Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
PEN
PEN (ing. PEN İnternational) - ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən 5 oktyabr 1921-ci ildə yaradılan və bütün dünya yazıçılarını birləşdirən təşkilat. Mərkəzi London şəhərindədir. == Adı == Təşkilatın adı olan PEN ingiliscə "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərinin abreviaturasından əmələ gəlib. PEN həm də ingiliscə qələm deməkdir. == Tarixi == PEN Birinci dünya müharibəsindən sonra İngiltərədə bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat idi. Amma daha sonra böyüdü. Mərkəzi London şəhərində yerləşən təşkilatın əsas məqsədi siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasıdır. 1926-cı ildə PEN-ə cəmi 25 ölkə üzv idi. Hal-hazırda isə bu say 104-dür və 144 ofisi mövcuddur.
Red Bull
Red Bull — enerji bərpa edici alkoqolsuz içki. Red Bull GmbH şirkəti tərəfindən istehsal olunur. 140-dan çox ölkədə təqdim olunur. 2019-cu il Red Bull 7,5 qutu satışı ilə enerji içkiləri arasında ən yüksək bazar payına sahib olmuşdur. == Tarixi == Red Bull Tailandda istehsal olunan Krating Daeng (hərfi tərcümədə qırmızı öküz mənasına gəlir) adlı enerji içkisindən ilham alınaraq meydana gəlmişdir. Red Bull Energy Drink-əsası ilk dəfə olaraq avstriyalı işbazlar Ditrix Mateşiç və Çaleo İovidya tərəfindən qurulmuşdur. Onların hər biri $500,000 investisiya ayırmaqla yeni yaranmış şirkətə 49 % mənfəət əldə etdilər. Qalan 2 % mənfəət isə Mateşiçin şirkətə rəhbərlik etməsi şərti ilə oğlu Çaleo Şalemə ötürüldü. Və beləliklə məhsul 1987-ci ildə qazlı içki görünüşündə ilk dəfə olaraq bazara çıxarıldı.
Red Bull GmbH
Red Bull GmbH (azərb. Red Bull‎) — Energetik içkilər istehsal edən Avstriya kompaniyası . Bunlardan dünyada ən məşhur olanı eyni adlı Red Bulldur. Red Bull GmbH bir çox idman yarışlarının təşkilatçısı və sponsoru kimi tanınmışdır. Daha çox avtoidman, velosiped idmanı, snoubordinq, motosiklet idmanı, BMX və s. ekstrim idman növləri Red Bullun maliyyə dəstəyi ilə hayata keçirilir. == Şirkətin tarixi == Uzaq Şərqdə ezamiyyətdə olan Ditrix Mateşiç yetərincə populyar olan energetik içkilərlə maraqlanmışdır. Tezliklə o Taylandın Krating Daeng (Qırmızı öküz) energetik içkisinin lisenziyasını və Taisho Pharmaceuticals (Yaponiya) firmasının reseptinin istifadəsi razılığını almışdır. 1984-cü ildə Ditrix Avstriyanın Fuşl-am-See şəhərində Red Bull GmbH şirkətini qurmuşdur. O, Red Bull Enerji İçkisinin Fromulasında əsasən kofein və taurinə üstünlük vermiş , şəkərin miqdardarını azaltmışdır.
Red Bull Zalsburq
Red Bull Zalsburq - futbol klubu 1933-cü ildə yaranıb. Əvvəllər “Avstriya Zalsburq” kimi tanınan klubun adı bir neçə dəfə dəyişdirilib. 1973-cü ildən etibarən bir neçə sponsor dəyişdirən klub həmin şirkətlərin adlarını da daşıyıb. 2005-ci ildə isə klub, demək olar ki, tamamilə dəyişdirilib. Həmin vaxt maliyyə problemləri ilə üzləşən klubun bütün səhmlərini “Red Bull” şirkəti satın alıb. Həmin vaxtdan sonra onun adı, rəngləri və loqosu dəyişdirilib. Bu dəyişiklikdən sonra əvvəllər formasında bənövşəyi və ağ rəngləri daşıyan komanda qırmızı və ağ rənglərdən yararlanmağa başlayıb. Hazırda Avstriya təmsilçisi “Red Bull Zalsburq Futbol Klubu” adlanır və ləqəbi “buğalar”dı. Komanda “Red Bull Arena” adlanan və 31 min 895 tamaşaçı tutumu olan stadionda oynayır. Amma UEFA klubların titul sponsorlarının adını daşımasının əleyhinə olduğundan, "Red Bull" adını tanımır və "Zalsburq" kimi qəbul edir.
Pen (hərf)
𐕗 (səslənməsi /p'/, transkripsiyası Ṗ, ṗ) — Alban əlifbasının 40-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Պեն (Pen) kimi verilmişdir. Bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki P' səsi ilə eyniləşdirirlər.
Tan Pen
Tan Pen (4 fevral 1981) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Tan Pen Honq Konqu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 4-cü pillənin sahibi olub. Daha sonra Tan Pen Honq Konqu 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Yehuda Pen
Yehuda Pen (5 iyun 1854 - 1 mart 1937) — Rus və Belarus rəssamı, müəllim, XX əsrin əvvəllərində sənətdə "Yəhudi İntibah" ın görkəmli xadimi. O, Mark Şaqalın müəllimidir. == Bioqrafiya == Yehuda Pen 1854-cü il 24 mayda (5 iyun) Novoaleksandrovsk şəhərində anadan olub. Erkən yetim, 1867-ci ildən Dvinskda çıraq rəssamı kimi çalışmışdır. 1879-cu ildə o, Sankt-Peterburq şəhərinə köçdü və 1880-ci ildə İncəsənət Akademiyasına daxil oldu. Akademiyanın sonunda (1886) Dauqavpils və Riqada yaşamış, burada baronla ilə tanış olub, baron onu Vitebsk əmlakına dəvət edir, burada Baron dostları olur: İlya Repin və başqaları. 1891-ci ildə Vitebsk şəhərinə yerləşdi və bir il sonra Rusiyada ilk yəhudi incəsənət məktəbini açdı. Onun şagirdləri Mark Şaqal, Zair Azqur, İlya Çaşnik olub. 1907 və 1914-cü illərdə Pen və onun tələbələri arasında sərgilər keçirildi. Yehuda Pen rəsmlərində yəhudi kasıblarının həyatını göstərdi.
La-Pen
La-Pen (fr. La Penne) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Pyuje-Tenye kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 18,08 km², əhalisi — 279 nəfərdir (2006) artım tendensiyası ilə: 327 nəfər (2012), əhalinin sıxlığı 18,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 319 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 327 nəfər.
Cahan Pen MMC
Le-Pen (Alye)
Le-Pen (fr. Le Pin) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03208. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 381 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 213 nəfər (15-64 yaş arasında) arasında 161 nəfər iqtisadi fəal, 52 hərəkətsiz (fəaliyyət göstərici 75,6%, 1999-cu ildə 67,4%) olmuşdur. Fəal olan 161 nəfərdən 154 nəfər (89 kişi və 65 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi. 52 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Le-Pen (İzer)
Le-Pen (fr. Le Pin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38305. Kommunanın 1999-cu il üçün əhalisi 974 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 487 ilə 767 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 35 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Marin Le Pen
Marin Le Pen (fr. Marine Le Pen; 5 avqust 1968, Neuilly-sur-Seine, Fransa) Fransız siyasətçisi. Atası Fransiz siyasətçi Jan-Mari Le Pen. Qatı sağyönümlü milli siyasi partiyanın "Milli Cəbhə" (16 yanvar 2011-ci ildən indiyə qədər) lideridir. 2012-ci il Fransa Prezident seçkilərində öz partiyasından namizədliyini irəli sürmüş və birinci turda üçüncü yerdə qərarlaşmışdır. 1991-ci ildə Pateon-Assas universitetində hüquqdan magistr səviyyəsini bitirib, növbəti il isə cinayət hüququ üzrə magistr səviyyəsi alıbdır. 1992-ci ildə hüquq sertifikatı aldı və 1998-ci ilə qədər parisdə vəkil işləmişdir. == Həyatı == O 1992-1998-ci hüquqşünasi, 2004-dən Avropa Parlamentinin üzvü, 16 yanvar 2011-dən Milli Cəbhənin prezidenti. == Siyasi Karyera == Əsasını atası Janım-Mari Le Penın 1972-ci ildə qoyduğu "Milli Cəbhə" Partiyasına Marina Le Pen 18 yaşı olanda üzv olmuşdur(1986cı il). 2003-cü ildən "Milli Cəbhə" partiyasında vitse-prezident vəzifəsini icra etməyə başladı.
Çan Pen-Lun
Çian Pen-Lun (24 iyul 1976) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. == Karyerası == Çian Pen-Lun Çin Taybeyini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Çian Pen-Lun Çin Taybeyini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Çian Pen-Lun Çin Taybeyini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Çian Pen-Lun Çin Taybeyini 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 7-ci pillənin sahibi olub.
Rokfor-le-Pen
Rokfor-le-Pen (fr. Rokfor-le-Pen) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 21,53 km², əhalisi 6058 nəfərdir (2006) artım tendensiyası ilə: 6222 nəfər (2012), əhalinin sıxlığı 289,0 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 6289 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 6222 nəfər.
Red Bull BC One
Red Bull BC One hər il keçirilən beynəlxalq B-boy yarışmadır. Red Bull enerji içki şirkəti tərəfindən təşkil edilir. Battle-lar fərdi şəkildə keçirilir. Turnir 16 b-boy arasında play-off sistemi ile keçirilir. Battle-lın qalibı 5 judge(hakim) tərifindən seçilir. Yalnız 2007 və 2011-ci illərdə 16 b-boy regional turnir ilə seçildi. Eventlər hər il ayrı-ayrı ölkə və şəhərlərdə keçirilib. 2004-cü ildə event Bildə, İsveçrə, 2005-də Berlində, Almaniya, 2006-da San Pauloda, Braziliya, 2007-də Yohannesburgda, CAR, 2008-də Parisdə, Fransa, 2009da New Yorkda, ABŞ, 2010-da Tokioda, Yaponiya, 2011-də Moskvada, Rusiya. 2012-ci ildə turnirin Rio de Janeiroda, Braziliya keçirilməsi planlaşdırılır. 2007-ci ildə Alastair Siddon rejissorluğu ilə Red Bull BC One 2007 haqqında "Turn it Loose" adlı film cəkilmişdir.
Red Bull Zalsburq FK
Red Bull Zalsburq - futbol klubu 1933-cü ildə yaranıb. Əvvəllər “Avstriya Zalsburq” kimi tanınan klubun adı bir neçə dəfə dəyişdirilib. 1973-cü ildən etibarən bir neçə sponsor dəyişdirən klub həmin şirkətlərin adlarını da daşıyıb. 2005-ci ildə isə klub, demək olar ki, tamamilə dəyişdirilib. Həmin vaxt maliyyə problemləri ilə üzləşən klubun bütün səhmlərini “Red Bull” şirkəti satın alıb. Həmin vaxtdan sonra onun adı, rəngləri və loqosu dəyişdirilib. Bu dəyişiklikdən sonra əvvəllər formasında bənövşəyi və ağ rəngləri daşıyan komanda qırmızı və ağ rənglərdən yararlanmağa başlayıb. Hazırda Avstriya təmsilçisi “Red Bull Zalsburq Futbol Klubu” adlanır və ləqəbi “buğalar”dı. Komanda “Red Bull Arena” adlanan və 31 min 895 tamaşaçı tutumu olan stadionda oynayır. Amma UEFA klubların titul sponsorlarının adını daşımasının əleyhinə olduğundan, "Red Bull" adını tanımır və "Zalsburq" kimi qəbul edir.
Jan-Mari Le Pen
Jean-Marie Le Pen (20 iyun 1928[…]) — Fransız həddindən artıq-sağ siyasətçi, eyni zamanda Milli Cəbhənin (Front National) qurucusu.
La-Tur-dyu-Pen
La-Tur-dü-Pen (fr. La Tour-du-Pin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Tur-dü-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38509. Kommunanın 2012-ci il üçün əhalisi 7927 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 309 ilə 461 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
La-Tur-dü-Pen
La-Tur-dü-Pen (fr. La Tour-du-Pin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Tur-dü-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38509. Kommunanın 2012-ci il üçün əhalisi 7927 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 309 ilə 461 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Red Bull (Formula 1 komandası)
Red Bull (Formula 1 komandası) —"Formula 1" çempionatına qatılan Avstriya yarış komandası. 2010, 2011, 2012, 2013-cü ildə konstruktorlar kubokunun sahibidir. Red Bull enerji içkilərinin başçısı Dietrich Mateschitz tərəfindən qurulub. Komandanın bazası Böyük Britaniyanın Milton Keynes şəhərində yerləşir, lakin komanda Avstriya lisenziyası altında fəaliyyət göstərir. Komandaya pilotların sıralamasında iki qələbə qazanan Arden International komandasının sahibi Xristian Horner liderlik edir. == 2005 == Red Bull-Dietrich Mateschitz'in sahibi, ilk Formula 1 pilotu və BMW Motorsport başçısı (avstriyalı həmyerlisi kimi) Gerhard Berger'i ilk mövsümdə komandaya idarə etmək üçün işə götürmək istəyirdi.Amma sonda onlar razılığa gəlmədilər. 2005-ci ildə şassi Red Bull RB1 adlandırılmışdır. Red Bull Racing, Cosworth motorlarını istifadə etdi, çünki əvvəlki Jaguar Racing komandasının mühərriklərini istifadə etmək asan oldu.McLaren'in keçmiş pilotu David Coulthard komandanın əsas ümididir. Coulthard yeni komanda üçün lazım olan təcrübələrdən ötrü seçildi, əlavə olaraq, əvvəlcədən mövsüm testlərində Coulthard, tanış olmayan bir avtomobildə, gənc komanda yoldaşlarından fərqlənirdi. İkinci Red Bull avtomobili dəstək proqramının iki pilotu arasında ayrıldı: 2004-cü ildə Jaguarın sürücüsü olan Christian Facka və Beynəlxalq Formula 3000-in 2004 mövsümünün çempionu Vitantonio Liuzzi.
La-Tur-dyu-Pen (rayon)
La-Tur-dü-Pen (fr. La Tour-du-Pin) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İzer. Suprefektura — La-Tur-dyu-Pen. Rayon əhalisi 2006-cı ildə 212 987 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 144 nəf / km². Rayon sahəsi — 1479 km².
La-Tur-dü-Pen (rayon)
La-Tur-dü-Pen (fr. La Tour-du-Pin) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İzer. Suprefektura — La-Tur-dyu-Pen. Rayon əhalisi 2006-cı ildə 212 987 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 144 nəf / km². Rayon sahəsi — 1479 km².
Piter Pen (cizgi filmi, 1953)
Piter Pen (ing. Peter Pan) — 1953-cü ildə istehsal olunmuş cizgi filmidir. "Piter Pen" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 14-cü klassik qısametrajlı cizgi filmidir. Cizgi filmi ingilis yazıçısı Ceyms Metyu Barrinin eyniadlı pyesi əsasında hazırlanmışdır. Davamı olaraq 2002-ci ildə Piter Pen 2 cizgi filmi çəkilmişdir. == İstinadlar == == Xarici keçidlər == Piter Pen — Internet Movie Database saytında.
Piter Pen 2 (cizgi filmi, 2002)
Piter Pen 2 (ing. Piter Pan 2) — 2002-ci ildə istehsal olunmuş cizgi filmidir. 1953-cü ildə çəkilmiş Piter Pen cizgi filminin davamıdır. Digər adları "Mövcud olmayan diyara qayıdış" (ing. Return to Never Land) və "Piter Pen 2: Mövcud olmayan diyara qayıdış" (ing. Peter Pan 2: Return to Never Land) kimi səslənir. Cizgi filmi ingilis yazıçısı Ceyms Metyu Barrinin "Piter və Vendi" (ing. Peter and Wendy) əsəri əsasında hazırlanmışdır. Cizgi filminin DVD göstərilişi 20 avqust 2002-ci il tarixində baş tutmuşdur. == Xarici keçidlər == Piter Pen 2 — Internet Movie Database saytında.
Ball
Con Boll (ing. John Ball; 20 avqust 1818[…], Dublin – 21 oktyabr 1889[…], Kensinqton, London qraflığı[d]) — İrlandiya botaniki. London Kral Cəmiyyətinin üzvü (1868).
Bell
Bell — soyad. Dreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı. Meri Bell — Con Bell — Şimali İrlandıyalı fizikaçı.
Bill
Bill — dünyada daha çox işlədilən ad. Bill Klinton — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001) Bill Geyts — dünyanın ən varlı şəxslərindən biri Bill Hinzman — ABŞ aktyoru və rejissoru Bill Nighy — aktyor Bill Şuster — ABŞ Konqresinin 2001-ci ildən üzvü Bill Mürrey — amerika akyoru, "Qızıl Qlobus" BAFTA mükafatları laureatı.
Sen-Pon
Sen-Pon (Alye)
Sen (En)
Sen (fr. Ceignes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. İzernor kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01067. == Coğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 23 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 265 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 170 nəfər (15-64 yaş) arasında 129 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.9%, 1999-cu ildə 78.3%). Aktiv sakinlərdən 129 nəfəri (66 kişi və 63 qadın) çalışdı, işsizlər yox idi.
Aleksandr Bell
Aleksandr Qrem Bell (ing. Alexander Graham Bell; 3 mart 1847[…], Edinburq – 2 avqust 1922[…]) — şotland mənşəli görkəmli alim, ixtiraçı, mühəndis və ilk real telefonun ixtiraçısı kimi tanınan novator. ABŞ-nin telekommunikasiya sahəsinin inkişafında əsas yeri tutan Bell Labs telefon şirkətinin qurucularından biri olmuşdur. Bellin atası, babası və qardaşı natiqlik və nitq üzrə işlə əlaqəli olublar. Anası və həyat yoldaşı Bellin həyat təcrübəsindən dərindən təsirlənərək kar olmuşlar. Onun eşitmə və nitq ilə bağlı axtarışları gələcəkdə eşitmə cihazları ilə bağlı sınağa gətirib çıxartdı və nəhayət Bell 1876-cı ildə ABŞ-nin ilk telefon patenti olaraq mükafatlandırıldı. Bell özünün ən məşhur ixtirasını onun əsl işi olan alimlik fəaliyyətinə ən böyük müdaxilə hesab edirdi və öz fəaliyyətində telefondan imtina etmişdir. Aeronavtika (təyyarəçilik), hava yastıqları və optik telekommunikasiya kimi bir çox digər ixtiralar Bellin həyatının növbəti dönəmində qeyd olunub. 1888-ci ildə Bell Milli Coğrafiya Cəmiyyəti-nin yaradıcı üzvlərindən birinə çevrildi. == Erkən həyatı == Aleksandr Bell 1847-ci ildə 3 mart tarixində Şotlandiyanın paytaxtı Edinburq şəhərində anadan olmuşdur.
Bill (qanun)
Bill (ing. "qanun") — Böyük Britaniya, ABŞ və bir sıra digər ölkələrin qanunverici orqanlarına hökumət və ya parlament üzvünün baxılmaq üçün təqdim etdiyi qanun layihəsi. Billin və ona edilən düzəlişlərin taleyi parlamentdə çoxluğa malik olan partiyaların mövqeyindən asılı olur. Parlament tərəfindən qəbul edilmiş və dövlət başçısı tərəfindən təsdiqlənmiş bill qanun qüvvəsinə malik olur.
Bill Coy
Bill Coy (ing. William Nelson Joy) — (8 noyabr 1954) Amerikalı alimi, "Sun Microsystems" şirkətinin qurucusudur == Həyatı == Bill Coy 8 noyabr 1954-cü ildə Michiganda (ABŞ) anadan olmuşdur. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində amerikalı alim, Unix əməliyyat sistemi üçün proqram təminatının müəllifi, "Sun Microsystems" şirkətinin qurucusu Bill Coy Qreys Mürrey adına mükafatın laureatı olan Coy məşhur "Vi" mətn redaktorunun da müəllifidir. 1971-ci ildə Enn Arbor şəhərində Miçiqan Universitetinin yeni kompüter mərkəzinin açılışı oldu. Bill Coy elə həmin il Miçiqan Universitetinə daxil oldu. O, bioloq, ya da riyaziyyatçı olmaq istəyirdi, amma birinci kursun axırlarında təsadüfən kompüter mərkəzinə baş çəkdi və "həmişəlik" orada qaldı. Kompüter Mərkəzi onun həyatına çevrildi. Coy vaxt tapan kimi proqramlaşdırma ilə məşğul olurdu. 1975-ci ildə Coy Berklidə Kaliforniya Universitetinin aspiranturasına girdi. Fəlsəfə doktoru adını almaq üçün verdiyi şifahi imtahanda o, milçək uçuşunun elə mürəkkəb alqoritmini yaratdı ki, sonralar pərəstişkarlarından biri yazırdı:"O, imtahan götürən müəllimləri o qədər heyrətləndirmişdi ki, hətta onlardan biri onu müdrikləri təəccübləndirən İisusa oxşatmışdı".
Bill Dük
Bill Dük (26 fevral 1943) — 26 fevral 1943-cü ildə Poukipzi şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Etel Luis və Uilyam Henri Dük (böyük) ailəsində anadan olub. Datçess Kommuniti kollecində aktyorluq və yazıçılıq üzrə təhsil alıb. Daha sonra aktyor sənətinin incəliklərini Boston Universitetində, ardınca Nyu-Yorkun Universiteti nəzdində Tiş ali məktəbində və Amerika Kino-İncəsənət İnstitutunda mənimsəyib. Xarizmatik xarici görünüş və ədaya malik aktyoru, rejissorlar başlıca olaraq döyüş filmlərinə çəkib. Çəkildiyi lentlərdə daha çox mənfi obrazlar yaradıb. 80-ci illərdə ABŞ teleməkanında bir sıra səs-küylü seriallara, o cümlədən "Hill-Strit blüzü" və "Mayami Polisi" seriallarına rejissorluq edib. Kinoda aktyor debütü 1976-cı ildə baş tutub. "Avtoyuyucu" adlı filmdə radikal müsəlman inqilabçı Əbdül Məhəmməd Əkbər roluna çəkilib. 1980-ci ildə "Amerikalı jiqolo" melodramında homoseksual sutenyor rolunu oynayıb.
Bill Geyts
III Vilyam Henri Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[…], Sietl, Vaşinqton) — Amerikalı biznes maqnatı, investor, xeyriyyəçi və yazıçı, uşaqlıq dostu Pol Allen ilə birlikdə proqram təminatı nəhəngi Microsoft-un qurucusu kimi tanınır. Microsoft-dakı karyerası ərzində 2014-cü ilin may ayına qədər onun ən böyük fərdi səhmdarı olmaqla yanaşı, sədri, baş icraçı direktoru (CEO), prezidenti və baş proqram təminatı arxitektoru vəzifələrində çalışıb. O, 1970–1980-ci illərin mikrokompüter inqilabının əsas təşəbbüskarı olub. Geyts Vaşinqtonun Sietl şəhərində anadan olub və burada böyüyüb. 1975-ci ildə o və Allen birlikdə Nyu-Meksiko ştatının Albukerke şəhərində Microsoft-u qurdu və bu, daha sonra dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti oldu. Geyts 2000-ci ilin yanvarında baş direktor vəzifəsini tərk edənə qədər şirkətə sədr və baş icraçı direktor kimi rəhbərlik edirdi, lakin o, direktorlar şurasının sədri olaraq qaldı və baş proqram təminatı arxitektoru oldu. 1990-cı illərin sonunda o, rəqabətə zidd hesab edilən biznes taktikasına görə tənqid olunub. Bu fikir çoxsaylı məhkəmə qərarları ilə təsdiqlənib. 2008-ci ilin iyun ayında Geyts Microsoft-da yarım ştatlı və 2000-ci ildə həyat yoldaşı Melinda ilə birlikdə qurduğu özəl xeyriyyə fondu olan Bill və Melinda Geyts Fondunda isə tam ştatlı işə keçdi.
Bill Hinsman
Bill Hinsman (tam adı: Semyuel Uilyam "Bill" Hinsman; ing. Samuel William "Bill" Hinzman; 24 oktyabr 1936, Koraopolis[d], Pensilvaniya – 5 fevral 2012, Darlinqton[d], Pensilvaniya) — ABŞ aktyoru və rejissoru. Ən yaxşı filmi Yaşayan ölünün gecəsi adlı filmdir == Həyatı == Keyt Ueyn 16 yanvar 1945-ci il tarixində anadan olmuşdur. 1968-ci ildə Yaşayan ölünün gecəsi adlı filmdə iştirak etmişdir. Filmdən sonra uzun müddət epizodik rollarda çıxış etmişdir. 1980-ci illərdən başlayaraq bir sıra filmlərə rejissorluq etmişdir. Bill Hinzman 5 fevral 2012-ci il tarixində 75 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Bill Hinzman
Bill Hinsman (tam adı: Semyuel Uilyam "Bill" Hinsman; ing. Samuel William "Bill" Hinzman; 24 oktyabr 1936, Koraopolis[d], Pensilvaniya – 5 fevral 2012, Darlinqton[d], Pensilvaniya) — ABŞ aktyoru və rejissoru. Ən yaxşı filmi Yaşayan ölünün gecəsi adlı filmdir == Həyatı == Keyt Ueyn 16 yanvar 1945-ci il tarixində anadan olmuşdur. 1968-ci ildə Yaşayan ölünün gecəsi adlı filmdə iştirak etmişdir. Filmdən sonra uzun müddət epizodik rollarda çıxış etmişdir. 1980-ci illərdən başlayaraq bir sıra filmlərə rejissorluq etmişdir. Bill Hinzman 5 fevral 2012-ci il tarixində 75 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Bill Klinton
Bill Klinton (ing. William Jefferson "Bill" Clinton; 19 avqust 1946[…]) — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001). O, Franklin Delano Ruzveltdən sonra Demokrat partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər ve parlaq iqtisadi dövrlərindən birini yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdir. 1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi, lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi. == Həyatı == Klinton,19 avqust 1946-cı ildə Arkanzasın Hop şəhərində dünyaya gəlib.
Bill Mürrey
Bill Mürrey (ing. William James Murray; doğ. 21 sentyabr 1950) — amerika akyoru, «Qızıl Qlobus» BAFTA mükafatları laureatı. == Həyatı == Bill Mürrey 1950-ci il sentyabrın 21-də ABŞ-nin İllinoys ştatında anadan olub. Əslən irlandiyalı, katolik idilər. Yezuit məktəbində oxumuşdu. Mürrey "Qızıl qlobus" və "BAFTA" mükafatları laureatıdır. Mürreyi məşhurlaşdıran "Kabus ovçuları", "Tərcümənin çətinlikləri", "Sınmış çiçəklər" kimi filmlərdir. Amerikalı yazıçı Denni Rubinin hekayəsinin motivləri əsasında 1993-cü ildə rejissor Harold Remisin çəkdiyi fantastik komediya olan "Marmot günü" filmində baş rolları Bill Mürrey və Endi Makdauell oynamışdılar.
Bill Qeyts
III Vilyam Henri Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[…], Sietl, Vaşinqton) — Amerikalı biznes maqnatı, investor, xeyriyyəçi və yazıçı, uşaqlıq dostu Pol Allen ilə birlikdə proqram təminatı nəhəngi Microsoft-un qurucusu kimi tanınır. Microsoft-dakı karyerası ərzində 2014-cü ilin may ayına qədər onun ən böyük fərdi səhmdarı olmaqla yanaşı, sədri, baş icraçı direktoru (CEO), prezidenti və baş proqram təminatı arxitektoru vəzifələrində çalışıb. O, 1970–1980-ci illərin mikrokompüter inqilabının əsas təşəbbüskarı olub. Geyts Vaşinqtonun Sietl şəhərində anadan olub və burada böyüyüb. 1975-ci ildə o və Allen birlikdə Nyu-Meksiko ştatının Albukerke şəhərində Microsoft-u qurdu və bu, daha sonra dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti oldu. Geyts 2000-ci ilin yanvarında baş direktor vəzifəsini tərk edənə qədər şirkətə sədr və baş icraçı direktor kimi rəhbərlik edirdi, lakin o, direktorlar şurasının sədri olaraq qaldı və baş proqram təminatı arxitektoru oldu. 1990-cı illərin sonunda o, rəqabətə zidd hesab edilən biznes taktikasına görə tənqid olunub. Bu fikir çoxsaylı məhkəmə qərarları ilə təsdiqlənib. 2008-ci ilin iyun ayında Geyts Microsoft-da yarım ştatlı və 2000-ci ildə həyat yoldaşı Melinda ilə birlikdə qurduğu özəl xeyriyyə fondu olan Bill və Melinda Geyts Fondunda isə tam ştatlı işə keçdi.
Bill Skarsqard
Bill İştvan Qunter Skarsqard (isv. Bill Istvan Günther Skarsgård, 9 avqust 1990, Mariya-Maqdalena[d], Stokholm leni[d]) — isveçli aktyor. Stiven Kinqin romanı əsasında çəkilmiş "O" və "O: 2-ci hissə" filmindəki rolu ilə məşhurlaşıb. == Həyatı == Bill Skarsqard 9 avqust 1990-cı ildə İsveçin Vellinqbay şəhərində məşhur kino ulduzu Stellan Skarsqardın ailəsində dünyaya gəlmişdir. Orta təhsilini Södra Latın Məktəbində almışdır. Bill özünün aktyorluq karyerasına hələ 10 yaşında olarkən "White Water Fury" filmindəki kiçik rolu ilə başlamışdır. 2013-cü ildə rol aldığı "Hemlock Grove" adlı serial onun dünya miqyasında tanınmasına səbəb olmuşdur.
Bill Skarsqord
Bill İştvan Qunter Skarsqard (isv. Bill Istvan Günther Skarsgård, 9 avqust 1990, Mariya-Maqdalena[d], Stokholm leni[d]) — isveçli aktyor. Stiven Kinqin romanı əsasında çəkilmiş "O" və "O: 2-ci hissə" filmindəki rolu ilə məşhurlaşıb. == Həyatı == Bill Skarsqard 9 avqust 1990-cı ildə İsveçin Vellinqbay şəhərində məşhur kino ulduzu Stellan Skarsqardın ailəsində dünyaya gəlmişdir. Orta təhsilini Södra Latın Məktəbində almışdır. Bill özünün aktyorluq karyerasına hələ 10 yaşında olarkən "White Water Fury" filmindəki kiçik rolu ilə başlamışdır. 2013-cü ildə rol aldığı "Hemlock Grove" adlı serial onun dünya miqyasında tanınmasına səbəb olmuşdur.
Bill İrvin
Vilyam Mills "Bill" İrvin (ing. Bill Irwin; 11 aprel 1950, Santa Monika, Kaliforniya) — ABŞ aktyoru.
Bill Şuster
Bill Şuster ing. William Shuster (an.ol. 10 yanvar, 1960-cı il) — ABŞ Konqresinin 2001-ci ildən üzvüdür. Respublikaçılar Partiyasının üzvüdür. Keçmiş konqresmen Bud Şusterin oğludur. ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədridir. 2012-ci il 20 yanvar tarixində Bill Şuster Azərbaycanda 1990-cı ilin Qanlı Yanvarla bağlı bəyanatla çıxış edib == Mənbə == Vikianbarda Bill Şuster ilə əlaqəli mediafayllar var.
Sen-Pon (Alye)
Sen-Pon (fr. Saint-Pont) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03252. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 550 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 341 nəfər (15–64 yaş arasında) arasında 255 nəfər iqtisadi cəhətdən, 86 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə bu göstərici 72,2%). Fəal olan 255 nəfərdən 238 nəfər (133 kişi və 105 qadın), 17 nəfər işsiz (11 kişi və 6 qadın) idi. Aktiv olmayan 26 nəfər arasında şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bell Labs
Nokia Bell Labs, əvvəlcə Bell Telefon Laboratoriyaları (1925–1984), sonra AT&T Bell Laboratories (1984–1996) və Bell Labs Innovations (1996–2007), Finlandiyanın Nokia şirkətinə məxsus Amerika sənaye tədqiqat və elmi inkişaf şirkətidir. Baş ofisi Nyu Cersi ştatının Murray Hill şəhərində yerləşir və qlobal laboratoriyalar şəbəkəsini idarə edir. Bell Labs -ın tədqiqatçıları radioastronomiyasının, tranzistorun, lazerin, günəş bataryası, şarj ilə birləşdirilən cihaz (CCD), informasiya nəzəriyyəsinin, Unix əməliyyat sisteminin və B, C və C++, S, SNOBOL, AWK, AMPL və s. proqramlaşdırma dillərinin inkişafı ilə tanınırlar. Bell Labs -da tamamlanan işlərə on Nobel mükafatı verilib. Bell Labs, Bell System telefon qrupunun mürəkkəb korporativ təşkilatınının törəməsidir. Laboratoriya 19-cu əsrin sonlarında Nyu Yorkda West Street 463 ünvanında yerləşən Qərb Elektrik Mühəndisliyi Departamenti kimi fəaliyyətə başlamışdır. Bell-in törəmə şirkəti olan Western Electric-in nəzdində illər boyu tədqiqat və təkmilləşdirmə apardıqdan sonra Mühəndislik Departamenti 1925-ci ildə Bell Telefon Laboratoriyaları kimi yenidən təşkil edildi və Western Electric ilə Amerika Telefon və Teleqraf Şirkətinin (AT&T) birgə mülkiyyətinə verildi. 1960-cı illərdə laboratoriya və korporativ qərargah Nyu Cersiyə köçdü. Nokia, 2016-cı ildə Alcatel-Lucent-i almasının bir hissəsi olaraq Bell Labs-ı aldı.
Bül-bülə
Bülbülə – Bakının Suraxanı rayonunda qəsəbə (1936-cı ildən). == Tarixi == Abşeronun qədim yaşayış məntəqələrindəndir. Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmişdir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində lahıclar məhəlləsində yerləşir.
Bül-Bül
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.