Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bristol
Bristol — İngiltərənin şimal-şərqində iri şəhər. == Tarixi == Bristol şəhərinin yerləşdiyi ərazidə Roma İmperiyası dövründə Abona adlı hərbi baza yerləşirdi. Britaniyanın Anqlolar tərəfindən məskunlaşmasından sonra ərazi Braykqstov adlandırılmağa başladı. Hansıki bu söz körpü yaxınlığında olan yer mənasını verir. XI əsrdə Eyvon çayı üzərindən keçid Norman feodalları tərəfindən möhkəmləndirildi və onlar bu ərazidə qərbi İngiltərədə olan ən möhtəşəm saraylardan birini tikdilər. == Coğrafiyası == Şəhər 109 км² sahəyə malikdir və Bristol körfəzi sahilində yerləşir. Şimalda serimonial qraflıq olan Qlosterşirlə, cənubda isə digər serimonial qraflıq Somersetlə sərhəddə malikdir. Köhnə şəhər Eyvon çayının sahilində, şəhərətrafı əraziləri-Redklif və Klifton isə sol sahilindəki dik təpələrdə yerləşir.
Bristol (Konnektikut)
Bristol — Amerika Birləşmiş Ştatlarının Konnektikut ştatının Hartford regionunda yerləşən şəhər. Şəhər əhalisi 2020-ci il siyahıyaalınmasına əsasən 60,833 nəfərdir. == Demoqrafiya == === 2010 siyahıyaalınması === 14 mart 2010-cu il tarixində aparılan əhali siyahıyaalınmasına əsasən şəhər əhalisinin 17,353 nəfərdən, 7,405 evdən və 4,415 ailədən ibarət olduğu təsdiq edilib. [mənbə göstərin] Şəhərdəki əhalinin paylanması isə 97,7% ağ dərili, 0,3% yerli amerikalı və 1,4%-nin isə digər millətlərin mənsubu olduğu təsdiq edilib.
Bristol Universiteti
Bristol Universiteti (ing. University of Bristol) — Böyük Britaniyada, İngiltərənin cənub-qərbindəki Bristol şəhərində yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == Bristol Universiteti Rassel, Koimbra ümumavropa qruplarının, Beynəlxalq Universitetlər Şəbəkəsinin üzvüdür. Universitetin vitse-kansleri Erik Tomas hazırda Beynəlxalq Universitetlər Şəbəkəsinin sədridir. == Reytinqi == == Məşhur tələbələri == Bristol Universiteti beynəlxalq şöhrətə malik olan təhsil ocağıdır. Burada dünyanın bütün ölkələrindən olan tələbələrə rast gəlmək olar. Ali məktəb tələbələrə Britaniya akademik mədəniyyəti ilə yanaşı, dünya təcrübəsini də öyrədir. Universitetin vitse-kansleri Erik Tomas rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında yazır: "Bristol Universiteti gözəl Bristol şəhərinin mərkəzində yerləşən valehedici akademik reputasiyaya malik bir elm mərkəzidir. Tələbələrimiz cəmiyyətin müxtəlif təbəqəsini təmsil edirlər, bu isə universitetimizi daha da zənginləşdirir. Biz bütün insanların bərabərliyinə inanırıq və bəşəriyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətlər yetişdiririk".
Bristol adası
Bristol (ing. Bristol Island) — yaşayışı olmayan, 9 x 10 km ölçüsündə olan, Bellinshauzen adası ilə Monteqyu adası arasında yerləşən ada. Cənubi Sandviç adaları qrupuna daxildir. İnzibsti cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarının ərazisidir. Digər adı Blanka adasıdır (isp. Isla Blanca). == Geologiya == Ada öz növbəsində bir stratovulkandır. Vulkanın hündürlüyü 1100 metr təşkil edir. Adanın üzəri buzla ördülüdür. Sahilləri sıldırımlı və yüksəkdir.
Bristol funtu
Bristol funtu (£B) — 19 sentyabr 2012-ci ildə Böyük Britaniyanın Bristol şəhərində buraxılmış regional valyuta. Yerli iqtisadiyyatı dəstəkləmək üçün buraxılıb və yerli müəssisələr arasında istifadə edilir (buraxılan ərəfədə 300 yerli müəssisə ondan istifadəyə imza atıblar). Bristol funtu Britaniya funtuna ekvivalentdir və sərbəst şəkildə Britaniya funtuna və əks halda dəyişilə bilinir. == Əskinazları == Müstəqil şirkətlər tərəfindən də buraxıla bilir. Onun saxtalaşdırılmaması üçün xüsusi tədbirlər görülüb. Xarici görünüş üşçün 8 variantdan istifadə edilir. Onlar müsabiqəyə təklif edilmiş min variantdan hər nomunal üçün iki variant seçilib. Bristol funtu həmçinin elektron tranzaksiya edilə bilir. == Qanuniliyi == Bristol funtu dövlət ödəniş vasitəsi olmasa da Britaniya qanunları ölkə ərazisində regional valyutalardan istifadə etməyə icazə verir. Bristol funtundan başqa Britaniya ərazisində aşağıdakı yerli valyutalardan da istifadə edilir: Şotland funtu Gernsi funtu Men adası funtu Brikston funtu Lyuis funtu Totnis funtu Stroud funtu və s.
Bristol körfəzi
Bristol körfəzi və ya Bristol kanalı (ing. Bristol Channel; vall Môr Hafren) — Atlantik okeanında, Britaniya adasının cənub-qərbində yerləşir. Uelsin cənubundan İngiltərənin Somerset və Devon qraflıqlarının şimal sahillərini əhatə edir. Körfəz Kelt dənizi akvatoriyasına daxildir. Öz adını sahilində yerləşən Bristol liman şəhərindən götürmüşdür.
Cozef Pristli
Cozef Pristli (ing. Joseph Priestley,13 mart 1733—6 fevral 1804) — Böyük Britaniya kimyaçısı, filosofu. == Həyatı == İngilis kimyaçısı Cozef Pristli 13 mart 1733-cu ildə anadan olmuşdu. Qazlı içkiləri ilk dəfə britaniyalı kimyaçı Cozef Pristli kəşf edib. O çox hərtərəfli insan idi: təbii elmlərdən əlavə fəlsəfə, ruhaniliklə də maraqlanırdı. Cozef Pristli fotosintez prosesini öyrənib, "şənləndirici" qaz və oksigeni kəşf edib. Bu kəşflərin əksəriyyəti digər tədqiqatçıların əhəmiyyət vermədikləri prosesləri izləməklə baş verib. Qazlı içkilərin kəşfi də bu qəbildəndir. Pivə istehsalı ilə məşğul olan yerli sexdə Pristlini belə bir sual düşündürürdü: qıcqırdılma zamanı yaranan köpüklərin tərkibi nədən ibarətdir? O təxmin edir ki bu qaz suda yaxşı həll olmalıdır və buna görə də hazırlanan pivə üzərində su qabları yerləşdirir.
Keyt Bristol
Keyt Bristol (ing. Kate Bristol, 1 may 1990, Dallas) — ABŞ aktrisası.
Li Brister
Li Qrear Brister (ing. Lee Greer Brewster; 27 aprel 1943, Honaker[d], Virciniya – 19 may 2000, Nyu-York, Nyu-York ştatı) — Amerikalı dreq-kvin, transseksual aktivist və pərakəndə satıcı idi. O, Stounvall-dan əvvəlki fəallar qrupunun, Queens Azadlıq Cəbhəsinin qurucu üzvü idi. 1970–1980-ci illərdə Drag jurnalını nəşr etdirdi. Brister 1970-ci ildə ABŞ-də ilk Qürur bayramı — Kristofer Küçə Qurtuluş Günü üçün vəsait toplamağa kömək etdi. O, bir neçə il ərzində vəsait toplamaqda və ing. Christopher Street Liberation Day təşkilini kömək etməyə davam etdi. Li Brister homofil və gey azadlıq hərəkatlarında fəal idi, Nyu-Yorkun Mattaçin Cəmiyyəti, eləcə də Küçə Transvestitləri Fəal İnqilabçıları ilə işləyirdi. == Şəxsi həyatı == Li Brister 1943-cü il aprelin 27-də Virciniya ştatının Honaker şəhərində anadan olub. O, atasının kömür mədənçisi kimi çalışdığı Qərbi Virciniyada böyüyüb.
Bristol (dəqiqləşdirmə)
Bristol
Bristol Airplane Company
Bristol Airplane Company Birləşmiş Krallıqda yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 1910-cu ildə yaradılmışdır və təyyarələrin gövdə hissələrinin və mühərriklərinin istehsalı ilə məşğul olmuşdur. Baş ofisi Filtonda yerləşirdi. 1959-cu ildə şirkət bir neçə digər aviasiya şirkətləri ilə birləşdirilərək British Aircraft Corporation şirkətini yaratmışdır.
Bristol Siti FK
Bristol Siti FK — Bristolda qurulan və Çempionşipdə mübarizə anapar İngiltərə futbol klubu. Ev matçlarını, şəhərin cənub-qərbində olan 21.497 azarke. tutumlu Aşton Qeyt Stadionunda oynamaqdadır. Komandanın başında İngilis Keith Millen var.
Bristol F.2 Fighter
Bristol F.2 Fighter – Bristol Aeroplane Company şirkəti tərəfindən istehsal olunan Böyük Britaniya mənşəli qırıcı təyyarəsidir. Hərbi təyyarə, Birinci Dünya müharibəsi dövründə hazırlanmışdır. == Texniki xüsusiyyətləri (F.2B) == Mənbə: Ekipaj: 2 Uzunluq: 7.87 m Qanad uzunluğu: 11.96 m Hündürlük: 2.97 m Kanat alanı: 37.62 m² Boş çəkisi: 975 kg Maksimum faydalı yükgötürmə qabiliyyəti: 1,474 kg Mühərrik: 1 × Rolls-Royce Falcon III V12 Silahlar: 1 × .303 Browning pulemyotu 1 və ya 2 × Lewis yüngül pulemyotu 110 kg bomba == İstifadəçilər == Əfqanıstan Əfqanıstan Hərbi Hava Qüvvələri tərəfindən 1919–1929-cu illər arasında istifadə olunmuşdur Argentina Avstraliya Avstraliya Hava Korpusu 1917–1918-ci illərdə istifadə etmişdir Belçika Belçika Hərbi Hava Qüvvələri Boliviya Boliviya Hərbi Hava Qüvvələri Kanada Kanada Hava Sərhəd Qüvvələri Kanada Krallıq Hərbi Hava Qüvvələri Honduras Honduras Hərbi Hava Qüvvələri İrlandiya İrlandiya Aviasiya Xidməti İrlandiya Aviasiya Korpusu Yunanıstan Hərbi Hava Qüvvələri Yunanıstan Donanması Meksika Meksika Hərbi Hava Qüvvələri Yeni Zelandiya Norveç Polşa SSRİ SSRİ Hərbi Hava Qüvvələri tərəfindən 2 ədəd istifadə olunmuşdur operated two aircraft.
Bristol körfəzi (Berinq dənizi)
Bristol körfəzi (ing. Bristol Bay) — Berinq dənizində Alyaska yarımadasının cənub-qərbində yerləşir. Körfəz 320 km materikin daxilinə daxil olur. Ən enli yeri 480 km təşkil edir. Körfəzin dərinliyi 27–84 metrdir. Bu isə körfəzə yalnız balıqçı gəmiıərinin daxil olmasına imkan verir. Körfəzə Toqinak, Nuşaqan, Kviçak və Uqaşık çayları axır. Noyabrdan mart-aprel aylarına qədər üzəri buzla örtülü olur. Qabarma və çəkilmənin hündürlüyü 3,7 metr təşkil edir. Sularında çoxlu sayda balıqlar olur.
Effi Brist (roman)
Effi Brist — alman yazıçı Teodor Fönten tərəfindən 1895-ci ildə yazılmış roman. Romanın baş qəhrəmanı həyata addımlarını yenicə atan, savadlı və ziyalı qadın Effi Bristdir. Effi Brist burada realist obrazdır. Romanın əsas mövzusu Bismark dövründə Prussiyada ziyalıların həyatları, yaşayışları və ənənələridir. Romanın sonunda Effi Brist evli olmasına baxmayaraq başqası ilə eşq macərası yaşayır. == Hekayə == Romanın baş qəhrəmanı Effi Brist hələ 17 yaşında ikən özündən 20 yaş böyük olan Baron Qiirt von İnstetten tərəfindən atasından istənilir. Aralarındakı yaş fərqi vurğulanaraq tərəflərin bir-birini sevdiyi bildirilir. Atası və Effinin özü də bu təklifi qəbul edir və Effinin həyatı dəyişir. Baron von İnstetten onu İtaliyaya bal ayına aparır və sonra Kissinqə köçürlər. Yeni evində Effi sosial həyatına bağlana bilmir, çətinliklər yaşayır.