Gia Buqadze

Gia Buqadze (gürc. გია ბუღაძე; 24 sentyabr 1956, Tbilisi) — produktiv çağdaş gürcü rəssamı. 2003–2012-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru olub.

Gia Buqadze
გია ბუღაძე
Gia Buqadze əsəri qarşısında. Tbilisi Dövlət Rəssamlıq Akademiyası. Dekabr. 2010
Gia Buqadze əsəri qarşısında. Tbilisi Dövlət Rəssamlıq Akademiyası. Dekabr. 2010
Doğum tarixi (68 yaş)
Doğum yeri Tbilisi, Gürcüstan
Milliyyəti Gürcü
Fəaliyyəti Rəssamlıq,Qrafika,Mural
Təhsili Tbilisi Dövlət Rəssamlıq Akademiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyat və təhsil

[redaktə | mənbəni redaktə et]

Gia (Giorgi) Buqadze 24 sentyabr 1956-cı ildə Gürcüstanın Tbilisi şəhərinin köhnə şəhər bölgələrindən birində həkim ailəsində anadan olmuşdur. Kiçik yaşlarından sənətə maraq göstərirdi. Gürcüstan Sovet Sosialist Respublikasında klassik təhsil alıb. Pionerlər və Şagirdlər Sarayında, daha sonra Tbilisi Yakob Nikoladze Rəssamlıq Kollecində və nəhayət Tiflis Dövlət Rəssamlıq Akademiyasında (1977–1981), Giorgi Totibadzenin studiyası və Koki Maxaradzenin İncəsənət Fakültəsində biliklərə yiyələnib.1985-ci ildə SSRİ Rəssamlıq Akademiyasında oxuyub və Uça Caparidzenin rəhbərliyi ilə oranı bitirib.

Həyat və karyera

[redaktə | mənbəni redaktə et]

O, etiraf edir ki, onun müəllimi məşhur gürcü rəssamı Cibson Hundadze olub, hansı ki, ondan hopmuş rənglərin qüvvəsi sənət əsərinin yaxşılaşdırılması üçün tətbiq edilib – canlı dramaturgiya ilə kompozisiya püxtələşmiş sənət əsərinin cəsarətliliyi ilə səciyyələnən fərdi üslubunda dəyişmiş və təsbit edilmişdir. Vatikan-Roma, Bazel, Sürix, Praqa, Köln, Tallin, Münhen, Berlin, Moskva, Palermo, Barselona, Paris, Cannes, Nyu York, Londonda müxtəlif fərdi sərgilər keçirmiş, qrup sərgilərində, beynəlxalq layihələrdə iştirak etmişdir. Bir sıra beynəlxalq simpoziumlarda, forumlarda, dəyirmi masalarda və konfranslarda (Corc Vaşinqton Universiteti, Tomas Cefferson UniversitetiABŞ, Bazel Universitetiİsveçrə) natiq olmuşdur.

Minilliyin sonunda təhsil sektoruna yönəldi. 2003–2012-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında əvvəlcə müəllim, daha sonra İncəsənət fakültəsinin dekanı və son olaraq akademiyanın rektoruna kimi yüksəldi.

  • "Mən peşəkar rəssamam, peşəkar müəlliməm, peşəkar dinləyiciyəm, peşəkar oxuyucuyam. Məncə, bir şəhər üçün binalar nədirsə, kitablar və musiqi də elədir. Bunlarsız içimdə sənət yaranmır, buna görə də mən sənətimlə eyni zamanda musiqiçi, yazıçı, müəllim və rəssam oldum"Gia Buqadze. 2012

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Post-totalitar ölkələrin mədəni şəraitinin ümumi xüsusiyyətləri Gürcü incəsənətinə də bütövlükdə təsir göstərmişdir. Bu baxımdan sənətkarın "sağ qalması", reallıqla eyniləşdirmə məqamını tapması və əsasən axtarışlarda özünü dərk etməsi çətin iş kimi görünürdü. Onu həmişə həyat yoldaşı – həmfikir, sənətşünas Ani Kldiaşvili dəstəkləyib. İki övladı var – memar Nino Buqadze və yazıçı və dramaturq, yeni gürcü mədəniyyətinin nümayəndəsi – Laşa Buqadze.

Müxtəlif müsabiqələrdə bir çox mükafatlara layiq görülmüşdür: 1985-ci ildə – İlin Ən Yaxşı Əsəri – Gürcüstan Rəssamlar İttifaqının keçirdiyi müsabiqənin əsas mükafatı; beş il sonra – Fransanın Kann şəhərində keçirilən Beynəlxalq Festivalda Ən Yaxşı Milli Kolleksiya üçün Fransa Prezidentinin Mükafatı; 1993-cü ildə – Gürcüstan Təhsil İşçiləri Assosiasiyası tərəfindən Yakob Qoqebaşvilinin medalı və Anton Katolikosun medalı (Gürcüstan II Anton); 2001-ci ildə – İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin medalı; 2002-ci ildə Vatikan "Böyük Karl" mükafatı.

Sənət əsərləri

[redaktə | mənbəni redaktə et]

Gia Buqadze, "Kartli Həyatı" (başqa sözlə Gürcüstan Tarixi) adlı rəsm silsiləsi ilə erkən bir şöhrət qazandı. O vaxtdan bəri, tez-tez mifoloji personajlar çəkir və onların "görünüşü" və ya "bədənləri" və ya reenkarnasiyası demək olar ki, mistik səslənir.

Monumental boyakarlıq əsərləri onun genişmiqyaslı təxəyyülünün məhsullarıdır. O 2010-cu ildə Batumidə "Dəniz pansionatı – ev" adlı Piazza tağının müəllifidir.

Məbədlərdə və sekulyar binalarda geniş çeşidli divar layihələri həyata keçirmişdir: Berlində Martin Lüter Kilsəsi və Parisdəki Müqəddəs Nino Gürcü Kilsəsi; Tbilisi Dövlət Universitetinin kitabxana və konfrans zalı, İlya Dövlət UniversitetiGürcüstan Texniki Universitetinin konfrans salonları; bələdiyyə zalı; Gürcüstan Parlamentinin "Krallar Palatası", Gürcüstan Ədliyyə Nazirliyinin zaləı; Klaudio Berlinjierinin Romadakı mənzili; Amerika Birləşmiş Ştatları, Luiziana Dövlət Universitetində "Söz Azadlığı Palatası"; "Tbilisi" bədii paneli. Onun müxtəlif fantaziyaları mediada maraqlı formada dəyərləndirilir.

  • თბილისის სახელმწიფო სამხატვრო აკადემია (Tiflis Dövlət Rəssamlıq Akademiyası). Tbilisi 2011. ISBN 978-9941-0-3304-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]