həmçinin 2020-ci ildə Çin Kosmik Stansiyası və Aya və Marsa ekspedisiyalar daxildir. 2013-cü ildə çinli alimlər “Çan-e 3” tədqiqat aparatını Ayın səthinə endiriblər. Əməliyyat zamanı aparatın yumşaq şəkildə eniş etməsi isə son 40 ildə kosmik səfərlər tarixində ilk belə təcrübə olub. Çinli alimlər 2020-2025-ci illərdə asteroidlərin və Marsın tədqiqi üzrə geniş proqramı da həyata keçirəcəklər. 2019-cu ilin iyun ayında Çin Sarı dənizdəki ərazi sularından ilk dəfə olaraq kosmosa raket buraxılışını həyata keçirib. Çinin kosmos sənayesində yeni mərhələnin başlanğıcı hesab olunan raket buraxılışı “Long March 11” daşıyıcı raketi ilə dənizdəki mobil məntəqədən buraxılıb. Raketin missiyası 6 peyki Yer səthindən 600 kilometr yüksəklikdə orbitə qaldırmaqdır. Bu, həm də dünyada son beş ildə dənizdən ilk raket buraxılışıdır.