Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Butare
Butare-(1962 ilədək Astrida) – Ruandanın cənubunda şəhər. Butare prefekturasının inzibati mərkəzi. == Əhalisi == Əh. 103,3 min (Kiqalidən sonra ölkənin ikinci şəhəri; 2009). Avtomobil yolları qovşağı. == Tarixi == 1920 ildə salınmışdır. == Mədəniyyəti == Ruandanın elm, mədəniyyət və ticarət mərkəzidir. Ruandanın Aqronomiya Elmləri İnstitutu (1962), Elmi və Texnoloji Tədqiqatlar İnstitutu (1989), Milli Universitet (1963); Universitet kitabxanası, Milli muzey (1989;etnoqrafik kolleksiya) burada yerləşir. == İstinadlar == Butare // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild.
Buake
Buake Bvake (Bouaké, Bwake) — Kot-d’İvuar Respublikasının mərkəzi hissəsində şəhər, Valedü Bandama vilayətinin inzibati mərkəzi. == Əhalisi == Əh. 659,2 min (2010); əhalisinin sayına görə ölkənin ikinci şəhəri. Avtomobil yolları qovşağı. Dəmiryol stansiyası. Beynəlxalq aeroport. == Tarixi == 1899-cu ildə fransız fortu kimi salınmışdır. == Memarlığı == Pambıqçılıq ETİ Universiteti, Pyer Rişe institutu (1973; tropik təbabət sahəsində tədqiqatlar), Meşəçilik məktəbi var. == Sənayesi == Buake kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir (qəhvə, kakao, pambıq, çəltik, yams, sizal, tütün və s.). Yeyinti, toxuculuq, dəri-ayaqqabı, tütün sənayesi; pambıqtəmizləmə və çəltiktəmizləmə müəssisələri; İES var.
Gia Buqadze
Gia Buqadze (gürc. გია ბუღაძე; 24 sentyabr 1956, Tbilisi) — produktiv çağdaş gürcü rəssamı. 2003–2012-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru olub. == Erkən həyat və təhsil == Gia (Giorgi) Buqadze 24 sentyabr 1956-cı ildə Gürcüstanın Tbilisi şəhərinin köhnə şəhər bölgələrindən birində həkim ailəsində anadan olmuşdur. Kiçik yaşlarından sənətə maraq göstərirdi. Gürcüstan Sovet Sosialist Respublikasında klassik təhsil alıb. Pionerlər və Şagirdlər Sarayında, daha sonra Tbilisi Yakob Nikoladze Rəssamlıq Kollecində və nəhayət Tiflis Dövlət Rəssamlıq Akademiyasında (1977–1981), Giorgi Totibadzenin studiyası və Koki Maxaradzenin İncəsənət Fakültəsində biliklərə yiyələnib.1985-ci ildə SSRİ Rəssamlıq Akademiyasında oxuyub və Uça Caparidzenin rəhbərliyi ilə oranı bitirib. == Həyat və karyera == O, etiraf edir ki, onun müəllimi məşhur gürcü rəssamı Cibson Hundadze olub, hansı ki, ondan hopmuş rənglərin qüvvəsi sənət əsərinin yaxşılaşdırılması üçün tətbiq edilib – canlı dramaturgiya ilə kompozisiya püxtələşmiş sənət əsərinin cəsarətliliyi ilə səciyyələnən fərdi üslubunda dəyişmiş və təsbit edilmişdir. Vatikan-Roma, Bazel, Sürix, Praqa, Köln, Tallin, Münhen, Berlin, Moskva, Palermo, Barselona, Paris, Cannes, Nyu York, Londonda müxtəlif fərdi sərgilər keçirmiş, qrup sərgilərində, beynəlxalq layihələrdə iştirak etmişdir. Bir sıra beynəlxalq simpoziumlarda, forumlarda, dəyirmi masalarda və konfranslarda (Corc Vaşinqton Universiteti, Tomas Cefferson Universiteti – ABŞ, Bazel Universiteti – İsveçrə) natiq olmuşdur.
Siqne Baumane
Siqne Baumane (latış. Signe Baumane‎; ana. 7 avqust 1964) — Latviya animatoru, rəssam, illüstrator və yazıçı. Baumane hal-hazırda Nyu-Yorkda yaşayır və orada işləyir. Kinematoqrafiya İncəsənəti və Elmlər Akademiyasının üzvüdür. Baumane həmçinin pedaqoqdur. 2000-ci ildən 2002-ci ilə qədər Pratta İnstitutunda multiplikasiyadan dərs demişdir. == Erkən illər və təhsili == Siqne Baumane Latviya SSR-in Autse şəhərində anadan olmuşdur. Baumanenin uşaqlığı Latviya Tukumsunda və Saxalin adasında keçmişdir. 14 yaşı olarkən ədəbi fəaliyyətə başlamışdır.
Buqaz dili
Buqaz dili — 12 km uzunluğa və 250—300 metr enə malik dil. Dil Buqaz limanı ilə Qara dəniz arasında qərarlaşır. 1995-ci ildə ərazisində «Blaqoveşenskaya dili» adlı yasaqlıq yaradılmışdır. Sahil əraziləri əsasən kvars və balıqqulağından ibarətdir. Avqust ayında sabit küləklərin fonunda Ümumrusiya Yelkənli Qayıq idmanı üzrə yarışlar təşkil edir. Bu səbəbdən Polşa, Kanada, İngiltərə, Almaniya və d. ölkələrdən idmancılar bölgəyə ayaq basır.Dilə maşınla gəliş 200 rubldır. Çadır qurmaq üçün isə əlavə 200 rulb tələb olunur. Məhkəmənin qərarı ilə isə bu alınan pullar qanunsuzdur. Dildə təmiz su ilə duş qəbul etmək adam başına 150 publdır.
Neoseiulus mumae
Neoseiulus mumae (lat. Neoseiulus mumae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Blaze (Mortal Kombat)
Bleyz (ing. Blaze) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Odlu elementaldan ibarət olan ruhdur. "Mortal Kombat" seriyası boyu Bleyz üzərində qələbə çalan döyüşçülər müəyyən güc əldə edirlər. == Xarakteristika == "Mortal Kombat II" videooyununun "Yama II" adlı arenasında yan tərəfdə asılmış körpü üzərində dayanan alovlu döyüşçünün təsviri dizayner Toni Qoski tərəfindən yaradılmışdır. Bu personaj videooyunun sirli əlamətləri daşımış və "Mortal Kombat: Deadly Alliance" seriyasında gizli personaj olan "Bleyz" adlı alovlu bədheybəti xatırladırdı. "Mortal Kombat: Armageddon" Bleyz personajı final bosslardan birinə çevrilmişdi.
Qala-Numaz sinaqoqu (Dərbənd)
Qala-Numaz — Dağıstan Respublikası, Dərbənd şəhəri, Tağı-Zadə küçəsi, ev 94-də yerləşən sinaqoq. Dərbəndli yəhudilərin mənəvi dinclik mərkəzidir. == Tarixi == XIX əsrdə Dərbənd qeyd olunan prinsiplərə görə məskunlaşmışdı: şəhərin ən qədim hissəsi, Harın-Qalaya daha yaxın olan hissədə müsəlmanlar; mərkəzi, düz hissədə, əsasən yəhudilər, hətta dənizə yaxın yerlərdə ermənilər və ruslar yaşayırdı. Sonra əsas yəhudi küçəsi Tağı-Zadəni "Böyük (uzun) küçə" mənasını verən "Qala-Kuçe" və digər adı "Cuqut məhəlləsi" olmaqla (Yəhudi məhəlləsi) bu cürə adlandırırdılar. Bu küçədə Böyük Dərbənd sinaqoqu — "Qala-Numaz" yerləşir.Qala-Numaz sinaqoqu beş tacir qardaşın Hanukaeyvlərin hesabına tikilmişdir. Binanın layihəsini hazırlayan memar məlum deyil. Sinaqoq 1914-cü ildə açılıb. Ancaq son yüz il ərzində bina çox köhnəlib. Hal-hazırda sinaqoq Rusiya Yəhudi İcmaları Federasiyasının səlahiyyətindədir. Sovet hakimiyyəti qurulduqda, şəhərdə Hanukayev qardaşları tərəfindən tikilmiş Qala-Numaz sinaqoqu və Avropa Yəhudilərinin Eşkenazi sinaqoqu, ibadət evləri və ibadətgahları — Xivro, Hanuki daxil olmaqla, 11 yəhudi dini binası var idi.
A Blaze in the Northern Sky
A Blaze in the Northern Sky (Şimal Səmasında Parlaq İşıq) Norveç Blek Metal qrupu Darkthrone'un sayca ikinci studio albomudur. Albom 26 Fevral 1992-ci il tarixində Peaceville Records tərəfindən çıxarılmışdır. Albomda qrupun ilk blek metal səsyazmaları yer almış və janrın klassikləri sırasında yer almışdır. Bu fanatlar tərəfindən "Pislik Üçlüyü" adı verilən və digər ikisi də Under a Funeral Moon və Transilvanian Hunger olan albom üçlüyünün ilkidir. Albom həmçinin bass gitarist Dag Nilsenin yer aldığı son albomdur. == Keçmişi == Darkthrone'nun ilk albomu olan Soulside Journey İsveç tərzi bir des metal idi. Albomu yazdıqdan sonra, qrup daha çox blek metal ünsürləri daşıyan musiqilər bəstələməyə başladı. Bunun nəticəsində instrumental demo olan Goatlord hasil oldu. Daha sonra qrupun üç üzvü — Fenriz, Nocturno Culto və Zephyrous— qərara gəldi ki, blek metal musiqisinə köklənsinlər. Bu bass gitarist Dag Nilsen'in xoşuna gəlmədi və o qrupu tərk etdi.
Bübanə (Sərdəşt)
Bübanə (fars. بوبانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (29 ailə).
Huməzə Surəsi
Huməzə surəsi (ərəb. سورة الهمزة‎ (oxunuşu: əl-Huməzə) - qeybətçi) - Quranın 104-cü surəsi. Məkkədə nazil olmuşdur, 9 ayədir.
Tumamə ibn Vəlid
Tumamə ibn əl-Vəlid ibn Qəqa əl-Əbsi (ərəb. ثمامة بن الوليد بن قعقاع العبسي‎‎) — Abbasi sərkərdəsi. == Həyatı == İbn əl-Vəlid Banu Əbs ailəsindən idi. Bu ailə xəlifə Əbdülməlik ibn Mərvan (hak. 685–705) Tumamənin babası Qəqa ibn Xüleyd əl-Əbsinin əmisi qızı ilə evlənəndə Əməvilər sülaləsi ilə qohum olmuşdur. Onun atası əl-Vəlid Əməvi sərkərdəsi və Kinnəsrin valisi olmuşdur. Buna baxmayaraq, o, ibn əl-Vəlidin əmisi Əbdülməlik ilə birlikdə II Validin (hak. 743–744) hakimiyyətə çıxmasına qarşı çıxdıqlarından digər ailə üzvləri tərəfindən işgəncə edilərək öldürülmüşdür.İbn əl-Vəlid bu təmizləmə siyasətindən sağ çıxmış və Əməviləri devirən Abbasilər sülaləsinə xidmət etməyə başlamışdır. O, Bizansın idarəsində olan Anadoluya 777-ci və 778-ci ildə iki dəfə yürüş etmiş, ancaq Bizans sərkərdəsi Mixail Laxanodrakon tərəfindən məğlub edilmişdir. O həmçinin, 779-cu ildəki yürüşün rəhbəri təyin edilmiş, ancaq, Əl-Təbəriyə görə, uğursuz bir sərkərdə olduğundan əl-Həsən ibn Qəhtəbə ilə əvəz edilmişdir.İbn əl-Vəlid haqqında başqa bir məlumat yoxdur, lakin onun oğlu Osman Kinnəsrinin yerli liderlərindən biri idi.
Ümamə binti Zeynəb
Ümamə binti Əbu əs bint əl-Rabi (ərəb. أمامة بنت ابو العاص بن الربيع‎) İslam peyğəmbəri Məhəmməd və Xədicə binti Xüveylid in nəvəsi. O da səhabələrdən sayılır. == Həyatı == O,Məhəmmədin ən böyük qızı Zeynəbin və Əbu əl-Əs ibn al-Rabinin qızı idi. Ölüm yatağında olan xalası Fatimə övladları Həsən ibn Əli və xüsusilə Hüseyn ibn Əli və qızı Ümmü Gülsüm bint Əli və Zeynəb bint Əliyə çox sıx bağlı olduğu və sevdiyi üçün Ümaməyə həyat yoldaşı Əliyə ərə getməyi təklif etdi. Onun bir qardaşı Əli ibn Zeynəb idi.Xalaları arasında Peyğəmbərin qızları Ruqəyyə bint Məhəmməd və Ümmü Gülsüm bint Məhəmməd də var. Uşaq olanda Məhəmməd ibadət edərkən onu çiyinində daşıyırdı. O, səcdəyə gedir və sonra qalxdıqda onu yenidən götürürdü. Məhəmməd bir dəfə kimi çox sevirsə ona aqat boyunbağı verməyi vəd etdi. Həyat yoldaşları onu Aişəyə verməyini gözləyirdilər, amma onu Ümaməyə təqdim etdi.
Tumamə ibn əl-Vəlid
Tumamə ibn əl-Vəlid ibn Qəqa əl-Əbsi (ərəb. ثمامة بن الوليد بن قعقاع العبسي‎‎) — Abbasi sərkərdəsi. == Həyatı == İbn əl-Vəlid Banu Əbs ailəsindən idi. Bu ailə xəlifə Əbdülməlik ibn Mərvan (hak. 685–705) Tumamənin babası Qəqa ibn Xüleyd əl-Əbsinin əmisi qızı ilə evlənəndə Əməvilər sülaləsi ilə qohum olmuşdur. Onun atası əl-Vəlid Əməvi sərkərdəsi və Kinnəsrin valisi olmuşdur. Buna baxmayaraq, o, ibn əl-Vəlidin əmisi Əbdülməlik ilə birlikdə II Validin (hak. 743–744) hakimiyyətə çıxmasına qarşı çıxdıqlarından digər ailə üzvləri tərəfindən işgəncə edilərək öldürülmüşdür.İbn əl-Vəlid bu təmizləmə siyasətindən sağ çıxmış və Əməviləri devirən Abbasilər sülaləsinə xidmət etməyə başlamışdır. O, Bizansın idarəsində olan Anadoluya 777-ci və 778-ci ildə iki dəfə yürüş etmiş, ancaq Bizans sərkərdəsi Mixail Laxanodrakon tərəfindən məğlub edilmişdir. O həmçinin, 779-cu ildəki yürüşün rəhbəri təyin edilmiş, ancaq, Əl-Təbəriyə görə, uğursuz bir sərkərdə olduğundan əl-Həsən ibn Qəhtəbə ilə əvəz edilmişdir.İbn əl-Vəlid haqqında başqa bir məlumat yoxdur, lakin onun oğlu Osman Kinnəsrinin yerli liderlərindən biri idi.
Əbu Umamə əl-Bəhili
Əbu Umamə əl-Bəhili (620-ci illər, Ərəbistan yarımadası – 705, Homs, ərəb. أبو أمامة الباهلي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Gənc olmasına baxmayaraq, onun çağırışına cavab verən və İslamı qəbul edən qəbilə yoldaşlarının hörmətindən zövq alırdı. Bəzi məlumatlara görə o, Xudeybiyyədə bir ağacın altında beyyət etmişdir. Misirdə yaşamışdır. Siffeyn döyüşündə xəlifə Əli ibn Əbu Talibin tərəfində olmuşdur. Sonra Suriyada (Homs) məskunlaşır. O, Məhəmməd peyğəmbərin, Ömər ibn Xəttabın, Osman ibn Əffanın, Əli ibn Əbu Talibin, Muaz ibn Cəbəlin, Əbu Übeydə ibn Cərrahın və başqalarından çoxlu hədislər söyləmişdir. Onun Şəddad, Əbu Əmmar, əl-Qasim ibn Abdu-r-Rəhman və başqalarından rəvayət etdiyi 250-yə yaxın hədisləri Əl-Buxari və Müslümdən “Səhih” hədislər siyahısına daxil olmuşdur. 705-ci ildə vəfat etmişdir.
Bəhrəbərdari-yi Şümare-yi çahar
Bəhrəbərdari-yi Şümare-yi çahar (fars. بهره برداري شماره 4‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Qışlaq-i İslamabad-i Şümarə-i Do (Pərsabad)
Qışlaq-i İslamabad-i Şümarə-i Do (fars. قشلاق اسلام ابادشماره 2‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 431 nəfər yaşayır (96 ailə).
Qışlaq-i İslamabad-i Şümarə-i Se (Pərsabad)
Qışlaq-i İslamabad-i Şümarə-i Se (fars. قشلاق اسلام ابادشماره 3‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 283 nəfər yaşayır (74 ailə).